148
niyami-intiqamdən çəküb hər canibə həmlə qılduqda ləşkəri-
murü mələx tabi-müqavimət gətürməyüb hərbindən hərəb
edərlərdi». (60b)
Bu cümlədəki ərəb mənşəli «hərb» (müharibə, savaş) və
«hərəb» (qaçış, qaçmaq) sözləri hərf sayı baxımından eyni, lakin
yazılış və tələffüzcə fərqli sözlərdir (birinci sözün ilk hərfi
ح he,
ikincininki isə
ه
ha hərfidir). Qeyd edək ki, cinasın bu növü
«mütəqarib cinas» adlanır (bax: 97, 269-272).
A.Bakıxanov «Riyazül-qüds»də məna incəlikləri ilə
bağlı ədəbi sənət növlərindən də (bax: 41, 19-20; 97, 9-17)
bacarıqla istifadə etmişdir. Mütərcim bu sənət növlərindən ən çox
təşbeh, istiarə və mübaliğəyə üstünlük vermişdir. Bütün əsər
boyu istər söz incəlikləri, istərsə də məna gözəllikləri ilə bağlı
ədəbi sənətlərin müxtəlif növləri ilə, rəngarəng söz naxışları
ilə bəzədilmiş
bədii
parçalara, ayrı-ayrı cümlə və beytlərə rast
gəlirik. Nümunə olaraq aşağıdakı bir cümləyə diqqət yetirək:
«Həzrəti-imam... nərgisi-şəhlasından seylabi-sirişk
güli-rüxsarına töküb buyurdı». (58a)
İmam Hüseyn (ə.) haqqında olan bu cümlədə A.Bakıxanov
«göz» sözü əvəzində «nərgisi-şəhla» ifadəsini işlətməklə
metaforanın (istiarənin) imkanlarından
uğurla
istifadə etmişdir.
Bəlli olduğu kimi, klassik ədəbiyyatda göz nərgiz gülünə
bənzədilir. Burada isə «nərgisi-şəhla» təşbeh yox, metaforadır,
çünki «göz» sözü işlənməmişdir. Maraqlıdır ki, bu cümlənin
farscasında «nərgisi-şəhla» birləşməsinin qarşılığı kimi «didha»
(gözlər) ismi işlənmişdir:
«Həzrət... cuy-e əşk-e həsrət əz didha-ye mobarəkəş cari
şod və
qoft». (220b)
(Həzrətin... mübarək gözlərindən həsrət yaşı arxları
axdı və dedi.)
Göründüyü kimi, «Riyazül-qüds»dəki cümlədə işlənən
«güli-rüxsarına» (gül kimi qırmızı yanağına) birləşməsinin
qarşılığı da farsca mətndə yoxdur, Deməli, bu təşbehi də
A.Bakıxanov tərcüməyə özündən artırmışdır. Bu xüsusiyyət,
149
yuxarıda qeyd etdiyimiz kimi, bütün əsər boyu müşahidə olunur.
Bu qəbildən olan başqa bir nümunəyə diqqət yetirək:
«Cəlaül-üyun»da: «Emam Hoseyn manənd-e oğab aməd
və səfhara şekaft və çun şir-e xəşmnak bər-an kaferan-e bibak
həmle kərd». (220b)
(İmam Hüseyn qartal kimi gəldi, cərgələri yardı və
qəzəbli şir kimi o qorxunc kafirlərə hücum etdi.)
«Riyazül-qüds»də: «...cənabi-sultani-Kərbəla üqabvar
ləşkəri-zağü
zəğən
səflərin pozub, şiri-xəşmnakə bənzər
həmlə edüb...» (58b)
Bu nümunədə imam Hüseyn (ə.) əvvəlcə qartala
(«üqabvar» - qartal kimi), sonra isə qəzəbli şirə («şiri-xəşmnak»)
bənzədilir. Bu bənzətmələrin hər ikisi farsca cümlədə də vardır.
«Riyazül-qüds»dəki cümlədə düşmən qoşunu üçün işlənmiş
«ləşkəri-zağü zəğən» (qarğa-quzğun qoşunu) metaforası isə
«Cəlaül-üyun»da yoxdur, deməli, o, mütərcimin əlavəsidir.
«Riyazül-qüds»dəki aşağıdakı cümlədə işlənmiş metafora da
«Cəlaül-üyun»da yoxdur, A.Bakıxanova məxsusdur:
«Cəlaül-üyun»da: «Həzrət-emam cuy-e ab əz didha-ye
mobarək foru rixt və ru be-caneb-e aseman gərdanid-o-qoft».
(222a)
(Həzrət imam mübarək gözlərindən su arxı axıdıb,
üzünü göyə qaldırıb dedi.)
«Riyazül-qüds»də: «Həzrəti-imam bərgi-nəsrinə əşki-
xunindən rəngi-lalə verüb, ruyi-niyaz səmti-asimanə qaldurub
dedi». (60a)
Göründüyü kimi, A.Bakıxanovun bu nümunədə işlətdiyi
«bərgi-nəsrin» (nəsrin yarpağı), «əşki-xunin» (qanlı göz yaşları)
və «rəngi-lalə» birləşmələrinin qarşılığı farsca mətndə yoxdur,
onlar mütərcimin əlavələridir. Bu birləşmələrdən birincisi -
klassik ədəbiyyatda «ağ üz» mənasında işlənən «bərgi-nəsrin»
birləşməsi metaforadır. Sonrakı iki birləşmə ilə A.Bakıxanov
burada həm də güclü bənzətmə yaratmışdır: imamın gözlərindən
axan qanlı göz yaşları onun nəsrin çiçəyinə bənzər ağ sifətini lalə
150
rənginə - qırmızıya boyayır.
A.Bakıxanov «Riyazül-qüds»də məcazın və bədii ifadə
vasitələrinin digər növlərindən də məharətlə istifadə etmişdir.
Maraqlıdır ki, tərcümədə yüksək bədii xüsusiyyətləri ilə seçilən
bəzi cümlələrin
qarşılıqları
farsca mətndə yoxdur.
Məsələn, «Riyazül-qüds»ün beşinci babında imam Hüseynin
(ə.) böyük oğlu Əli Əkbərin döyüş meydanında susaması
haqqında olan aşağıdakı cümlənin qarşılığı «Cəlaül-üyun»da
olmadığı üçün o, A.Bakıxanovun özünə məxsusdur:
«...fərti-ətəşdən dili-pürxun şöleyi-atəş bərabərində mum
tək bitab olub... bir növ ilə nairəfruzi-atəşi-kin olmışlardı kim,
Hut və Həməl tabeyi-fələkdə biryan və eynül-Səvr ol şiri-bişeyi-
şücaət təşnəkamlığın yad edüb giryan olmışdı». (60b)
Nümunədə Əli Əkbərin qanlı ürəyinin susuzluqdan mum
kimi gücsüz-taqətsiz (yumşaq) olması ilə A.Bakıxanov təşbeh
yaratmışdır. Burada həm də metafora və güclü mübaliğə
işlənmişdir: istidən və düşmənin kin alovundan göydəki
bürclər - Hut (Balıq) və Həməl (Qoç) fələyin tavasında
bişir, Səvr (Öküz) bürcünün gözü isə şücaət meşəsi
aslanının (Əli Əkbərin) susuzluğunu yada salaraq ağlayır.
«Riyazül-qüds»dəki bir çox şeir parçalarında da
A.Bakıxanov məcazlardan və bədii təsvir vasitələrindən
məharətlə istifadə etmişdir. Məsələn, aşağıdakı şeir parçasında
təşbeh, metafora və təzad işlənmişdir:
Nə tab eyləsin fövci-zağü zəğən
Açan dəmdə şəhbaz bali-hünər.
Bəli, şir cəngində mə'lumdur
Ki, rubah qılmaz xəyali-hünər. (60a)
İmam Hüseynin (ə.) oğlu Əli Əkbər haqqında olan bu
beytlərdən birincisində düşmən qoşunu qarğa-quzğun
dəstəsinə, Əli Əkbər isə şahbaza (qartala) bənzədilir. İkinci
beytdə isə Əli Əkbər şirə, düşmənlər isə tülküyə bənzədilir.
Dostları ilə paylaş: |