Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elml



Yüklə 81,02 Kb.
Pdf görüntüsü
tarix11.03.2018
ölçüsü81,02 Kb.
#31220


 

113 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elml

ər seriyası   

 

2013 

 

 

 

 

UOT 94(479.24) 

 

AZƏRBAYCANDA XALQ AZADLIQ HƏRƏKATININ  

SOSİAL-İQTİSADİ VƏ İCTİMAİ-SİYASİ ŞƏRTLƏRİ  

(XIX 

ƏSRİN BİRİNCİ YARISI) 

 

S.A.

İSMAYILOVA 

 

Bakı Dövlət Universiteti 

Sevdaismayılova @ rambler.ru 

 

M

əqalədə  XIX  əsrin  birinci  yarısında  Şimali  Azərbaycanda çarizmin müstəmləkə 

siyas

ətinə qarşı xalq azadlıq hərəkatının sosial-iqtisadi və ictimai-siyasi şərtləri açıqlanır. XIX 

əsrin ilk onilliklərində Şimali Azərbaycanda torpaq sahiblərinin iqtisadi gücünün azaldılması, 

rus hökum

ətinə «sadiq olan etibarlı» bəylərin yaradılması, lakin buna baxmayaraq çarizmin 

əldə  silah müstəmləkə  zülmünə  qarşı  döyüşən yerli feodallar içərisində  özünə  dayaq tapa 

bilm

əməsi göstərilir.  

H

ərbi üsullarla həyata keçirilən maliyyə-vergi siyasəti, Azərbaycan ali  silkinin böyük 

bir hiss

əsinin torpaqlarının müsadirəsi, müsəlman ruhaniliyinin muxtariyyətinə son qoyularaq 

onların hüquqlarının pozulması XIX yüzilliyin I yarısında Şimali Azərbaycanda xalq azadlıq 

h

ərəkatını doğuran sosial-iqtisadi və ictimai-siyasi şərtlər kimi səciyyələndirilir. 

 

Açar  sözl

ər:  xalq  azadlıq  hərəkatı,  maliyyə-vergi  siyasəti,  müsəlman  ali  silki, 

torpaqların müsadirəsi, müsəlman ruhaniliyi 



 

1801-ci ild

ə Qazax, Şəmsəddil və Borçalı sultanlıqları Şərqi Gürcüstanla 

birlikd


ə Rusiya imperiyasına qatıldıqdan sonra Azərbaycan xanlıqları Rusiya, 

İran və Türkiyə arasında kəskin hərbi-siyasi mübarizə meydanına çevrildi. Bu 

mübariz

ə Rusiyanın Qafqazdakı xüsusi hərbi səlahiyyətli komandanları tərəfin-



d

ən iki istiqamətdə aparılırdı: Birincisi, müqavimət göstərən xanlıqların hərbi-

müst

əmləkəçi metodlarla ləğv  edilməsi, ikincisi isə, dövlətlərarası  müqavilə 



bağlamaq yolu ilə xanlıqların daxili muxtariyyət hüquqlarını saxlamaqla Rusi-

ya

nın  vassalına  çevrilməsi. 1805-ci ildən  Şimali  Azərbaycanda hərbi  işğal 



rejimi – komendant üsul-idar

əsi yaradıldı. Bu, 1840-cı ilədək davam etdi. La-

kin göst

ərilən dövrədək burada idarəçilik sahəsində  Rusiyanın  vahid  xətti 

h

ələlik yox idi. Çar zabitləri – komendantlar tərəfindən idarə edilən əyalətlər 



dövründ

ə  imperiya özünün hərtərəfli  işlənib  hazırlanmış  siyasətinə  malik 

deyildi. 1830-

cu il 13 iyul Ali buyruğu ilə müsəlman ali silkinə güzəştə gedən 




 

114 


rus hakimiyy

əti 1841-ci il qanunu ilə torpaqların müsadirəsi haqqında göstəriş 

verir, XIX 

əsrin 30-40-cı  illərində  çarizmin  Şimali  Azərbaycanda yürütdüyü 

siyas

ətdə  bir-birinə  tamamilə  əks  olan  addımlar  atılır.  Qafqaz  hakimləri 



sınaqlar və səhvlər üsulunu rəhbər tuturdular (7,23-24). 

Yerli 


əhalinin nə  mülkiyyət hüququ, nə  də  şəxsi təhlükəsizliyi heç bir 

qanunla t

ənzimlənmirdi.  Baş  komandanlar  da,  rəislər də  öz bildikləri kimi 

h

ərəkət edirdilər. Rusiya idarəçiliyi Azərbaycan xalqı üçün yabançı idi. Dil və 



din d

ə xalqa yad idi. 

Hakimiyy

ət yerli ali müsəlman silkinin siyasi və iqtisadi gücünü qırmağa 

çalışırdı. Xan təliqələrinin tanınması və ya inkar edilməsi komendantdan asılı 

idi. Müsadir

ə edilmiş torpaqlar ya xəzinənin mülkiyyətinə keçir, ya da çarizmə 

sadiq, «etibarlı» bəylərə bağışlanırdı. Çarizmə sədaqətli qulluq şərtilə bu tor-

paqlar onların idarəsində qala bilərdi. Bəylərə rəncbərlərin paylanması da ko-

men


dantların  ixtiyarında  idi.  Komendantın  əmri ilə  xəzinə  kəndləri və  kənd-

lil


əri xüsusi sahibkar kəndləri və  kəndlilərinə  və  yaxud da əksinə  çevrilə 

bil


ərdilər. 

Komendant üsul-idar

əsində əsas amil özbaşınalıq, rüşvətxorluq, haqsızlıq 

idi. Komendantlar h

ətta hakimiyyəti də  aldatmaqdan çəkinmir, xəzinəyə 

ötürül


əsi əmlakı özləri mənimsəyirdilər.  

XIX yüzilin 20-ci ill

ərinin sonu –  30-cu illərinin  əvvəllərində  Cənubi 

Qafqazda I Nikolayın göstərişi ilə təftiş aparmış senatorlar Meçnikov və Ku-

taysov  yazırdılar  ki,  yüz  min  sakinin  hüququ,  namusu,  əmlakı  komendantın 

hökmünd


ən asılıdır (9, 10).  

K.A.Zubarevin 1830-cu ild

ə gen.-adyutant Strekalova ünvanladığı yazı-

dan  aydın  olur  ki,  Qarabağda  mahal  naibləri sakinləri  sıxışdırır,  iğtişaş  yara-

dırlar. Vərəndə mahal naibi prаp. məlik Xudadad başqalarını da ötüb. Əxlaqsız 

v

ə sərxoş bir davranışla o öz hay-küylü və sərxoş xidmətçiləri ilə kəndlərdən 



keç

ərək  əsassız  olaraq  sakinləri cəzalandırır.  Onun  mirzəsi  və  xidmətində 

olanları da belə edirlər. Qeyri-qanuni olaraq xəzinə kəndlilərindən hər kotan və 

cütd


ən dörddə bir buğda götürür, pul cərimələri və rüşvət alır (6, VII c., 464).  

İşğal dövründə çarizmin Şimali Azərbaycanda torpaq siyasətinin əsasını 

x

əzinə mülklərini artırmaq, yerli feoddalları çarizmə sədaqətli qulluq edən bir 



zümr

əyə çevirmək təşkil edirdi. Rus idarəçilik sisteminə dair yaradılmış layi-

h

ələrin ümumi cəhəti ondan ibarət idi ki, hüquq, məhkəmə, idarəçilik sahə-



l

ərində  bütün yerli xüsusiyyətlər ləğv  edilir,  mərkəzləşdirilmiş  idarəçilik sis-

temi  yaradılması  nəzərdə  tutulurdu. Çarizm diyarda «təbii rus zadəganların-

dan» ibar

ət bir dayaq yaratmaq fikrində idi (9, 232-259, 301-317).  

Xanlıqlar dövründə mövcud olmuş vergi sistemi əsasən qorunub saxlan-

mışdı. Müxtəlif vergi və mükəlləfiyyətlər kəndlilərin vəziyyətini daha da ağır-

laşdırırdı. 

Rus r

əisləri kəndli təsərrüfatının  yönümünü  nəzərə  almadan qanunsuz 



vergil

ər yığırdılar. 1834-cü ildə Şirvan komendantı Xançoban və Rutbar ma-

halının taxıl əkməyən maldar əhalisi üzərinə malcəhət taxıl vergisi qoymuş, 3 



 

115 


ild

ə qanunsuz olaraq 855 tağar buğda, 475 tağar arpa yığmışdı. Yalnız sakin-

l

ərin  güclü  narazılığından  sonra  1838-ci ildə  artıq  yığılmış  taxılın  qayta-



rılmaması şərti ilə bu verginin ödənişi dayandırılmışdı (2, 640). 

Xan


lıqlar dövründə son dərəcə mürəkkəb vergi sistemi mövcud idi, lakin 

h

əmin sistem ciddi şəkildə gözlənilirdi. Çar hökuməti isə həmin sistemi sax-



layaraq, ona bir qarmaqarışıqlıq gətirmişdi və həmin sistemi son dərəcə qaba 

müst


əmləkə əsarəti ilə daha da ağırlaşdırmışdı (8, 60-65). 

Tarixçi alim  M.Abdullayevin göst

ərdiyi kimi, çarizmin Azərbaycanın 

Rusiya t


ərəfindən işğal edilməsi dövründə formalaşan aqrar siyasətinin mərkə-

zind


ə dayanan yerli feodallara münasibət məsələsi, onların sosial-iqtisadi hü-

quqlar


ının  nizamlanması  üzrə  bütün hökumət tədbirləri ali zümrənin tərki-

bind


əki  bu  qruplaşma  və  meylləri bəzi hallarda qismən, bir çox hallarda isə 

tamamil


ə nəzərə almaqla həyata keçirilirdi (1, 67). 

əllifin  göstərdiyi  kimi, inzibati orqanlar Ali manifestin müəyyən 



etdiyi qaydalara yarımçıq əməl edir, qəsdən onu pozurdular. Diyarın “sakitliyi” 

üçün t


əhlükəli olan bəylərin geri qayıtmasına qətiyyən yol verməməyə çalışır-

dılar. Irana qaçan Qazax ağalarının hələ 1814-cü ilin aprelində geri qayıtmaq 

xahişinə baxılmamışdı. Digər tərəfdən isə sürgündən, həbsdən və xaricdən qay-

tarılmasına icazə verilən feodalların keçmiş torpaqları üzərindəki hüquqları heç 

d

ə  həmişə  Ali manifestdə  göstərilən “qabaqki vəziyyətində” deyil, çarizmin 



t

əhrifedici mülahizələrinə  əsasən  qaytarılırdı.  Belə  ki, Quba əyalətindən xə-

yan

ət edənlər sırasında Həştərxana sürgünə göndərilən, ancaq günah işlətdiyi 



sübuta yetm

ədiyi üçün 1820-ci ildə geri qaytarılan Paşa bəyin müsadirə edilmiş 

4 k

əndindən  yalnız  2-si onun sahibliyinə  deyil, “idarəsinə”  qaytarılmışdı 



(1,71). 

Az

ərbaycan  feodallarının  bir  hissəsi,  Qazax,  Şəmşəddil,  Borçalı  distan-



siyasının  ağaları,  Quba  əyalətinin tiyuldar bəyləri  artıq  torpağın  sahibi  və 

mülkiyy


ətçisi deyil, yalnız “idarəçisi” sayılırdılar (6, IV c., 666-670). 

“İdarəçilik” çarizmə  sədaqətli  olması  şübhə  doğuran,  xaricə  və  dağlara 

qaçan  feodalların  övladlarının  da  torpaq  üzərində  nəsli sahiblik hüququnu 

asanlıqla ləğv etməyə imkan verirdi.  

Saxta “idar

əetmə” məsələsini ortaya atan hökumət bundan bəylərə qarşı 

başlıca iqtisadi təzyiq vasitəsi kimi istifadə edirdi.  

1817-ci ild

ə Quba komendantının verdiyi “Sərəncam” kəndlilərin , feo-

dalların xeyrinə ödəməli olduğu mükəlləfiyyətləri nizama salırdı. Artıq Quba 

əyalətinin bəyləri mülk sahibi yox, onların “idarəedicisi” hesab edilirdi. Buna 

gör


ə də əhali ona bəzi mükəlləfiyyətlər ödəyirdi (4, 144).  

1818-


ci il “Əsasnaməsi”nə görə ağalar mülkiyyətçi deyil, yalnız idarəçi 

idil


ər. Torpaqları üzərində mülkiyyət hüququ yox idi. Onlar yalnız həmin tor-

paqlarda salınmış bağlar, tikilmiş evlər və dəyirmanlar üzərində mülkiyyət hü-

ququna malik idil

ər. 


A.Yermolov yazırdı: “Bu, hökumətin onlar və hətta onların qohumlarının 

k

əndi idarə etmək hüququndan məhrum etmək niyyətində olmadığının sübutu 




 

116 


rolunu oynaya bil

ər” (6, VI c., I h., 696-698). 

1818-

ci il “Əsasnaməsi” üzrə ağalar müəyyən vergi və kəndlilər üzərində 



polis n

əzarəti həyata keçirməli idi. Buna əsaslanan çar hökumət orqanları tiyul-

k

ənd sahibkarlarını idarəçi hesab edir və onların yeni hakimiyyətə münasibətini 



n

əzərə almaqla ya onların kəndini əlindən alır başqasına bağışlayır, ya da on-

ların əlində saxlayırdı.  

Xan hakimiyy

ətinə son qoyulmuş Şəki, Şirvan və Qarabağ əyalətlərində 

yerli  feodalların  torpaq  hüquqlarına  zərbə  vurmaq  üçün  bir  sıra  tutarlı  işlər 

görüldü. 1820-ci ild

ən Yermolovun göstərişi ilə müsəlman əyalətləri bəylərinin 

k

ənd və  torpaqlar üzərində  sahiblik və  “idarə”  hüquqlarını  təsdiq edən xan 



t

əliqələri toplanıldı. Hər üç vilayətdə şəhər məhkəmələrində təliqələrin əsl ma-

hiyy

əti təhrif edilir, torpaq sahibliyi hüququ “idarəçilik”lə əvəz olunurdu. Bəy 



v

ə  ağaların  torpaq  hüququnun  əlindən  alınması  üçün  “hökumətə  xəyanət”, 

“düşmənlə  Rusiyanın  mənafeyinə  ziyan vuran əlaqənin  saxlanması”,  “dövlət 

m

əmurlarına itaətsizlik” kifayət edirdi.  



1824-cü ild

ə  general Yermolovun göstərişi  ilə  yaradılmış  komissiya 

bütün b

əy familiyalarını saf-çürük etməli və qədim, yerli bəy nəsillərini, bəy 



adını Şeyx Əli xandan alanlardan ayırmalı idi. 

Erm


əni vilayətində keçmiş sərdarın vəziri Mirzə İsmayılın dəqiq siyahıya-

almalarına əsasən xan xəzinəsinin bütün gəliri və mülki aşkara çıxarıldı (8, 151). 

Yen

ə Yermolovun göstərişi ilə Şəki və Şirvan xanlıqlarında bütün bəy fa-



miliyaları  məlum  edildi.  Onlar  haqqında  məlumatlar ya dəqiqliyi  şübhə  do-

ğurmayan sənədlərə, bunlar olmadıqda isə hər bir nəsil haqqında xüsusi etimad 

göst

ərilən 12 bəyin şəhadətinə əsaslanırdı. Azərbaycan feodallarının böyük bir 



hiss

əsinin öz torpaqlarının sahibi və mülkiyyətçisi deyil, yalnız xəzinə (dövlət) 

k

əndlilərinin idarəçisi sayılmaları onları 1826-cı ilin iyununda başlanan “ümu-



mi müs

əlman üsyanı”nın fəal iştirakçısı etdi. 13 iyul 1830-cu il Ali Qanunu ilə 

II Rusiya-

İran müharibəsi dövründə antihökumət çıxışlarda iştirakına görə cə-

zalandırılan bəylərin əfvi və müsadirə edilmiş torpaqların qismən qaytarılması 

bir növ fe

odallarla yaxınlaşma xətti olsa da, XIX əsrin 30-cu illərində Rusiya 

Az

ərbaycan bəylərinin silki hüquq və  imtiyazlarını  rəsmi olaraq  tanımadığı 



üçün onlar Rusiyanın müstəmləkə siyasətini həyata keçirməkdə sosial dayağı 

ola bilm


əzdilər. Odur ki, Azərbaycan bəyləri XIX əsrin 30-cu illərində Azər-

baycanda baş verən azadlıq hərəkatında fəal iştirak edirdilər (3,83).  

Çarizm Az

ərbaycan ruhaniliyinə  münasibətdə  də  ağa  və  bəylərə  olan 

siyas

ətini davam etdirdi. Əsas münasibət müsəlman, əsasən şiə (Şimali Azər-



baycanda 

əhalinin  böyük  qismi  şiə məzhəbli  idi)  ruhaniliyinin  xanlıqlar döv-

ründ

ə  malik  olduqları  muxtar  idarəçiliyinə  son qoymaqdan,  onların  İran  və 



Türkiy

ədəki dini mərkəzlərdə ruhani təhsili almalarını qadağan etməkdən iba-

r

ət oldu. İşğal dövründə müsəlman ruhaniliyinin sayını, onların xeyrinə yığılan 



vergil

əri  azaltmaq,  şəriət məhkəmələrinin  funksiyalarını  məhdudlaşdırmaq və 

müst

əmləkə əleyhinə çıxışlarda iştirak edən ruhaniləri amansız cəzalandırmaq 



t

ədbirləri həyata  keçirilirdi.  Xanlıqlarda  ruhanilər  xanlıq  divanxanasında  mü-




 

117 


hüm yer tuturdular. Qaz

ılər,  əmr-məruflar  sırf  inzibati  funksiyaları  yerinə 

yetir

ən dövlət məmurları  kimi  çıxış  edirdilər. Dövlət idarəçiliyində  isə  ali 



rütb

əli ruhanilər çıxış edirdilər. Aşağı təbəqədən olan ruhanilər isə dini işlərlə 

m

əşgul  olurdular.  Azərbaycan ruhaniliyinə  münasibətdə  həyata keçiriləcək 



siyas

əti müəyyənləşdirməkdən ötrü çarizm ruhaniliyin sosial-iqtisadi və siyasi-

hüquqi v

əziyyətini öyrənməli idi (10, 107).  

Yermolovun 1824-

cü ilin martında tərtib etdiyi “Quba qazısına göstəriş” 

–  müs

əlman ruhaniliyinin sosial-siyasi, hüquqi statusunu müəyyənləşdirən bir 



s

ənəddir.  

S

ənəddə  əyalət ruhanilərinin  sayı  və  ünvanlarının  müəyyənləşdirilməsi, 



din xadiml

ərinin davranışı və əxlaqına ciddi fikir verilməsi, moizələrində hö-

kum

ət  əleyhinə,  başqa  dindən  olanlara  qarşı  nifrət  hissi  aşılayan  ruhanilərin 



h

ərbi məhkəməyə  verilmələri  əmr edilirdi (9,  309). Quba əyalətinin komen-

dantı  K.K.  fon  Krabbeyə  tapşırılırdı  ki,  ruhanilərin  əhalidən vergi ödəmək 

bar


ədə tələbləri rədd edilsin, hökumət tərəfindən ştata salınmayan ruhanilərin 

üz

ərinə vergi və mükəlləfiyyətlər qoyulsun.  



“Göst

əriş”in əvvəlində bildirilirdi ki, sünnilik əyalətdə aparıcı məzhəbdir, 

ibad

ətlə  məşğul  olanların  hamısı  hökumət tərəfindən təyin  olunan  qazıya  ta-



bedir, mollalar da 

qazı tərəfindən təyin edilir. Əfəndi rütbəsi qanunun mənim-

s

ənilməsi sınağından çıxanlara verilirdi. Sınaq qazı və ruhani alimlərin iştirakı 



il

ə keçirilirdi. Adı qazanana qazının və sınaqda iştirak edən üləmaların imzaları 

olan şəhadətnamə verilirdi. Qazı əfəndi və mollaların əqli və əxlaqi cəhətdən 

daşıdıqları ada layiqli olmalarına cavabdeh idi. Yoxsa onlar xalqa xeyirli öyüd-

n

əsihət verə  bilməzdilər. Qazı  etibarsızlıqda  və  nalayiq  davranışda  təqsirli 



olanları vəzifədən azad edirdi.  

“Göst


əriş”də  ruhani  adlarının  irsən, nəsildən-nəslə  keçməsi  qadağan 

olunurdu, yalnız layiqlilərə dini ad verilməsi düzgün sayılırdı. Əslində, islam 

qaydalarına görə də dini adlar irsən keçmirdi. Əyalətdə din xadimlərinin sayı 

bel


ə müəyyənləşdirilirdi: kəndlərdə 50-60 həyətə 1 məscid olmalı idi; 10-dan 

az h


əyəti olan kəndlərdə isə məscid salınmırdı. Şəriət məhkəmələrinə rəhbərlik 

qazıya  həvalə  olunurdu. Onun qərarları  şiə  məzhəbli müsəlmanlar üçün də 

m

əcburi idi (9,310). 



Yermolov müs

əlman ruhanilərini iqtisadi cəhətdən də  zəiflətməyə  çalı-

şırdı. “Quba qazısına göstəriş”də ruhanilərin xeyrinə toplanan zəkatın məcburi 

olduğu, xümsün isə könüllü olduğu göstərilirdi. Beləliklə, işğal dövründə Azər-

baycan ruhanil

ərinin də hüquqları məhdudlaşdırıldı, əsasən də bu hüquqlardan 

m

əhrum edildilər.  Şəriət məhkəmələri  saxlanılsa  da,  onların  təsir dairəsi da-



raldılmışdı.  

Çarizm müs

əlman ruhaniliyini əhaliyə mənəvi-siyasi təsir göstərməkdən 

m

əhrum  etmiş,  onların  vəqf mülkiyyətləri müsadirə  olunmuş, ruhanilərin 



xeyrin

ə vergi və ianələrin yığılması məhdudlaşdırılmışdı. 1826-cı il üsyanında 

iştirak  edən  ruhanilərdən  bəzilərinə,  elə  din  xadimləri  olduqlarına  görə  ölüm 

c

əzası verilmişdi (5, 260). 




 

118 


H

ərbi üsullarla həyata keçirilən maliyyə-vergi siyasəti, yerli feodalların 

Rusiyaya düşməncəsinə yanaşan böyük bir hissəsinin torpaqlarının müsadirəsi, 

onların iqtisadi və siyasi gücünün qırılması, carizmin köcürmə siyasəti, müsəl-

man ruhaniliyinin muxtariyy

ətinə  son  qoyulub  hüquqlarının  pozulması  Azər-

baycan 

xalqının XIX yüzilin I yarısında Rusiyanın müstəmləkə siyasətinə qarşı 



apardığı xalq azadlıq hərəkatının sosial-iqtisadi, ictimai-siyasi şərtlərini təşkil 

etmişdi.  



 

ƏDƏBİYYAT 

1.

 



Abdullayev M. 

Xanlıqlar  və  rus müstəmləkəçiliyi dövründə  Şimali  Azərbaycanda aqrar 

münasib

ətlər (XIX əsrin 40 –cı illərinə qədər). Bakı: Adiloğlu, 2005, 232 s. 



2.

 

Az



ərbaycan  tarixi  (Uzaq  keçmişdən 1970-ci illərə  qədər)  /  S.Əliyarlının  red.  ilə. Bakı: 

Az

ərbaycan, 1996, 872 s. 



3.

 

Az



ərbaycan tarixi. Ali məktəblər üçün mühazirələr kursu (XIX-XXI əsrin əvvəli). Bakı: 

BDU, 2010, 544 s. 

4.

 

Gülmalıyev M.M. XVIII əsrin son rübü – XIX əsrin birinci yarısında Azərbaycan kəndinin 



sosial-siyasi strukturu. B

akı: Elm, 1989, 280 s. 

5.

 

Hüseynli R. Az



ərbaycan  ruhaniliyi  (xanlıqlar  çağından  Sovet  işğalınadək olan dövrdə). 

B

akı: Kür, 2002, 266 c. 



6.

 

АКАК (Акты, собранные Кавказской Археографической Комиссией). т. IV, Тифлис, 



1870, 1015 s; 

т.VI,  I  h.  Тифлис,  1874,  941  s;  т.VI,  II  h.  Тифлис,  1875,950  s;  т.VII  , 

Тифлис: Типография главного управления наместника Кавказского, 1878, 994 s. 

7.

 



Ибрагимова Н. Система управления Российского царизма в Северном Азербайджане 

в  начале  XIX  столетия  (до  1840-х  годов).  Автореферат  дис.  канд.ист.наук,  Баку, 

2008, 27 c. 

8.

 



Иваненко  В.Н.  Гражданское  управление  Закавказьем  от  присоединения  Грузии  до 

наместничества великого князя Михаила Николаевича Тифлис, 1901, 525 s. 

9.

 

Колониальная политика российского царизма в Азербайджане в 20-60-х годах XIX 



века. I h. М.-Л.: АН СССР, 1936, 479 s. 

10.


 

Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и 

Армении в XVI - начале XIX вв. Л.: Изд.Ленинградский Государственный Универ-

ситет, 1949, 365 s. 



 

СОЦИАЛЬНО-ЭКОНОМИЧЕСКИЕ И ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКИЕ 

ПРЕДПОСЫЛКИ НАРОДНО-ОСВОБОДИТЕЛЬНОГО ДВИЖЕНИЯ В 

СЕВЕРНОМ АЗЕРБАЙДЖАНЕ (ПЕРВАЯ ПОЛОВИНА XIX ВЕКА) 

 

С.А.ИСМАЙЛОВА 

 

РЕЗЮМЕ 

 

В  статье  раскрывается  социально-экономические  и  общественно-политические 

предпосылки  народно-освободительного  движения  против  колониальной  политики 

царизма в Северном Азербайджане в первой половине XIX века. Рассматривается вопрос 

ограничения экономической мощи землевладельцев в Северном Азербайджане в первых 

десятилетиях  XIX  века,  формирование  «благонадежных  беков»  русскому  самодержа-

вию. На основе фактов доказывается, что несмотря на это царизм не нашел опору среди 

местных вооруженных феодалов воюющих против колониального ига. 

Рассматривается проведенной в жизнь военными методами финансово-налоговой 

политики  царизма,  конфискация  земель  большой  части  высшего  мусульманского 




 

119 


сословия Азербайджана, попирание прав и ликвидация автономии мусульманского духо-

венства, характеризуется социально-экономические и общественно-политические пред-

посылки народно-освободительного движения в Северном Азербайджане в первой поло-

вине XIX века. 



 

Ключевые слова: народно-освободительное движение, финансово-налоговая по-

литика,  мусульманское  высшее  сословие,  конфискация  земель,  мусульманское  духо-

венство 

 

SOCIO-ECONOMIC AND PUBLIC–POLITICAL PRECONDITIONS OF THE 



EMANCIPATION MOVEMENTS IN NORTHERN AZERBAIJAN  

(AT THE FIRST HALF OF THE XIX CENTURY) 

 

S.A.ISMAYILOVA 

 

SUMMARY 

 

The  article  studies  the  social-economic  and public-political  preconditions of eman-



cipation movements against the  colonial policy  of  tsarism  in Northern Azerbaijan at the first 

half of the XIX century. Limitation of economic power of landlords in Northern Azerbaijan in 

the first decades of the XIX century is analyzed. Formation of “the trustworthy bays” for the 

Russian autocracy is examined.  

It is noted  that, in spite of all these,  tsarism  could find no  support among the  local 

armored feudals who were struggling against the colonial rule. 

Financial-tax policy  of tsarism,  realised by military methods,  confiscation of the lands 

from higher Muslim clergy of Azerbaijan,  violation of  rights  and liquidation of the Muslim 

clergy are characterized as preconditions for the people’s emancipation movements in Northern 

Azerbaijan at the first half of the XIX century.  



 

Key words: emancipation movements, financial-tax policy, higher Muslim clergy, 

confiscation, land, Muslim clergy 



 

 

 



 

Yüklə 81,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə