İstiqlal milli haqların tümüdür.
1575
Milli şəkil yurdunu bağımsız edər,
Bağımsız millət öz yolunu gedər,
Qoyduğu əməkləri olmaz hədər;
Federalist yaddan asılı edər,
Çünki satqınların yolunu gedər.
1576
Federalist hər bir dona girsə də,
Ağıl azdıran vədələr versə də,
Qeyrət axtarma könüllü nürsədə;
(nürsə = nökər)
Yirmi milyon yerli Türkü olan Türk,
Deyər federalist edən Türkdən ürk!
1577
Davamız milli mülkiyyət şəklidir, <<<
Azərbaycan istiqlala yüklüdür,
Zərurətləri anlayan dərklidir;
İstiqlal milli haqların tümüdür,*
Federalizm kababçının yemidir.
(Otay sınamadımı?)
(Federalizm dış düşmənin yemidir.)
06.05.2012
483
Rus mafyasından
Qarabağ bəkləmə.
1578
Ay İlhamdan yana günüyli “bilgin”,
Rus mafyasına inandığın üçün,
Qarabağ qurtula bilməyib bu gün;
Rus mafyası görəcək işi görüb,
Başqa işi qalmayıbdır ki, ... burub.
1579
Rus mafyasının burduğu “siyası”,
İstəməz ki, tanına Rus mafyası,
Satqının üzündə olmaz həyası;
İç düşməni xalqa tanıtan yoxdur,
Qarabağa xəyanət edən çoxdur.
1580
Beşinci sütun xalqını sapdırar,
Xalqını milli düşmənə qapdırar,
İşqal etdirdikdən sonra ... çapdırar;
Beşinci sütun satqın siyasıdır,
Otayımızdakı Rus mafyasıdır.
1581
Rus mafyasından Qarabağ bəkləmə,
İşqalın ömrünə YÜZ İL əkləmə, <<<<<<
Suçu özgənin boynuna yükləmə;
Araz Qarabağın yolunu gedir,
İç düşmən də Arazı boykot edir.
484
Rus mafyasından Qarabağ bəkləmə.
1582
Beşinci sütunları öyən çoxdur,
Arazdan başqa ifşa edən yoxdur,
Görəsən kim sancıdır, kim də doktor?
Bu sorğuya cavab verən olmadı,
Çünki haqq sözə qarşı söz bulmadı.
1583
Rus mafyası MİLLİ QEYRƏT öldürür.
ƏYLƏNCƏ ilə boş vaxtı doldurur,* <<<
Dünyanı saqqalımıza güldürür,**
QARABAĞı geri qaytarmayır ki, <<<
Qurtula bilməyə XOY ilə Makı.***
*- Üç nəsildir. (70 + 20 = 90 ildir.)
**- Ordumuz vardır ancaq parad üçün / ...
“Gülmə, başına gələr.”
***- Hər siyasətin yarısı gizlidir,
Qizləri kəşf edən açıq gözlüdür.
10.05.2012
485
Devir
Türk soylu bu Rus mafyasını
1584
Bütövləşibdir fabrika ilə bank,
Ki faiz də gətirə satdığı … tank,
Hədəfi gərçəkləşməz olmasa cəng;
Qarabağı qurtaran cəng olacaq,
Cəngə gərəkli silahı alacaq.
1585
Türk Rus rəqibindən silah alacaq,
Qarabağ üçün savaşa dalacaq,
Silah gücüylə qələbə çalacaq;
Nağd pul lazım deyil silah almağa,
Silah lazımdır qələbə çalmağa. <<<
1586
Rusya Ermənini silahlandırıb,
İşqalçı etməyə tamahlandırıb,
Qarabağ Rusyanı günahlandırıb;
Rusya Türk soylu mafyasını burub,
Yürütdüyü planı Rusya qurub. <<<
1587
Türk soylu Rus mafyası burulubdur,
Arsız edən planı qurulubdur,
Lilləndirdiyi sular durulubdur;
Xalq bu gün milli devrimə düşünür,
Demək ki, öz planına daşınır.
(Demək ki, milli plana daşınır.)
486
Devir Türk soylu bu Rus mafyasını
1588
Yirmi ildir ki, Rusyanı qınadın,
(sonuçlamadın)
Türk soylu Rus mafyasını sınadın,
(yetməzmi?!)
İtirmədən Qarabağın SƏNƏDin, <<<
Qazan Rus rəqibinin sayəsini,
(himayəsini)
Devir Türk soylu bu Rus mafyasını.
(Kim Türkə gəlincə tərs yumurtlayar,)
(Farsa silah satan Rusu qutlayar?)
(Farsı dəstəkləyən Rusu qutlayar?)
1589
Rusya işqal etdirdi Qarabağı,
Erməni basdı ürəyimə dağı,
Ermənini bəslədi Farsın ... yağı,
Bakı atəşkəsə satdı o bağı;
(Bugünkü rəsmi Bakı)
Rusyanın başqa soylu bu qulları,
Ayrılmazlar ki, ayrıla yolları.
(Üçü də Rusyanın qullarıdırlar,)
(Bir-birindən yana qollarıdırlar.)
Rusya ilə İran və rəsmi Bakı,
Erməni sostlarıdırlar ay Makı!
O cümlədən cənab Günaz tv iştirakçıları!
Bugünkü Rus mafyalarının Tehran və Bakı
qollarının qondarma “dava”lar şəklində sap-
dırıcı, iz itirici, , uğraşdırıcı oyunlarına gəl-
məyin! Onların çaldığı havalara oynamayın!
12.05.2012 Baltacı Araz
487
Dostları ilə paylaş: |