Çöhrəqanlı nifaq toxumu əkir.
659
*- Diqqət! Diqqət!
Çöhrəqanlı başqa bir bayraq yonur
Milli şüur yerinə bayraq sunur* <
Bütövləşdirən qaynar qanlar donur
Hansı tacir deyər yoğurdum tuşrdur?
Yaxud sunduğumuz lider naxoşdur?
660
(Yazqısını özü yazmayan quldur.)
Çöhrəqanlı düşmənləri dost sanır
Tayların eyni olduğunu danır
Bölücü bayrağa ürəyi yanır
Çarın çəkdirdiyi qondarma duvar
Deyər: “Hər tayın başqa bayrağı var”*
*- Yəmən, Vietnam, Almanya təkin Azərbaycan da çaroğlu çarla-
rın oyunlarına gəlməyəcəkdir. İrandan ayrılacaq Azərbaycanın
Bakıda dalğalanan milli bayrağı ilə dövləti və ordusu vardır.
661
(qolçaq ~ oyuncaq)
Çöhrəqanlı olmamalıdır qolçaq
BMT basqısından doğan bayraq
İran içində qazana bilər haqq
(Paniranistləri tanıyın!)
Basqı bayrağı müqəddəs sayılmaz
Tayları ayıran bayraq yayılmaz
662
Çəkilən atılan ağrıyan dişdi
Mikrop qapsa görərsənki şişdi
Müqəddəsliyi gömmək çətin işdi
Müqəddəs bayraq ürəkdə daşınar
Qondarma bayraq yerlərdə eşinər. 26.09.2006
181
Çöhrəqanlı
gizlətməyə çalışır.
663
(Üsarə = özət ~ çəkirdək)
Çöhrəqanlı cahil deyilsə qanır
Özündən başqalarını yox sanır
Simgəsini milli “üsarə” tanır
(tanıyır)
Çöhrəqanlı boşluqlarda dolaşır
664
Çöhrəqanlı ayırıbdır
yolunu
Təmsil edir millətin bir qolunu
(bölücü qolunu)
Milli bayraq önərir səmbolunu
Çöhrəqanlı hara gəldi dırmaşır
665
Çöhrəqanlı qondarma bayraq yonur
Onu da milli bayraq kimi sunur
Tənqidçı dostlarından üzü dönür
Çöhrəqanlı qışqırtmağa çalışır
666
Çöhrəqanlı bənzəsə də “paşa”ya
Partı millət deyil bayraq boşaya
Partı dövlət deyil bayraq daşıya
Çöhrəqanlı anarşizmə bulaşır
667
Çöhrəqanlı bilir aşa nə sala
İstəyər ki, simgəsi qəbul ola
Otaydakı bayrağı sala yola
Çöhrəqanlı bəy boşuna uğraşır.
182
Çöhrəqanlı gizlətməyə çalışır.
668
Çöhrəqanlının qurduğu təşkilat
Deyir: “Qeyrətsiz erkəkləri ağlat
Desələr ki, başından çadranı at!
Çöhrəqanlı niyə börksüz dolaşır?
669
Çörəqanlı rəməzanın ilk günü
Dedi “Dəyişmərəm islamçı donu,
Qoymaram ki, gələ islamın sonu.”
Çöhrəqanlı bataqlığa yanaşır
670
Çöhrəqanlı dedi: “Mən müsəlmanam,”
“İslamı qoruyacaq qəhrəmanam,”
“İslamın düşməni ilə yamanam.”
Çöhrəqanlı islam üçün savaşır
671
Çöhrəqanlı neçə üzlü insandır
Deyə bilməyir bayrağım qurandır
Çünkü siyası islam qadağandır
Çöhrəqanlı gizlətməyə çalışır
672
*- Buynuzlu yalan
Çöhrəqanlı bilir nisa surəsi
Qadını edib erkəkin köləsi
Haqq verməyib ibtal ola ayəsi <
Çöhrəqanlı “eşitlik”dən danışır*
183