Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi elml



Yüklə 273,07 Kb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü273,07 Kb.
#66241


49 

 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 



№1      

 

Sosial-siyasi elml

ər seriyası   

 

2012 

 

 

 

 

C

əza haqqında – UOT 343.24.01 

C

əzanın təyini – UOT 343.24 

 

AZADLIQDAN 

MƏHRUMETMƏ CƏZASININ  

İNKİŞAF TARİXİNƏ DAİR 

 

E.

İ.MURADOV 

Bak

ı Dövlət Universiteti 

elsever.muradov”mail.ru 

 

M

əqalədə Çar Rusiyası dövründə 1832-ci ildən başlayaraq 1845 və 1903-cü il Qanun-

nam

ələrində cəza növü kimi azadlıqdan məhrumetmə növündə cəzanın anlayışı, növləri, tətbi-

qi  şərtləri və  müddətləri  şərh edilir. Rusiyada cinayətkarlıqla  mübarizədə  katorqa, sürgünə 

gönd

ərmə, islah evində məhkumetmə, həbsetmə kimi cəza növləri tətbiq edilirdi. Bundan baş-

qa, m

əqalədə ardıcıl olaraq Sovet dövründə qəbul edilmiş ilk Cinayət Məcəllələri və 4 iyun 

1947-ci il “Dövl

ət əmlakını və ictimai əmlakı oğurlamaq üstündə cinayət məsuliyyəti haqqın-

da”  qanun üzr

ə azadlıqdan məhrumetmə cəzası tədqiq edilir və Azərbaycan Respublikasının 

qüvv

ədə olan cinayət qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində təkliflər verilir.   

 

Açar sözl

ər:  azadlıqdan  məhrumetmə, sürgünə  göndərmə, islah evində  həbsetmə, 

qalada dustaqetm

ə, həbsxanada məhkumetmə 

  

Azadlıqdan  məhrumetmə  daha çox tətbiq edilən cəza növlərindən ol-



maqla ya

naşı, həm də cinayət cəzasının ən səciyyəvi növlərindən biridir. Qeyd 

edil

ən cəza növü Azərbaycanda əsas cəza növlərindən biri olmuş və belə cəza 



növü kimi d

ə  qalmaqdadır.  1845-ci  il  çar  Rusiyasının  “Cinayət və  İslah 

c

əzaları haqqında” Qanunnaməsinə müvafiq olaraq, azadlıqdan məhrumetmə 



“c

əzanın pilləkənində” əsas cəza növünə aid edilirdi və cəza sisteminin özəyini 

t

əşkil etməklə, özünəməxsusluğu ilə səciyyələnirdi. Azadlıqdan məhrumetmə 



növünd

ə  cəzanın  həcmi Azərbaycan  Respublikasının  qüvvədə  olan cinayət 

qanunvericiliyind

ə  nəzərdə  tutulan eyni adlı  cəza növündən həm  formasına, 

h

əm də məzmununa görə daha geniş idi. 



1845-

ci il çar Rusiyasının “Cinayət və islah cəzaları haqqında” Qanun-

nam

əsinin 2-ci maddəsinə  əsasən,  azadlıqdan  məhrumetməyə  aid edilirdi: 



müdd

ətsiz və ya 4 ildən 15 ilə qədər müddətə təyin edilən katorqaya və bir sıra 

hallarda is

ə, 20 ilə qədər müddətə sürgünə göndərmə; cəzanın çəkilməsi yerini 

əvvəlcədən təyin etməklə  müddətsiz sürgünə  göndərmə;  1  il  yarımdan  6  ilə, 

bir sıra hallarda isə, 8 ilədək müddətə islah evində həbsetmə; 2 həftədən 6 ilə, 




50 

 

bir sıra hallarda isə, 8 ilədək müddətə qalada dustaqetmə; 2 həftədən 1 ilə, bir 



sıra hallarda isə, 2 ilədək müddətə həbsxanada məhkumetmə; 1 gündən 6 aya, 

bir  sıra  hallarda isə, 1 ilədək  müddətə  həbsetmə. Cəzanın  çəkilməsi yerini 

əvvəlcədən təyin etməklə  müddətsiz sürgünə  göndərmə  cəzası  azadlıgı 

m

əhdudlaşdırmaqla, müstəsna hallarda təyin edilirdi (12, 103).  



1845-ci il “Cinay

ət və islah cəzaları haqqında” Qanunnamədə cəza siste-

mi kifay

ət qədər  geniş  idi.  Məsələn,  əgər sürgünetməni bu sistemdən kənar 

hesab ets

ək, cəza sisteminin mərkəzində dayanan azadlıqdan məhrumetmə beş 

növ

ə  bölünürdü: katorqa, islah evində  həbsetmə, qalada dustaqetmə, həbs-



xanaya m

əhkumetməklə həbsetmə. 

1845-ci il “Cinay

ət və  İslah  cəzaları  haqqında”  Qanunnamə  Sibirə  və 

uzaq quber

niyalara  yaşamağa göndərməni cəzanın  sisteminə  qətiyyən daxil 

etmirdi, h

əmçinin cinayət mühakimə icraatının Nizamnaməsinə tamamilə zidd 

olaraq c

əzanın  dərəcələrə  bölgüsünün  əvəzinə  ayrı-ayrı  cəza tədbirlərinin 

ayrılmasının digər ölçüsünü müəyyən edirdi. Qanunnamənin 22-ci maddəsinə 

əsasən, katorqanın müddəti illərlə və yarım illərlə, islah evində dustaqetmənin 

müdd

əti illərlə  və  aylarla, qalada və  həbsxanada  məhkumetmənin müddəti 



ill

ərlə, aylarla və həftələrlə, həbsin müddəti isə, aylarla, həftələrlə və günlərlə 

əyyən  edilirdi.  Azadlıqdan  məhrumetmənin müddətinin  hesablanması 



zamanı ay 30 günə, gün isə 24 saata bərabər nəzərdə tutulurdu. 

Katorqa iki funksiya il

ə bağlı idi: sözün həqiqi mənasında görülən işlərlə 

v

ə sonradan həyata keçirilən sürgünlə. Bütün hüquqi statusdan məhrumetmə 



h

əmişə katorqaya birləşdirilirdi. Katorqa öz xarakterinə görə, binalarda və ya 

onlardan k

ənarda məcburi ağır işlərlə katorqa həbsxanalarına məhkumetmədən 

ibar

ət idi. Katorqa şəxs tərəfindən cəzalanmalı olan əməlin təkrar törədilməsi 



zamanı və cinayətin qulluqçu tərəfindən törədildiyi təqdirdə 20 ilədək müddətə 

t

əyin edilirdi. Bu cəza növü yalnız xidməti və silki hüquqlardan məhrumetmə-



y

ə yox, həm də ailə və əmlak hüquqlarından məhrumetmə və onların məhdud-

laşdırılmasına səbəb olurdu. Katorqanın çəkilməsi üzrə cinayətkarlar əvvəlcə-

d

ən təyin edilən mərkəzi rayonlardan uzaq yerlərə sürgünə köçürülürdü. Ka-



torqa işlərinin həyata keçirilməsi üçün Sibir və Saxalin adası, bir sıra dövləti 

cinay


ətkarlar üçün isə, Şlisserburq həbsxanası müəyyən edilmişdi. 

Sürgünetm

ə cəzasının iki növü mövcud idi: Sibirə sürgünetmə və Zaqaf-

qaziyaya  sürgünetm

ə. Zaqafqaziyaya sürgünetmə yalnız bir sıra cinayət növ-

l

ərinə, ilk öncə dini cinayətlərə görə təyin edilirdi. Sürgünə göndərmə müddət-



siz c

əza idi. “Sürgün  edilmişlər və  həbs cəzasını  çəkdikdən  sonra  yaşamaq 

üçün uzaq yer

ə sürgün edilən şəxslər haqqında” Nizamnaməyə müvafiq ola-

raq, Sibird

ə olduqda, 20 il keçdikdən sonra həmin şəxslər kəndli hesab edilə 

v

ə  Sibir  quberniyalarının  əksəriyyətində  yaşaya  bilirdi.  Sibirə  sürgünetmə  2 



s

əviyyədə  həyata keçirilirdi: 1) Sibirin  ən uzaq yerlərinə  sürgünetmə; 2) o 

q

ədər də uzaq olmayan yerlərə sürgünetmə. Zaqafqaziyaya sürgünetmə cəzası 



c

əzanın ümumi sisteminə daxil edilsə də, yalnız bir sıra xüsusi növ cinayətlərə 

gör

ə  təyin edilirdi. Həmin növ cinayətlərə  aid edilirdi:  küfretmə  və  ya ni-




51 

 

faqsalma, yeni t



əriqətlər yaratma, pravoslav kilsəsini fanatizmə  görə  təhqir 

etm


ə  və  mövhumatçı  təriqətlərə  mənsubolma. Bununla belə, Zaqafqaziyaya 

sürgünetm

ə hüquqi nöqteyi-nəzərdən müstəsna cəza xarakteri daşıyırdı. Çünki 

yüks


ək cəza növlərindən ona, həmçinin ondan aşağı cəza növlərinə keçidə yol 

verilmirdi. H

əmçinin Sibirə  sürgün edilənlərin  əksinə  olaraq Zaqafqaziyaya 

sürgün olunanlar hökum

ətin sərəncamı üzrə köçürülən dövlət kəndliləri üçün 

əyyən  edilmiş  qaydalara  əsasən yerləşdirilirdi. Sürgün  edilmiş  şəxslərə 



Zaqafqa

ziyanın  bütün  şəhərlərində  meşşan  təbəqəsində  qeydiyyata  alınmağa 

icaz

ə verilirdi. 



 1845-ci il “Cinay

ət və  İslah  cəzaları  haqqında”  Qanunnaməyə  əsasən, 

azad

lıqdan  məhrumetmənin dördüncü növü  kimi cinayət  əməllərinin ikinci 



növünü t

əşkil edən xətalara görə  ən yüksək cəza hesab edilən islah evində 

m

əhkumetmə  çıxış  edirdi.  İslah  evlərinə  bütün siniflərdən  olan  kişilər və 



qadınlar göndərilirdi. İyirmi bir yaşına çatmayan şəxslər üçün cəzanın müddəti 

üçd


ə birə qədər azaldılırdı. Bu cəzaya məhkum edilən şəxslər əvvəlcə 3 aydan 

6 aya q


ədər müddətə  biradamlıq  kamerada  saxlanılırdı,  sonra  isə, ümumi 

h

əbsxanaya  köçürülürdü.  İslah  evlərində  saxlanılan  şəxslər məcburi qaydada 



h

əm islah evinin binasında, həm də islah evindən kənarda qazanılmış vəsaitin 

üçd

ə  birini alaraq müxtəlif  işlərlə  məşğul olurdu. Təyin  edilmiş  cəzanın 



müdd

ətinin  yarısını  çəkdikdən sonra cəzaya məhkum edilmiş  şəxslər islah 

olunanların  dəstəsinə  köçürülə  bilərdi. Bu da özlüyündə  bir  sıra  imtiyazlara 

s

əbəb  olurdu.  İslah  evlərindən azad edilən  şəxslər passiv seçki hüququ və 



yaşayış yerinin dəyişdirilməsi hüququ ilə kifayətlənirdilər.  

1845-ci il “Cinay

ət və İslah cəzaları haqqında” Qanunnamə islah evində 

m

əhkumetmə  cəzasına  islah  cəzalarının  birinci  növünü  təşkil  edən Sibirdə 



yaşamağagöndərmə  və  ya islah həbs bölmələrinə  vermə  kimi cəza növlərini 

daha çox ya

xınlaşdırırdı.  Bu  bənzətmə  təqribi səciyyə  daşıyırdı.  Sibirdə 

yaşamağagöndərmə  yalnız  1845-ci il “Cinayət və  İslah  cəzaları  haqqında” 

Qanunnam

ənin nəşrindən sonra müstəqil cəza kimi mövcud oldu. Çünki 

h

əmin dövrə  qədər Sibirdə  yaşamağagöndərmə  sürgünetmə  cəzasından  ayrı-



lırdı.  Layihənin  redaktorları  bu  cəzanı  imtiyazlı  şəxslər üçün Qanunnaməyə 

daxil etmişdi. Məqsəd bu cəzanın müddəti ilə həmişə çubuqlama kimi cismani 

c

əza ilə  birləşən  imtiyazlı  olmayan  şəxslər üçün təyin edilən müvafiq cəza 



növl

ərini tarazlaşdırmaqdan ibarət idi. Sibirdə yaşamağagöndərmə müddətsiz 

c

əza növü idi.  Yaşamağagöndərmə  iki növə  bölünürdü: Sibirə  müvafiq həbs 



bölm

ələrinə göndərmə və Avropa Rusiyasının uzaq quberniyalarına həbsxana 

il

ə  əvəz  olunan  müvafiq  işçi  evinə  göndərmə.  Yaşamağa göndərmə  hüquqi 



v

əziyyətinə görə cismani cəzalardan azad edilmiş imtiyazllı şəxslərə təyin edi-

lirdi v

ə  həmişə  bütün xüsusi hüquq və  üstünlüklərdən məhrum edilməklə 



birl

əşdirilirdi. 

İslah  cəzalarının  daha  ağır  növünün ilkin surəti kimi həbs bölmələrinə 

h

ərbi idarənin həbs bölükləri daxil idi. 1827-ci ildə bütün quberniya şəhərlə-



rind

ə belə bölükləri təsis etmək nəzərdə tutulurdu. Məqsəd isə quberniya şə-




52 

 

h



ərlərinin  inkişaf  mexanizmində  ən sərfəli  üsulu  axtarıb  tapmaq  və  şəxsləri 

müxt


əlif şəhərlərdə istehsalat işlərinə cəlb etmək və bununla həbs olunanların 

Sibir


ə  göndərilməsində  xərcləri azaltmağa nail olmaq idi. Belə  bölüklərin 

t

ərkibinə azəhəmiyyətli cinayətlərə görə Sibirə sürgünə məhkum edilən, həm-



çinin müdd

ətli  qala  işinə  və  ya  ev  işinə  göndərilən  iyirmibeş  yaşdan  yuxarı 

qaçqın və səfil şəxsləri yönəltmək əmr olunmuşdu. 

1845-ci il “Cinay

ət və  İslah  cəzaları  haqqında”  Qanunnamədə  belə 

c

əzalar (tənbehlər) islah evində həbsetmə formasında həyata keçirilirdi. Həbs 1 



il 6 aydan 6 il

ə qədər müddətə təyin edilirdi. Təhlil edilən Qanunnamənin 64, 

65 v

ə  67-ci maddələri ilə  göstərilən hallarda isə, 8 ilə  qədər müddətə  təyin 



edilirdi. 

İslah evlərinə həm imtiyazlı olmayan, həm də imtiyazlı siniflərdən olan 

kişi və qadın cinayətkarlar göndərilirdi. Yalnız 17-21 yaşa qədər olan yetkinlik 

yaşına  çatmayan  şəxslər üçün cəzanın  müddəti üçdəbirə  qədər  azaldılırdı. 

Bundan  başqa  islah evlərində  katorqaya məhkum  olunmuş  qadın  cinsindən 

olan  şəxslər üçün xüsusi otaqlar təşkil  edilirdi.  Həmin  şəxslər “Sürgünə 

gönd

ərilənlər haqqında” Nizamnamənin qaydalarına görə saxlanılırdı.  



Qalada c

əza çəkməyə məhkumetmə bəzən inzibati tədbir növündə istifa-

d

ə olunsa da belə, 1832-ci ilin Qanunlar Külliyyatında cəzanın sistemində adı 



ç

əkilmirdi. Qalada dustaqetmə 1845-ci il “Cinayət və İslah cəzaları haqqında” 

Qanunnam

əyə  şəxsiyyəti alçaltmayan və  şərəfsiz niyyət nəzərdə  tutmayan 

əməllərə görə təyin edilən cəza kimi xarici ölkələrin qanunvericiliyinin nümu

-

n



əsi əsasında daxil edilmişdi. Bu cəzanın xüsusi xarakteri onda ifadə olunurdu 

ki, 


ən yüksək cəzanın  yüngülləşdirilməsi  zamanı  məhkəmə  belə  cəzalardan 

qalada m


əhkumetməyə keçmək hüququna malik deyildi. Qalada məhkumetmə 

el

ə  əməllərə  görə  tətbiq edilirdi ki, həmin  əməllər qanunun daha ciddi 



pozuntuları  ilə  müşayiət olunsalar, əhəmiyyətli zərər yetirsələr və  cəmiyyət 

üçün xüsusi t

əhlükəliliklə bağlı olsalar da, onlar təqsirləndirilənin əxlaqsızlığı

-

nı və xüsusən də pozğunlaşmasını təsdiq etmirdi və onun öz arzularını qanu-



nun t

ələblərinə  tabe etdirmək  bacarığının  olmaması  nəticəsində  törədilirdi. 

Buna gör

ə də bu cəza heç bir hüquqdan məhrumetməyə səbəb olmurdu. Təhlil 

edil

ən cəza 2 həftədən 6 ilə qədər, 1845-ci il “Cinayət və İslah cəzaları haq-



qında” Qanunnamənin 64, 65 və 67-ci maddələrində göstərilən hallarda isə, 8 

il

ə qədər müddətə təyin edilirdi. Qalada məhkumetmə cəzasına məhkum edi-



l

ən şəxslər cəzanı qalada və ya ümumi həbsxanada xüsusi təşkil edilmiş mən-

zill

ərdə  çəkirdilər.  Onların  saxlanılma  qaydası  ümumi  qayda  üzrə  tək-tək 



h

əyata keçirilirdi. Uzaqlığa görə qalaya göndərmə onlar üçün münasib olma-

dıqda və ya qalanın rəisi ilə əlaqələrinə görə məhkum edilənlər təyin edilmiş 

c

əzanı həbsxanada çəkirdilər.  



Qalada m

əhkumetmə, müddətinə görə, beş dərəcəyə bölünürdü. Bununla 

bel

ə iki ən yüksək dərəcə həmişə bir sıra hüquqlardan məhrumetmə ilə birləşir



-

di. Qalada m

əhkumlar yalnız öz şəxsi arzularına görə işlə məşğul olurdular.  



53 

 

Azadlıqdan  məhrumetmənin növbəti növünü həbsxanada  məhkumet-



m

əklə  həyata keçirilən həbs cəzası  təşkil  edirdi  (11).  1832-ci ilin Qanunlar 

Külliy

yatına əsasən, sakitləşdirici və işçi evə məhkumetmə əməyin kateqori-



ya

sına daxil edilirdi. Bununla belə,  Külliyyatda  qeyd  edilirdi  ki,  işçi  evləri 

olmayan yerl

ərdə aşağı təbəqənin insanları şəhər işlərində istifadə olunur və ya 

əgər müəyyən bir şəxs onları götürməyi arzu edərdisə, əmək haqqı almaq üçün 

xüsusi şəxslərə verilirdilər. 

1845-ci il “Cinay

ət və  İslah  cəzaları  haqqında”  Qanunnaməyə  əsasən, 

işçi  və  sakitləşdirici  evlər islah cəzalarının  sisteminə  daxil  edilmişdilər. 

Bununla yanaşı onlardan birincisi az əhəmiyyətli oğurluğa və imtiyazlı hesab 

edilm

əyən şəxslər üçün digər bu kimi cinayətlərə görə islah cəzalarının ikinci 



növü olaraq n

əzərdə  tutulurdu. Sakitləşdirici  ev  isə, təqsirləndirilən  şəxsin 

korlanmış mənəviyyatını sübut edən cinayətlərə görə təyin edilən xüsusi cəza 

kimi s


əciyyə qazanmışdı. Lakin bu şəkildə pozulmuş mənəviyyat şəxsi tama-

mil


ə  şərəfdən məhrum edən amil hesab edilmirdi. Belə  mənəvi pozğunluğu 

göst


ərən cinayətlərə aid idi: valideynləri təhqir etmə və onlara tabe olmama, 

müxt


əlif növ əxlaqsız və pozğun həyat tərzi keçirmə. Bundan başqa, həbsetmə 

şəxsiyyətin  şərəfini alçaldan və  ya yüksək  əxlaqsızlıq  dərəcəsini göstərən, 

yaxud mü

əyyən siyasi əhəmiyyətə malik olan cinayətlərin sırasına aid olma-

yan kifay

ət qədər ciddi cəzaya layiq əməllərə görə nəzərdə tutulurdu. 

1845-ci il “Cinay

ət və İslah cəzaları haqqında” Qanunnamənin 1866-cı il 

n

əşrinə əsasən, işçi evi imtiyazlı olmayan şəxslər üçün təyin edilirdi və müd-



d

ətinə görə 4 dərəcəyə bölünürdü – 2 aydan 2 ilə qədər müddətə. Bu cəza növü 

h

əmişə bütün xüsusi hüquqlardan məhrumetmə ilə birləşdirilirdi. Sakitləşdirici 



ev bütün silkl

ərdən olan şəxslər üçün təyin edilirdi, həmçinin müddətinə görə 

d

ə 4 dərəcəyə bölünürdü – 2 aydan 2 ilə qədər müddətə. Bununla birinci iki 



d

ərəcə bir sıra hüquq və üstünlüklərdən məhrumetmə ilə birləşirdi. Həbsetmə 

2 aydan 1 il 4 aya q

ədər müddət əsasında üç dərəcəyə bölünürdü (1863-cü il 

17 aprel

ə qədər 3 aydan 2 ilə qədər müddətə). 

T

əcrübədə və 1845-ci il “Cinayət və İslah cəzaları haqqında” Qanunna-



m

ənin nəşrindən sonra işçi və sakitləşdirici evlər bir-birinə möhkəm calandı. 

Qanun  özü  qeyd  edirdi  ki,  işçi  və  sakitləşdirici  evləri və  ya həmin evlərdə 

kifay


ət qədər mənzili olmayan yerlərdə məhkum edilənlər müxtəlif müddətlərə 

şəhər həbsxanasının bölmələrinə yerləşdirilirlər. 

Qanunda işçi və sakitləşdirici evlərin həbsxana ilə əvəz edilməsi göstə-

rilm


əklə, bu, birinci növ mənzillərin kifayət etməməsinə  görə  ən adi hadisə 

oldu.  Şəhərlərdə  bu cəza həbsxanada çəkilirdi və  məhkəmələr  şəxsləri 

h

əqiqətən də  mövcud olmayan cəzalara məhkum edirdilər. Buna görə  də  24 



aprel 1884-cü il qanunu il

ə işçi evləri ləğv edildi və qanunda bu cəza həbsetmə 

(h

əbsxanaya  məhkumetmə) ilə  əvəz  olundu.  Bundan  başqa  hələ  əvvəllər bu 



c

əza 1864-cü il “Barışıq məhkəmələri tərəfindən təyin edilən cəzalar haqqın-

da” Nizamnam

əyə görə barışıq məhkəmələri tərəfindən təyin edilən cəzaların 

sırasına daxil edilmişdi.  



54 

 

Bel



əliklə, 1845-ci il “Cinayət və İslah cəzaları haqqında” Qanunnamənin 

1885-ci il n

əşrinə  əsasən, həbs cəzası  aşağıdakı  növlərə  bölünürdü: bütün 

xüsusi hüquqlardan m

əhrumetməklə həbsetmə; bir sıra hüquqlardan məhrum-

etm


əklə həbsetmə; sadə həbsetmə; 1864-cü il “Barışıq məhkəmələri tərəfindən 

t

əyin edilən cəzalar haqqında” Nizamnaməyə görə həbsetmə. 



1903-cü il Cinay

ət Qanunnaməsi  azadlıqdan  məhrumetmənin  əvvəlki 

qanunvericilikd

ə  sadalanan  ayrı-ayrı  növlərini onlara müəyyən dəyişiklik 

etm

əklə saxladı. Qanunnamə cəzanın sisteminə Sibirə və uzaq quberniyalara 



yaşamağa sürgünetməni cəzanın sisteminə daxil etmədi. 

1903-cü il Cinay

ət Qanunnaməsinin 2-ci maddəsinə əsasən, azadlıqdan 

m

əhrumetmə cəzasının aşağıdakı növləri nəzərdə tutulurdu: 



1) katorqa; 

2) sürgün

ə göndərmə; 

3) islah evin

ə məhkumetmə; 

4) qalada dustaqetm

ə; 

5) h


əbsxanaya məhkumetmə; 

6) h


əbsetmə.  

Qanunnam


ənin 3-cü maddəsi üzrə,  ağır  cinayətlərə  görə  cəza kimi ka-

torqa v


ə ya sürgünəgöndərmə, cinayətələrə görə ən yüksək cəza qismində islah 

evind


ə, qalada və  ya həbsxanaya  məhkumetmə, xəta  adlandırılan  cinayətkar 

əməllərə görə isə, ən yüksək cəza kimi həbsetmə nəzərdə tutulurdu. 

Sovet dövründ

ə  cəza  növü  kimi  azadlıqdan  məhrumetmə  Azərbaycan 

SSR-in cinay

ət-hüquqi xarakterli bütün əsas  qanunvericilik  aktlarında 

saxlanıldı.  1922-ci il Azərbaycan SSR-in ilk CM-in 32-ci maddəsində  təsbit 

edil


ən cəzanın  sistemində  ciddi təcridetmə  ilə  müşayiət olunan və  ya onsuz 

azadlıqdan  məhrumetmə  nəzərdə  tutulurdu. CM-in 34-cü maddəsinə  əsasən, 

azad

lıqdan  məhrumetmə  6 aydan 10 ilə  qədər müddətə  təyin edilirdi və 



cinay

ətkarın  islah  olunması  üçün  zəruri hesab edilən islah təsir tədbirindən 

asılı  olaraq  azadlıqdan  məhrumetmə  yerlərində  çəkilirdi. Həmin  azadlıqdan 

m

əhrumetmə  yerlərinə  islah-əmək evləri,  əmək kənd-təsərrüffatı  və  sənət 



koloniyaları, keçid islah evləri aid edilirdi.  

1927-ci il Az

ərbaycan SSR-in ikinci CM-in 22-ci maddəsində azadlıq-

dan m


əhrumetmənin aşağıdakı iki növü nəzərdə tutulurdu: 

1) SSR İttifaqının uzaq yerlərindəki islah əmək lagerlərində azadlıqdan 

m

əhrumetmək; 



2) ümumi h

əbsxanalarda azadlıqdan məhrumetmək. 

Qeyd ed

ək ki, azadlıqdan məhrumetmənin sadalanan hər 2 növü cinayət 



ed

ən  şəxslər  haqqında  tətbiq edilən  əsas məhkəmə-islah xasiyyətli ictimai 

müdafi

ə  tədbirləri sırasına  daxil  idi.  SSR  İttifaqının  uzaq  yerlərindəki islah 



əmək lagerlərində azadlıqdan məhrumetmək 3 ildən 10 ilə qədər, ümumi həbs-

xa

nalarda  azadlıqdan  məhrumetmək isə  3 ilə  qədər müddətə  təyin edilirdi. 



CM-in 30-cu madd

əsinə əsasən, SSR İttifaqı daxilindən məhkəmə hökmü ilə 

qovulmuş  şəxs  özbaşına  qayıtdıqda və  həmçinin  qovmaq  haqqındakı  hökmü 



55 

 

h



əqiqətən yerinə  yetirmək mümkün olmadıqda,  bu  kimi  şəxslər  haqqında 

m

əhkəmə  5 ildən az olmayan müddətə  azadlıqdan  məhrumetməni tətbiq 



edirdi. Sonra

kı  illərdə  oğurluq cinayətlərinin tövsifi məsələsində  yaranmış 

ziddiyy

ətli vəziyyəti  aradan  qaldırmaq  və  onların  törədilməsinə  görə  cinayət 



m

əsuliyyəti haqqında qanunvericiliyi vahid hala salmaq məqsədi ilə SSRİ Ali 

Soveti R

əyasət Heyəti 4 iyun 1947-ci ildə “Dövlət əmlakını və ictimai əmlakı 

o

ğurlamaq üstündə cinayət məsuliyyəti haqqında” fərman qəbul etdi. 



Dövl

ət əmlakının və ictimai əmlakın, həmçinin şəxsi mülkiyyətin oğur-

lanma

sı ilə mübarizənin gücləndirilməsində bu fərmanların böyük əhəmiyyəti 



oldu. Onlar müharib

ədən sonrakı dövrdə qəbul edilmiş qanunvericilik aktları 

ərisində  mühüm yer tuturdu. Bu fərmanlarla  əmlakın  oğurlanmasına  görə 



s

ərt məsuliyyət nəzərdə tutulur, həm də dövlət əmlakının oğurlanmasına görə 

daha 

ağır cəza müəyyən edilirdi. 



Bel

ə  ki, 5 maddədən ibarət olan “Dövlət  əmlakını  və  ictimai  əmlakı 

o

ğurlamaq üstündə cinayət məsuliyyəti haqqında” fərmanın 2-ci maddəsində 



dövl

ət  əmlakının  ağırlaşdırıcı  hallarda,  yəni təkrar olaraq, mütəşəkkil dəstə 

t

ərəfindən və  ya külli  miqdarda oğurlanması  üstündə  əmlakı  müsadirə 



olunmaqla islah-

əmək düşərgəsində saxlanılmaqla 10 ildən – 25 ilədək müddə-

t

ə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulurdu. Fərmanın 4-cü maddəsin-



d

ə ictimai əmlakın ağırlaşdırıcı hallarda (təkrar olaraq, mütəşəkkil dəstə tərə-

find

ən və ya külli miqdarda) oğurlanmasına görə əmlakı müsadirə olunmaqla 



8 ild

ən – 20 ilədək müddətə islah-əmək düşərgəsində saxlanılmaqla azadlıqdan 

m

əhrumetmə cəzası müəyyən edilirdi (3, 480-481). 



Qeyd ed

ək  ki,  SSRİ  Ali  Soveti Rəyasət Heyətinin 4 iyun 1947-ci ildə 

“Dövl

ət  əmlakını  və  ictimai  əmlakı  oğurlamaq üstündə  cinayət məsuliyyəti 



haqqında” fərmanının qəbul edilməsilə digər qanunvericilik aktları ilə yanaşı, 

Az

ərbaycan SSR-in 1927-ci il CM-in mülkiyyət əleyhinə cinayətlərə aid bəzi 



madd

ələri (79-1, 151, 206, 206-1, 209, 210, 210-1, 211-ci maddələri və 213-cü 

madd

ənin 2-ci hissəsi qismən) öz qüvvəsini itirdi. 



SSRİ  Ali  Soveti  Rəyasət Heyətinin 4 iyun 1947-ci il tarixli “Dövlət 

əmlakını və ictimai əmlakı oğurlamaq üstündə cinayət məsuliyyəti haqqında” 

f

ərmanının bir sıra çatışmayan cəhətləri var idi. Bunlardan biri onun talamanın 



edilm

əsi üsullarından  asılı  olaraq  məsuliyyətin  diferensiasiyasına  imkan 

verm

əməsi idi. Belə ki, talamanın formaları içərisində yalnız “oğurluq, mənim-



s

əmə  və  israfetmə” fərqləndirilirdi. Məsuliyyətin  diferensiasiyası  zamanı  tala-

manın  qalan  formalarına  isə  əhəmiyyət  verilmirdi.  Halbuki  talamanın  törədil-

m

əsi üsulları təhlükəlilik dərəcəsinə görə bir-birindən ciddi şəkildə fərqlənir.  



4 iyun 1947-ci il tarixli “Dövl

ət əmlakını və ictimai əmlakı oğurlamaq 

üstünd

ə cinayət məsuliyyəti haqqında” fərmanın digər çatışmayan cəhəti sank-



siyala

rın  çox  yüksək  olmasında  ifadə  olunurdu. Bu da təcrübədə  ciddi 

ç

ətinliklər yaradırdı.  Məlum olduğu kimi 4 iyun 1947-ci il tarixli fərmanın 



verilm

əsilə  SSRİ  Ali  Soveti Rəyasət Heyətinin 10 avqust 1940-cı  il  tarixli 

“İstehsalatda xırda oğurluq üstündə və xuliqanlıq üstündə cinayət məsuliyyəti 



56 

 

haqqında” fərmanının “xırda oğurluğa” aid olan və bir il azadlıqdan məhrum-



etm

ə cəzası müəyyən edən 1-ci maddəsi (müvafiq olaraq Azərbaycan SSR-in 

CM-in 206-1-ci madd

əsi) qüvvəsini itirdi və  miqdarından  asılı  olmayaraq 

bütün 

oğurluğa  göstərilən fərmanla tövsif edilməyə  başlandı.  Buna  görə, 



m

əsələn, xırda oğurluq da fərmanın ya 1-ci maddəsilə 7 ildən – 10 ilədək müd-

d

ətə, ya da 3-cü maddəsi ilə  5 ildən  –  səkkiz ilədək müddətə  azadlıqdan 



m

əhrumetmə cəzasına səbəb olurdu. Bunu ədalətli saymaq olmazdı. Bununla 

ba

ğlı olaraq məhkəmələr xırda oğurluğa görə cəza təyin edərkən çox vaxt cə-



zanın aşağı həddindən də az cəza təyin etməyə imkan verən normaya istinad 

ed

ərək nisbətən yüngül cəza təyin etməyə məcbur olurdular (4, 32-33).       



1961-ci il Az

ərbaycan SSR-in CM-in 21-ci maddəsində  təsbit  edilmiş 

c

əzanın  növləri  sırasında  azadlıqdan  məhrumetmənin 2 növü nəzərdə  tutul-



muşdu. Buraya ömürlük azadlıqdan məhrumetmə və müəyyən müddətə azad-

lıqdan məhrumetmə daxil idi. CM-in 22-1-ci maddəsinə əsasən, ömürlük azad-

lıqdan məhrum etmə  cəzası  xüsusi  olaraq nəzərdə  tutulmuş  hallarda  təyin 

edilirdi v

ə cinayət edənə qədər onsəkkiz yaşına çatmayan şəxslər və qadınlar 

bar


əsində tətbiq edilmirdi. Cinayət qanunvericiliyinin 23-cü maddəsinə görə, 

əyyən müddətə  azadlıqdan  məhrumetmə  cəzası  “3  aydan  10  ilə  qədər 



müdd

ətə, ağır cinayətlər və ya ağır nəticələrə səbəb olmuş cinayətlər, habelə 

xüsusi t

əhlükəli residivistlər üçün isə, 15 ildən çox olmayaraq müəyyən edilir-

di. Cinay

ət törədənədək onsəkkiz yaşına çatmamış şəxsə cəza təyin olunarkən, 

azadlıqdan məhrumetmə cəzasının müddəti 10 ildən artıq ola bilməzdi”. 

İnqilabdan  sonrakı  dövrdə  azadlıqdan  məhrumetmə  ən  geniş  yayılmış 

c

əza növü  oldu.  Ədəbiyyatda cinayətkarlara səmərəli təsir göstərməyə  qabil 



əsas cəza növü  kimi  azadlıqdan  məhrumetmənin  geniş  tətbiqinin  əsaslılığı 

haqqında  şübhəli fikirlər söylənilirdi. Təcrübənin təhlili də  göstərirdi ki, bu 

c

əzaya həddən  artıq  meyllilik gözlənilən nəticəni  əldə  etməyə  kömək etmir. 



Bununla bel

ə  məhkəmə  təcrübəsində  azadlıqdan  məhrumetmənin real tətbiqi 

h

əddən  artıq  geniş  səciyyə  daşıyırdı.  Azadlıqdan  məhrumetmənin tətbiqi 



h

əcminin ardıcıl şəkildə genişlənməsi ona gətirib çıxardı ki, bu cəzanın xüsusi 

ç

əkisi 1968-ci ildə 66,5%-ə çatmışdı (bir sıra regionlarda 80%-ə yaxınlaşmış-



dı). Sonrakı illərdə bu göstərici bir qədər aşağı endi və 40-50% hüdudlarında 

enib-


qalxırdı  (9,  800).  SSRİ  Ali Məhkəməsi Plenumu onu təsdiq etməyə 

m

əcbur oldu ki, məhkəmələr “bəzən  azadlıqdan  məhrumetməni, o cümlədən 



c

əmiyyətdən təcrid edilmədən islah və yenidən tərbiyə olunması mümkün olan 

şəxslərə qısa müddətli azadlıqdan məhrumetməni də əsassız olaraq tətbiq edir-

l

ər (10, 104).  



17 fevral 1996-

cı  il  MDB  ölkələrinin Model Cinayət Məcəlləsində 

c

əzanın növlərini nəzərdə tutan 46-cı maddədə azadlıqdan məhrumetmənin iki 



növü mövcud idi. Buraya mü

əyyən müddətə  azadlıqdan  məhrumetmə  və 

ömürlük azad

lıqdan  məhrumetmə  daxil idi. Müəyyən müddətə  azadlıqdan 

m

əhrumetməni nəzərdə  tutan Model CM-in 58.1-ci maddəsində  təhlil edilən 



c

əza növünə aşağıdakı kimi anlayış verilirdi: 




57 

 

“Azadlıqdan məhrumetmə, məhkumun islah koloniyasına və ya həbsxana-



ya yerl

əşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir”. 

Azadlıqdan məhrumetməyə məhkum olunan onsəkkiz  yaşına çatmayan 

şəxslər ümumi və gücləndirilmiş rejimli tərbiyə koloniyalarına yerləşdirilirdi. 

Azad

lıqdan məhrumetmənin aşağı həddi kimi 6 ay müəyyən edilmişdi. CM-in 



58-ci madd

əsinə  əsasən,  ağır  cinayətlərə  görə  azadlıqdan  məhrumetmənin 

müdd

əti 12 ildən, xüsusilə ağır cinayətlərə görə isə, azadlıqdan məhrumetmə-



nin müdd

əti 20 ildən  artıq  ola  bilməzdi. Həmçinin Model CM-in 58.6-cı 

madd

əsində  göstərilirdi ki, cinayətlərin məcmusu üzrə  cəza təyini  zamanı 



azad

lıqdan  məhrumetmənin müddətlərinin tam və  ya qismən  toplanılması 

halında azadlıqdan  məhrumetmənin maksimal müddəti 20 ildən, hökmlərin 

m

əcmusu üzrə isə, 25 ildən artıq olmamalıdır.  



Model cinay

ət qanunvericiliyinin 59-cu maddəsində ömürlük azadlıqdan 

m

əhrumetmə cəzası təsbit edilmişdir. CM-in 59.1-ci maddəsinə əsasən, ömür-



lük azad

lıqdan məhrumetmə yalnız ağırlaşdırıcı hallarda zərərçəkmişi qəsdən 

h

əyatdan  məhrumetməni nəzərdə  tutan xüsusilə  ağır  cinayətlərə  görə  təyin 



edil

ə bilərdi. Ömürlük azadlıqdan məhrumetmə qadınlara, həmçinin onsəkkiz 

yaşınadək cinayət törətmiş şəxslərə və altmış yaşdan yuxarı olan kişilərə təyin 

edilmirdi.  

Az

ərbaycan  Respublikasının  CM-in 55.1-ci maddəsində  azadlıqdan 



m

əhrumetmə cəzasının anlayışı aşağıdakı kimi verilmişdir: 

“Mü

əyyən müddətə  azadlıqdan məhrumetmə məhkumun məntəqə tipli, 



ümumi, ciddi v

ə xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yer-

l

əşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir”. 



Respublikamızın  cinayət qanunvericiliyində  azadlıqdan  məhrumetməyə 

veril


ən  anlayışda  məhkumun  yalnız  məntəqə  tipli, ümumi, ciddi və  xüsusi 

rejimli c

əzaçəkmə  müəssisəsinə  və  ya həbsxanaya yerləşdirilməsi yolu ilə 

c

əmiyyətdən təcrid olunması göstərilir. Lakin məhkum nəinki göstərilən növ 



c

əzaçəkmə müəssisələrinə, həm də tərbiyə və ya müalicə müəssisələrinə yer-

l

əşdirilə  bilər. Belə  ki, Azərbaycan  Respublikasının  CM-in 55.1 və  85.5-ci 



madd

ələrinə əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, la-

kin hökm çıxarılanadək onsəkkiz yaşı tamam olmamış şəxslər ümumi və möh-

k

əm rejimli tərbiyə  müəssisələrində  yerləşdirilirlər. Cinayət Məcəlləsinin 



mövqeyind

ən  çıxış edən Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenu-

mu 28 iyun 2002-

ci  il  “Azadlıqdan  məhrumetmə  cəzasına  məhkum  edilmiş 

şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin 

edilm


əsi təcrübəsi haqqında” 2№-li qərarında qeyd edir ki, hökm çıxarılana-

d

ək  onsəkkiz  yaşı  tamam  olmamış  şəxs  azadlıqdan  məhrumetmə  cəzasına 



m

əhkum edilərsə, məhkəmə cinayət qanunvericiliyinin 85.5-ci maddəsinə əsa-

s

ən, həmin şəxsə ümumi və ya möhkəm rejimli tərbiyə müəssisəsi təyin edir 



(1, 208). 

Müalic


ə  müəssisələrinə  gəlincə, Azərbaycan  Respublikasının  CM-in 

93.1.1-93.1.4-cü madd

ələrində  nəzərdə  tutulmuş  şəxslərə  məhkəmə  tibbi xa-



58 

 

rakterli m



əcburi tədbirlər təyin edə bilər. Təyin edilmiş tibbi xarakterli məc-

buri t


ədbirlər ambulator qaydada və  psixiatriya  stasionarlarında  müalicə 

edilm


əklə həyata keçirilir. Azərbaycan Respublikasının CM-in 99-cu maddəsi-

n

ə əsasən, “cinayət törətdikdən sonra psixi pozuntuya məruz qalmış şəxs müa-



lic

ə olunduqdan sonra cəza təyin edilərkən və ya onun cəzasının icrası bərpa 

olunark

ən müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə 



hesabı ilə hesablanır”. Cinayət qanunvericiliyinin 99-cu maddəsinin belə möv-

qeyi  insan  hüquqlarının  və  azadlıqlarının  qorunması  haqqında  Avropa  Kon-

vensiyasının mövqeyinə uyğundur.  Belə ki, Konvensiyanın 5-ci maddəsində 

ruhi x


əstələrin, alkoqoliklərin və  narkomanların  qanuni  saxlanılması  azad-

lıqdan məhrumetmənin növü kimi qiymətləndirilir (2, 218). 

Bu m

ənada məhkumun tərbiyə və  ya müalicə müəssisəsinə  yerləşdiril-



m

əklə  cəmiyyətdən təcrid  olunmasını  azadlıqdan  məhrumetmə  kimi qiymət-

l

əndirmək lazımdır.  Beləliklə, Azərbaycan  Respublikasının  CM-in 55.1-ci 



madd

əsinin aşağıda göstərilən şəkildə verilməsini zəruri hesab edirik: 

“Mü

əyyən müddətə  azadlıqdan məhrumetmə məhkumun məntəqə tipli, 



ümumi, ciddi v

ə xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya ümumi və möh-

k

əm rejimli tərbiyə müəssisəsinə, həbsxanaya, yaxud psixiatriya stasionarına 



yerl

əşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir”. 

Buna gör

ə də Rusiya Federasiyasının CM-in 56.1-ci maddəsinin mətnini 

daha u

ğurlu  hesab  edirik.  N.F.Kuznesovanın  və  İ.M.Tyaşkovanın  redaktəsi 



a

ltında  yazılmış  “Rusiyanın  Cinayət hüququ” üzrə  Ümumi hissə  kursunda 

yazılır: “Rusiya Federasiyasının CM-in 56.1-ci maddəsinə əsasən, azadlıqdan 

m

əhrumetmə, məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəza-



ç

əkmə  müəssisəsinə  və  ya tərbiyə  müəssisəsinə, həbsxanaya, yaxud müalicə 

əssisəsinə  yerləşdirilməsi yolu ilə  onun cəmiyyətdən təcrid  olunmasından 



ibar

ətdir. Məhkəmə cinayətin ağırlığını və təqsirləndirilənin şəxsiyyətini əsas 

götürm

əklə, adətən o hallarda şəxsi azadlıqdan məhrumetməyə məhkum edir 



ki, c

əzanın  məqsədinə  nail  olunması  üçün  məhkumun  azadlıqda  qalmasını 

m

əqsədəuyğun hesab etmir, onun islah olunmasını isə, yalnız xüsusi islah təsir 



t

ədbirləri kompleksini tətbiq etməklə  cəmiyyətdən təcrid  olunması  yolu  ilə 

mümkün hesab edir” (13, 482). 

Az

ərbaycan  Respublikasının  CM-in 57.2-ci maddəsində  qeyd edilir ki, 



“ömürlük  azadlıqdan  məhrumetmə  cəzası  hökm  çıxarılanadək  altmış  beş 

yaşına çatmış kişilərə təyin edilmir”. Fikrimizcə, Azərbaycan Respublikasının 

CM-in 57.2-ci madd

əsinin bu hissəsinin  “ömürlük  azadlıqdan  məhrumetmə 

c

əzasının hökm çıxarılanadək pensiya yaşına çatmış kişilərə təyin edilməməsi” 



şəklində  verilməsi  daha  humanist  olardı.  Belə  bir  əsasdan  çıxış  edərək, 

Az

ərbaycan  Respublikasının  CM-in 57.2-ci maddəsinin  aşağıda göstərilən 



şəkildə verilməsini məqsədəuyğun hesab edirik: 

“Ömürlük azadlıqdan məhrumetmə qadınlara, cinayət törədərkənonsək-

kiz 

yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək pensiya  yaşına 



çatmış kişilərə təyin edilmir”.  


59 

 

Bundan başqa, Azərbaycan Respublikasının CM-in 57.3-cü maddəsində 



göst

ərilir ki, “məhkəmə,  ömürlük  azadlıqdan  məhrumetmə  növündə  cəza 

ç

əkən məhkumun azadlıqdan məhrumetmənin ən azı iyirmibeş ilini həqiqətən 



ç

əkdiyini, həmçinin onun bu cəzanı  çəkdiyi müddətdə  qəsdən cinayət tö-

r

ətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum 



olmadığı  qənaətinə  gələrsə,  ömürlük  azadlıqdan  məhrumetmə  cəza növünü 

əyyən müddətə azadlıqdan məhrumetmə ilə əvəz edə və ya onu bu cəzadan 



şərti olaraq vaxtından əvvəl azad edə bilər”. Məhkəmənin ömürlük azadlıqdan 

m

əhrumetmə  cəzasını  yüngülləşdirməsi üçün qanunun məhkumun üzərinə 



qoyduğu ən azı iyirmibeş illik müddətin həqiqətən çəkilməsi tələbinin yumşal-

dılmasını  elmi  cəhətdən izah etməyi məqsədəmüvafiq hesab edirik. Belə  ki, 

Fransa cinay

ət-hüququ nəzəriyyəsində  cəza problemi üzrə  mövcud konsep-

siyalardan biri yeni sosial müdafi

ə  konsepsiyasıdır.  Yeni  sosial  müdafiə  nə-

z

əriyyəsinin nümayəndələri cəzanın  əsas məqsədi kimi cinayətkarın  islah 



olun

ması və resosiallaşmasını nəzərdən keçirirlər. Onların fikrincə, sosial-mü-

dafi

ə  tədbiri kimi cəzanın  məqsədi ilk növbədə, cinayətkarın  cəmiyyətə 



qaytarılması  məqsədini güdməlidir (7, 279-280). Yeni sosial müdafiə  nə-

z

əriyyəsinin nümayəndələrinin fikirlərindən aydın olur ki, təyin edilən cəzanın 



müdd

əti və  ya həcmi məhkumu islah etməyə  və  onu yenidən cəmiyyətə 

qaytarmağa xidmət etməlidir. Yəni məhkəmənin təyin etdiyi cəza müddətinin 

ç

əkilməsi dövründə  məhkumun yeni cinayəti törətməkdən çəkindirə  bilən 



z

ərərli sosial-psixoloji meyllərdən,  kriminogen xüsusiyyətlərdən azad olun-

masına və həmin müddətdə sosial-pedoqoji təsir tədbirlərinin və əmək tərbiyə 

vasit


ələrinin tətbiqi ilə  onun  şəxsiyyətinin daha dərindən  əsaslı  şəkildə  də-

yişdirilməsinə, onda cəmiyyət tərəfindən bəyənilən, fərd və  cəmiyyət üçün 

faydalı  olan  yeni  baxış  və  prinsiplərin püxtələşməsinə  nail  olunmuşdursa, 

m

əhkum islah olunmuş və yenidən tərbiyə edilmiş hesab edilir (5, 133-134). 



Biz d

ə,  göstərilən mövqedən  çıxış  edərək hesab edirik ki, əgər qeyd edilən 

müdd

ətdə qarşıya qoyulmuş məqsədə nail olunmuşdursa, məhkumun cəzanın 



qalan hiss

əsini çəkməsinə  lüzum  yoxdur.  Çünki,  lazımi  cəza müddətinin 

ç

əkilməsi və onun icrası ilə bağlı zəruri və kifayətləndirici tədbirlərin həyata 



keçirilm

əsi, həm cəzanın xüsusi xəbərdarlığını təmin edir, həm də cinayətkarın 

yenid

ən tərbiyə edilməsinə və onun düzgün əmək və həyat yoluna qayıtmasına 



qay

ğı göstərilməsini nəzərdə tutur. Fransa yeni sosial müdafiə nəzəriyyəsinin 

nümay

əndələrinin və Azərbaycan Respublikasının görkəmli kriminalist alimi 



F.Y.S

əməndərovun cəzanın  məqsədinə  nail  olunması  istiqamətindəki fikirlə-

rini CM-in 57.3-cü madd

əsində təsbit edilmiş ömürlük azadlıqdan məhrumet-

m

ə  növündə  cəzanın  müəyyən müddətə  azadlıqdan  məhrumetmə  ilə  əvəz 



edilm

əsi və ya məhkumun bu cəzadan şərti olaraq vaxtından əvvəl azad olun-

ması  işində  qanunun irəli sürdüyü ən  azı  iyirmibeş  illik müddətin həqiqətən 

ç

əkilməsi tələbinin yüngülləşdirilməsi üçün əsas hesab edərək, göstərilən 



müdd

ətin  onbeş  və  ya iyirmi ilə  endirilməsini təklif edirik. Hesab edirik ki, 




60 

 

Az



ərbaycan Respublikasının CM-in 57.3-cü maddəsi aşağıda göstərilən şəkil-

d

ə təsbit edilməlidir: 



“M

əhkəmə, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən məh-

ku

mun azadlıqdan məhrumetmənin ən azı onbeş və  ya iyirmi ilini həqiqətən 



ç

əkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmə-

diyini n

əzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olma-

dığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrumetmə cəza növünü müəy-

y

ən müddətə azadlıqdan məhrumetmə ilə əvəz edə və ya onu bu cəzadan şərti 



olaraq vaxtından əvvəl azad edə bilər”. 

Qeyd ed


ək  ki,  Almaniyanın  CM-in 57-ci  paraqrafının  57  b maddəsinə 

əsasən, məhkumun ömürlük azadlıqdan məhrumetmə cəzasının çəkilməsindən 

azad olunma

sının əsaslarından biri qismində ömürlük azadlıqdan məhrumetmə 

növünd

ə cəza çəkən məhkumun azadlıqdan məhrumetmənin onbeş ilini çək-



m

əsi çıxış edir (8, 311-312).  



 

ƏDƏBİYYAT 

1.

 



Az

ərbaycan  Respublikası  Ali  Məhkəməsi Plenumunun qərarlar məcmuəsi (1991-2008). 

Bakı: Hüquq, 2008, 380 s. 

2.

 



Az

ərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası / F.Y.Səməndərovun 

redakt

əsi ilə. Bakı: Digesta, 2005, 944 s. 



3.

 

Az



ərbaycan SSR Cinayət Məcəlləsi (Təfsir). Bakı: Azərnəşr, 1948, 528 s. 

4.

 



İmanlı  M.N.  Mülkiyyət  əleyhinə  edilən cinayətlər.  Bakı:  Əbilov,  Zeynalov  və  oğulları, 

2007, 380 s. 

5.

 

S



əməndərov F.Y. Cinayət hüququnda cəza problemi: tarix və  müasirlik. Dərs vəsaiti. 

Bakı: BDU, 2009, 286 s. 

6.

 

Ансель М. Новая социальная защита (гуманистическое движение в  уголовной  по-



литике). М.: Юрид. лит., 1970, 392 с. 

7.

 



Есаков  Г.А.,  Крылова  Н.Е.,  Серебренникова  А.В.  Уголовное  право  зарубежных 

стран. М.: 2009, 336 c. 

8.

 

Жалинский А.Э. Современное немецкое уголовное право. М.: Проспект, 2006, 560 с. 



9.

 

Лунев  В.В.  Преступность  XX  века:  мировые,  региональные  и  российские  тенден-



ции. М.: Проспект, 2005. 912 с. 

10.


 

Сборник действующих постановлений Пленумов Верховного Суда СССР, РСФСР и 

Российской Федерации по уголовным делам. М.: Проспект, 1999.   

11.


 

Сергеевский Н. Наказание в XVII веке. М.: Просвещение, 1981, 314 c.   

12.

 

Таганцев Н.С. Русское уголовное право. Часть общая. В. 2 т. т. 2 М.: Наука, 1994, 



393 

с. 


13.

 

Уголовное право России. Общая часть: Учебник для вузов / Под ред. Н.Ф.Кузнецо-



вой и И. М.Тяжковой. М.: Зеркало, 2005, 752 с. 

 



61 

 

ОБ ИСТОРИИ  РАЗВИТИЯ НАКАЗАНИЯ В ВИДЕ ЛИШЕНИЯ СВОБОДЫ 



 

Э.И.МУРАДОВ 

 

РЕЗЮМЕ 

 

 



В  статье  комментируется  понятие,  виды,  сроки  и  условия  применения  на-

казания в виде лишения свободы как вид наказания в Своде законов 1845-го и 1903-го 

годов  во времена Царской России  начиная с 1832-го года. В России применялись такие 

виды наказания как каторга, ссылка, исправительный дом и арест. Кроме этого в статье 

поочередно  исследуются  принятые  в  Советском  Союзе  первые  Уголовные  кодексы  и 

наказание в виде лишения свободы по закону «Об уголовной ответственности за хище-

ние  государственного  и  общественного  имущества»  от  4  июня  1947-го  года,  а  также 

предлагаются  пути  усовершенствования  действующего  уголовного  законодательства 

Азербайджанской Республики.  

 

Ключевые слова: лишение свободы, ссылка, арест  в  исправительном доме, за-

ключение в крепость, заключение в тюрьму  



 

 

 

ON THE DEVELOPMENT HISTORY OF THE CRIME OF 

RESTRAİNT 

 

E.I.MURADOV 

 

SUMMARY 

 

The article studies the concept, kinds, periods and application forms of punishment in 

the form of restraint in the law codes of 1845 and 1903 years from 1832 during the period of 

tsarist Russia. Russia applied such kinds of punishment as exile, amendment houses, and ar-

rest. Moreover, the paper analyzes the first criminal codes in the Soviet Union and punishment 

in the form  of restraint in accordance with the law “on legal liability for stealing of social 



property”. 

 

Key words: restraint, reference, arrest, imprisonment  

Yüklə 273,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə