Dr. Qoşqar SƏLİMLİ
114
ƏDƏBİYYAT
əl-Ayni, Bədruddin Mahmud b. Əhməd, Umdətul Qari, İstanbul, 1308, I-
XII
əl-Bağdadi, əl-Xətib, əl-Kifayə fi ilmir rivayə, Heydərabad, 1357
əl-Buxari, Muhəmməd b. İsmayıl, əl-Camius Səhih, İstanbul, 1315, I-
VIII
Əhməd Muhəmməd Şakir, əl-Baisul xasis şərhu İxtisari Ulumil hadis,
Misir, tarixsiz
əl-Əsqalani, İbn Həcər, Əbül Fadl Şihabuddin, Nuhbətul fikər, Ankara,
1971
İbnus Salah, Əbu Əmr Osman əş-Şəhrəzuri, Ulumul hadis,
Heydərabad, 1966
ən-Nisaburi, əl-Hakim Əbu Abdullah, Marifətu ulumil hadis, Qahirə,
1987
Sıddiqi, Muhamməd Zübeyr, Hadis Edebiyatı Tarihi (trc. Yusuf Ziya
Kavakçı), İstanbul, 1966
əs-Süyuti, Cəlaluddin, Tədribur ravi fi şərhi Taqribin Nəvəvi, Misir,
1379
Hədisin ilk qaynağı – Səhabə
115
XÜLASƏ
Bildiyimiz kimi, bəzi klasik və müasir dönəmə aid olan Hədis Üsulu
kitablarında, ümumiyyətlə “Əshab” başlığı altında, onların müxtəlif yönlə-
rinə yer verilmişdir. Məsələn; səhabə tarixi, hədis rəvayətində əshabın dəyə-
ri, az və ya çox sayıda hadis rəvayət edən səhabələr, alim səhabələr, şair
səhabələr, səhabələrin vəfat etdiyi yerlər, ən son vəfat edən səhabələr, müha-
cirlər və ənsar, əşərəy-i mübəşşərə, Əhl-i Bədr, Əhl-i Süffa, əshabın fəzilət-
lərinə dair əsərlər, müəlləfəy-i qülub, sonrakı əsrlərdə səhabə olduğunu iddia
edənlər... kimi başlıqlar, bunların bir hissəsini təşkil etməkdədir.Biz bu mə-
qalədə, bu başlıqların bəzilərini əsas aldıq. Bununla birlikdə, ümumi olaraq
səhabə haqqında məlumat verməyi məqsədə uyğun hesab edərək, səhabə
məfhumunu açıqladıq.
РЕЗЮМЕ
Известно, что во многих источнках Усуль аль-Хадиса классичесного
и современного периодов, под заголовком «Асхаб», имеется информация
о разных особенностях сподвижников Пророка. Вот некоторые из них:
История асхабов, роль асхабов в предании хадисов Пророка, асхабы,
которые имеют много или же малочисленные предания от Пророка,
асхабы-ученые, асхабы-поэты, места смерти асхабов, асхабы скон-
чавшиеся самыми последними, мухаджиры и ансары, десять асхабов,
которые ещё при жизни были оповещены вестью, что попадут в рай
(ашарейи мубашшара), участники битвы при Бадре, постояльцы Суффы,
книги о достоинствах асхабов, муаллефейи кулуб, люди жившие после
асхабов, но утверждавшие, что они тоже относятся к ним, ... и т. д.
В этой статье, мы обосновались на некоторые вышеприведенные
заголовки. Но вместе с этим, читатель сможет здесь найти общию
информацию о термине “асхаб”.
Dr. Qoşqar SƏLİMLİ
116
RESUME
It’s known that, in many sources of Usul-al-Hadis of classical and mod-
ern periods under the title “ashab”, there is information about the various
features of Muhammed’s followers. Here are some of them: the history of
ashabs, the role of ashabs in transforming the Prophet’s hadis, scholar-
ashabs, poet-ashabs, the place of ashabs death, the last died ashabs, Muhajirs
and Ansars, ten ashabs who being alive were informed that they would enter
the Paradise (ashars of mubashers), the soldiers of the battle of Badr, inhabi-
tans of Suffa, the books about the qualities of ashabs, muallafs kulub, the
people lived after ashabs but claiming that they also connected with ashabs
and so on.
In this article we relied on some of abovementioned titles. However, the
reader can also find common information about the term “ashab”.
İctimai Hərəkatlarda Milli və Dini Duyğuların Rolu
117
İCTİMAİ HƏRƏKATLARDA MİLLİ VƏ
DİNİ DUYĞULARIN ROLU
Mehriban QASIMOVA
*
Sosioloq və tarixçilər bəşəriyyət tarixi kimi qiymətləndirdikləri ictimai
hərəkatların tarixini araşdırdıqları zaman olduqca fərqli sistemlər aşkar et-
mişlərdir. Onlar ictimai hərəkatları motivləşdirən əsas amilin bəşər oğlunun
daxili zənginliyi, özünü və cəmiyyəti dəyişdirmək və istiqamətləndirmək
arzusu olduğunda həmfikirdirlər. Məhs bu arzu əksər hallarda insanın təbii
ehtiyac və istəklərini söndürüb, həyatı insan üçün əhəmiyyətsiz hiss etdi-
rərək özlərini bu uğurda ölümə atmağa belə səbəb ola bilər
1
. Toureyn ictimai
hərəkatların cəmiyyət quruluşundakı repressiyaya reaksiya olaraq ortaya
çıxdığını ifadə etmiş, Melucci isə bəzi insanların ictimai və milliyyətçi hərə-
katlara qoşulmasının əsl səbəbini sistemin və ya dövlətin cəmiyyətin tələblə-
rini ödəmək iqtidarında olmamasında görmüşdür
2
.
Dini üsul və üslubdan uzaq olan Fransız inqilabı, insan zehninin kəşf və
ideallarına əsaslanan aktivləşmiş kütlələrin apardığı ictimai bir hərəkatdır.
Bu inqilab cahanşümulluq idealı, müstəqillik, bərabərlik və qardaşlıq vs
ümumi insani prinsipləri hədəflədiyi kimi, dini hərəkatların da fərdlərdə
əmələ gətirdiyi heysiyyat, fədakarlıq, ölüm qarşısında laqeydlik, cəmiyyətin
mənafeyi naminə şəxsi arzu və mənfəətlərdən üz çevirmək kimi prinsiplər,
bu hərəkat müddətində dini hərəkatların qarşı qütbündə təcrübədən keçi-
rilirdi.
3
. Milli ideologiya siyasətə qarışmış müxtəlif mənfəətlər arasında
əməkdaşlığı inkişaf etdirib, təsdiqləmə məsələsində çox ciddi əhəmiyyət da-
şıyırdı
4
. İnqilabdan qabaqkı ciddi zehni hazırlıq prosesinin ortaya qoyduğu
fəaliyyət kilsə və monarxiya idarəsinə qarşı tənqidlərə səbəb olur, respub-
likaçı meylləri isə gücləndirirdi. Fransız inqilabının ideoloqları arasında
mühüm şəxsiyyət hesab edilən J.Jak Russo ilahi iradəyə əsaslanan nüfuzlu
*
BDU İlahiyyat Fakültəsinin Müəlliməsi
1
Aktaş, Ümit, Toplumsal Hareketlerde Yöntem, səh., 18
2
Gürses, Emin, Milliyetçi Hareketler ve Uluslararası Sistem, səh., 47
3
Aktaş, Ümit, Toplumsal Hareketlerde Yöntem, səh., 30.
4
Hutchinson, John; Smith, D.Anthony, Nationalism, səh., 63.
Dostları ilə paylaş: |