Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə133/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   129   130   131   132   133   134   135   136   ...   152

 

Hacıyev TALEH 

376 


larının əksəriyyətinə din xadimləri başçılıq etmişdir. [4,66] Buna cavab ola-

raq 1923-cü ildə Azərbaycan fövqəladə komitəsi SSRİ-nin baş siyasi 

idarəsinin 6 nömrəli gizli sərəncamı  əsasında “Azərbaycan SSRİ-də mü-

səlman dininin parçalanması, dağıdılması haqqında “xüsusi bir plan hazır-

ladı”. Bu tədbirin məqsədi sovet hakimiyyətinə qarşı düşmən mövqedə olan 

müsəlman din xadimlərinin ifşa edilməsi idi.[5,129] 

Din xadimlərinə münasibətdə Bolşeviklər müxtəlif cür yanaşma meto-

dundan istifadə edirdilər. Belə ki, din əleyhinə kompaniya zamanı din xa-

dimlərindən istifadə edilməsi üçün Azərbaycan K(b)P MK-ın 1923-cü il 

sentyabr ayında din əleyhinə geniş kompaniya aparmaq üçün işləyib hazır-

ladığı  tədbirlər planının müddəalarından birində deyilirdi ki, bir çox təhlü-

kəli din xadimlərini ifşa etmək üçün loyal, bitərəf mollalardan istifadə 

edilsin. [6,114] Elə həmin ilin oktyabr ayında “Dini xadimlərin mükafatlan-

dırılması komissiyasının protokolunda qərar verilmişdir ki, anti-məhərrəmlik 

kampaniyasının keçirilməsinə kömək edən 45 mollanın hər birinə bir kost-

yum verilsin, həmçinin müsəlman  şərqində parçalanmanın dərinləşməsinə 

kömək edən 8 dindara ayda 30 rubl maaş təyin edilsin.” [7,257] 

Artıq 1925-ci ildə bolşeviklər kommunist qəzetində  din xadimlərinə qar-

şı çox kəskin çıxış etməyə başlayaraq öz hücumlarını birbaşa onlara qarşı 

yönəltdi.  Mətbuat  səhifələrində yer alan “Bizə molla lazım deyil”, “Molla 

gəmirir”, “Heyvan tükünü tökür”, “Onların saqqalını dartıb çıxardın” və s. 

[2,41] məzmunlu başlıqlarda din xadimlərini  sosializm əleyhdarları olmaqda 

ittiham etmişdilər. 

Mətbuat səhifələrində din xadimlərinə qarşı aparılan təbliğat sonralar 

inzibati tədbirlərin həyata keçirilməsi ilə əvəz olunmuşdur. Gunahlandırılan 

mollalar içərisində 60 yaşlı bir nəfər Molla Qasım Bəy məscidinin mollası 

idi. Bu barədə  mətbuat konkret bir şey yazmadı, yalnız onu deyirdilər ki o 

dindarların başını dumanlandıran bir adam olub. Həmin mollanı beş il müd-

dətinə azadlıqdan məhrum etdilər. Başqa bir molla Suraxanı mollası Cavad 

isə gecə öz evində hücüma məruz qalmış və bu zaman 3 nəfər allahsız tərə-

findən döyülmüşdür.n b[2,44]  

Ruhanilər inzibati qaydada zorla məcbur edilirdilər ki, onlar Sovet hökü-

mətini tərifləsinlər. 1926 cı il noyabr ayının 2-də Rusiya teleqraf ağentliyi 

xəbər verirdi ki, “Müsəlman ruhanilərinin 1926-cı il oktyabr ayında Ufa şə-

hərində açılmış Ümumrusiya qurultayı Stalin, Rıkov, Kalinin və Çiçerin yol-



 Sovet hakimiyyəti dövründə ruhaniliyə və dini bayramlara qarşı mübarizə 

377 


daşlara təbrik teleqramı göndərmişdir. Bütün müsəlmanlar adından qurultay 

şərq xalqlarının müdafiəçisi olan sovet hakimiyyətinə minətdarlığını bildirir 

və inqilabi naliyyətlərin möhkəmləndirilməsi işində sovet hakimiyyətinə öz 

köməkliyini vəd edirdi. [8,16] 

O dövrdə Sovetlər Birliyini dəstəkləyən ruhanlərin bu cür bəyanatlar ver-

məsinin iki səbəbi ola bilərdi: birincisi bu ideologiyanı hələ də yaxşı bilmir-

dilər, ikincisi isə  əhali arasında öz mövqelərini və dini baxışları möhkəm-

lətmək üçün sovet quruluşuna uyğunlaşmağa məcbur olaraq bütün bunların 

müvəqqəti olacağına və yaxın zamanlarda keçib gedəcəyinə inanırdılar.  

Lakin bütün bunlara baxmayaraq din xadimləri yenə  də Sovet rejimi 

üçün zərərli elementlər olaraq, burjua məfkürəli fanatizim qalıqları hesab 

edilirdi, buna görə də onları xalq düşməni olaraq elan etdilər. Çünki, din xa-

dimləri dində reformalar apararaq dini canlandırır, onun əhali arasında yaşa-

masına səbəb olurdular. Sovetlər isə “islah edilmiş dini” rejimləri üçün daha 

təhlükəli qəbul edirdilər. Çünki, ruhanilik bu yolla mövqelərini qoruya bilər, 

kommunist ideologiyasının tərəfdarı kimi görünüb dini baxışlarını saxlaya 

bilərdi. Hətta Böyük Sovet Ensiklopediyasında gedən bu yazı buna sübutdur. 

“İslam müdafiəçilərinin kommunizim haqqında qətnamələrinə fikir verdikdə 

görürük ki, islamçılara görə islamın başlanğıcında islamın yaradıcısı  Mə-

həmməd guya dövrün inqilabçısı və görkəmli islahatçısı olmuşdur, bu da is-

lamın həqiqi mahiyyətini pərdələmək məqsədini güdür.” [9,20] 

Lakin, ruhaniliyə qarşı kütləvi hücumun hazırlanması və həyata keçiril-

məsi 1928-ci ildə islama qarşı ümumi hücumun başlanması ilə əlaqəli idi. Bu 

kompaniya hazırlanmadan  əvvəl siyasi vəziyyəti öyrənmək üçün qəzalara 

xüsusi komissiyalar göndərildi. Məsələn,  Şəki, Göyçay, Lənkəran partiya 

komitəsinin məruzələrində qeyd olunurdu ki, ruhanilik qəzalarda böyük rol 

oynayır, onların bəziləri böyük hörmətə malik idi. [10] Partiya təşkilatlarının 

rəhbləri belə faktlara da rast gəlinmişdir ki, ruhanilərin təbliğatı nəticəsində 

kəndlilər müsadirə olunmuş torpaqları götürməkdən imtina etmiş  və yaxud 

götürəndən sonra gizli surətdə torpaq sahiblərinə pul vermişdilər. [11,13] Bu 

isə ruhanilərin xalq kütlələri arasında nüfuzunun hələ də sarsılmadığının ba-

riz göstəricisidir. 

Yuxarıda göstərilən komissiyanın nəticələri  əsasında MK rəyasət heyə-

tinin üzvü Qarayev tərəfindən məruzə hazırlandı və bu məruzədə deyilirdi ki, 

ideoloji və siyasi tərbiyəvi işlərinin gücləndirilməsi ruhaniliklə mübarizə 



 

Hacıyev TALEH 

378 


problemində xüsusi rol oynamalıdır və qeyd olundu ki, bu partiyanın 

qarşısında duran və yaxın gələcəkdə  həll olunması gözlənilən başlıca 

məsələlərdən biridir. [12,45]  

Din xadimlərinə qarşı mübarizədə Dövlət Siyasi İdarəsinin uydurmala-

rından da məharətlə istifadə edilirdi. Bu idarə tərəfindən respublikanın ayrı-

ayrı yerlərində süni “möcüzələr” yaradılır və bundan istifadə edərək din xa-

dimlərinə qarşı divan tutulurdu. Belə “möcüzələrdən biri də  Şamxor rayo-

nunda (indi şəmkir) baş vermişdi. 1930-cu ilin martında Şamxor payonunda 

“Bitdili imamı” möcüzəsi baş verdi. Guya imamın qəbri aşkar edilib və 

imam zühur edənə  qədər heç bir işlə  məşğul olmaq olmaz. Hətta iş o yerə 

çatmışdı ki, komunistlər və komsomolçular da biletlərini qəbrin üstünə atıb 

gedirdilər. [2,43-44] 

Bolşevik mətbuatı bu hadisəni antisovet qüvvələrin çıxışı kimi qiymət-

ləndirdi və hesab etdi ki, bi iş kolxoz quruculuğunu pozmaq və əhalinin işlə-

məsinə mane olmaq məqsədi ilə düzəldilmişdi. 

Lakin “Bitdili imamı” möcüzəsinin yaranmasının  əsil səbəbi barəsində 

Ceyhun Hacıbəyli yazırdı ki, bu regionun bir neçə rayonunun əhalisi kollek-

tivləşməyə mane olur, bəzi yerlərdə hətta qanlı döyüşlər də baş verirdi . Bu 

dəstələrdən birinin başında Şamxorlu molla Hacı Axund dururdu. Camaat və 

hətta yerli koministlər Axunda böyük hörmət bəsləyir və onu müdafiə edirdi. 

Məhz belə bir mürəkkəb problemi həll etməyin yolu kimi “Bitdili imamı” 

möcüzəsi senarisi həyata keçirildi və nəticədə bolşeviklər öz istəklərinə nail 

oldular. [2,45]  

Sonrakı iki ili, yəni 1929-1930-cu illəri din xadimlərinə qarşı ilk açıq 

kütləvi hücumlar dövrü saymaq olar, lakin yuxarıda deyildiyi kimi, din xa-

dimlərinə münasibətin ciddiləşməsi əvvəlcədən planlaşdırılmışdı. Məscidlə-

rin müsadirə edilməsi ilə əlaqədar keçirilən üsyan bu prosesləri çox drama-

tikləşdirdi.  

Təkcə Nuxa (ind Şəki) üsyanından sonra yalan danışmaqda günahlan-

dırılaraq 19 sünni molla, fəaliyyət göstərən məscidlərin rəhbərləri həbs olun-

muşdular. [7,263] 

1936-1938-ci illərdə baş vermiş qorxunc “təmizləmə” illərində müsəl-

man ölkələrində müəyyən liderlər (ruhanilər, millətçilər və  həmçinin kom-

münistlər) xüsusilə ruhanilər məhv edilir və ya sürgünə göndərilirdi. Onların 

böyük  əksəriyyəti banditizmdə, rüşvətxorluqda,  əksinqilabçılıqda, antisovet 



Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə