Microsoft Word Sosial-siyasi №1, 2011. doc



Yüklə 74,26 Kb.
Pdf görüntüsü
tarix20.10.2017
ölçüsü74,26 Kb.
#5819


 

 

154



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1      

 

Sosial-siyasi elmlər seriyası 

  2011 

 

 

 



 

 

UOT 316.334:7; 316.334:008  

MƏDƏNİYYƏT VƏ MENTALİTET DİALEKTİKASI:  

SOSİAL-FƏLSƏFİ PROBLEM KİMİ  

 

S.H.ƏLİYEVA 

Bakı Dövlət Universiteti 

sahibe_eliyeva@mail.ru 

 

Mentalitetin sosial-fəlsəfi mahiyyətinin nəzəri-metodoloji tədqiqində mədəniyyət sosial 

anlayış kimi araşdırılır. Bu məqalədə xalqların milli mədəniyyətin mental xüsusiyyətlərini əks 

etdirən cizgiləri öz əksini tapmışdır. 

 

Açar sözlər:  Relyativizm, absoluyatizm, universalizm, introvert, innovasiya, kanonik 

cəmiyyət 

 

Mədəniyyət cəmiyyətə  əqli, düşüncə  tərzini müəyyən edən intellektual 



modelləri təqdim edir, lakin bunlardan istifadə isə sosium üzvlərinin bacarıq 

və imkanlarından asılıdır. Ən geniş mənada götürsək, mədəniyyət xalqın milli 

varlığının təzahür faktorudur və bu faktor  hər bir xalqın mentalitetini müəy-

yənləşdirməklə kifayətlənməyib, onun tarixi varlığının mahiyyətinə, bütün so-

sial-psixoloji reallıqlarına nüfuz edir. Daha dəqiq deyilsə, bunun sayəsində 

xalqın, millətin mentalitetinin nüvəsini təşkil edən mədəni aləmin fenomeni 

formalaşır. Məhz bu xarakterli mentaliteti dərk etmək üçün dövrün mədəni də-

yərlərini istehsal edən sosial institutların fəaliyyətini, ideya və əqidələrinin for-

malaşdırdığı psixoloji sosiomədəni mühiti öyrənmək lazımdır. Qeyd edək ki, 

elmi  ədəbiyyatda işlədilən «total tarix», yaxud da «total mədəniyyət» bütün 

bəşər tarixi, ya da dünya mədəniyyəti anlayışını bildirmir. Məsələ bundadır ki, 

qısa bir tarixi kəsim, yaxud konkret bir regionda formalaşmış mədəniyyət də 

total xarakter kəsb edə bilər. 

Daha dəqiq desək, bu totallıq müəyyən məkan və zamanda insanların hə-

yat fəaliyyətinin tarixçiyə və filosofa əlçatan olan bütün tərəflərini imkan daxi-

lində, müxtəlif müstəvilərdə müşahidə olunub başa düşülməsi prosesidir. İkin-

ci bir tərəfdən, «total» idrak insanların həyatını siyasi, təsərrüfat, dini sahələrə, 

yaxud hansısa məxsusi tarixi dövrə bölmək prinsipini qəbul etmir. Belə yanaş-

manın funksiyası zəngin tarixi mənzərəni mümkün olan bütün səviyyələrində 

tədqiq etməkdir. Bununla bağlı, ümumi şəkildə desək, L.Fevr hesab edir ki, so-

sial tarix, cəmiyyətin tərkibinin, onu təşkil edən siniflərinin, təbəqə və qrupla-



 

 

155



rının, münasibətlərinin təhlili mühüm əhəmiyyət kəsb etmir, əsas məsələ tarixi-

fəlsəfi idrak obyekti olan insanların tarixidir. Çünki tarixi inkişafın hərəkətverici 

qüvvələri məhz psixikaya, fikirlərə, hisslərə malik olan insandır [5, 501]. 

Qeyd edək ki, öz funksional mahiyyətinə görə relyativizm idrakın, dün-

yagörüşü sistemlərinin, mədəniyyətin təhlili və şərhi prinsipi olan bu metodun 

başlıca vəzifəsi hadisələrin keyfiyyət qeyri-sabitliyini, onların müxtəlif şərait-

lərdən və  vəziyyətlərdən asılılığını mütləqləşdirməkdir [10, 263]. Dialektik 

təfəkkürün mühüm çaları olan bu prinsip daxili ziddiyyəti ilə seçilir. Belə ki, 

relyativizmə görə, o, eyni vaxtda hər bir elmi nəzəriyyənin, əxlaqi normanın, 

yaxud mədəni  ənənənin dəyişkənliyini və qeyri-təkmilliyini qeyd edir, başqa 

tərəfdən, bu və ya digər sosial hadisənin öz dəyərliliyini təsdiqləyir. Lakin relya-

tivizmin mədəniyyətlər arasında fərqin olması ideyasına üstünlük verməsi ol-

duqca dəyərli cəhətdir, çünki bununla mədəniyyətlərin mental fərqlərin müm-

künlüyü mülahizəsi qeyd edilir. Bu baxımdan, Amerika sosioloqu R.Benediktin 

mədəniyyətlərin konfiqurasiyası, yaxud mədəni relyativizm konsepsiyası dü-

şüncə mentallığı, intellektlə mental təcrübənin dialektikası baxımından maraq-

lıdır. Sosioloq tədqiqatlarında belə bir fikri əsaslandırmağa çalışır ki, mədəni 

dəyərlərin məcmusu və şəxsiyyət eyniyyət təşkil edirlər, mədəniyyət cəmiyyə-

tin şəxsiyyətidir. 

Absolyutizm, yaxud mədəni mütləqlik cərəyanının tərəfdarları isə mədə-

niyyətlər arasındakı oxşarlıqları mütləqləşdirir, başqa sözlə, onlar hər bir mə-

dəniyyət üçün səciyyəvi olan cəhətləri inkar edərək, mədəni dəyərlər arasın-

dakı mental fərqləri nəzərə almırlar. Məsələn, mentallığı öyrənmək baxımın-

dan belə bir maraqlı məqama diqqət yetirək: absolyuatistlərin fikrincə intellekt 

kimi sosial psixoloji element də bütün mədəniyyətlərdə eynidir. Onlar burada 

yalnız kəmiyyət fərqlərinin olduğunu israr edirlər. Daha dəqiq desək, onların 

fikrincə  mədəniyyətlər eynidir, lakin qavrayışda qeyri-bərabərdirlər. Başqa 

sözlə, eyni bir mədəni fenomen müxtəlif mental müstəvisində qavranılır. La-

kin absolyuatizmin qüsuru bundadır ki, o bütün mədəniyyətlərə ABŞ və Qərbi 

Avropa gerçəkliyinin dəyərləri baxımından yanaşaraq digər xalqların həyat 

tərzilə təzad təşkil edən standartlara üstünlük verir. Bu istiqamət özünün zid-

diyyətli  əksini «əks absolyutizm» təlimində tapmışdır. Amerika psixoloqu 

M.Koulun fikrincə, mədəniyyətlər bərabər və eynidir, lakin fərqlərin səbəbini, 

psixoloji hadisələrin mahiyyətində, onların daxili oxşarlığını üzə çıxaran me-

xanizmlərin təkmil olmamasında axtarmaq lazımdır.  

Universalizm cərəyanının nümayəndələri  isə israr edirlər ki, insan psixi-

kası mühüm xarici fərqlərlə kifayət qədər vəhdətdədir. Bu konsepsiyada belə 

bir mülahizə əsaslandırılır ki, planetin hər yerində insanların düşüncə və dav-

ranışlarında təzahür edən sosial psixoloji proseslər mahiyyətcə eynidir. Başqa 

sözlə, mədəniyyətlərin özləri bərabər əsaslarına görə eynidirlər, zahirən  yalnız 

müxtəlifdirlər. Sosial intellekt və mentallıq ölçülərində bir məsələ maraq 

doğurur: mədəniyyət insanın daxili psixi aləminə  nə  dərəcədə  və hansı 




 

 

156



vasitələrlə  təsir edir? Bu meyarları düzgün dərk etmək sayəsində  tədqiqatçı 

hansı psixoloji anlayışların həqiqətən universal olmasını  və  hər bir 

mədəniyyətdə insanın davranışının təsvirində onlardan necə istifadə edilməsini 

anlaya bilər. 

Etiraf edək ki, müasir sosial psixologiya elminin anlayışlar aparatında 

özünə yer tapmış «sosial qavrama» kateqoriyası daha çox metaforanı xatır-

ladır. Belə ki, həmin anlayışda təkcə sosial obyektlərin qavranılması prosesini 

əks etdirmir, burada həm də  təfəkkür elementləri, onların intensiv emosional 

rəngarəngliyi də ehtiva olunmuşdur. Bu məsələyə tədqiqatçı N.Andreyevanın 

«Sosial psixologiya» əsərində xüsusi diqqət yetirilir. Müəllif primitiv 

insanlarla müasir insanların mentallığını  təşkil edən təsəvvürlərin oxşarlığını 

xüsusi vurğulayır [12, 1]. Eksperimental psixologiya sübut etmişdir ki, müasir 

elmlərin fantastik miqdarda elmi biliklər toplamasına baxmayaraq, menta-

litetin nüvəsini təşkil edən sosial təsəvvürlər bu gün də subyektiv məzmun 

daşıyır. Məsələ bundadır ki, sosial təsəvvürlərdə kök salmış xürafat, stereo-

tiplər, xülya baxışları insanlara müasir dünyanın bənzərsizliyini adekvat 

qavramağa mane olur. Düşüncələrdə də bir çox təsəvvürlər mistik məzmundan 

xilas ola bilməmişdir. Dini baxışların gerçəkliklə ziddiyyət təşkil etməsi 

dediyimizə  nəinki  əyani sübutdur, həmçinin mentalitet probleminin daha 

dərindən öyrənilməsi üçün mühüm stimuldur. 

Təsadüfi deyildir ki, tarixçi və sosioloqlar 60-cı illərdə tarixi hadisələ-

rin mahiyyətinə aydınlıq gətirmək üçün orta əsr və yeni dövrün sakinlərinin 

mədəniyyətini yeni metodologiya əsasında öyrənməyə başlamışlar. Bu işdə 

fransız tarix fəlsəfəsinin görkəmli nümayəndələrinin əvəzsiz xidmətləri olmuş 

Lüsyen Fevr və Mark Blok Erkən və Klassik orta əsrləri,  İntibah dövrünü 

öyrənərkən mentalitet kateqoriyasından mühüm metodoloji priyom kimi 

istifadə etmişlər. Onların araşdırmalarında daha mürəkkəb və inkişaf etmiş 

cəmiyyətlərin öyrənilməsində mentalitet anlayışından istifadə özünü tamamilə 

doğrultmuşdu. Kulturoloqlar belə bir ideyadan çıxış edirlər ki, bütün 

təbiətşünaslar, istər iqtisadçılar, tarixçilər, istərsə də sosial hərəkatları öyrənən 

mütəxəssislər, etnoqraflar insanların düşüncə tərzinin mental xüsusiyyətləri ilə 

məşğul olmalıdırlar. 

Bir daha xatırladaq ki, M.Bloka, eləcə də L.Fevrə etnoloq Levi-Bryulun 

«İbtidai təfəkkür» (1922) əsəri  şəksiz təsir göstərmişdir. Hər iki nəzəriyyəçi 

L.Bryulun düşüncə və mülahizələri ilə tam razı olmasalar da, hər halda onun 

əsərindən bəhrələnmişlər. Onlar etiraf edirlər ki, mentalitet termininin 

birmənalı  təsnifini, dəqiq tərifini vermək çox çətindir. Fransız tarixşünasları 

bunu «fikir yönümü», «ovqat», «kollektiv təsəvvürlər», «ağıl tərzi» və s. kimi 

mənalarda təqdim edirlər. Bizcə, «dünya yönümü» anlamı  həmin terminin 

mənasını daha aydın açır. Mentalitet və mədəniyyət dialektikası bunu deməyə 

əsas verir ki, insan cəmiyyətində, onun mədəni həyatında fərdi  şüuru 

strukturlaşdıran spesifik şərtlər sistemi üstünlük təşkil edir. 




 

 

157



Beləliklə, mentalitet kateqoriyasının meydana gəlməsi tarixi-mədəni və 

sosial-psixoloji məkanda və  dəyişən zamanda insanların təbiətini, müxtəlif 

cəmiyyətlərin mənəvi həyatının və onunla bağlı  ənənəvi mədəni fəaliyyətini 

öyrənməklə bağlı olmuşdur [6, 135]. Təbii ki, bu tərif  əhatəli deyildir. Men-

talitetin sosial-fəlsəfi mahiyyətini  dərk etmək üçün ictimai həyatın mühüm 

cəhətlərini daha dərindən öyrənmək lazım gəlir. Məsələn, sosioloq A.Burdye 

hesab edir ki, mentalitetdə sosial qrupun özü haqqında təsəvvürləri cəmlən-

mişdir [2, 271].  

Bu konseptual mülahizələr mentaletin sosial-fəlsəfi məcrada öyrənilmə-

sini bir daha aktuallaşdırır. Bizcə, mentalitetin sosial-fəlsəfi aspektlərdə tədqi-

qi bu məcrada daha məqsədəuyğundur: ilkin mərhələdə cəmiyyət üzvlərinin və 

sosial təbəqələrin ictimai əməyə, mülkiyyətə, var-dövlətə  və yoxsulluğa 

münasibəti, sosial bütövlüyün obrazı  bu işdə siyasi-hüquqi biliklərin və milli 

adətin təbiətini, hüququn sosial tənzimləmə funksiyasını öyrənmək, fərdin 

dünyanın sosiomədəni mənzərəsinin strukturunda yerini müəyyənləşdirmək, 

bununla da mentalitet və  mədəniyyət dialektikasının real mahiyyətini başa 

düşməkdir. 

Bu gün mentalitetin mədəni-etnik səviyyədə öyrənilməsini aktual sayan 

tədqiqatçılar insan və onun maddi həyatının və  mədəni  ənənənin, dünyanı 

qavrama səviyyəsi ilə  səbəblənən davranışının tədqiq olunmasını, yəni 

mentalitetin müasir fəlsəfi ölçülərdə  tədqiqini mədəni-tarixi antropologiya, 

yaxud antropologiyaya yönəlmiş tarix elmlərinin elmi anlayışları aparatından 

bəhrələnməyi, xalqların tarixi həyatının sosial, mədəni-dini və  təbii, bioloji 

aspektlərinin vəhdətdə öyrənilməsini ön plana çəkirlər. Bizim fikrimizcə, 

mədəniyyətlə mentalitetin sosial fəlsəfi məsələlərinin tədqiqi konkret sosial 

birliyin insanlarının həyat tərzini və  təfəkkürünü öyrənməklə yanaşı, eyni 

zamanda ictimai sistemin ayrılmaz komponenti kimi araşdırılması deməkdir. 

Beləliklə, “Mədəniyyət-mentalitet” problematikasının mahiyyətini dərk 

etmək baxımından belə nəticəyə gəlmək olur: etnik şüurun normal fəaliyyətini 

təmin edən sosiomədəni mühit olmalıdır. Məhz belə bir şəraitdə  həyat tərzi 

pozitiv məzmun kəsb edə bilər. Məlum olduğu kimi sosiomədəni seçimin 

müəyyənləşməsində və dəyişən sosial reallıqlarda öz identifikasiyasını dərindən 

başa düşməsində  məhz  şəxsi identiklik (bir sabit amil kimi) aparıcı  və 

istiqamətləndirici şərtdir. Real təcrübədən göründüyü kimi, başlıca məsələ sosial 

birliklərin transformasiyası  şəraitində  şəxsiyyət həmişə elə qrupla özünü 

eyniləşdirir ki, burada o özünü bir mədəni varlıq kimi müəyyənləşdirmə, özü-

nütəsdiq problemini həll etsin, yəni bu identifikasiya adekvat dəyişən 

reallıqlarda ona «Mən kiməm?» sulaına cavab tapmaqda yardımçı olsun. Bu 

sualın cavabı ona öz həyat fəaliyyəti üzərində  nəzarət etməyə kömək edər və 

deməli, dəyişən dünyada insanın uyğunlaşmasına imkan verər. Bu isə son 

dərəcə mürəkkəb sosiomədəni proses olduğundan fərd heç də həmişə buna arzu 

etdiyi dərəcədə nail ola bilmir, daha doğrusu, o, həyatın təqdim etdiyi cəlbedici 




 

 

158



dəyərlərin hamısını  mənimsəyə bilmir. Şəxsiyyətin həyat tərzini, onun sosial 

davranışlarını, son nəticədə  mədəni inkişafının məhsulu olan mentalitetinin 

məzmununu müəyyənləşdirən məhz həmin araşdırdığımız amillərdir. 

Sosiomədəni praktikanın təkamülü və inkişafı prosesi hər bir millətin 

ictimai  şüurunda sosial yaddaşında kök salmış neqativ stereotiplərin aradan 

qaldırılması, xalqın milli mənlik  şüurunda sağlam mental xüsusiyyətlərin 

təşəkkülü cəmiyyətin sosial təbəqələrinin ümumi səyi və bacarığından, 

xüsusilə xalqın potensial enerjisini dövrün qlobal sosiomədəni problemlərinin 

dərkinə və milli ideya naminə birləşdirməyə, cəmiyyətin sosial problemlərinin 

həllinə səfərbər etməyə qadir ideologiyanın formalaşmasından xeyli asılıdır.  

Siyasi mədəniyyətdə mentalitet sosial-siyasi qrupun, yaxud təşkilatın 

üzvləri üçün ümumi, ətraf sosial-siyasi reallığı eyni cürə qavramağa, qiy-

mətləndirməyə, həmin gerçəklikdə  təşəkkül tapmış normalara və darvanış 

tərzinə uyğun davranışı birlikdə etməyə, lakin bir-birini adekvat başa düşməyə 

imkan verən siyasi- psixoloji analyışdır. Belə halda mentalitet təşkil amili kimi 

çıxış edərək insanların xüsusi siyasi-psixoloji  və mədəni ümumiliyini yaradır. 

Sosial-siyasi funksiyası baxımından bu və ya digər qrup üçün ümumi olan 

mentalitet həmin qrupların mövcudluğunda varisliyi saxlamaq və buraya daxil 

olanların davranışının sabitliyi mexanizmi kimi çıxış edir. Mentalitetin bu 

«xidmətinə» nisbi sabitlik, xüsusilə böhran hallarında psixoloji ehtiyac du-

yulur. Böhran vəziyyətlərinin mentalitetə dağıdıcı təsiri onun bütövlüyünü və 

insanların birləşdirici – unifikasiyalı xarakterini sarsıdıcı  vəziyyətə salır. 

Ekstremal situasiyalarda isə qrup üzvlərinin mentaliteti sabitsizliyə düçar olur, 

sosial-psixoloji davranış rejimi parçalanır. Belə ki, neqativ sosial-mənəvi 

şəraitində yaranmış belə bir psixoloji anomiya çoxlu formada kənaraçıxma 

(deviant) davranışa və  kəskin ruhi böhran vəziyyətinə  gətirib çıxarır, qrupda 

destruktiv siyasi davranışı meydana gətirir və beləliklə  də, ümumiliyin 

dağılması ilə nəticələnir.  

Belə halda mədəni mühitdə «böhranlı mentalitet» yaranır, yaxud şüurun 

inteqrativliyi itmiş olur, əvvəllər insanların sabit sosiomədəni davranışını yö-

nümləndirən sosial-siyasi birliklər  şüurun sturkturunun, bütövlükdə psixika-

sının dağılmasını ifadə edir. Böhranaqədərki, kifayət qədər sabit və sturktur-

laşmış mentalitetdən fərqli olaraq, böhranlı mentalitet axınlı, qeyri-sabit xa-

rakter daşıyır. Belə tip mentalitet totalitarizmdən demokratiyaya keçid döv-

ründə özünü xüsusilə büruzə verir. Həmin mərhələdə sosial-siyasi plüralizm, 

çoxukladlı iqtisadiyyat, çoxpartiyalılıq kimi fenomenlərin meydana gəlməsi 

sovet mentalitetinin daşıyıcısı üçün yeni hadisələr, həmçinin qeyri-müəy-

yənliklər yaratmış olur. Bu isə «insan amili» problemində, cəmiyyətin ictimai 

şüurunda,  şəxsiyyətin mentalitetində yeni tipli münasibətin formalaşmasını 

zəruri edir. Postsovet məkanında cərəyan edən transformasiya hadisələri sübut 

edir ki, mentalitetin özünün dəyişməsi uzun sürən və ağrılı sosiomədəni pro-

sesdir. Bunun başlıca səbəbi köhnə psixoloji yükdən azad olmaq cəhdi yolun-




 

 

159



da köhnə mental xüsusiyyətlərin sərt müqavimət göstərməsidir. Məsələ bura-

sındadır ki, köhnənin müqavimətinin aradan qaldırılması prosesinin özü labüd 

destruktiv halları meydana gətirir. İnsanların zorla yeni şəraitə (əslində hələ yeni 

şərait yaranmamış  və bu yeniliyi «yuxarıdan» həyata keçirilməsi ilə meydana 

çıxan gərginliklər) uyğunlaşması, onların uzun sürən transformasiya proseslərinin 

bir çox məqamlarına hazır olmaması bu günədək ictimai şüurun axıra kimi dərk 

etmədiyi çətinliklər yaradır. Belə  çətinliklər ona gətirib çıxarır ki, ictimai və 

mədəni dəyişikliklər cəmiyyətin kütləvi mentaliteti tərəfindən dəstək almır və 

sosiumun üzvlərinin psixologiyası  əlavə müqavimətləri aradan qaldırmaq 

prosesində mühüm sosial-siyasi və mədəni konfliktlərlə üzləşməli olur. 

Müasir fəlsəfi, psixoloji, sosioloji, etnoloji ədəbiyyatda mentalitet anla-

yışı ilə mədəniyyətin qırılmaz əlaqəsi ətrafında müxtəlif mülahizələr və kon-

sepsiyalar irəli sürüldüyü faktına bir daha qayıdaraq qeyd edək ki, kulturoloq 

P.S.Qureviçin fikrincə  mentalitet dünyanın mənzərəsini yaradan və  mədəni 

ənənəni, yaxud hər hansı insan birliyini birləşdirən  bütöv fikirlərin, etiqadla-

rın, ruhi vərdişqlərin məcmusudur. [5, 238]

 

Etnoloq S.V.Luryenin fikrincə, 



mentalitet  ənənənin maddiləşməyən tərkib hissəsidir. [7, 44] Müəllif kon-

sepsiyasını daha geniş açıqlayaraq mentaliteti eyni zamanda ənənəvi  şüur 

forması kimi təqdim edir, onu sosiallaşma prosesində ötürülən və konkret 

şəraitdə mədəni  davranış norma və modellərini özündə ehtiva edən, dünyanın 

etnik mənzərəsini əks etdirən dünyagörüşü kimi qiymətləndirir [8, 228].  

Mentalitet anlayışının siyasi aspektini işləyən tədqiqatçılar L.Y.Qozman, 

E.B.Şestopal bu kateqoriyanı siyasi şüurun, siyasi psixologiyanın formalaş-

masındakı rolunu bütövlükdə siyasi mentalitet fenomenin öyrənilməsinin 

vacibliyini xüsusi vurğulayırlar [3.s.132-146]. Ensiklopedik lüğətlərdə rast 

gəlinən definisiyalara görə mentalitet anlayışı ən ümumi şəkildə müxtəlif psixi 

xassə  və keyfiyyətlərin, xüsusiyyətlərin və  təzahürlərin özünəməxsus tərzi, 

spesifik formada təşkili və məcmusudur [9, 174-176]. 

Tarix  ədəbiyyatında «dünyanı qarvama» və «mənlik  şüuru» anlayışları 

mədəniyyətlə mentalitetin dialektikası kontekstində araşdırılır. Birinci anlayış 

yalnız dünyanın mənzərəsini deyil, həmçinin dünya haqqında təsəvvürlərlə 

şərtlənən subyektin hərəkətini özündə ehtiva edən fəal qavramanı  nəzərdə 

tutur. Başqa sözlə, «ikitərəfli» elementin daşıyıcısı kimi iştirak edir: dünya 

insana təsir edir, o isə ətraf aləmin qavramasına uyğun olaraq həmin dünyada 

özünün davranışını qurur. İkinci anlayışda isə  ətraf aləmdə  və  cəmiyyətdə 

insanın öz yerini və rolunu dərk etməsi ideyası ehtiva olunur [4, 3].

 

Bundan 


əlavə, bu dialektik vəhdət eyni zamanda cəmiyyətin öz təşkilinin əsası, mədəni 

ənənə üçün karkas rolunu oynayır. Obrazlı deyilsə, mentaliteti bir bina kimi 

təsəvvür etsək, deyə bilərik ki, onun təməlini «kollektiv bitəəlşüur» sferası, 

tavanını isə fərdin mənlik şüuru təşkil edir. Mentalitetin strukturunu «dünya-

nın mənzərəsi» və «davranış kodeksi» təşkil edir. Onların qovuşduğu sahə isə 

«şüurun paradiqması» deyilən fenomendir [11, 4]. Ümumiyyətlə, tədqiqatçılar 




 

 

160



etiraf edirlər ki, mentalitet kateqoriyası çox az öyrənildiyindən onun defi-

nisiyası barədə yekdil fikrə gəlmək mümkün olmur. Olur ki, mentalitet anla-

yışının metodoloji baxımdan əsaslandırılmamış tərifinə daha çox rast gəlmək 

olar. Ən ümumi halda mentalitet deyilərkən həmişə psixikanın dərk olunmaz 

və sabit qatı başa düşülür. Həmin psixi qata müəyyən fikir modelləri də ehtiva 

edilir. Lakin bu cür dəyişməz fikir formaları  hələ ki, sübut olunmayıb. Bu, 

xüsusi elmi- eksperimental əsaslandırılma tələb edir. Deməli, belə  nəticəyə 

gəlmək olar ki, hələlik «mentalitet» anlayışının qənaətedici tərifi yoxdur. 

Məlumdur ki, sosial psixologiyanın mühüm sahəsi sayılan milli psixolo-

giya sosiomədəni hadisədir.  Şəxsiyyətin həyatına, cəmiyyətin sosial-mənəvi 

təsir gücünə malikdir. Bu kontekstdə milli psixologiyanın əks təsiri reaksiyası-

nın proqnozlaşdırılması mühüm əhəmiyyət kəsb edir. 

Nəzərə alınmalıdır ki, mentalitetlə  mədəniyyətin dialektikasının dolğun 

alınmasında milli psixologiyanın tədqiqi metodologiyasının, onun ictimai 

hadisələr sistemində funksiyasının mahiyyətini və struktur elementlərinin 

öyrənilməsi vacib sosiomədəni problemlərdən biridir. Müasir sosiomədəni 

transformasiya prosesləri ,millətin milli psixologiyasının təşəkkülü şəxsiyyətin 

yeni mədəni mühitdə inkişafı üçün, eləcə də ortaya çıxan mədəni problemlərin  

metodoloji baxımdan  düzgün həlli üçün yeni imkanlar yaradır. 

 Fərdlərin həyatında təzahür edən milli fərqlər sosiomədəni təyinatına 

görə, digər xalqların nümayəndələrinə nifrət, inamsızlıq mənbəyi olmamalıdır. 

Xalqların yüksək və yaxud aşağı həyat səviyyəsinə malik olması onların mədə-

niyyətinə, irsi mənsubluğuna neqativ yanaşmağa  əsas vermir. Buna görə milli 

psixologiyanın sosial-tarixi səbəbləndirən obyektiv amilləri bir xalqın milli 

xarakterinin digər xalqlara təsiri problemi araşdırılmasında  mühüm yer tutur. 

Xalqların mədəni inkişaf təcrübəsi göstərir ki, ictimai istehsalın,  əmək 

münasibətlərinin xarakteri, millətin həyatına, dünyagörüşünün mental xüsusiy-

yətlərinə, mənəvi simasına, başqa xalqlarla sosiomədəni ünsiyyətinə mühüm 

təsir göstərir. Millətlər arasında münasibət və əlaqələr, məhsuldar qüvvələrin 

inkişaf səviyyəsinə, əmək bölgüsünün dərəcəsinə əhəmiyyətli təsir edir. Lakin 

təkcə bir millətin digər xalqlarla münasibəti deyil, bütövlükdə onun daxili 

strukturu istehsalın inkişafı  səviyyəsindən və onun daxili münasibətlərindən 

asılıdır. 

Ümumiyyətlə, milli psixologiyanın təhlilində mentalitet anlayışı ilə ya-

naşı milli mənlik şüuru məsələsi diskusiya xarakteri daşıyan problemlərdən bi-

ridir. Sosial-fəlsəfi tədqiqtalarda bir çox hallarda bu fenomen milli psixo-

logiyanın sturktur elementi kimi öyrənilirsə də, digər müəlliflər bu mövqe ilə 

razılaşmırlar. Lakin tədqiqatçıların təhlili və  çıxardığı  nəticələr bizə belə bir 

qənaətə gəlməyə əsas verir ki, mentalitetin mahiyyətinin açılmasında mühüm 

metodoloji rol oynayan milli mənlik  şüurunu milli psixologiyanın sturktur 

elementi hesab etmək mümkündür. Milli mənlik  şüurunun təşəkkülü xalqın 

sosiomədəni inkişaf mərhələləri ilə  sıx bağlıdır. Bəzi xalqlar üçün feodal 




 

 

161



pərakəndəliyinə qarşı, digərlərindən ötrü kapitalizmə qarşı mübarizə, bir 

başqalarının tarixində isə milli azadlıq hərəkatıdır. Bu tarixi inkişaf məqamları 

xalqların həyatının bütün sahələrinin birləşməsinə, ümummilli mədəniyyətin, 

ədəbiyyatın və incəsənətin inkişafına kömək edərək, son nəticədə  mənlik 

şüurunun formalaşmasına gətirib çıxarır. Belə bir nəticəyə  gəlmək olur ki

milli mənlik  şüuru öz milli mənsubluğunu, millətin mənafeləri naminə öz 

məsuliyyətini, ideyalar, ideoloqiya vasitəsilə sosial-etnik inkişaf prosesində öz 

yerini dərk etməkdir. 

Müasir mənbələrdə mentalitetin sosial mahiyyətinin təşəkkülündə milli 

mənafelərin özünəməxsus dərki mühüm rol oynayır. Çünki psixoloji tələbatlar 

mentalitetin mahiyyətini tam açmır. Bu sahədə millətin iqtisadi, siyasi 

mənafeləri müstəsna rol oynayır. Milli mənafe obyektiv mövcuddur, onun 

formalaşmasında millətin şüuru və iradəsinin yeri xüsusidir. 

Göründüyü kimi, milli psixologiyanın mühüm elementi olan və eyni za-

manda onun formalaşmasında mühüm rol oynayan mentalitet mürəkkəb təbiə-

tə malikdir, onun təşəkkülünə çoxlu sayda amillərin təsiri danılmazdır. Bu pro-

sesdə milli psixologiyanın formalaşması və inkişafının ilkin sosiomədəni şərt-

lərinin təhlilində istifadə olunmuş metodoloji müddəalar və metodlar daha da 

təkmilləşdirilməlidir. 

Mühüm məsələlərdən biri azərbaycanlı mentalitetinin zaman və məkan-

da tarixi təşəkkülünün xüsusiyyətləri problemidir. 

Millətin, onun mənəvi-psixoloji həyatının formalaşması obyektiv dina-

mik prosesdir. Bu baxımdan formalaşdığı təbii şəraitin, iqtisadi münasibətlərin 

siyasi mübarizə formalarının, xüsusiyyətlərinin təhlili vacib məsələdir. 



 

ƏDƏBİYYAT 

1.  Американская  социология:  перспективы,  проблемы,  методы,  М.:  Прогресс, 1972, 

392 с.  

2.  Бурдье П. Социалогия политики. М.: Прогресс, 1993, с.271. 

3.  Гозман  Л.Я.,  Шестопал  Е.Б.  Политическая  психология.  Ростов-на-Дону:  Феникс, 

1996, 448 с. 

4.  Горский А.А., Пушкарев Л.Н. Мировосприятие и самосознание русского общества 

(XI-XX вв.). М.: Наука, 1994, 246 с. 

5.  Гуревич А.Я. Уроки Люсьена Февра // В приложении к работе. «Л.Февр, Бои за ис-

торию» М.: Наука, 1996, 300 с.  

6.  Лесная  Л.В.  Менталитет  и  ментальные  основания  общественной  жизни // «Соц-

гуман. Знания», 2001, №21, с.133-146.  

7.  Лихачев Д.С. Нельзя уйти от самого себя «Историческое самосознание и культура 

России»// Новый мир, 1994, № 6, с. 113-120.  

8.  Лурье С.В. Историческая этнология. М.: Аспект-Пресс 1998, 448 с.  

9.  Менталитет. Политология // Энциклопедический словарь. М.: Аспект Пресс, 1993, 

431 с.  

10.  Современная Западная философия: Словарь. М.: Преспект, 1991, 414 с. 

11.  Усенко О.Г. К определению понятия «менталитет». М.: Аспект-Пресс, 1994, 296 с. 

12.  Яшбург Е.А. Педогогическая философия // Мир образования. 1996, № 6, с. 43-59.  

 



 

 

162



13.  Thurstone L.L. The nature of intelligenie. N. R. Harcont Brace and Company. Benedict R. 

Rsychoanalysis and Antropogy: Culture, Persenality and Unconsehiour – New York. 

1950 p. 3  

 

«КУЛЬТУРА И МЕНТАЛИТЕТ» КАК  

СОЦИАЛЬНО-ФИЛОСОФСКАЯ ПРОБЛЕМА 

 

С.Г.АЛИЕВА 

 

РЕЗЮМЕ 

 

С  целью  выявить  социально-философическую  суть  менталитета  в  теоретико-



методологическом контексте, рассматривается. «культура, как социальное понятие». В 

данной  статье  исследованы  ментальные  черты  народов  отражаемые  в  национальных 

культур.    

 

Ключывые слова: релятивизм, абсолютизм, универсализм, интроверт, иннова-

ция, общество кононство 



 

THE DIALECTİCS OF “CULTURE AND MENTALITY”  

AS A SOCIAL AND PHILOSOPHICAL PROBLEM 

 

S.H.ALIYEVA 

 

SUMMARY 

 

For the purpose of explaining social and philosophical essence of mentality, we consi-



der that it is very important to elucidate the problem of “culture  as a social conception” which 

is of great methodological importance. According to the investigation, we come to the 

conclusion that the majority of mental signs that differentiate people from one another are 

social and cultural elements playing adequate role in their cultural life. 

 

Key words: absolutism, universalism, introvert, canonic society, innovation  

 

 

 



 

 

 

 



Yüklə 74,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə