Бакы дювлят университети илащиййат факцлтясинин


Hacıyev TALEH  382    İstifadə olunmuş ədəbiyyat



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə135/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   131   132   133   134   135   136   137   138   ...   152

 

Hacıyev TALEH 

382 


 

İstifadə olunmuş ədəbiyyat 

 

1.  Смирнов  Н.А.  Очерки  истории  изучения  Ислама  в  СССР.  М.: 



Академии наук СССР, 1954, 276 с. 

2.  Гаджибейли  Дж.  Антиисламистская  пропаганда  и  ее  методы  в 

Азербайджане. Мюнхен: / Институт по Изучению СССР, Исследования 

и материалы /серия, 1-я, выпуск 50, 1959, 87 с. 

3. Bennıgsen A. Lemercier-Quelquejay C. Step, de Ezan sesleri. (Sovyet 

rejimi altındakı  İslamın 400 yılı), çev. Nezih Uzel, İstanbul: Selçuk yay-

ınları, 1981, 309 s. 

4. Əhədov А. Azərbaycanda din və dini təsisatlar. Bakı: Аzərnəşr. 1991. 200 s. 

5. Hüseynli R. Azərbaycan ruhaniliyi . Bakı: Kür, 2002, 266 s. 

6. İbişov F.Azərbaycan kəndində sosial-siyasi proseslər: mütərcim 1996, 165 s. 

7. Nəcəfov B. Deportasiya. III cilddə, III c., Bakı: Çaşıoğlu, 2006, 317 s. 

8. Аширов Н. Эволюция ислама в СССР. М., Политиздат, 1972, 152 с. 

9. Kurat Akdes. Nimet. “Sovetlər birliyində türklər və islamiyyət.” An-

kara : Belgelerle Türk tarihi dergisi, Eylül, 1971, sayı: 48 , s. 10-29 

10. “Allahsız” jurnalı.1932 fevral. №2 s.14-15-7-18, mart №3 s.26. 

11. Kəndlilər və din. Bakı: Azərnəşr, 1928, 35 s. 

12. Quliyev M. Mədəni inqilab və islam. Bakı: Azərnəşr, 1928, 52 с. 

13. Геюшев  А.Р. "Сборник текстов докладов Международной Кон-

ференции «Исламское образование в Советском Союзе и государствах 

СНГ», Бохум (Германия) 13-16 мая, 2004 года" с 27-37. 

14. Qasımlı M. Heydər  Əliyev-  İstiqlala gedən yol (1969-1987), Bakı: 

Bakı Universiteti, 2006, 608 s. 

15. Səttarov М.М. Sosializm quruculuğu dövründə Azərbaycan xalqında 

ateizm dünyagörüşünün formalaşması. Bakı: Azərbaycan SSR EA nəşriy-

yatı, 1964, 190s. 

16. Rüstəmova-Tohidi S. Novruz bayramı tarix boyunca // Folklor və Et-

noqrafiya jurnalı, 2007, № 1, s. 37-47 



 Sovet hakimiyyəti dövründə ruhaniliyə və dini bayramlara qarşı mübarizə 

383 


 

РЕЗЮМЕ 

 

Данная статья посвящена борьбы Советской власти против правед-



ников  и  религиозных  празднеств  в  Азербайджане.  Способы  борьбы 

против  праведников,  и  Исламской  веры  в  целом  ярко  описаны  и  ана-

лизированы автором. Приведены достоверные примеры имеющие мес-

то во времена Советского правления в Азербайджане.  

 

RESUME 

 

The given article is devoted the struggle of the Soviet authority against 



the religious people and festivals in Azerbaijan. The ways of struggle against 

the people, and Islamic belief as a whole are brightly described and analyzed 

by the author. The authentic examples taken place in the days of Soviet rul-

ing in Azerbaijan are resulted.  

 



Yeganə QARAŞOVA 

384 


 

İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ MODALLIĞIN 

STRUKTUR – SEMANTİK TƏDQİQİ 

 

Yeganə Qaraşova 

 

İnsan şuru, təfəkkür, nitqi, psixologiyası ilə sıx əlaqədə olan modallıq bir 



elmin hüdudlarına sığmayan geniş kateqoriyadır. Məhz ona görə də modallıq 

fəlsəfi, məntiqi, psixoloji və linqivistik kateqoriya kimi araşdırılır, öyrənilir. 

Fikrimizcə, danışanın söyləmin məzmununa və gerçəkliyə münasibətini əks 

etdirən, modallıq hər şeydən əvvəl linqivistik kateqoriyadır. Bütün göstərilən 

əlaqə və münasibətlərdə aparıcı xüsusiyyət modallığın linqivistik mahiyyəti-

dir. 


Modallıq linqivistik bir kateqoriya kimi ayrı-ayrı dil materialları üzrə 

müxtəlif səviyyələrdə tədqiq olunmuşdur. Bəzi tədqiqatçılar modallığın fəl-

səfi-məntiqi, bəziləri psixolinqvistik, bir çoxları isə sırf linqivistik cəhətləri-

nə diqqət yetirmişlər. Bu qəbildən olan araşdırmalar birtərəfli olsa da, mo-

dallığın bir çox xüsusiyyətlərini aşkarlanmağa imkan vermişdir. Modallığı 

bir kateqoriya kimi tam və sistemli şəkildə araşdırmaq, onun təzahür forma-

larının və vasitələrinin müəyyənləşdirilməsi və müqayisəli-tipoloji təhlilinin 

böyük  əhəmiyyəti vardır. Müxtəlifsistemli dillərdə modallığın struktur-se-

mantik təhlilinin aktuallığını şərtləndirən cəhətlər bununla məhdudlaşmır. 

İngilis və Azərbaycan dillərində modallıq kateqoriyasının müqayisəli 

tədqiqi bir çox başqa cəhətlərdən də aktualdır. Bunlardan birincisi millətlər-

arası ünsiyyət vasitəsi kimi ingilis dilinin bütün dünya ölkələrində, o cüm-

lədən Azərbaycanda yayılmasının genişlənməsi amilidir. İngilis dili özünün 

çoxmillətli auditoriyası ilə Azərbaycanı  əhatə dairəsinə almış, və qarşılıqlı 

anlşma situasiyası yaratmışdır.  İkinci mühüm amil müstəqil Azərbaycan 

dövlətinin dünya iqtisadiyyatı, siyasəti və mədəniyyətinə getdikcə daha artıq 

inteqrasiya olunması ilə əlaqədardır. Sovetlər İttifaqı dağıldıqdan sonra müs-

təqillik əldə etmiş bir çox ölkələrdə olduğu kimi Azərbaycanın da bu sahə-

dəki axtarışları bir neçə istiqamətə gedir. Bo prosesin uğurlu alınması Azər-

baycanın dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı anlaşmasının ilkin şərt-

lərini tələb edir. Qarşılıqlı anlaşma isə müəyyən dərəcədə müvafiq dil sis-

temləri arasında təmas nöqtələrinin və sahələrinin olması ilə bağlıdır. Belə 




 İngilis və azərbaycan dillərində modallığın struktur – semantik tədqiqi 

385 


təmas nöqtələri əhəmiyyətli dərəcədə modallıq kateqoriyasının dərindən təd-

qiqi, hər iki dildə modal mənaların və onların təzahür formalarının aşkar 

olunmasını vacib edir. Məsələ burasındadır ki, modallıq kateqoriyası müx-

təlif sistemli dillərdə ünsiyyəti təmin edən ən mühüm dil hadisələrindəndir. 

Bu kateqoriya dilin ifadə planından tutmuş onun məzmun planınadək, dilin 

adlandırma (nomitnativ) funksiyasından tutmuş onun ifadəetmə (ekspressiv) 

funksiyasına qədər bir çox məsələləri əhatə edir. 

Qeyd etmək lazımdır ki, ingilis dilində modallıq kateqoriyası elmi-nəzəri 

cəhətdən kifayət qədər öyrənilmişdir. Bu mövzuda həm fəlsəfi-məntiqi, həm 

də linqivistik mövqedən yazılmış əsərlər sayca çoxdur. Belə bir vəziyyət in-

gilis dilinin beynəlxalq ünsiyyət funksiyası və müasir qloballaşma prosesin-

də tutduğu aparıcı mövqe ilə izah oluna bilər. 

Təəssüflə demək lazımdır ki, Azərbaycan dili bu barədə diqqət mərkə-

zində olmamışdır. Cümlənin məqsəd və intonasiyaya görə növləri, modal 

sözlər və modallığın konkret təzahür formalarına aid ayrı-ayrı fraqmentar 

əsərlər istisna olmaqla sırf Azərbaycan dili materialları  əsasında yazılmış 

tədqiqat işlərində modallıq məsələsinə az rast gəlinir. İngilis və Azərbaycan 

dillərinin müvafiq ikidilli auditoriyalarında tədris edilməsi, gündəlik ünsiy-

yət isə bu kateqoriyanı qarşılıqlı-müqayisəli şəkildə öyrənmədən qənaetbəxş 

hesab edilə bilməz. Bu baxımdan yanaşdıqda Aərbaycan dilində modallığın 

öyrənilməsi xüsusi aktualıq kəsb edir. Bu sahədə  tədqiqat aparmaq üçün 

ingilis dilində model mənaların ifadə üsulları bir növ çıxış nöqtəsi rolunu oy-

nayır. Qeyd etmək lazımdır ki, ingilis və Azərbaycan dilləri müxtəlif qurulu-

şa malik olsa da, bu dillər arasında modal mənalar sahəsində ümumiliklər 

müşahidə olunur. 

Məqalənin  əsas məqsədi modallıq kateqoriyasının ifadə üsullarını ayırd 

etmək, bu sahədə Azərbaycan və ingilis dillərinin müasir səviyyələrinə məx-

sus olan materiallardan çıxış etməklə həmin dillərin malik olduğu prosodik, 

leksik, morfoloji və sintaktik üsulların müəyyənlşdirmək və onları qarşılıqlı-

müqayisəli şəkildə öyrənməkdir. Bu məqsədə çatmaq üçün tədqiqatda aşağı-

dakı məsələlərin həllinə diqqət yetirilmişdir: 

1. germanşünaslıqda, türkologiyada və o cümlədən də Azərbaycan  

2. dilçiliyində modallıq kateqoriyasının tədqiq edilməsinin vəziyyətini və 

səviyyəsinin müəyyənləşdirmək; 

3. modallıq kateqoriyasınnı fəlsəfi-məntiqi və linqivistik-qrammatik  



Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə