Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə132/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   128   129   130   131   132   133   134   135   ...   152

 Sovet hakimiyyəti dövründə ruhaniliyə və dini bayramlara qarşı mübarizə 

373 


 

SOVET HAKİMİYYƏTİ DÖVRÜNDƏ RUHANİLİYƏ VƏ DİNİ 

BAYRAMLARA QARŞI MÜBARİZƏ 

   

Hacıyev Taleh

1

 

  

1920- ci il aprelin 28-də Azərbaycanda qurulan Sovet hakimiyyəti, 1917- 

ci ilin oktyabrında Rusiyada hakimiyyəti inqilab vasitəsilə  ələ keçirən 

bolşevik diktaturasının yetirməsi idi. Tarixdən məlum olduğu kimi, bolşevik 

Rusiyasının bilavasitə müdaxiləsi nəticəsində Azərbaycan  ərazisində  də 

kommunist dövləti qurulmuşdur. Bu inqilab XIX əsrin  əvvəllərindən çar 

Rusiyasının müstəmləkəsinə çevrilmiş Azərbaycanın  ərazi bütövlüyünü 

bərpa etmədi,  əksinə 1920-ci il aprelin 28-də  Qızıl Ordunun dəstəyi ilə 

Şərqdə ilk demokratik respublika sayılan Azərbaycan Xalq Cumhuriyyətinin 

müstəqilliyinə son qoyaraq onu yenidən müstəmləkə vəziyyətinə saldı. 

Bütün Rusiyada olduğu kimi Azərbaycanda da bolşeviklər hakimiyyəti 

ələ keçirər-keçirməz mövcud sosial iqtisadi, mədəni və siyasi həyatın bütün 

sahələrini yenidən qurmaq üçün tarixi dialektik materializmin rəhbərləri 

Marks, Engels və onların davamçıları Lenin və Stalinin şərhlərini mənimsə-

dilər. Bu hal bütün kommunistlər tərəfindən  partiyanın  əsaslarını  təmsil 

edirdi. 


Bu nöqteyi nəzərdən də bolşeviklər V.İ. Leninin 15 noyabr 1917-ci ildə 

nəşr etdirdiyi “Rusiya xalqlarının haqları” adlı  bəyannaməsinin  əksinə ola-

raq, [1,131] Azərbaycanda əsas din forması olan islama, onun dini təşkilat-

larına, ruhanilərə və dini ayinləri icra edən vətəndaşlara qarşı mübarizə apar-

mışdılar.  

Uzun müddət respublika əhalisinin dini inancları nəzarət altında olmuş-

dur. Bütün vasitələrdən istifadə edilərək insanların dini inancları,  əqidələri 

boğulmağa, tədricən dinin sıxışdırılıb xalqın məişətindən, gündəlik həyat tər-

zindən çıxarılmağa cəhdlər edilmişdir.  

İnqilab nəticəsində hakimiyyəti ələ keçirən bolşeviklər həm çar, həm də 

xaricdəki müsəlman kütlələrinin etimadını qazanmaq məqsədi ilə fəaliyyətə 

keçdilər. Lenin başda olmaqla Sovet rəhbərliyi islamın sosial gücünün meta-

                                                 

1

 BDU-nun İlahiyyat  fakültəsinin aspirantı  




 

Hacıyev TALEH 

374 


fizik keyfiyyətini və kütlələri hərəkətə  gətirmək önəmini bilirdilər. Bu ba-

xımdan inqilabın ilkin mərhələsində müsəlman millətçilərini dəstəkləmək 

məqsədilə onlara bəzi imtiyazlar verildi. 

Bolşeviklərin islama qarşı ehtiyatlı və gizlin görüşləri onların anti-islam 

cəbhəsinin yaradılmasında gözləyici mövqedə olmasından xəbər verirdi. Bir 

tərəfdən çar Rusiyasının müsəlman  əhalisini öz ideologiyalarının tərəfdarı 

etmək, digər tərəfdən isə, Qərbdə tapmadığı dəstəyi Şərqdə tapmaq arzusun-

da idi. [2,7] 

Lakin tezliklə 1917-ci il tarixli bəyannamədə göstərilən çağırışların 

hökmü olmadığı getdikcə aydınlaşmağa başladı. Başda islamiyyət olmaqla 

müsəlman qövmləri, milli müəssisələr, ənənələr təqibə məruz qaldı.  

Marksist-ateist Lenin və Stalin islam dinini və digər dinləri qorumaq niy-

yətində deyildirlər. Onlar dinin “xalq üçün tiryək” olduğunu, materialist bir 

fikir ilə  əsla uyğun gəlmədiyini, dinin xalq kütlələri üçün zərərli olduğunu 

aydın  şəkildə  dəfələrlə açıqlamışlar. Marksizm işçi sinfinin istismarına və 

onları aldadanların müdafiəsinə xidmət edən mürtəce burjua orqanıdır” ifa-

dələrinin sahibi olan Sovet rejiminin  müsəlman dinini müdafiə etməsi göz-

lənilməz idi. Əslində Sovet rejiminin qurulmasından az sonra din dövlətdən 

tamamilə ayrılmışdı. Bundan sonra dini müəssisələrə dövlət tərəfindən hər 

hansı bir yardımın göstərilməsi artıq qeyri-mümkün idi.  

İslama və din xadimlərinə qarşı hücüm total şəkildə, bir çox istiqamət-

lərdə aparılırdı. Din əleyhinə təbliğata partiya sovet  həmkarlar ittifaqlarının 

orqanları, mətbuat kino işçiləri,  ədəbiyyatşünaslar, jurnalistlər, Mübariz 

Allahsızlar Cəmiyyəti” kimi ictimai təşkilatlar və cəmiyyətin və dövlətin bir 

çox digər strukturları cəlb olunmuşdur. 

Bu təşkilatların  əsas istiqamətləri din xadimlərinin nüfüzdan salınması, 

məçidlərin bağlanması,  əmlaklarının zəbt edilməsi, mollaların təqib olun-

ması, mədrəsələrinin bağlanması, hər cür dini tədrisin ləğv edilməsi, dini 

ayinləri icra edən azərbaycanlılara qarşı  təzyiqlərin aparılması, müsəlman 

bayramlarına qarşı yönəldilmiş qadağan işlərinin təşkil olunması, habelə ye-

ni hakimiyyət tərəfindən süni şəkildə diniləşdirilmiş (novruz bayramı) və 

sadəcə milli mentalitetlə  əlaqədar xalq adətlərinə qarşı, (məsələn, kişilərin 

papaq qoyması) yönəldilmiş qadağa işləri; dinə qarşı kütləvi tədbirlərin, 

teatrlaşdırılmış tamaşaların, konsertlərin, dinə zidd mövzularda diskusiya-




 Sovet hakimiyyəti dövründə ruhaniliyə və dini bayramlara qarşı mübarizə 

375 


ların keçirilməsi, bu tədbirlərə kütləvi informasiya vasitələrinin (radio, qə-

zetlər, jurnalar) cəlb edilməsindən ibarət idi.  

Bütün dövrlərdə və xalqlarda olduğu kimi, Azərbaycanda da din xadim-

lərinin ictimai- siyasi həyatdakı rolu kifayət qədər böyük idi. İstər Çar Ru-

siyası, istərsə də ADR zamanında din xadimləri ölkə həyatının bütün sahə-

lərində çox fəal şəkildə iştirak edir, cəmiyyətin bütün təbəqələrində ictimai 

rəyin formalaşmasında  əvəzsiz rol oynayırdı. Ateist-Marksist ideologiyaya 

əsaslanan bolşeviklər üçün isə ruhanilərin oynadıqları bu rol arzuolunmaz 

hal sayılırdı. XX əsrin  əvvəllərinə  qədər sosial, siyasi, iqtisadi və  mədəni 

sahələrdə qabaqcıl rəhbərlərdən biri olan din xadimləri inqilabın ilk illərində 

Sovet rejimi üçün həm alternativ bir siyasi güc, həm də ideologiyanı həyata 

keçirməkdə mane olan güclü bir qüvvə idilər.  İnqilabdan  əvvəl S.Qaliyev 

ruhaniliyin sosial, iqtisadi və  mədəni nüfuzunu və funksiyasını olduqca 

həqiqətə yaxın bir şəkildə  təsbit etdikdə  və belə deməkdədir : “Müsəlman 

din adamları sinfinin gücü, eyni zamanda bu sinifin müsəlman cəmiyyəti 

qarşısındakı kütləvi və siyasi halı ilə açıqlana bilər. Bir molla eyni zamanda 

din adamı (dini vəzifələri yerinə yetirməklə vəzifəli), müəllim ( hər mollanın 

öz məscidi yanında bir məktəb və ya mədrəsə vardır), rəhbərçi ( miras 

məsələlərini sahmana salan, mədəni qurumda meydana gələn dəyişiklikləri 

həyata keçirən), hakim ( evlillik, boşanma, miras davaları) və  hətta bəzən 

hakim belə ola bilir.” [3,151] 

İlkin dövrlər Sovet hakimiyyəti altında olan digər  ərazilərdən fərqli 

olaraq Azərbaycanda müsəlman dini adamları seçmə  və seçilmə haqqına 

sahib idilər, halbuki bu zaman bolşeviklər digər sovet ərazilərində ruhaniləri 

“parazitlər” adlandıraraq onları bütün hüquqlardan məhrum etmişdilər. 

[2,15] 


Lakin dinə qarşı aparılan təbliğat din xadimlərinə  və dindarlara qarşı 

aparılan təbliğatla eyni vaxda başladığından Sosialist ideologiyası bütün din 

xadimlərini keçmişin qalığı adlandırır, onların mədəni inkişafına və  tərəq-

qisinə mane olan qüvvələr kimi qiymətləndirirdi. 

İlkin dövrdə bolşeviklər məktəbi kilsədən ayırmaqla dini mədrəsələri 

bağladı, vəqf torpaqlarının alınması habelə ailə-nikah məsələlərinə qarşı dek-

retləri din xadimlərinin fəaliyyətini məhdudlaşdırdı.  

Bütün bu hərəkətlər ruhanilərin Sovet hakimiyyətinə münasibətinə təsir 

göstərməyə bilməzdi. 1920-23-cü illər  ərzində bölgələrdə antisovet üsyan-



Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə