Tanıda bildimmi federalist kimdi?
637
Ancaq o millət BMT-yə gedər
Ki milli dilini ortaq dil edər
Dili hakim olan kamına yetər
BMT-də danışılan milli dil,
Millətini təmsil edər, bunu bil
BMT ~ Birləşmiş millətlər təşkilatı
638
BMT-yə görə qəyyum çobandı
Çobanın otardığı “gövm” qabandı
Yeri BMT deyil, biyabandı
Çobanın haqqı var sağa, qınaya
Qoyuna qoyunluq haqqı tanıya
639
Dövüzsüz millətə silah satmazlar
Ordusuz xalqın dadına çatmazlar
Bakansız xalqı həsaba qatmazlar
Siyası haqqı verərlər qəyyuma
Ki milli-mədəni haqq verə qövma
640
Mərkəzi banka lazımdır dövüzə
Ki ithal-ixrac sorununu çözə
Faizləri yatıra ölkəmizə
Yaddan asılı olan mərkəzi bank
Qoymaz pul basıla, yaxud ala tank
175
Tanıda bildimmi federalist kimdi?
641
Meydanda uduzan yoluna salar
Federal məclisdə savaşa dalar
İqtisadı gücü qədər pay alar
Hər ölkədə yatırılmış sərmaya
Bütcəni oranlı böldürər paya
Ki çox çoxala, az yerində saya
Rəqabət qoymaz insaf qanun qoya
642
Sərmayə bütcəni oranlı bölər
Baş qaldıran ordu əlində ölər
Yoxsul millət boşuna yardım dilər
Kapitalizmdən asılı ordu
İstəməz çözülə yoxsulun dərdi
643 *- Diqqət!
Çobanın qoyunu dönüb şir olsa
Oyaq əslanlar ilə əlbir olsa
Azərbaycan sakıncalı yer olsa* <
BMT-nin də yorumu dəyişər
Azərbaycan istiqlala irişər
644
Yəmən xalqı qovdu milli düşməni
Bütövləşdirdi bölünmüş vətəni
Tanıdı BMT vahid Yəməni
Federalist Türk ... Gilanı vətən sanır
Otayın vətən olduğunu danır
Tanıda bildimmi federalist kimdir?
Kim qarın sancısıdır, kim həkimdir?
02.08.2006
176
Çöhrəqanlı
niyə aldanır-azır?
645
Çöhrəqanlı deyir ay “mərdüm azar”,
İstiqlal istəmə ki, Rusya qızar,
Ermənistan da sərhədləri pozar,
Qardaş Türkiyə kökümüzü qazar,
İstiqlalı göndərin arzu gilə,
Federalizmi yedirin xəstə elə.
646
Çöhrəqanlı hər gün bir hava çalır
Gah ayrılır, gah da İranda qalır
İrançıların ... qadasını alır
Çöhrəqanlı xalqı oyuncaq sanır
Dün verdiyi sözləri bu gün danır
647
Çöhrəqanlıca İran “gülüstan”dı
O güllərdən biri Azərbaycandı
Onun bu sözündən hamı utandı
Azərbaycanı Farsistan edib çöl
Çöldə heyvan yaşar, gülüstanda gül
648
(Yazqı yazana Allah deyərlər.)
Çöhrəqanlı deyir haqlar “ər”indi
Verilməz haqqın almağı çətindi
Allah kərimdi, “quyusu dərindi”
Allah istəməyir İran bölünə
(Yoxsa milli baclar axmaz gölünə.)
177