Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə141/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   137   138   139   140   141   142   143   144   ...   152

Gender ölçüsündə din 

401 


nış qaydalarını İslamın adına yazmaq böyük haqsızlıqdır. Qadınların başdan 

ayağa örtünməsi, sədaqətlilik adıyla qadınların kişilərdən təcrid edilməsi, hə-

rəm və s. kimi ənənələr ərəblərə Assuriyadan, İran və Bizansdan keçmişdi və 

İslamın ideyalarına bunlar yad idi. 

Beləliklə,  İudaizm və Xristianlıq ilə,  İslamdan öncəki  ərəb, fars, hind, 

Babil, Misir və s. gələnəkləri ilə müqayisədə İslam qadın hüquq və səlahiy-

yətləri sahəsində irəli böyük addımlar atdı, daha mütərəqqi xarakter daşıdı, 

qadına öncə sahib olmadığı bir sıra hüquq və  səlahiyyətlər verdi. Bununla 

belə, Qərbdəki ideya və  gələnəklərdən qaynaqlanan feminizmə görə,  İslam 

qadının kişidən aşağı mövqeyini, hüquq baxımından qadının kişiyə tabe-

çiliyini aradan qaldırmadı, miras bölgüsündə bərabərsizliyi (cinslər arasında) 

saxladı, hətta itaətsizliyə görə kişiyə qadını döymək hüququnu verdi. Fe-

minist baxış bu qənaəti Nisa Surəsindən çıxarır. Ancaq bu feminist baxışın 

ədalət ölçüsü, təəssüflər olsun ki, İslamın qadına insansevər münasibətini, 

verdiyi geniş hüquqları sanki hesaba almır, o cümlədən unudur ki, İslama 

əsasən qadının günahına görə kişi məsuliyyət daşıdığı halda, kişinin güna-

hına görə qadın məsuliyyət daşımır. Bir çox halda isə cinayətə görə kişiyə 

nisbətən qadına daha yüngül cəza verilir. İslam hökmünə görə, zina ittihamı 

ilə bağlı məhkəmədə isə kişi və qadının hüquq bərabərliyi tam təmin edilir. 

(Nur, 2-33). 

İslamda qadının durumuna dair yanlış iddialar tarixən söylənilmiş  və 

söylənilməkdədir. Onlardan biri də menstruasiya olan, yaxud hamilə qadınla 

ünsiyyətdən çəkinmək məsələsiylə, yəni bununla qadına qarşı ayrıseçkilik 

yeridildiyini irəli sürən fikirlə bağlıdır.  İslam heç bir halda belə dövrlərdə 

qadınla ünsiyyətdən çəkinmək lazım gəldiyini irəli sürmür. Belə bir gələnək, 

ənənə İslamdan öncəki cahiliyyə çağı ərəblərində var idi.

27

 Buna görə də, ca-



hiliyə gələnəyini İslama aid etmək haqsızlıqdır. İslam şəriəti yalnız sağlam-

lıq və təmizlik məqsədiylə, qadının keçirdiyi təbii durumu nəzərə alaraq bəzi 

müvəqqəti şərtlər qoyur ki, bu da əsla ünsiyyətdən çəkinmək demək deyil. 

Qadınların «sünnət məsələsi» də, deyildiyi kimi, islamdan öncəki yerli 

gələnək ilə bağlı olub, şəriət göstərişindən irəli gəlməyən seksist gələnəkdir.

 

Bunun Afrikada-Misir, Somali, Sudan, Efiopiya, Keniya və s. kimi ölkələr 



üçün xarekterik olması fikrimizi təsdiqləyir. Hələ fironlar zamanında Misir-

də belə bir gələnəyin mövcudluğu məlumdur. Bunlardan başqa, islam şəriəti 

dördə  qədər qadınla evlənməyi də bir vaciblik kimi irəli sürmür. Kişinin 



 Aygün EYVAZLI 

402 


aldığı (evləndiyi) hər bir qadınla ədalətli davranacağı halında buna izin verir: 

«Əgər (onlarlada) ədalətlə dolanmağa  əmin deyilsinizsə, o halda təkcə bir 

nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin… Bu ədalətli ol-

mağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır». (Nisa, 3). 

Qərb dünyasında feminist hərəkatın yüksəlişi müsəlman  Şərqinə  də 

təsirsiz qalmadı. XX yüzilin 70-ci illərində müsəlman qadın hərəkatı meyda-

na gəldi. Ayrı-ayrı ölkələrin mədəni gələnəkləri  şəraitində  təşəkkül edən 

gender sfereotiplərini təhlil süzgəcindən keçirmək bu hərəkatın diqqət mər-

kəzində dururdu. Hərəkatın feminist qadın iştirakçıları müqəddəs mətnləri 

tənqid etmirlər. Onlar bu mətnləri yalnız yeni baxış bucağında oxumağa çalı-

şırlar.

28

 



Beləliklə, XX yüzilin ikinci yarısında Qərb və bir qədər sonra Şərq 

dünyasında feminist hərəkatınyeni ölçüdə genişlənməsi dünya dinlərində (o 

cümlədən,  İudaizm kimi milli dində) qadının durumunu öyrənməyə meyli 

gücləndirdi. Bu məqsədlə, dinlərdə (adı çəkilən) gender stereotiplərinin ciddi 

təhlilinə girişildi. Bu təşəbbüs bəzən radikal, inqilabi xarakter daşıdı. 

Müsəlman qadın feministlərin bu sahədə fəaliyyəti daha mülayim oldu. Bu 

isə İslamın qadına digər dinlərlə müqayisədə fərqli baxışından qaynaqlanırdı. 

Bununla belə, hər bir dində, xüsusilə  İslamda gender stereotipləri araş-

dırılıb öyrənilərkən dini ideyalar ilə ayrı-ayrı ölkələrin yerli gələnəkləri ara-

sında münasibətin məzmununa diqqətlə yanaşmaq, din örtüyünə bürünmüş 

yerli gələnəkləri açıb göstərmək, dini normaları  əsasında  şəkillənmiş sosial 

davranış qaydalarını, modellərin gerçək mənzərəsini vermək lazımdır.  Əks 

halda, yəni yerli gələnəyin üzərinə çəkilmiş çox zəif din pərdəsinə görə yerli 

gələnəyin yeni dini ideya kimi təqdim edilməsi nəticəsində dindəki gender 

stereotiplərinin də gerçək şəkildə öyrənməkdə, qadının dindəki gerçək duru-

munu müəyyənləşdirməkdə yanlışlığa yol veriləcək. Daha obyektiv nəticələr 

əldə etmək üçün araşdırmalar dinşünaslıq ilə genderşünaslığın qovşağında 

aparılmalıdır.  




Gender ölçüsündə din 

403 


 

ƏDƏBİYYAT 

 

1. Вардиман, Е.Женщина в древнем мире. М., «Наука» 1990,, səh.81; 

Мифологический  словарь.  М.,  Советская  Энциклопедия, 1991; 

səh.18-19 

2. Мифологический словарь. Səh.17-18; Вардиман, Е. Adı keçən əsər. 

Səh.81 


3.  Вардиман,  Е. Adı keçən  əsər. Səh. 81 Мифологический  словарь, 

səh. 400-401 

4. Мифологический словарь. Səh.161-163 

5. Yenə orada 

6. Topaloğlu, Bekir. İslamda Kadın. İstanbul 1968, səh.17 

7. Самыгин  С.И., Нечипуренко  В.Н., Полонская  И.Н. Религиоведе-

ние:  социология  и  психология  религии.  Ростов-на-Дону. «Фе-

никс»1996,  səh.544 (Bundan sonra: Религиоведение.) 

8. Bax: Понуждаев Э. А.Основы гендерологии .М., 2003. 

9. Вардиман, Е. Adı keçən əsər, səh.103 (Məqalədə «İncil»dən alınma-

lar bu əsərdən veriləcək). 

10. Ogan, M.Raif. İslam Hukuku. İstanbul, 1956, səh.71 

11. Религиоведение, səh.544 

12.Yenə orada  

13. Yenə orada  

14. Topaloğlu, Bekir, Adı keçən əsər, səh.13  

15. Религиоведение, səh.317-318  

16. Ayətlər bu qaynaqdan verilir: Qurani-Kərim Məali:  Ərəb dilindən 

tərcümə edənlər: Z.M.Bünyadov, V.M.Məmmədəliyev.Bakı, Qismət,2006  

17. Haşimi, M.Ali, Kuran ve Sünnetde Müslüman Şahsiyeti. Terjüme: 

Resul Tosun.6. Baskı, Risale Yayınları. İstanbul,1988.səh.72  

18. Yenə orada 

19. Бовуар, Симона де. Второй пол. М.,1988  

20. Вардиман, Е. Adı keçən əsər, səh.82  

21.  Ахматова  А.А.  Сочинения,  Т.1, 2-е  изд.,  М.,  Художественная 

литература 1990, səh.210.  

22. Haşimi, M.Ali. Adı keçən əsər, səh.62  



Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə