Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə139/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   135   136   137   138   139   140   141   142   ...   152

Gender ölçüsündə din 

395 


qadın öz ərindən ayrılsa və başqasına getsə, (o) zina edir» (Mark, 10,12). 

İisus qadının kişi ilə bərabərləşməsinə tərəfdar idi. 

Ancaq  İisusun qadınla bağlı fikirləri Xristianlıqda yayılmadı  və bu 

məsələdə  əks mövqedə duran apostol Pavelin görüşləri isə Xristianlıqda 

qərarlaşdı. Pavel  qadına münasibətini qəti  şəkildə bildirirdi: «Sizin arvad-

larınız kilsələrdə sussunlar» (I Kor.14,34). Xristian icmasında qadınlar ümu-

miyyətlə, bütün hüquqları bölüşürdülər. Onlara tam dəyərli Xristian kimi 

baxılırdı. Ancaq dini təcrübədə onlar ikinci yerə sıxışdırıldı. Xütbə (moizə) 

ilə  çıxış etmək, dini mətnin-Yazının teoloji şərhi ilə  məşğul olmaq üçün 

qadınlara izin verilmirdi, yəni onlar «öyrədə» bilməzdilər. Pavel deyirdi: 

«Arvad öyrədə bilməz, ərinə hökm edə bilməz, amma səssiz dura bilər. Çün-

ki öncə Adəm yaradılıb, sonra isə Həvva və Adəm yolunu azmayıb, arvadı 

yoldan çıxaraq cinayətə yuvarlanıb» (I Tim.2,12-14); «…Kişi arvaddan de-

yil, arvad kişidəndir; kişi arvad üçün deyil, arvad kişi üçün yaradılıb» (11.3 

və s). 

Xristianlıq ailə-nikah məsələsinə İudaizmdən fərqli şəkildə baxdı. Pavel 



kişi və qadına ayrı-ayrılıqda yaşamağı tövsiyə edir, nikahın isə yalnız «zəruri 

şər» olduğunu söyləyirdi. O, nikahı yalnız «ehtirasdan yananlar», nəfs 

istəklərini,  şəhvət istəklərini iradə gücünə boğa bilməyənlər üçün məsləhət 

görürdü, ancaq onlar da instinktlərini ağılla, mənəviyyatla tarazlamalı idilər. 

Yaxşı olardı ki, insanlar könüllü olaraq qardaş və bacı kimi yaşasınlar, çünki 

«bədən zina üçün deyil, tanrı üçündür» (I Kor 6,13). Pavel göstərirdi ki, 

nikah nəsili davam etdirmək üçün deyil, yalnız  şəhvəti ödəmək üçündür. 

Sevgi «zina»dır, əxlaqsızlıq və günahdır. 

Bir qədər sonra Pavelin fikirləri, göstərişləri xristianlığın dəyişməz 

qanunlarına, ehkamlarına çevrildi. Xristianlıq tərəfindən qadın qəti  şəkildə 

şər qaynağı, günah təcəssümü sayıldı. Xristianlığın hökmünə görə qadının 

günahı üzündən bəşəriyyət, insanoğlu fəlakətə sürükləndi. Bu düşüncə orta 

çağda daha kəskin xarakter aldı, qadına əcinnə, cadugar, sehrbaz timsalı kimi 

baxıldı. Fransanın xalq qəhrəmanı Janna D

\

Arkın kilsə  məhkəməsində 



sehrbazlıqda, din dönüklüyündə ittiha edildi, yandırılması saysız örnəklərdən 

biridir. Qadın iyrənc məxluq sayıldığı üçün o, İngiltərədə XVI yüzilə qədər 

İncilə  əl vura bilməzdi.

10

 Kilsənin mehrab yerləşən hissəsinə qadınların 



girməsinə yasaq qoyuldu və bəzi protestant kilsələri istisna olmaqla qadınlar 

rühani rütbəsi də ala bilmədilər.

11

 



 Aygün EYVAZLI 

396 


Xristianlıq ailə-nikah məsləsində  İudaizmlə müqayisədə qadınların 

xeyrinə  bəzi dəyişiklik etdi. Belə ki, o nikaha girənlərin (kişi və qadının) 

qarşısına daha yüksək etik tələblər qoydu. Ancaq qadının sosial statusunda, 

durumunda ciddi bir yenilik yarada bilmədi.  İsaya tamamilə  sədaqətli olan 

və onun uğrunda bəkarətini,  əxlaqını qoruyub saxlayan şəxsiyyət dindar 

xristianların idealı sayılırdı.

12 

Roma katolik kilsəsinin ruhaniləri qarşısında 



qoyulan nikahsızlıq və cinsi əlaqələrdən qəti şəkildə çəkinmə tələbi, kişi və 

qadın rahibliyinə, tərkdünyalığına Xristianlıqda xüsusi yer verilməsi buradan 

irəli gəlirdi. XX yüzildə bu tələblər bir qədər mülayimləşdi. Bununla belə, 

Xristianlıq həm də cinsi asketizm və nikahsızlıq meyli ilə xarakterizə olu-

nur

13

.   



Beləliklə, Xristianlıq qadının sosial həyatında ciddi bir dəyişiklik etmədi, 

ona yalnız ailə və dini icmada yeni bir mövqe tutmaq imkanı verdi. 

Buddizm qadının sosial statusu ilə bağlı olaraq İudaizm və Xristianlıq-

dan bir qədər fərqlənsə  də,  əslində qadını tabeçilik durumundan, kişi asılı-

ğından qurtara bilmədi. Budda öncə qadınları öz dininə qəbul etmək istəmə-

mişdi. Yaxın silahdaşının tövsiyəsi ilə buna razılıq verdikdən sonra təəssüf-

lənmiş, qadınların iştirakının dinin davamlılığına mənfi təsir göstərəcəyini 

bildirmişdi.

14

  

Tanrının birliyinə, təkliyinə, onun ortağı olmamasına inam, etiqad demək 



olan monoteizmi heç bir din İslam qədər incəliklə  və ardıcıllıqla təfsir 

etməyib.


15 

Nə də heç bir dində gender münasibətləri İslamda kimi dəqiq və 

aydın  şəkildə müəyyənləşməyib.  İslam qadına heç bir dində olmayan yeri 

vermiş, dəyərini yüksəltmişdir. Qurani-Kərim cinslərarası münasibətləri heç 

bir dində görünməmiş dəqiqlik və aydınlıqla tənzimləmişdir. Burada qadına 

münasibət olduqca qəti və  ətraflı  şəkildə ifadə edilir, ailə-nikah (kəbin) 

münasibətləri hərtərəfli müdaxilə ilə nizama salınır, gender rolları incədən 

incəyə təsvir edilir.  

Bibliyada, Xristianlıqda insanın yaradılışına, Adəm və  Həvvanın cən-

nətdən yerüzünə endirilməsinə dair irəli sürülən fikir Qurani-Kərimdə  təs-

diqini tapıb. İlk öncə Adəm ilk insan, ilk peyğəmbər olaraq, sonra isə onun 

qabırğasından Həvva yaradılıb. Ancaq Bibliya və Xristianlıqdan fərqli olaraq 

qadın «günah» anlayışı ilə alçaldılmır, kişi və qadın qarşılıqlı hörmət və sev-

gi əsasında bir-birinin tamamlayıcısı kimi təqdim edilir. Allah-Təala insan-

lara: «Hamınız bir-birinizdənsiniz» (ən-Nisa, 25) buyurur.

16

 Hz. Peyğəmbər 




Gender ölçüsündə din 

397 


bir hədisində qadınlara böyük həssaslıqla, anlayışla yanaşmağı kişilərin 

qarşısında bir vəzifə, borc kimi qoyarkən deyir: «Qadınlara yaxşılığı tövsiyə 

edin. Çünki qadınlar əyri qabırğa süsüyündən yaradılıblar…Düzəltməyə ça-

lışsan onu qırarsan, olduğu kimi buraxsan əyri qalar».

17 

Başqa bir rəvayətdə



 

isə «Ondan ancaq əyri olaraq faydalanarsan» buyurur.

18

  

Qadının kişidən yaradılması, yaxud onların ilk öncə bir mahiyyət olması 



haqqında ideya mütəfəkkürlərin, sənət adamlarının diqqətini daim çəkmişdir. 

Feminist hərakatın əsasını qoyanlardan olan Simona de Bovuar «İkinci cins» 

adlı kitabında bu yaradılışa ateist ekzistensialist J.P. Sartrın təsiriylə yanaşa-

raq onu çox dərin məna və məzmunundan soyundurub cılızlaşdırırdı: «Həv-

va…ilk kişinin qabırğasından çıxmışdır. Onun doğulması özü avtonom 

olmamışdır.

19

 

Əslində bu növ yaradılışda kişi və qadının daim bir-birinə can atması, 



bir-birinə sevgisi və bu sevgi yolu ilə yenidən birləşib bir tam olmaq istəmə-

ləri qaynaqlanır. Platon sevgidə, bütünlüyə (tamamlığa) can atmada yeni hə-

yatı yarada biləcək yaradıcı bir qüvvəni görürdü.

20

 



Görkəmli rus şairi Anna Axmatova bu yaradılışın mahiyyətini həssaslıq-

la duyaraq, onu poetik şəkildə belə ifadə edir: 



   

Долгим взглядом твоим истомленная, 

И сама  научилась томить. 

Из ребра твоего сотворенная, 

Как могу я тебя не любить?

 21


 

 

(Sənin yorğun, uzun baxışlarınla, 



Özüm də öyrəndim usandırmağı. 

Mən ki, sənin qabırğandan yarandım, 

Necə sevməyə bilərəm səni mən?) 

 

Kişi ayrılıqda yarımçıqdır. Buna görə də bu yarımçıqlığı aradan qaldır-



maq, tam olmaq, bütün olmaq üçün vaxtilə bir olduğu hissəsinə-qadına doğ-

ru can atır. Eyni zamanda onun keçmiş hissəsi-qadın da bütünlüyə, birliyə 

can atır.  

Qurani-Kərimin bir çox ayəti ata və anaya qarşı olduqca sayğılı davran-

mağı övlad üçün borc bilir, bu davranışı iman fəzilətindən sonra ən fəzilətli 



Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə