Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə134/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   130   131   132   133   134   135   136   137   ...   152

 Sovet hakimiyyəti dövründə ruhaniliyə və dini bayramlara qarşı mübarizə 

379 


təbliğatı aparmaqda milətçilikdə, pantürküçülükdə, panislamçılıqda və s. 

suçlandırılaraq qətlə yetirilmişdilər. Bu sonuncuların arasında Azərbaycan 

ruhanilərindən Qazı Mirməhəmməd Kərim Ağa kimi tanınmış  şəxsiyyətlər 

də vardı. 

Repressiyalar zamanı 1936-cı ilin əvvəllərində ASSR 45 administrativ 

ərazisində 647 müsəlman din xadimi qeydə alınmışdır ki, [13] bu da 5 mart 

1937 –ci ildə Stalinin ÜİK(b)P plenumunda elan etdiyi .. “indi biz məhv 

etmək yolunu tutmalıyıq” direktivindən sonra Azərbaycan komunistlərinin 

XIII qurultayında Anti - din işlərinin başlanması haqqında qərar qəbul edildi. 

Bu qərarın başlıca məqsədi ruhaniliyin tamamilə darmadağın edilməsi və 

onların  əhaliyə  təsirinə son qoyulması idi. Nəticədə 1937-ci ildə 372 din 

xadimi həbs olunmuş, onlardan 201 nəfəri güllələnmiş, 161 nəfəri müxtəlif 

cəzalar almışdır.[14,47] 

Beləliklə əgər 1918-ci il tarixli konstitusiya din azadlığı və din əleyhinə 

təbliğat aparmaq azadlığı verilirdisə, 1937-ci il Stalin konstitusiyasının 124 

maddəsinə  əsasən bütün vətəndaşlara “dini ayinləri icra etməkdə  və din 

əleyhinə propaqanda aparmaqda” azad olduqları bildirildi. Burada diqqət 

yetirilməli vacib məqam odur ki artıq dindarların dini təbliğ etmək hüquqları 

məhdudlaşdırıldı. Bundan sonra din əleyhinə  təbliğat aparmaq sərbəst olsa 

da, dini təbliğat qadağan idi.  

Əvvəllər əgər yaş həddi dini şəxsləri qorumağa kömək edirdisə, indi sağ 

qalmış din xadimlərilə yanaşı onların qohumları, eləcə də müqəddəs yerləri 

ziyarət etmiş şəxslər də məhv edilirdilər. Namaz qılınması, Ramazanda oruc 

tutmaq, ümumiyyətlə dini ayinlərdə, bayram və mərasimlərdə iştirak edən və 

yaxud da sadəcə Hacı, Kərbəlayi, Məşədi adına sahib olan şəxslər təqsirlən-

dirilməyə riskli idilər.  

Azərbaycanda Sovet hakimiyyətinin ilk günlərindən həyata keçirilən təd-

birlər içərisində islam dininə dair dekret və qərarlar mühüm yer tuturdu. Bu 

tədbirlər marksizim- leninizim nəzəriyyəsinin belə bir müddəasından irəli 

gəlirdi ki, İslam sinifli cəmiyyətin məhsulu, istismarçıların ideologiyası 

olmuşdur. O, hakim və məhkum siniflərin olmasını təbliğ edir, eyni zamanda 

da insanın insan tərəfindən istismarına haqq qazandırır. Həm də bu pirinsip-

lərdə ikinci sinif üçün yalnız mömüncəsinə arzu olunur ki, birinci sinif ona 

mərhəmət eləsin. Bir sözlə, islam hakim sinifin öz tabeliyində olanların 

əməyini istismar etməsinə haqq qazandıraraq bunun əvəzində xalq kütlələ-



 

Hacıyev TALEH 

380 


rinə cənnət vəd edir. Beləliklə də islam dini işçi sinifin öz hüquqları və əda-

lətli bir dünya uğrunda mübarizəsinə mane olur ki, bu da kommunist ideolo-

giyası ilə heç cür uyğun gələ bilməz. 

Bu baxış nöqteyi nəzərindən bolşeviklər Azərbaycanda islam dininin 

müxtəlif mərasimlərinə, dini bayramlara, təziyələrə, matəmlərə, o cümlədən 

məhərrəmlik matəminə qarşı da mübarizə aparmışdılar.  

1920–ci ildə Azərbaycan Sovet Sosialist Resrublikasının Əmək Komis-

sarlığının qərarı ilə Ramazan, Qurban, Aşura, Bistü-Həştüm, Mövlud-Nəbi 

ilə birlikdə Novruz da azərbaycanlı  fəhlə  və qulluqçular üçün əmək haqqı 

saxlanılmaqla istirahət günləri elan edildi. Cümə günü isə həftənin bazar gü-

nü elan edildi. Cümə günü ilə əlaqədar olaraq hətta partiya iclaslarının keçi-

rilməsi də qadağan edildi. [15,65] 

Lakin bu dini liberalizm uzun sürməmiş, yeni sistemin hakimiyyətə baş-

laması  və hakimiyyətdə öz dayaqlarını möhkəmlətməsi ilə birlikdə  qısa bir 

zaman keçdikdən sonra bu bayramların və dini mərasimlərin keçirilməsi 

xeyli məhdudlaşdırılmışdır. Məsələn, 1920–ci ildə Azərbaycanda qurban 

bayramı münasibətilə azərbaycanlı qulluqçu və  fəhlələr iki gün işdən azad 

edilmişdilərsə, 1921–ci il də qurban bayramı zamanı yalnız bir gün işləmə-

məyə icazə verilirdi.[15,90] Həmçinin 1924-cü ildə  əvvələr 2 gün bayram 

edilən Novruz və Ramazan bayramlarının hərəsininn bir gün qeyd edilməsi 

haqda qərar çıxarılır.[16] 

1925-ci ildə  həmin məsələyə yenidən baxan Azərbaycanın Xalq Əmək 

Komissarlığı  və Azərbaycan K(b)P Rəyasət heyətinin 1925-ci il 14 mart 

tarixli qərarı ilə Azərbaycanda 10 inqilabi və hər dini qrup üçün (müsəlman, 

xristian, erməni–qriqorian) 6 dini bayram günü təsdiq edir. Lakin Zaqafqazi-

ya  Əmək Komissarlığı bu qərarı  qəbul etməyərək bayram günlərinin 14 

gündən artıq olmaması qeyd edir və bu səbəbdən 8 inqilabi, 6 dini bayram 

gününün təyin edilməsini məqbul sayır.[16,43]  

Artıq  1927-1928 ci illərdə Mövlud -Nəbi və Bistü- Həştüm kimi dini 

bayramlar qadağan edildi. 1929-cu ildə yalnız Novruz, Qurban və Orucluq 

bayramları, Aşura günü saxlanıldı. Həmin ilin 13 fevral AK(b)P-nın Bakı 

Komitəsinin iclasında “Ramazan və Novruz” bayramlarına qarşı Kampa-

niyanın keçirilməsi” adı ilə qəbul edilən sənəd bu bayramların rəsmi şəklidə 

hər hansı bir formada keçirilməsinə qadağa qoyur. Mart ayının sonuna qədər 

keçirilməsi nəzərdə tutulan bu tədbirlər planında 7-14 mart günləri “zərbəçi” 



 Sovet hakimiyyəti dövründə ruhaniliyə və dini bayramlara qarşı mübarizə 

381 


həftə elan edilərək [16,43] bütün istehsalat sahələrində, fəhlə  və digər ku-

lublarda, “Allahsızlar İttifaq”nın yerli özəklərində, mətbuatda, məktəblərdə, 

kitabxana və qiraətxanalarda tədbirlər keçirmək, dinin və o cümlədən islam 

dininin “sosializim quruculuğu yolunda maneə olduğunu izah etmək, islamın 

və onun bayramlarının sinfi, irticaçı mahiyyətini izah etmək, onların mən-

şəyini və  zərərli mahiyyətini” geniş  şəkildə ictimaiyyətə çatdırmağı  zəruri 

sayır.  

Müəyyən dövr keçdikdən sonra bu tədbirlər də artıq hesab edilərək, dinə 

qarşı geniş hücuma başlanıldı. Bunun məntiqi nəticəsi kimi, 30-cu illərdən 

başlayaraq “Dini bayramlar sovet təqvimindən çıxarılıb atıldı.” Onların 

əvəzinə sovet dövləti, ilk günlərdən başlayaraq yaranmış “mənəvi boşluğu” 

doldurmaq məqsədilə “inqilabi ruhda” yeni, qondarma mülki bayram və 

mərasimlər müəyyən etdi. Həmin bayramlara və istirahət günlərinə aid idi; 

Yeni il bayramı (1 yanvar), V.İ.Leninin vəfatının ildönümü (24) yanvar, 

mütləqiyyət dövründə  fəhlələrin güllələnməsi günü (19/22 yanvar), mütlə-

qiyyətin devrilməsinin ildönümü (12 mart), Paris Kommunası günü (18 

mart), Azərbaycanda sovet hakimiyyətinin il dönümü (28 aprel), dünya fəh-

lələrinin həmrəylik günü (1-2 may), 26 Bakı komissarlarının güllələnməsinin 

ildönümü (20 sentyabr), proletariat inqilabının il dönümü (7-8 noyabr). 

[136,18] Beləliklə  də sovet hökuməti öz bayram günlərini konkret şəkildə 

sistemləşdirdi və bu haqda qaydalar tətbiq etdi. 



Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə