Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə138/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   134   135   136   137   138   139   140   141   ...   152

 Aygün EYVAZLI 

392 


 

GENDER ÖLÇÜSÜNDƏ DİN 

 

Aygün Rüstəm qızı Eyvazlı 

   ADMİU-nin dissertantı  

 

Din yüzillər boyu xalqların, millətlərin həyatında istər fərd, istərsə də cə-

miyyət səviyyəsində həlledici rol oynamış və ümumdünya ictimai inkişafını 

yönləndirən qüdrətli amil olmuşdur. Çox böyük mədəni təcrübə olan din 

fərdlərin, etnik-milli, sosial birliklərin, sosiumun psixikasında dərin izlər bu-

raxmış, ideyaları şüuraltına çevrilmiş, ictimai-milli şüurun, mentalitetin for-

malaşmasında müəyyənedici yer tutmuşdur. Dinin nəinki  şəxslərarası (o 

cümlədən, cinslərarası) münasibətlərin, eləcə  də millətlərarası münasibətlə-

rin məzmun və xarakterinə yön verdiyi, onu şəkilləndirdiyi danılmaz bir ger-

çəkdir. Bu təsirlər fərdin, etnik-milli birliklərin, sosiumun davranışlarında öz 

əksini tapmışdır.  

Bütün bunlara görə, hər bir xalq və millətin keçdiyi həyat yolunu, tarixi-

ni etnik-psixoloji xüsusiyyətlərini öyrənmək üçün onların mənsub olduğu di-

ni müxtəlif baxımlardan öyrənmək, təhlil etmək lazımdır. Yoxsa insan tarixi-

nin gerçək mənzərəsini yaratmaq, gələcəyin cizgilərini müəyyən bir dərəcə-

də görmək və müəyyənləşdirmək mümkün olmaz. 

Dünya ictimai gedişinin çağdaş mərhələsində, qloballaşma qucağını get-

dikcə daha geniş açdığı bir dövrdə zamanın tələblərindən biri dinin gender 

ölçüləri baxımından təhlilidir. Dinin cəmiyyətdəki cins-rol təbəqələşməsinə 

münasibəti gender elminin diqqət mərkəzində durur. Məlumdur ki, din bio-

loji cinsi «kişilik» və «qadınlıq» mədəni konstruktlarına transformasiya edə-

rək onların ierarxiyasını yaradır və buna sakral bir mahiyyət verir. Din qu-

rumları isə cinslər arasında «hakimlik» qaynaq və vasitələrinin müəyyən xa-

rakterli (feminist baxışa görə bərabər olmayan) bölgüsünü rəsmiləşdirir, qa-

nuni hala salır. Din bu bölgünü hakimiyyət münasibətləri və sosial ierarxiya 

sistemində qoruyub saxlayır.  

Beləliklə, bu deyilənlərdən irəli gələrək Azərbaycanda gender münasi-

bətlərinin, gender mədəniyyətinin təşəkkül və inkişaf tarixi baxımından öy-

rənilməsi, gender münasibətlərinin inkişafı ilə bağlı proqnozların müəyyən-

ləşdirilməsi  İslama yeni dünyagörüşü olan gender yanaşmasından baxılma-




Gender ölçüsündə din 

393 


sını, İslam dinindəki gender stereotiplərinin obyektiv şəkildə şərh edilməsini 

qarşıya qoyur.  

Bu məqalədə qarşıya qoyduğumuz məqsədə çatmaq üçün müqayisəli ya-

naşma üsulundan istifadə edərək Bibliyaya, İudaizm və Xristianlıq kimi mo-

noteist dinlərə  və Buddizmə  də gender ölçüsündən göz yetirməyi  əlverişli 

hesab etdik. 

Bibliyada insanın yaradılışı haqqında mifdə (rəvayətdə) gender münasi-

bətlərinin aydın bir mənzərəsi verilmişdir. Bibliyanın tərkibində olan Varlıq 

kitabında insanın yaradılışına dair iki təqdim vardır. Birinci, daha erkən 

təqdimdə insan ikicinsli yaradılıb. Belə ki, kişi və qadın bir mahiyyəti təşkil 

edir.

1

  İkinci, daha sonrakı  təqdimdə isə ilk öncə, yaradılmışın-məxluqun 



çələngi olan kişi-Adəm yaranmışdır. Qadın-Həvva isə çox sonradan və ilkin 

materialdan deyil, kişinin qabırğasından yaradılır. Burada Adəm ideal ruhu, 

Həvva isə maddi cismi (bədəni) təmsil edir.

2

 «Tarix Şumerdən başlayır» adlı 



əsərin müəllifi olan S.N.Kramer Həvvanı Şumer mifolojisindəki Ana tanrıça 

Ninxursaq ilə əlaqələndirir. Ninxursaq Şumer cənnətinin sakinidir. Burada 8 

bitgi vardır ki, onu yeməyə heç kəsə izin verilmir. Ancaq Tanrılardan olan 

Enki dikbaşlıq edərək bu yasağı pozur. Ninxursaq onu cənnətdən qovmasa 

da ölümlə  hədələyir. Enki xəstələnir, nəhayət Ana Tanrıça onu əfv edir və 

onun xəstə qabırğasından həyat yoldaşını-Tanrıça Nintinini yaradır.

3

  

Bibliyadakı cənnətdə bitmiş «dərk etmə» («bilmə») ağacının meyvəsin-



dən yemək yasaqdır. Ancaq Həvva həmin meyvədən dadmaq üçün Adəmi 

yoldan çıxarır, nəticədə  hər ikisi də  cənnətdən qovulur, yer üzünə endi-

rilirlər. İnsanlar Adəm ilə Həvvadan törəyirlər. Bibliya Həvvanı lənətlənmiş 

ilk qadın kimi təqdim edir. Həvvanın təqsiri, günahı olmasaydı yer üzündə 

ölüm, ehtiyac, eləcə də məhəbbət və insan nəsli də olmayacaqdı. Buna görə 

də  Həvvaya onun qızlarına-bütün qadın cinsinə  əbədi lənət edilir. Ədə-

biyyatda diqqət edildiyi kimi, bu yaradılış mifində biologiyanın əksinə ola-

raq qadın kişidən yaranır, qadın başlanğıcı kişidən alır. Bu durum matri-

arxatın ömrünü başa vuraraq yerini patriarxat həyat tərzinə verməsini ifadə 

edir. Beləliklə, Həvva haqqında mif «böyük ana»nı taxtdan salır, onu tabe-

çilik durumuna atır, ana olma, uşaq dünyaya gətirmə günahla əlaqələndirilir.

4

 



Bibliyanın təqdim etdiyi günah işlədilməsinə dair mif sonralar Xristianlıq 

ənənəsində özünə möhkəm yer tutdu və bu motiv-mif ilahiyyatçıların daim 

müraciət etdiyi mövzuya çevrildi:




 Aygün EYVAZLI 

394 


İlk monoteist din sayılan  İudaizmdə  də qadının hüququ məhdud idi: 

«Tövrat»ı izləyən yəhudilik, yəni ortodoksal İudaizm  ənənəvi dəyərlər siste-

minə yad, özgə qaynaqlardan ideyaların girməsinə qarşı idi. Əski yəhudilər-

də ata qızını sata bilərdi. Qadının, yalnız kişi varis olmadıqda miras haqqı 

vardı.

6

  



İudaizmdə bütün dini vəzifələrin yerinə yetirilməsi,  əksər mərasimlərin 

icrası, gündəlik ibadətlər kişilər üçün müəyyənləşdirildi. Hətta kişi onu 

yalvaran bir qadın kimi yaratmadığına görə Tanrıya təşəkkürdən ibarət olan 

xüsusi bir ibadət düsturunu digər adi ibadətlərin içində hər gün təkrarlamalı 

idi. Qadın dini cəmiyyətin kişilər ilə  bərabərhüquqlu üzvü olmayıb, ancaq 

dini yasaqları yerinə yetirməliydi. İudaizm qadına uşaq doğurmaq aləti kimi 

baxır. Sinaqoqda da ona kişidən ayrı bir yer müəyyənləşdirib.

7

 



Bununla belə, bu durum sonralar bir qədər mülayimləşdirildi. Belə ki, 

ortodoksal olmayan İudaizm cərəyanında qadınlar ravvin ola bilər və ictimai 

idarəetmədə onların iştirakına yol verilir. Hazırda Lesbiy İudaizm hərəkatı 

da mövcuddur ki, bu hərəkatın iştirakçıları matriarxat ilahələri (tanrıçıları) 

ilə bağlı simvolika və kultu yenidən canlandırmağa çalışırlar.

İndi isə üç dünya dinindən (İslam, Buddizm ilə birlikdə) biri olan və 



birinci minilin başında ikinci monoteist din (İudaizmdən sonra) kimi yaranan 

Xristianlıqda qadına hansı yerin verildiyinə baxaq. 

Erkən Xristianlıq ilə sonrakı Xristianlığın qadına münasibətində bir 

qədər fərq vardır. Bu özünü Xristianlığın qurucusu olan İisus ilə apostol 

Pavelin  şəxsində özünü göstərirdi.İisus qadınlara hörmətlə yanaşırdı. Hətta 

«günah içində yaşayan» qadınları üstün tutduğuna dair zəngin məlumatlar

dəlillər var. O heç vaxt «Həvvanın qızları» ifadəsini, «günah işlətmək» 

motivini dilinə  gətirməmişdir.  Əksinə, qadınla bağlı deyirdi: «Çoxlarını 

sevdiyinə görə onun bir çox günahları bağışlanır» (Luka 7,47).

9

 Məşhur prit-



çada deyilir ki, zina edərkən yaxalanmış bir qadını adamlar daşqalaq etmək 

istəyərkən İisus onlara: «Sizlərdən kim heç günah işlətməyibsə, birinci daşı o 

atsın». (İoann,8,7) deyir və İisusun bu sözlərindən sonra heç kəs daş atmır. 

İisus qadının səbəb olub-olmamasından asılı olmayaraq boşanmanı qəbul 

etmirdi, çünkü «tanrının birləşdirdiyini insan ayıra bilməz» (Mark, 10,9) 

deyirdi.  İisusa görə, kişi və ya qadın yenidən nikaha girməklə zina etmiş 

olur. Birinci Yevangelist Mark öz müəlliminin fikrini davam etdirirdi: «Əgər 



Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə