Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə137/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   133   134   135   136   137   138   139   140   ...   152

 İngilis və azərbaycan dillərində modallığın struktur – semantik tədqiqi 

389 


edir. Qeyd etmək lazımdır ki, A.Aslanovun elmi araşdırmalarının 

mərkəzində modal sözlər durur. Müəllif Azərbaycan dilində modallığın əsas 

ifadə vasitəsi kimi modal sözləri götürür, onların leksik, morfoloji, sintaktik 

funksiyalarını araşdırır, lüğət fondunda onların yerini və  çəkisini 

müəyyənləşdirməyə cəhd göstərir. 

Z.Əlizadə öz tədqiqatlarında modallığın ifadə dairəsini daha da 

genişləndirir.  Əgər A.Aslanov modallığın ifadə vasitəsi kimi modal sözləri 

göstərirdisə, Z.Əlizadə felin zaman şəkilçiləri, intonasiya, ədat və s. də bu si-

yahıya  əlavə edir. O, belə hesab edir ki, istənilən cümlə konstruksiyasında 

modallıq mövcuddur. Burada modal sözlər aparıcı rol oynamır. Onlar cüm-

ləyə əlavə modal çaları gətirilər. 

Felin şəkilləri, feli sifət və məsdərin modallığı N.Ağazadənin tədqiqatla-

rında alman və Azərbaycan dillərinin materialı əsasında təhlilə cəlb edilmiş-

dir. Müəllif felin lazım, vacib, arzu, şərt şəkilçilərinin modal çalarlarını izah 

edir, onların alman dilində uyğun variantlarını açıb göstərməyə çalışır. Mo-

dallığın  əss səciyyəvi cəhətləri, universal xüsusiyyət  Ə.Cavadov və  Zərifə 

Budaqovanın tədqiqatlarında ətraflı şərh olunmuşdur.  Ə.Cavadov modallığı 

məntiqi kateqoriya hesab edir və onun dildə ifadəsində fel şəkillərinin, xüsu-

silə xəbər, əmr və vacib şəkillərinin rolunu səciyyələndirir. 

Z.Budaqova öz tədqiqatlarında modallığın sintaktik aspektdən izahını ön 

plana çəkmiş, onun sintaksis də rolunu və funksiyasını, sintaktik mahiyyətini 

açıqlamağa cəhd göstərmişdir. 

Felin xəbər  şəkli modallığın qrammatik (morfoloji) ifadəsinə xidmət 

edir. Azərbaycan dilində xəbər şəklinin forma zənginliyi modallığın müxtəlif 

çalarlarının yaranması ilə nəticələnir. Burada danışanın baş vermiş, verən və 

verəcək hadisəyə münasibəti həm obyektiv reallığı gerçək  əks etdirə bilər, 

həm də bu münasibətdə modallığın subyektiv səciyyəsi  əks oluna bilər. 

Həmin bu məsələlər Muxtar Hüseynzadə, Səlim Cəfərov, Mirzə Rəhimovun 

əsərlərində öz şərhini tapmışdır. 

Modallığın məntiqi-linqivistik mahiyyəti mürəkkəb olduğu kimi onun 

ifadə vasitələri də rənarəngdir. Onlardan biri modallığın fonetik və ya proso-

dik ifadə vasitələri hesab olunur. 

Dilçilik  ədəbiyyatında prosodiya termini çox vaxt intonasiyanın tərkib 

hissələrindən biri kimi izah olunur. Söz materialı olmadan, ayrılıqda, ideal 

intonasiyadan danışmaq əsassızdır. F.Veysəların “Alman dilinin fonetikası” 



Yeganə QARAŞOVA 

390 


kitabında yazdığı kimi “İntonasiyasız cümlə olmadığı kimi, cümləsiz də in-

tonasiya mövcud deyildir”. 

Əslində, ayrılıqda götürülmüş söz və ya modal ifadə intonasiyasız olur. 

Ayrılıqda götürülmüş modal söz o vaxt intonasiya ilə deyilir ki, cümlə funk-

siyasını yerinə yetirmiş olsun. 

Məsələn: 

Sabah bizə gələcəksənmi? 

Hök(↑) mən. 

Burada yüksələn tonla deyilən “hök (↑) mən“ modal sözü əslində cüm-

ləni əvəz edir, işin zəruri olaraq yerinə yetiriləcəyinə inamı, qətiyyəti bir qə-

dər də artırır. Həmin suala cavabı digər modal sözlə əvəz edək. Məsələn:  

Sabah bizə gələcəksənmi?  

Ola bil ((↓)) sin / bəl (↓) kə. 

Burada hər iki modal sözün alçalan tonla deyilişi ehtimalı bir qədər də 

azaldır. 

Bu cür misalları ingilis dilindən də  gətirmək olar. “Really” (həqiqətən, 

əslində) sözü düşən tonla deyildikdə  məlumatın, faktın təsdiqlənməsi mə-

nasını bildirir. Məsələn: He is inclined to think that we don't care of anything 

“Really, he is” 

Əgər “Really” sözü düşüb-qalxan (fall-rise) tonla tələffüz olunarsa, onda 

ya təəccüb, ya da istehza mənasını ifadə etmiş olur. 

Do you know that Mike's father has died in a road crash? 

Really? 

Prosodiya ilə danışanın ifadə olunan fikrə münasibət bildirməsinin müx-

təlif çalarlarını ifadə etmək mümkündür. Onun bu funksiyası çox vaxt mo-

dal-fərqləndirici adlanır. 

Prosediya-nitqdə  təsadüfən istifadə olunmayan əlamətlər məcmuyudur. 

Bu əlamətlərə-intonasiya, vurğu, pouza nitq, ritmi, tembri və tempi aiddir. 

İngilis və Azərbaycan dillərində  əsas funksional cümlələrdə intonasiya 

növləri, demək olar ki, eyni olsa da, səs səciyyəsi və diapozonu, tələffüz gü-

cü, nitq tempi və  səslənmə davamlılığna görə  fərqlər vardır.  İngilis dilində 

cümlənin sonunda düşən tonla yanaşı, qalxan və düşən-qalxan tonlardan 

geniş istifadə olunur.  



 İngilis və azərbaycan dillərində modallığın struktur – semantik tədqiqi 

391 


 

İstifadə olunmuş ədəbiyyat 

 

1. Modality in English: Semantic, pragmatic, and psycholinguisttic ap-



proaches. Islamic Republic of Iran, Tabriz, Sarab University, Achartar Pub-

lication, 2003, 201s.(monoqrafiya). 

2.  İngilis və Azərbaycan dillərində modallığın struktur-semanti tədqiqi 

(müqayisəli-tipoloji tədqiqat). Bakı, “Elm” 2005, 3125. 

3. The problem of modality in Germanic Turvic Languages. Bakı,    

“Elm”, 2006, 100s. (monoqrafiya) 

4. Germanşünaslıqda modallıq kateqoriyasının tədqiqi. “AMEA-nın xə-

bərləri (Humanitar elmlər seriyası)”. №2, Bakı 2004, 84-100. 

5. К вопросу о модальность в германских языках. Вопросы филоло-

гических наук, № 4(8), Москва, 2004, с. 63-74. 

6. Azərbaycan dilçiliyində modallıq kateqoriyasının tədqiqi. Azərbaycan 

dili və ədəbiyyatı tədrisi, №1, 2005, s.19-23. 

7.  İngilis və Azərbaycan dillərində modallığın semantik təhlili: təsdiq 

modallığı. “Tədqiqlər”, №1, Azərbaycan MEA Nəsimi Dilçilik İnstitutu. Ba-

kı, “Elm”, 2006, s. 215-225. 

8. İngilis və Azərbaycan dillərində inkar və sual modallığı. Elmi xəbər-

lər, №1, Bakı, ADU nəşri, 2006, s. 50-57. 

9. On the problem of modality in Language devolopment: a reconsidera-

tion of the evidence Babylon – Azerbaijan, Seattle, USA, vol.4, №1, 2006, s. 

35-39.  


 


Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə