Federal adlı qurum
irançıdır.
368
Hər savaşın bəlli bir hədəfi var
Hər hədəfin də bəlli bir səfi var
Hər səfin də sağçı-solçu teyfi var
Federalistin yeri düşmən səfidir <
Düşməni gücləndirmək hədəfidir
369
Şah dedi farslaşsa dərdlər azalar
Şeyx dedi şah getsə işlər düzələr
Şux deyir qır versəm halı sazalar
Təcrübə siçan deyil ki, inana
Hər gün bir laboratuarda sınana
370
Fars
dinçi olub ki, cahil ovlaya
Şovenist olub ki, qatil ovlaya
“Kommunist” olub ki, yoxsul ovlaya
İşqalçı millətinə qurban edə
Yurdu çapılan soya çoban edə
371
Federalist Türk Türkün nadürüstüdür
Otuz min Firqə qatili dostudur
Dərdi ərbab dərdi ilə postudur
Ərbabı tacirdi ki, yalançıdır
“Açıq söz” adlı saytı irançıdır
106
Federal adlı qurum irançıdır.
372
Görəsən federal adlı qurum qanır?
Ki niyə Türk xalqını siçan sanır?
Ki niyə təcrübələrini danır?
(Balkan ...)
Ki niyə düşmən ilə dostluq edir?
Çağırılsa seminarına gedir.
(Şahçıların ...)
04.05.2005
107
Hər kəs istər
yurdu müstəqil ola.
373
Tacir sinfi karın yüzdə biriylə
Milli şüur göndərə bilər elə
(Milli ordu qurdura bilər elə)
Şüurlu xalq düşməni salar yola
Tacirin xeyri böyük bazardadır
(Satdırıb-aldığı imtiyazdadır)
Ucları Umman ilə xəzərdədir
374
Federalizm tacirin sinfi yoludur
Tacir sinfi satqınlığın koludur
(Satdıran bazarın geni boludur)
Federalist milli satqının gülüdür
Federalist də istiqlalçı olacaq
O zaman ki, ərbabı qovulacaq
375
Federalizm
ordusuz dövlətlər qurar
Baş qaldıran dövləti mərkəz vurar
Güclü millət gücsüz milləti burar
Milli güc milli sərvətlərdə yatıb
Çapılmış xalqın milli gücü batıb
376
Kim istər keçmişindən dərs almaya?
Yəni federalizmi taxtdan salmaya?
İstiqlal üçün savaşa dalmaya?
Rusyanın yetmiş il çapdığı otay,
Öz gücü ilə əkə bilməyir ... çay.
108