Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə136/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   132   133   134   135   136   137   138   139   ...   152

Yeganə QARAŞOVA 

386 


4. mahiyyəti ilə bağlı elmi-nəzəri mənbələri təhlil etməklə ümumiləşdir-

mələr aparmaq; 

- fəlsəfi və linqivistik modallıq bölgüsündən çıxış edərək obyektiv real-

lıq, təfəkkür və dilin əlaqələri baxımından germanşünaslıqda, türkologiyada 

və ümumi dilçilikdə irəli sürülən elmi-nəzəri müddəalar ümumiləşdirmək; 

- müxtəlifsistemli german və türk dillərində modallıq kateqoriyasının 

tədqiqedilmə metodikasındakı istiqamətləri üzə çıxarmaq; 

- müxtəlifsistemli ingilis və Azərbaycan dillərinin materialları  əsasında 

modallığı funksional-semantik kateqoriya kimi tədqiqata cəlb etmək; 

- modallıq kateqoriyasının fəlsəfi məntiqi, linqivistik cəhətdən kifayət 

qədər öyrənilmiş olan german dilləri üçün əldə edilmiş elmi-nəzəri müddəa-

larla isnad etməklə Azərbaycan dilində modallığı tədqiqat etmək; 

- Azərbaycan dilində modallıq kateqoriyasını məzmun və ifadə vasitələri 

baxımından öyrənmək; 

- ingilis və Azərbaycan dillərinin müasir səviyyələrinə məxsus olan ma-

teriallardan çıxış etməklə həmin dillərdə modallıq kateqoriyasının ifadəsində 

prosodik, leksik, morfoloji və sintaktik üsulları müəyyənləşdirmək; 

- ingilis və Azərbaycan dillərində modallıq kateqoriyasınnı prosodik, 

leksik, morfoloji və sintaktik ifadə vasitələrini qarşılıqlı-müqayisəli surətdə 

öyrənmək, həmin dillərdə modallığın ifadəsində fərqli və oxşar cəhətləri üzə 

çıxarmaq; 

- qarşılaşdırma-müqayisə yolu ilə ingilis və Azərbaycan dillərində mo-

dallıq kateqoriyasınnı struktur modellərinin üzə çıxarmaq; 

- ingilis və Azərbaycan dillərində modallıq kateqoriyasınnı semantik 

təhlilini vermək. 

“Germanşünaslıqda və Türkologiyada modallığın tədqiqinə dair” nəzəri 

səciyyə daşıyır. Modallıq fəlsəfi, məntiqi və linqivistik bir kateqoriya olub 

danışanın söyləmin məzmununa və gerçəkliyə münasibətini  əks etdirir. Bu 

münasibət obyektiv və subyektiv ola bilər. Bu iki münasibət tipindən asılı 

olaraq modallıq 2 qrupa-obyektiv və subyektiv modallığa ayrılır. 

Fəlsəfi modallıqda obyektiv reallıq, təfəkkür və dilin qarşılıqlı əlaqə və 

münasibətləri araşdırılır. 

Linqivistik modallıqda dilin bütün səviyyələrinə xas əlamət və xüsusiy-

yətlər-qrammatik, sintaktik, semantik əlaqələr toplusu cəmləşmişdir. 

Məntiqi modallıq hökmün ən mühüm əlaməti hesab olunur. Obyektiv 



 İngilis və azərbaycan dillərində modallığın struktur – semantik tədqiqi 

387 


əlaqələr məntiqi hökmün məzmununda müxtəlif forma və  dərəcələrdə  əks 

olunur. Linqivistik reallıq, yaxud qeyri-reallıq məntiqi həqiqilik və yalanla 

üst-üstə düşür. Deyilmiş fikrə münasibət (onun reallığı / qeyri-reallığı, həqi-

qiliyi, yalan olması, vacibliyi, zəruriliyi, mühümlüyü, ehtimalı olması) danı-

şan tərəfindən bildirilir və bu münasibət obyektiv və subyektiv ola bilər. 

Modallığın iki aspekti-obyektiv və subyektiv modallıq bir-birini tamam-

layaraq bütövlükdə cümlənin ümumi modallıq kateqoriyası getdikcə genişlə-

nərək söz səviyyəsindən cümləyə, cümlədən isə kontekstə keçmişdir. 

German dillərində modallıq müxtəlif tədqiqatçılar tərəfindən fərqli as-

pektlərdən araşdırılmışdır. V.Admoni, Ş.Ballı, M.Qrepa, V.Qak, E.Şendels, 

L.Yermolaeva, E.Zvereyeva, K.Kruşelnitskaya, V.Panfilov, V.Petrov, 

V.Bondarenko, D.Ştellina, Y.Erben və bir çox başqaları alman, ingilis, eləcə 

də qismən roman dillərinə də istinad etməklə modallığın linqivistik, məntiqi, 

fəlsəfi mahiyyətinin açıqlamaq sahəsində araşdırmalar aparmışlar. 

Alman dilçisi L. M. Kannerin tədqiqatlarına görə alman dilçiliyində uzun 

müddət modallığın leksik ifadə vasitələrinə diqqət yetirilmiş, yalnız fel for-

maları ilə yaranan modallıq araşdırılmışdır. 

Beləliklə, alman dilində daha çox modal fellər sahəsində tədqiqatlar apa-

rılmışdır. Sonralar R. Qrosse özündən  əvvəlki tədqiqatçıları dildə modallıq 

kateqoriyasını yalnız modal fellərlə bağladıqları üçün tənqid etmiş, digər 

leksik-qrammatik vasitələrin də öyrənilməsini zəruri hesab etmişdir. 

Qeyd etmək yerinə düşər ki, türkologiyada daha çox fel formalarının və 

şəkillərinin, modal sözlərin, sintaktik təkrarların və intonasiya növlərinin 

modallıq anlayışının yaranmasında və ifadəsindəki rolu geniş öyrənilmişdir. 

Bu problemin tədqiqi ilə əlaqədar A.V.Kononov, V.A.Baskonov, K.Mu-

sayev, F.Zeynalov, M.Rəhimov, V.Direnkova və başqalarının böyük xidmət-

ləri olmuşdur.  

A.V.Kononov ədatları və modal sözləri köməkçi sözlər qrupuna aid edir 

və onları “ədat” termini altında birləşdirməyi təklif edir. Modal sözlər funk-

sional baxımdan fikrə və ya baş verən hadisələrə münasibətini bildirir. 

Müəllifin fikrincə, ədatlar və modal sözlər müxtəlif nitq hissələri ilə sıx 

əlaqəlidir. Belə nitq hissələrinə bağlayıcı, zərf və əvəzliklər misal ola bilər. 

A.V.Kononov müasir türk ədəbi dilində  ədatların modal mənada işlən-

məsini qeyd edərək bəzən onları eyniləşdirir. Ədatla modal sözlərin, modal 

vasitələrin sərhədi qeyri-müəyyən qalır. Məhz bunun nəticəsidir ki, bir çox 



Yeganə QARAŞOVA 

388 


türk dillərində modallıq kateqoriyası ayrıca qeyd olunmur və modal sözlər 

qoşma, bağlayıcı və ədatlara aid edilir. 

Türk dillərində modallıq kateqoriyasının tədqiqinə  həsr olunmuş  əsər-

lərdən biri də A.V. Baskakarın “Предложение в современном турещском 

языке” (Москва 1984) monoqrafiyasıdır. A.V.Baskakov modallığı cümlə 

kontekstində götürür və sintaktik funksiyasına görə araşdırır. Modallıq qram-

matik kateqoriya kimi obyektiv və subyektiv modallığa ayrılır. Bu iki modal-

lıq öz növbəsində cümlənin məzmununu obyektiv gerçəkliklə  və danışanın 

subyektiv münsibəti ilə bağlayır. 

Fərhad Zeynalov türk dillərində cümlələrdən bəhs edərkən qeyd edir ki, 

bu dillərdə işlənən cümlələr üçün hər şeydən əvvəl predikativlik (əlbəttə, in-

tonasiya və modallıq da nəzərə alınmalıdır) mühüm rol oynayır. Türk dillə-

rində modallıq kateqoriyası  və modal sözlər daha geniş  və  əsaslı  şəkildə 

F.Zeynalovun “Müasir türk dillərində  ədat və modal sözlər” (Bakı, 1965) 

əsərində tədqiq olunmuşdur. 

Türkologiyada modallıq kateqoriyasının tədqiqinə həsr olunmuş əsərlər-

dən biri F.Aqaevanın “Модальность  как  лингвистическая  категория” 

(Ашхабад, 1990) adlı monoqrafiyasıdır. Həmin  əsərdə türkmən və ingilis 

dillərinin materialları  əsasında modallıq linqivistik kateqoriya kimi tədqiq 

olunur. 


Modallığın predikativliklə, felin şəkilləri ilə əlaqəsi nəzərdən keçirilmiş, 

semantik diapazonu müəyyənləşdirilmişdir.  İki müxtəlifsistemli dilin-türk-

mən və ingilis dillərinin materialları əsasında modallığın ifadə vasitələri qar-

şılaşdırma yolu ilə şərh olunmuşdur. 

Türkoloji ədəbiyyatda A. V. Kononarın müasir türk və özbək dillərinin 

qrammatikalarında ilk dəfə olaraq modallıq ayrıc bir kateqoriya kimi öyrə-

nilməyə başlandı. 

Həmin vaxtdan etibarən Azərbaycan dilçiliyində  də modallıq kateqori-

yası, modal sözlər araşdırma obyektinə çevrildi. Azərbaycan dilçiləri A. As-

lanov, Ə. Cavadov, F. Zeynalov, N. Ağazadə, M. Hüseynzadə, Z. Budaqova 

və başqaları modallığın bir linqivistik kateqoriya kimi hərtərəfəli tədqiqi və 

izahı sahəsində böyük xidmətlər göstərmişlər. 

Azərbaycan dilçiliyində modallıq kateqoriyası, xüsusilə modal sözləri ilk 

dəfə araşdıran A.Aslanov olmuşdur. 

O, modallığı fəlsəfi-məntiqi, eyni zamanda qrammatik kateqoriya hesab 



Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə