BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Sosial-siyasi elml
ər seriyası
2015
FƏLSƏFƏ
UOT 101.1
SOSİAL İDRAKDA DƏYƏRLƏRİN ROLUNA DAİR
Z.C.HACIYEV
Bakı Dövlət Universiteti
zh1940@mail.ru
M
əqalədə sosial idrakda dəyərlərin artmaqda olan rolunu şərtləndirən amillər və
s
əbəblər araşdırılır. Dəyərlərin sosial-idraki fəaliyyətin bütün mərhələlərində mühüm təsiri
t
əhlil olunur, bu təsirin məzmununun müsbət və mənfi istiqamətdə ola biləcəyi vurğulanır.
D
əyərlərin təssirinin dövrün sosial şəraiti, sosiomədəni amillərdən və onların öz
m
əzmunundan asılı olaraq konkret-tarixi xarakter daşıdığı qeyd olunur. Bununla əlaqədar
milli
müst
əqillik dövründə həyata keçirilən transformasiya proseslərinin müasir sosial idraka
d
əyərlərin müsbət təsir göstərməsi imkanları tədqiq edilir.
Açar sözl
ər: sosial idrak dəyərlər, sosial idraka dəyərlərin pozitiv və neqativ təsiri,
müasir sosial idrakda d
əyərlərin rolundakı dəyişikliklər
F
əlsəfi-aksioloji ədəbiyyatda belə bir fikir geniş yayılmışdır ki, dəyər
dedikd
ə hadisə və proseslərin eksiztensual mövcudluğu və təbiəti deyil, onların
ictimai h
əyatda və sosial tərəqqidə oynadığı müsbət rolu başa düşülür (hərçənd
neqativ funksiya da yerin
ə yetirən və mənfi rol oynayan obyektləri də dəyərlərə
daxil ed
ən baxışlar da vardır).
D
əyərlər insanın subyektivliyinin təmərkuzləşmiş ifadəsi olmaqla,
özünd
ə şəxsiyyətin dünyagörüşünü intellektual, emosional və qeyri-şüuri
t
ərəflərini vahid bir təməl üzərində birləşdirir. Subyektin malik olduğu etik,
siyasi, estetik v
ə sair dəyərlər və onların əsasında verdiyi qiymətləndirmə, onun
sosial mövqeyini v
ə idrakı oriyentasiyasını formalaşdırır.
Öz daxili m
əzmunu etibarilə son dərəcə mürəkkəb xarakter daşıyan
d
əyərlər sistemində insanın mənəvi mahiyyəti ilə bilavasitə bağlı olan subyekt
d
əyərləri dominant yer tutur. Burada tədqiqatçının fəaliyyətinin normativ
t
ələbləri, məqsədi, prinsipləri, fəzilət və qəbahət haqqında təsəvvürləri, idealı
il
ə bağlı məsələlər ifadə olunur. Dəyərlərin ümumi səciyyəsini verərkən,
onların məzmununda obyektiv və subyektiv tərəflərin ayrılmaz vəhdətdə və
70
çulqalaşmış vəziyyətdə çıxış etdiyi xüsusi vurğulanmalıdır. Birinci tərəf heç də
o dem
ək deyildir ki, dəyərlər real predmetlərdə və hadisələrdə mövcuddur. Bu
keyfiyy
ət onda ifadə olunur ki, dəyərlər təkcə müvafiq obyektləri əks
etdirm
əklə məhdudlaşmır, həm də mövcud cəmiyyətin sosial şəraiti və sosial
m
ədəni amillərinin təsiri altında formalaşır. Buna görə də onları sırf subyektiv
hesab etm
ək, yəni subyektin qiymətləndirməsi psixiki yaşantıları kimi qələmə
verm
ək doğru deyildir. Dəyərlərin bu ikili təbiəti (obyektiv və subyektivin
ayrılmaz əlaqəliliyi) üzündən onları doğru olaraq dispozisiya xarakterli hesab
edirl
ər (1, 289).
T
əbii elmi idrak kimi, sosial dərk etmə də öyrənilən hadisələrin və
prosesl
ərin mahiyyətini açan obyektiv həqiqi bilik əldə etməyə yönəlir. Lakin
burada subyektin öyr
əndiyi obyektə dəyərləndirici-qiymətləndirici münasibəti
öz mahiyy
ətinə görə onun koqnitiv münasibətlərindən ciddi surətdə fərqlənir.
Bel
ə ki, sonuncu halda obyekt malik olduğu təbii ölçüləri çərçivəsində, lakin
d
ərk edən subyektin abstraksiyasında araşdırılır. Qiymətləndirici-dəyərləndirici
münasib
ət isə subyektin sosial mövqeyi, dünyagörüşü və maraqları, habelə
onun
əhvalı və emosiyaları ilə sıx bağlı olur. Sosial reallığın bu və ya digər
t
ərəfinə dair yeni bilik qazanmağa çalışan tədqiqatçı, öyrəndiyi obyektə öz
t
ələbatları və mənafeləri, mənəvi ehtiyacları, dəyərlər oriyentasiyası mövqe-
yind
ən yanaşır və araşdırır. Onlar subyektin elmi yaradıcılığının və iradəsinin
ayrılmaz tərəfi kimi özünü göstərir. Beləliklə də, subyektin tədqiq etdiyi
obyekt
ə spesifik münasibəti formalaşdırır. O, sözün müəyyən mənasında dərk
etm
ə prosesində özünün tələblərini irəli sürüb, reallaşdırmağa çalışır. Şəxsi
yaşantıları və emosiyaları isə idrakda fəal iştirak edir. Nəticədə tədqiqatçı
öyr
əndiyi obyektə daha yaxın olur və onunla sanki qovuşur. Bu məqam həm də
sosial f
əaliyyətin nəticələrinin təfəkkür formaları vasitəsilə (anlayış, hökm və
əqli nəticə) ifadə olunmasında aşkara çıxır.
Sosial idrakda da t
ətbiq olunan tədqiqat metodları, məntiqi prosedurlara
v
ə qaydalar ümumilikdə elmi standartlar və tələblərə müvafiq surətdə müəy-
y
ənləşdirilir. Bununla yanaşı, sosial dərketmə prosesində tədqiqatçının şəxsi
maraqları, dəyərləri və ideyaları böyük rol oynadığı üçün, burada subyektin
h
əqiqət axtarışına yönələn idrakı fəaliyyəti onların güclü təsiri ilə tənzim edilir
(5, 210).
Sosial idrakın bilavasitə məqsədyönlü xarakter daşıması, subyektin
f
əaliyyətini, davranış və hərəkətlərini dəyərləri mövqeyindən nizama salır və
ideala doğru istiqamətləndirir. Təbii idrak prosesində işə məqsədəuyğunluluq
bu q
ədər sıx bağlı çıxış etmir. Odur ki, burada dəyərlərin təsiri azdır. O, demək
olar ki, neytral xarakter daşıyır.
T
əbiət elmlərindən fərqli olaraq sosial-humanitar bilikdə eyni bir hadisə
v
ə ya prosesin ayrı-ayrı tədqiqatçılar tərəfindən müxtəlif surətdə interpretasi-
yasız dəyərləndirilməsi və qiymətləndirilməsinin mühüm bir səbəbi fikrimizcə
bundadır.
T
əbiətdə olduğu kimi, sosial həyatda hadisələr və proseslər öz-özlüyündə
71
d
əyər statusu kəsb etmir, onlar yalnız subyektin qiymətləndirici münasibəti
obyektin
ə çevrildikdə, bu keyfiyyətə malik olurlar. Sosial sistemdə və onun hər
bir ünsüründ
ə dəyərlilik potensial vəziyyətdə çıxış edir, onlara insanların
maraq v
ə mənafeləri yönəldikdə aktual forma alır. Bu fikir sosial varlığı
d
ərindən araşdırmağa cəhd göstərən idrak subyektinin fəaliyyətinə müna-
sib
ətdə daha aydın və əyani surətdə özünü göstərir. Onun araşdırdığı obyektə
d
əyərləndirici münasibəti şüurlu-iradi ustanovkaları ilə sıx bağlı olub, tədqiqata
güclü (müsb
ət və ya mənfi istiqamətli) təsir edir (10, 305).
Bu h
ər şeydən əvvəl onunla şərtlənir ki, sosial idrakı fəaliyyət özünün
yaradıcı xarakteri proqram və standartlarla məhdudlaşmayan yenilikçi, açıq
sistem olması ilə səciyyələnir. Bu sistem insanların real praktikası, maddi,
siyasi v
ə mənəvi, mədəni, fəaliyyəti ilə ayrılmaz surətdə bağlıdır. Buna görə də
sosial h
əyatın idrakı inikası yuxarıda qeyd olunan sahələrdə mövcud olan
qaydaların, normativ tələblərin və dəyərlərin daha güclü təsirinə məruz qalır.
Dig
ər tərəfdən, sosial idrakın məzmunu müxtəlif dövrlərdə bir-birindən ciddi
sur
ətdə fərqlənir. Çünki burada obyektiv bilik ilə yanaşı aid olduğu dövrün
sosiomd
ənı amilləri və dəyərləri yüksək xüsusi çəkiyə malikdir. Nəhayət sosial
idrakda d
əyərlərin fəal rolu, burada həqiqətin dəyişkənliyi və dinamizmi ilə
izah edilm
əlidir. Sosial həqiqətin sözügedən keyfiyyəti, onun məzmununda
obyektiv t
ərəflər ilə yanaşı, subyektin sosial mövqeyi, dünyagörüşü və
d
əyərlərini ifadə edən məqamların təsir dairəsini genişləndirir. Təbii elmi idrak
il
ə müqayisədə sosial bilikdə sözü gedən amillər o qədər güclü rol oynayır ki,
burada h
əqiqət faktiki olaraq iki istiqaməti (elmi-koqnitiv və dünyagörüşü
d
əyərləndirici) əhatə edir. Əlbəttə sosial idrakda da həqiqət öz obyektivliyi ilə
s
əciyyələnir. Lakin onu hərfi mənada anlamaq doğru deyildir. Burda nisbilik,
d
ərk edən subyektin təsiri böyük olduğundan, həmin keyfiyyət müəyyən qədər
şərti, nisbi və qeyd şərtli xarakter daşıyır. Həm də həqiqətin qeyd olunan
“subyektivizmi” t
əkcə bu və ya digər fərdə münasibətdə deyil, sosial qruplarda
v
ə bütövlükdə cəmiyyət miqyasında özünü göstərir (6, 81).
Bu onunla şərtlənir ki, sosial-humanitar elmlər sahəsində çalışan
t
ədqiqatçıların fərdi maraqları və dəyərləri ilə yanaşı, onun mənsub olduğu
sosial qrupun, mill
ətin və ümumdövlətin bu qəbildən olan göstəriciləri də
d
ərketməyə güclü təsir göstərir. Qeyd olunan miqyaslar üzrə təsirin dairəsi nə
q
ədər geniş olursa, burada obyektiv həqiqətin aşkara çıxarılması da, bu o
d
ərəcədə çətinləşir. Bu vəziyyət həm də aşağıdakı məqam ilə bağlıdır. Təbii
idrakda yaradılan elmi həqiqətləri dəqiq izah etmək, onun konkret parametr-
l
ərini əyani surətdə göstərmək mümkündür. Sosial idrakda isə həqiqət şərti
xarakter daşıyır, həm də onu əyani nümayiş etdirmək o qədər də asan məsələ
deyildir. Dig
ər tərəfdən, təbii elmi idrakda həqiqət üzə çıxarıldıqdan sonra, o
dem
ək olar ki, hamı tərəfindən qəbul olunur. Sosial idraka həqiqətən bu cür
birm
ənalı tanınması yoxdur. Burada daim müəyyən fikir ayrılıqları, həqiqətin
çoxvariasiyalılığı özünü göstərir. Qeyd olunan cəhət də sosial idrakda
d
əyərlərin özünəməxsus roluna müəyyən qida verən amildir (ən azı həqiqətin
72
yayılması və qiymətləndirilməsi səpgisində).
Deyil
ənlərə əlavə olaraq bu da göstərilməlidir ki, sosial həqiqətin özündə
ontolofi v
ə praksioloji səpki ilə yanaşı aksioloji dəyər səpkisi də çox mühüm
yer tutur. Bu s
əpki onun mənəvi-əxlaqi keyfiyyətlər, doğruculluq, həyatın
m
ənası, xeyirxahlıq, şərəf, ədalət, habelə digər dəyərlər ilə ayrılmaz əlaqəli-
liyini ifad
ə edir. Bu mənada obyektiv həqiqətdə koqnitiv ilə mənəvi tərəflər sıx
qarşılıqlı təsir vəziyyətində olur. Sosial idrak inkişaf etdikcə yeni-yeni
h
əqiqətlər aşkara çıxır. Insanlar onlardan agah olur və öz fəaliyyətində istifadə
edirl
ər. Sözügedən proses öz mahiyyətinə görə cəmiyyətdə fəzilətin, ümumi
xeyirxahlıq dəyərinin və insanların azadlıq hüdudlarının genişlənməsi ilə
müşayiət olunur.
Sosial idrakda d
əyər ilə elmiliyin yaxınlığı bütövlükdə mütərəqqi
xarakter daşıyır. Bunu ondan görmək olar ki, dəyərlər sosial idrak və onun
n
əticələrinin cəmiyyət üçün faydalı və əhəmiyyətliliyini vurğulayır. Bununla
yanaşı, həm də sosial biliyə normativ xarakter verir, burada real olan ilə olmalı
olanın əlaqəsini təmin edir. Bu, dəyər şüurunun aşağıdakı xüsusiyyətindən irəli
g
əlir. “O, varlığın real və arzu olunan, mövcud olan və olmalı olan tərəflərinin
qovuşuğunda yerləşir” (6, 177).
Qeyd etm
ək lazımdır ki. sosial idrakı dəyərlərin və dəyərlər oriyenta-
siyasının mühüm rolu onun bu və ya digər ayrıca mərhələsində deyil,
bütövlükd
ə bu prosesin əvvəlindən axıra qədər fəal surətdə özünü göstərir.
D
əyərlər hər şeydən əvvəl tədqiqat obyektinin və probleminin düzgün
seçilm
əsində əhəmiyyətli yer tutur. Subyekt evristik məna və əhəmiyyət kəsb
ed
ən problemlər içərisindən birinci növbədə ona yaxın olanı, maraqlarına
uyğun gələni, dəyərlərinə müvafiq hesab etdiyini seçir. Doğrudur, bu işdə
t
ədqiqatçının konkret dəyərlər sistemi ilə yanaşı onun ümumi humanist
m
əqsədləri və həyatının amalının ictimai və elmi tərəqqiyə xidmət etməsi
əhəmiyyətli yer tutur. Lakin bu fakt heç də onun elmi axtarışlar istiqamətini
mü
əyyənləşdirərkən özü üçün faydalı və qiymətli olana üstünlük verməsini
istisna edmir.
Sonra d
əyərlər elmi təhlilin konkret istiqamətlərinin müəyyənləşdiril-
m
əsində, müvafiq informasiyanın toplanmasında çox mühüm yer tutur.
T
ədqiqatın metodologiyasının metodları və vasitələrinin, üsul və priyomlarının,
biliyin t
əşkili formalarının işlənib hazırlanması da dəyərlərdən kənarda baş
vermir. Bu
əməliyyatlar elmdaxili dəyərlərin bilavasitə təsirini əks etdirir.
N
əhayət, dəyərlər sosial idrakın sonunda, yəni onun nəticələrinin bilavasitə
formul
ə olunmasında və geniş kütlələrə çatdırılmasında əvəzsiz rol oynayır
(11, 39).
Ümumilikd
ə götürdükdə sosial idrakın hər bir mərhələsində əldə olunan
nailiyy
ətlər, özünün həqiqiliyi, yəni obyekti adekvat əks etdirməsi və yeni
informasiya verm
əsi sayəsində cəmiyyət üçün faydalılıq, əhəmiyyət və dəyər
k
əsb edir.
Sosial idrak prosesin
ə dəyərlərin təsiri öz məzmununa görə birmənalı
73
olmayıb, müsbət, həm də mənfi yönümdə özünü göstərə bilir. Birinci istiqamət
bunda t
əzahür edir ki, idrak subyektinin dəyərlər sistemi və dəyərlər oriyen-
tasiyası elmi əsaslı, qərəzsiz və mütərəqqi məzmun daşıyarsa, onda o sosial
varlığın tərəfləri və problemləri sırasında ən vacib olanları digərlərindən seçib
ayırır və təhlil obyekti kimi götürür. Bundan əlavə tədqiqatın məqsəd və
v
əzifələrinin müəyyən olunmasına, başlıcası isə real elmi axtarışlar prosesinə,
obyektiv h
əqiqi biliyin əldə olunmasına sürətləndirici təsir göstərir. Qeyd
olunan v
əziyyət o hallarda baş verir ki, tədqiqatçının fərdi mənafeyi, mənsub
olduğu sosial qrupun və millətin maraqları dövrün ümumi şəraitinə, sosio-
m
ədəni mühitin və ictimai tərəqqinin tələblərinə uyğun gəlir, onlarla ziddiyyət
t
əşkil etmir.
Bununla yanaşı, sosial idrak mürəkkəb olduğundan, onun obyektini canlı
insanlar v
ə onlar arasındakı münasibətlər təşkil etdiyindən, burada həqiqi bilik
əldə etmək çətinləşir və bu prosesdə dəyərlərin rolu neqativ planda da təzahür
ed
ə bilir. Bu öz ifadəsini araşdırılacaq konkret problemin düzgün seçil-mə-
m
əsində, elmi təhlilin məqsəd və vəzifələrinin təhrif edilməsində, elmi axtarış
prosedurlarının səhv tətbiqində, manipulyasiya hallarının genişlənməsində,
elmi h
əqiqətin fərdi kooperativ maraqlara qurban verilməsində, onun saxtalaş-
dırılmasında, gizlədilməsində, bəzən isə yalanla əvəz olunmasında tapır.
Deyil
ənlər bir daha sübut edir ki, sosial humanitar elmin nümayəndəsi öz
obyektini öyr
ənərkən, sonuncuya bilavasitə aid olmayan amillərdən (qərəzlilik,
m
ənsəbpərəstlik, hakim dairələrə qulluq göstərmək və sair) mümkün qədər
k
ənar olmalıdır (9, 60).
Doğrudur, təbii idrakdan fərqli olaraq, sosial dərketmə prosesində
d
əyərlərin təsir gücünü tam neytrallaşdırmaq, demək olar ki, qeyri mümkündür.
Buna gör
ə də söhbət onların həqiqi sosial biliyin aşkara çıxarılmasına
stimullaşdırıcı təsirini artırmaqdan, eyni zamanda bu prosesdə dəyərlərin
neqativ rolunu minimuma endirm
əkdən gedir.
Sosial idrakda d
əyərlərin rolunu açarkən aşağıdakı məqama da diqqət
yetirilm
əlidir: elm həqiqətin özü qnoseoloji dəyər olsa da, bəzən digər
(xüsusil
ə də etik) dəyərlərlə uyğun gəlməyə bilir. Daha dəqiq desək, o bəzi
hallarda doğruçulluq, ədalət, milli mintalitet və sair dəyərlərlə üst-üstə düşmür,
onlar il
ə kəsişmə vəziyyətində olur. Bu o deməkdir ki, özü-özlüyündə
epistemoloji m
əna yükünə malik olan sosial həqiqət müəyyən konkret
v
əziyyətdə doğruçulluğu deyil, yalanı üstün tuta bilir. Məsələn, ağır xəstəliyə
düçar olmuş pasiyentə həkimin bu barədə həqiqəti söyləməsi, faciəli nəticələr
tör
ədə bilər. Buna görə də onun xəstəyə ürək-dirək verməsi, həqiqəti gizlədərək
yalan söyl
əməsi məqbul hesab olunmalıdır. Çünki belə məlumat xəstədə
sağalacağına inam yaradır (bəzən heç həkimin özünün də gözləmədiyi halda
bel
ə xəstəliklər sağala bilər). Buradan görünür ki, yalan-özüözlüyündə qeyri-
qnoseoloji v
ə qeyri-əxlaqi məzmun daşısa da, müəyyən hallarda xeyirxahlığa
xidm
ət edir və deməli dəyər statusu olur (4, 97). Analoji fikri döyüş zamanı
əsir düşmüş əsgərlərin düşməndən həqiqəti gizlədərək yalan söyləməsi və digər
74
buna b
ənzər məqamlar haqqında da söyləmək olar.
Sosial idrakda koqnitiv v
ə dəyərin münasibətlərinin spesifikliyi təsadüfü
olmayıb, sözügedən idrak növündən təbii elmi idrak ilə müqayisədə təzahür
ed
ən özünəməxsusluqlardan irəli gəlir. Hər şeydən əvvəl qeyd olunmalıdır ki,
t
əbiielmi idrakda obyekt ilə subyekt bir-birindən xeyli dərəcədə aralı olduğu
halda, sosial idrakda onlar qovuşmuş vəziyyətdədir. Başqa sözlə, burada
idrak
ın həm obyektini, həm də subyektini insanlar, onların fəaliyyəti və
aralarındakı münasibət təşkil edir. Bu mənada dərkedici subyektin şəxsi mənəvi
keyfiyy
ətləri idraka daha çox təsir göstərmək imkanına malik olur. Digər
t
ərəfdən, təbii idrakın obyekti olan təbiət yalnız maddi və kortəbii qüvvələrin
m
əkanı kimi çıxış edir. Burada əsas səbəbiyyət və qarşılıqlı təsir əlaqələri əsas
yer tutur. Sosial idrakın obyekti isə öz qarşısına müəyyən məqsədlər qoyan və
onları yerinə yetirən, şüura, zəkaya və iradəyə malik insanlardır, dərketmənin
n
əticələri onların fəaliyyəti məhsullarıdır. Bu keyfiyyəti də onun subyektiv
m
ənəvi yönümünü qiymətverici xassəsini artırır.
Sonra t
əbii idrak daha çox mövcud varlığı inikas etdirməklə məhdudlaşır.
Sosial idrakda is
ə bununla yanaşı, olmalı olan, yəni normativ tərəf, yaradılmalı
olan, arzuların həyata keçirilməsi ilə bağlı tərəf çox mühüm yer tutur. Onun
qiym
ətləndirmə və dəyərlər ilə daha çox yaxın olması həm də bununla izah
edilir.
Deyil
ənlərdən əlavə, sosial idrakın konkret tarixi şərtlənmiş xarakter
daşıması, burada sosiomədəni mühitin təsirinin güclü olması da nəzərə
alınmalıdır. Həmin mühitin ayrılmaz tərkib hissəsi kimi isə insanların malik
olduğu normalar, dəyərlər və ideallar çıxış edir. Nəhayət, təbii idrakın əsas
m
əqsədi öyrəndiyi obyektdə fəaliyyət göstərən qanunları (onlar bütünlükdə
t
əbiət üçün ümumi olması ilə səciyyələnir) aşkara çıxarmaqdır. Sosial idrakın
araşdırdığı obyektlər isə öz unikallığı və təkrarolunmazlığı ilə seçilir. Başqa
sözl
ə, sosial reallıq onun hər bir konkret tərəfi, son dərəcə rəngarəng xarakter
daşıyır. Qeyd olunan xüsusiyyət idrakın bu növlərində tətbiq olunan
prosedurlarda da mü
əyyən müxtəlifliyi şərtləndirir. Belə ki, təbiielmi idrakda
izahetm
ə proseduru (yəni fərdi konkret hadisələri və prosesləri ümumi
qanunların təsir dairəsi çərçivəsinə daxil etmə) əsas yer tutur. Yəni burada
t
əfəkkürün gedişi istiqaməti daha çox ümumidən xüsusiyyə və təkcəyə yönəlir.
Bundan f
ərqli olaraq sosial idrakda anlama proseduru başlıca rol oynayır. Bu
müxt
əlif metodların (dialoq, şərhetmə, hiss etmə və saitin) köməyilə sosial
hadis
ələrin və proseslərin mahiyyətini və sosiamədəni təbiətini üzə çıxarır.
Sosial idrakda d
əyərlərin rolu nə isə ümumi abstrakt məzmuna malik olmayıb,
konkret-
tarixi xarakter daşıyır. Başqa sözlə, hər bir dövrdə onun real məzmunu
mü
əyyən spesifikliyə malik olur. Burada mövcud sosial varlığın vəziyyəti və
inkişafı səviyyəsi, insanların fəaliyyəti istiqamətləri, onların nisbəti və
prioritetl
əri əhəmiyyətli yer tutur.
Bu onlara şərtlənir ki, hər bir dövrdə yaşayan insanların bütövlükdə
dünyagörüşü, şüuru və idrakı imkanları, o cümlədən dəyərlər şüuru həmin
75
tarixi m
ərhələnin praktikası, sosiomədəni amilləri ilə müəyyən olunur və
onların hüdudları daxilində özünü göstərir. Bu müddəa həm də sosial idrak
subyektin
ə xüsusilə aiddir. Ictimai humanitar elmlərin hər bir nümayəndəsi
mü
əyyən sosial-iqtisadi, elmi, texniki və sosiomədəni mühitdə yaşayıb
f
əaliyyət göstərir. Deməli, onun düşüncəsi, təfəkkür stili və dəyərləri məhz bu
amill
ərin təsiri altında formalaşır. Lakin insan təbii və sosial mühitin passiv
m
əhsulu deyildir. Xüsusilə də söhbət intellektual zəka sahiblərindən getdikdə,
bu n
əzərdə tutulmalıdır. Onlar öz dövrlərinin çərçivəsi ilə məhdudlaşmayaraq
ondan k
ənara çıxır və qabağa gedirlər. Başqa sözlə deyilsə, onlar ətrafındakı
adamlardan f
ərqli olaraq, fəal yeniləşdirici düşüncə tərzinə və qabiliyyətinə
malik olurlar. Onların əksəriyyəti yüksək elmi dünyagörüşü və zəngin
m
ənəviyyat sahibləri olduğundan, müəyyən sosial obyekti araşdırmağa
başlayarkən malik olduqları dəyərləri və ideyaları dərin təfəkkür süzgəcinən
keçirir, onları saf-çürük edir və normal hesab etdiklərini əldə rəhbər tuturlar.
Bel
əliklə, onların təfəkkürü və idrakı qabiliyyətləri özünün yenilikçi, yaradıcı
bir sözl
ə kreativ xarakter daşıması ilə səciyyələnir (8, 97) .
Bel
ə tədqiqatçıların ən görkəmli nümayəndələrinin, ən görkəmlilərinin
idraki f
əaliyyətin məhsulları sözün əsl mənasında götürülən humanist xarakterli
d
əyərlər sistemi və dəyərlər oriyentasiyası ilə yükləndiyi üçün, yaratdıqları
yenilikl
ər də sosial tərəqqidə çox mühüm rol oynayırlar. Doğrudur, təbii elmi
idrak sah
əsində olduğu kimi, sosial idrakın da bu qəbildən olan kreativ
düşüncəli nümayəndələri çox vaxt ictimaiyyət və hakim dairələr tərəfindən
birm
ənalı qəbul olunmur, onlar müxtəlif təzyiqlərə məruz qalırlar. Lakin az və
ya çox müdd
ət keçdikdən sonra, həmin mütəfəkkürlər barəsində sosial ədalət
b
ərpa olunur və onlar öz xalqının və ümumilikdə bəşəriyyətinin elm korifeyləri
sırasında öz layiqli yerlərini tuturlar. Dəyərlərin sosial idrakda rolu və real təsir
mexanizmi dövrün ideologiyasından da çox asılıdır. Hər bir dövrün hakim
ideologiyası bütövlükdə sosial həyatı, o cümlədən burada gedən dərketmə
prosesl
ərini tənzimləmək məqsədi güdür. Bu, ideologiyanın öz mahiyyətindən
ir
əli gəlir. O “böyük insan qruplarının-sosial təbəqələrin, siniflərin, peşələrin və
ya bütünlükd
ə cəmiyyətin tələbatlarını və maraqlarını əks etdirən və göstərən
idealların, məqsədlərin və dəyərlərin məcmusudur” (3, 496).
İdeologiya elmi xarakter daşıdıqda, onun dəyərlərə müsbət təsiri də çox
olur. Çünki burada c
əmiyyətdə mütərəqqi rol oynayan sosial qrupların əsas
maraqları adekvat əks olunur. Bu isə o deməkdir ki, onun məzmununda pozitiv
d
əyərlər və dəyərləndirmə geniş yer tutur. Demokratiyanın və fikir
plüralizminin mövcud olduğu cəmiyyətdə müxtəlif ideologiyalar yaranır və
onların hər biri həqiqi və elmi olmaq iddiasındadır. Lakin yalnız ümummilli
t
ələbatları və mənafeləri ifadə edən ideologiya daha önəmlidir. Belə ki, onda
elmi h
əqiqilik əsas yer tutur, ictimai inkişafın qarşısında duran strateji və
taktiki v
əzifələr, bütövlükdə sosial tərəqqiyə xidmət edən məqsəd düzgün ifadə
olunur. Bel
ə ideologiyalarda elmi obyektivlik ilə dəyər uyğun gəlir. Çünki
c
əmiyyətin qarşısında duran əsas məqsəd və vəzifələrin ideoloji cəhətdən dəqiq
76
ifad
ə olunması, təkcə elmiliyi deyil, həm də ictimai baxımdan mütərəqqi
əhəmiyyət kəsb edən əsl dəyəri əks etdirir. Bu baxımdan yanaşdıqda müasir
c
əmiyyətimizdə ümummilli status kəsb edən yeganə ideologiya – azərbay-
cançılıq müstəsna əhəmiyyətə malikdir.
Az
ərbaycançılıq ümummilli ideologiya olmaq etibarilə həm də müstəqil
dövl
ətimiz tərəfindən onun maraqlarına cavab verən mənəvi fəaliyyət
istiqam
əti kimi qəbul olunur. Bu isə o deməkdir ki, dövlətin sərəncamında olan
r
əngarəng və çoxşaxəli təbliğat maşını, geniş əhali kütləsinə təsir göstərməyin
çoxsaylı üsulları və vasitələri sistemi, bu ideologiyanın cəmiyyətdə geniş
yayılmasına, dərindən kök salmasına, hər bir insanın şüuruna və hisslərinə
hopdurulmasında cəhd göstərir. Bu prosesin çox mühüm əhəmiyyəti təkcə ölkə
əhalisinin qarşıda duran məqsəd və vəzifələrin reallıq və həqiqət kimi anlaması
v
ə onların yerinə yetrilməsinə səfərbər etməsi ilə məhdudlaşmır. Sözügedən
ideologiyanın məzmunu müxtəlif rəngarəng dəyərlər ilə zənginləşmiş
olduğundan, onun geniş yayılması, eyni zamanda müvafiq dəyərlərin popul-
yarlaşma və kütləviləşməsi meylini inkişaf etdirir. Nəticədə siyasi, əxlaqi,
estetik, iqtisadi v
ə sair dəyərlər şəbəkəsi, cəmiyyətin hər bir üzvünün varlığına
hakim olur, onun f
əaliyyətinə düzgün tənzimləyici göstərir. Müasir cəmiyyətdə
d
əyərlərin məzmununda, onun maddi və mənəvi növlərinin nisbətində çox
ciddi d
əyişikliklər baş verir. Ümumi şəkildə dəyərlərin yenidən mənalan-
dırılması adlanan bu proses, onların sosial idraka təsirində də mühüm
yenilikl
əri şərtləndirir. Sonuncular daha çox insanların fəaliyyətinin elmi-
texniki v
ə iqtisadi əsaslarının inkişafı ilə bağlıdır. Sözügedən proses öz növbə-
sind
ə fəaliyyətin maddi-əşyavi və subyekt-şəxsiyyət tərəflərinin nisbətinin
ikincinin xeyrin
ə dəyişilməsi ilə müşayiət olunur. Bu müstəvidə yanaşdıqda,
postsovet ölk
ələrində baş verən əsaslı transformasiyalar ictimai-humanitar
t
ədqiqatda dəyərlərin rolunda ciddi yenilikləri şərtləndirir. Sonuncuların əsas
istiqam
ətini sosial həqiqətlərin aşkara çıxarılmasında dəyərlərin müsbət və
stimullaşdırıcı təsirinin güclənməsi təşkil edir. Bununla yanaşı, müasir dövrün
reallıqları sosial idrakda dəyərlərin roluna bəzən mənfi yönüm verə bilir.
Bunun aydın nümunəsini bazar iqtisadi münasibətlərinin sosial həyatda və
idrakda d
əyərlərin nisbətində yaratdığı dəyişikliklərdə görmək olar. Hazırda
bazar qanunlarının təkidi ilə yüksək gəlir əldə, etmək çoxlu qazanca nail
olmaq, b
əzi hallarda fəaliyyətin məqsədinə çevrilir, istehlak dəyərlərinə meyli
artırır. Maddi dəyərlərə sözügedən aludəçilik fonunda əsl insanlıq keyfiyyəti ilə
bilavasit
ə bağlı olan məvəni dəyərlərin kasadlaşması və arxa plana keçməsi
meyli özünü göst
ərir. Bu həm də müstəqillik dövründə mülkiyyət münasibət-
l
ərinin transformasiyası, xüsusi mülkiyyətin yeri və rolunun artması ilə
bağlıdır. Sözü gedən istiqamətdə baş verən dəyişikliklər özünün müvafiq
ifad
əsini insanların dəyər şüurunda da tapır, yəni onun əhəmiyyəti çoxalır,
xüsusi mülkiyy
ətçilik psixologiyası güclənir.
Ümumilikd
ə müasir dövrdə elmi və sosial tərəqqinin sürətlənməsi,
insanların mənəviyyatı və mədəniyyəti ilə bağlı ciddi problemlər yaradır.
77
Onların sırasında elmi-texniki inkişafın insanların mənəvi aləminə kasadlaş-
dırıcı təsiri, onların dəyişilməkdə olan ekosistemə uyğunlaşması ilə bağlı
ç
ətinliklər xüsusi qeyd olunmalıdır. Bunlardan əlavə həyat fəaliyyəti sahə-
l
ərində bürokratlaşma və standartlaşma meyillərinin güclənməsi, kütləvi
informasiya vasit
ələri və sosial şəbəkələrin təsiri altında insanın şəxsi siması
getdikc
ə daha çox arxa plana keçir, bəzi hallarda isə onların tamamilə itməsi
t
əhlükəsi yaranır. Nəticədə şəxsiyyətin özünə və cəmiyyətə münasibətdə
inamsızlığı çoxalır, özgələşmə güclənir, insan ilə cəmiyyət arasında özünü
göst
ərən mənəvi münaqişə hallarının sayı artır. Insanın yaradıcı subyekt kimi
öz f
əaliyyətini normal davam etdirməsi üçün müxtəlif seçimlər etməsi (sosial
bilik v
ə təşkilatlara daxil olması, siyasi və mənəvi dəyərlər seçimi, dəyərlər
oriyentasiyası və sair) çətinləşir. Bütün bunlar digər amillərlə birlikdə müasir
şəraitdə baş verən dəyərlərin yenidən mənalandırılması universal öz güclü
t
əsirini göstərir, onun ziddiyyətli getməsini şərtləndirir. Sözügedən vəziyyət bir
t
ərəfdən müasir iqtisadi, siyasi və sosial həyatda baş verən əsaslı dəyişikliklərin
t
əsiri altında maddi, iqtisadi və istehlak xarakterli dəyərlərin əhəmiyyətinin
artması ilə izaholunur. Digər tərəfdən, sivilizasiyanın və humanizmin
inkişafının təkidi ilə şəxsiyyətin və cəmiyyətin həyat fəaliyyətinin əsasında
duran
əsas məqsəd-dəyərlərdə yönüm sürətlənir.
Yuxarıda deyilənlər, sosial idrakda dəyərlərin yerinin əbədi və dəyişməz
olunduğunu daim yeniləşən və dinamik xarekterin açıb göstərir. Sözügedən
keyfiyy
ət ümumilikdə sosial idrakın çox mühüm qanunauyğunluğunu ifadə
edir.
Sosial idrak subyektinin
malik olduğu dəyərlər sisteminin və dəyərlər
oriyentasiyasının, bütövlükdə sosial mövqeyinin təsiri heç də həmişə bilavasitə
olmur. Onların rolu çox vaxt dolayısı ilə aşkara çıxır. Dəyərlərin sözügedən
proses
ə birbaşa təsiri isə daha çox müvafiq sahə üzrə mövcud olan konseptual,
möt
əbər biliklərdə ifadə olunur.
Sosial idrakda d
əyərlərin mühüm rolundan danışarkən vurğulanmalıdır
ki, söhb
ət birinci növbədə əsas strateji əhəmiyyətli , cəmiyyətin və fərdin sosial
ideallarına uyğun olan və onları əks etdirən dəyərlərdən getməlidir. Cari və
qısamüddətli dəyərlərin əsas götrülməsi məqbul deyildir.
Müasir dövrd
ə sosial elmin rolunun artması, onun hər bir insanın və
bütövlükd
ə cəmiyyətin həyatına nüfuz etməsi meyli özünü göstərir. Lakin
unudulmamalıdır ki, həqiqi elm təkcə neytral xaraketli obyektiv təhlil etmək
deyildir. Onun m
əzmununda həm də humanist ölçülərə və dəyərlərə geniş yer
verilm
əlidir.
Qeyd olunmalıdır ki, sosial idrakda koqnitivlik ilə dəyərliliyin ölçülərinin
qorunub saxlanılması çox vacibdir. Unudulmamalıdır ki, burada dəyər həddən
artıq yer tutursa, o obyektiv həqiqətin aşkara çıxarılmasına əngəl törədir, sosial
bilikd
ə konyukturacılığa və manipulyaysiyaya gətirib çıxarır. Dəyərlər və
onların əsasında qiymətləndirmənin adekvat olmadığı hallarda siyasi motivlər
v
ə ideoloji təsəvvürlər əsas götürülür. Bu isə elmi obyektivliyə zidd olub,
78
subyektivizm
ə, saxtakarlığa, yanlışlıqlara və yalana yol açır.
Müasir sosial idrak konsepsiyası subyekt-dəyərləndirici tərəfi elmi
yaradıcılığın çox mühüm və ayrılmaz tərkib hissəsi hesab edir. Onun müsbət
potensialından daha dolğun və ardıcıl istifadə olunması zərurətini irəli sürür.
Bunu sosial reallığın müvafiq nəzəri modelini yaratmaq ehtiyacı tələb edir.
ƏDƏBİYYAT
1.
Алексеев П.В., Панин А.В. Философия. М.: Проспект, 1997, 568с.
2.
Алексеев П.В., Социальная философия. М.: Проспект, 2005, 256 c.
3.
Введение в философию (Авт. колл. Фролов И.Т. и др.) М.: Республика, 2012, 654 с.
4.
Дубровский Д.И. Проблема добродеятельного обмана. Кант и современность (Вопро-
сы философии) 2010, №1, с. 16-32.
5.
Ильин В.В.Философия. часть II. М.: Академический проект 1999. 375 с.
6.
Ильин В.В. Теория познания. Социальная эпистемология. Социалогия знания. М.:
Академический проек, 2014, 204с.
7.
Коршунов А.М. Диалектика субъекта и объекта в познании. М.: Мысль. 1982, 274 с.
8.
Лазарев В.Ф., Лебедев С.А. Проблемы истины в социально-гуманитарных науках
Интервальный подход. II Вопросы философии 2005, №10, с 95-102
9.
Степин В.С. Наука и философия II Вопросы философии 2010, №8, с. 49-61.
10.
Философия права Т.1. (Под ред. М.Н.Маргенко). М.: Проспект, 2015, 552 с.
11.
Ценностные предпосылки в структуре научного познания. М.: Наука, 1990, 372с.
О РОЛИ ЦЕННОСТЕЙ В СОЦИАЛЬНОМ ПОЗНАНИИ
З.Дж.ГАДЖИЕВ
РЕЗЮМЕ
В статье анализируются факторы и причины, обуславливающие растущую роль
ценностей в социальном познании. Выявляется их существенное влияние на все этапы
социально-познавательной деятельности, подчеркивается возможности этого влияния
как в позитивном, так и в негативном направлениях.
Особое внимание уделяется раскрытию конкретно исторического характера
содержания влияния ценностей в зависимости от общих социальных условий эпохи,
социокультурных факторов и от содержания самых ценностей. В этой связи исследуются
созданные трансформационными процессами осуществляемыми в условиях националь-
ной независимости реальные возможности для усиления положительной роли ценностей
в современном социальном познании.
Ключевые слова: социальное познание, ценности, позитивное и негативное
влияние ценностей на познавательную деятельность, изменения в роли ценностей
современном социальном познании.
79
THE ROLE OF VALUES IN SOCIAL COGNITION
Z.J.HAJIYEV
SUMMARY
The article analyzes the factors and the causes of the role of value in social cognition,
clarifies their impact on each stage of social cognition, and emphasizes that such impact can be
both positive and negative. We note that the real content of impact depends on the
circumstances of a specific period, socio-cultural environment and the character of values. We
also explain the possibilities of the fundamental transformation realized in the period of
independence with respect to the positive impact of values on social cognition.
Key words: Social cognition, values, positive and negative impacts of values on social
cognition, increasing impact of values on social cognition.
80
Dostları ilə paylaş: |