23
ver. 1.0.6. date 03.07.17
məbləğlərin düzgünlüyünü təsdiq edən sənədləri tələb etmək;
b.
Kartın itirilməsi halında, onun yenisi ilə əvəz olunması barədə Banka yazılı ərizə ilə müraciət
etmək;
c.
İstifadə etmədiyi vəsaitlər hesabından silindiyi halda, yazılı sorğu əsasında müvafiq araşdırma
aparılmasını və əsassız silinmiş məbləğin geri ödənilməsini Bankdan tələb etmək;
d.
Özünün yazılı müraciətinə əsasən Bankın qüvvədə olan tariflərinə uyğun SMS məlumatlandırma
xidmətindən istifadə etmək.
e.
Kart vasitəsi ilə kredit limitdən istifadə etmək;
f.
Mövcud limiti çərçivəsində Kredit xəttindən onun qüvvədə olduğu müddət ərzində yenidən
istifadə etmək;
g.
Müqavilənin V.5.2. bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsini
və onların pozulmasına yol verilməməsini Bankdan tələb etmək;
5.3.4.
Müştərinin vəzifələri:
a.
Kartın emissiya edilməsi üçün Bankın daxili qaydaları ilə müəyyən olunan minimum sənədləri
Banka təqdim etmək;
b.
Kart Hesabının açılması və Kartın emissiyası üçün təqdim edilən sənədlərdə baş vermiş
dəyişikliklər barədə bütün məlumatları 3 (üç) iş günü ərzində müvafiq təsdiqedici sənədlər
qoşulmaqla dərhal Banka təqdim etmək və zərurət olduqda, Kart Hesabını yenidən
rəsmiləşdirmək;
c.
Müştəriyə təqdim olunan Kartın PİN-zərfinin məxfiliyini qorumaq;
d.
Kart itirildikdə dərhal bu fakt barədə Banka və ya Visa/MasterCard xidmət mərkəzinə yazılı, bu
mümkün olmadıqda isə, şifahi məlumat vermək;
e.
Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onların
pozulmasına yol verməmək;
f.
Müqavilənin V.5.3.3.c. bəndində nəzərdə tutulmuş hallarda, Müştərinin dediklərinin əksi sübut
olunduqda Bankın araşdırmalara sərf edilən bütün xərclərini ödəmək;
g.
Bu Müqavilədə nəzərdə tutulan və Bankın daxili tariflərinə uyğun olaraq komisyon xərcləri hesab
qalığından və ya əlavə vəsait ilə ödəmək;
h.
Müqavilənin V.5.2.10. bəndində göstərilən halın baş verməməsinə nəzarət etmək və belə hal baş
verərsə, yaranmış borcları dərhal Banka ödəmək.
i.
Cari borc və Xidmət haqqını müəyyən olunan qaydada və şərtlərlə Banka ödəmək;
j.
Müqavilə ilə müəyyən olunan və Banka Müqaviləni ləğv etmək hüququ verən hallardan hər hansı
biri mövcud olduqda, onun tələbnaməsində göstərilən müddətdə Cari borcu Banka qaytarmaq və
Xidmət haqqını ödəmək.
k.
Bu Müqavilə üzrə yaranmış öhdəliklərinin icrasına təsir edə biləcək və ya onunla bağlı olan,
özünün cəlb olunduğu məhkəmə mübahisələri və icraatı ilə bağlı bütün sənəd və/və ya
məlumatları dərhal Banka təqdim etmək.
l.
Təminat predmetinin Bankın xeyrinə yüklü edilməsini təmin etmək.
6.
Kreditin təminatı
6.1.
Kredit xətti “Ödəniş kartları üzrə xidmətlərin göstərilməsi üçün Ərizə” formasında göstərilən
təminat predmeti ilə təmin olunur.
6.2.
Müştəri Müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə, Bank, Cari borc üzrə yaranmış öhdəliyi
akseptsiz qaydada silinmək üçün “Ödəniş kartları üzrə xidmətlərin göstərilməsi üçün Ərizə”
formasında qeyd olunan təminat predmetinə yönəldə bilər.
6.3.
Təminat predmeti olan depozitə vaxtından əvvəl xitam verildikdə, həmçinin də, depozitin tarixi
bitdikdə və müştəri tərəfindən uzadılmadığı təqdirdə Kredit xətti bloklaşdırılır və Cari borc
depozit məbləği hesabına ödənildikdən sonra, qalıq məbləğ Müştəriyə geri qaytarılır.
7.
Müqavilənin müddəti və ləğv edilməsi qaydaları
24
ver. 1.0.6. date 03.07.17
7.1.
Bu Müqavilə, Kteditin təminatının qalıq müddətindən çox olmamaq şərti ilə, “Ödəniş kartları
üzrə xidmətlərin göstərilməsi üçün Ərizə” formasında bəndində göstərilən müddətə bağlanılır.
7.2.
Müqavilə üzrə 1 (bir) il 360 (üç yüz altmış), 1 (bir) ay isə 30 (otuz) təqvim günü hesablanır;
7.3.
Bu Müqavilə Tərəflərin imzası və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan qüvvəyə
minir və Müştəri tərəfindən bütün öhdəliklərin Bank qarşısında tam icra olunduğu anda ləğv
edilir;
7.4.
Kredit xətti Bank tərəfindən birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə bilər:
7.4.1.
Cari borcun ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə;
7.4.2.
Kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı Bankın əsaslı ehtimalları yarandıqda;
7.4.3.
Müştərinin əmlak və ya maliyyə vəziyyəti Müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, Banka
isə bu hal yalnız Müqavilə bağlandıqdan sonra məlum olduqda;
7.4.4.
Müştərinin kredit xəttinin açılması üçün təqdim etdiyi sənədləri və həmin sənədlərdəki
məlumatların həqiqətə uyğun olmadığı aşkar edildikdə və bu halların mövcudluğu
Müştərinin Bank qarşısında mövcud borc pul öhdəliklərinin icrasını qeyri-mümkün etdikdə;
7.4.5.
Müştəri V.5.3.4.k. bəndində göstərilən şərtlər
Müştəri
tərəfindən pozulduqda;
7.4.6.
Qanunvericiliklə və bu Müqavilə ilə nəzərdə tutulan digər hallarda.
7.5.
Müqavilənin V.7.4. bəndinə əsasən, Kredit xəttinin ləğvi Müqavilənin ləğvi üçün əsasdır.
7.6.
Müştəriyə Kredit xətti Bankın kreditləşməsi üzrə daxili qaydalarında müəyyən olunan kredit
sənədləri Banka təqdim olunduqdan sonra verilir.
VI.
DEPOZİT QUTUSU
1.
Depozit qutusu barədə məlumat
1.1.
Müştərinin “Depozit qutusunun kirayəsi ərizəsi”nə əsasən, Bank həmin ərizədə göstərilən depozit
qutusunu həmin ərizə hər iki Tərəfin imza və möhürü ilə təsdiq olunduqdan sonra qeyd olunan
müvəqqəti istifadə üçün Müştəriyə kirayəyə verir.
1.2.
Depozit qutusunun kirayəyə verilməsi Müştərinin “Depozit qutusunun kirayəsi ərizəsi” və Tərəflər
arasında təhvil-təslim aktı ilə rəsmiləşdirilir. Təhvil-təslim aktı bu müqavilənin ayrılmaz hissəsini
təşkil edir. Depozit qutusu kirayəyə verildiyi zaman qiymətləndirmə, siyahıya alınma aparılmır.
1.3.
Müştəri depozit qutusundan istifadəyə görə Banka
Bankın qüvvədə olan tariflərinə uyğun olaraq
müvafiq
kirayə haqqı ödəyir.
1.4.
Kirayə haqqı Müştəri tərəfindən nağd və ya köçürmə yolu ilə qabaqcadan ödənilir.
1.5.
Müddətdən asılı olmayaraq kirayə haqqı “Depozit qutusunun kirayəsi ərizəsi” hər iki Tərəfdən
imzalandığı tarixdən ödənilir. Depozit qutusu vaxtından əvvəl boşaldıqda istifadə olunmamış dövrə
görə tutulmuş məbləğ Müştəriyə geri qaytarılmır.
2.
Depozit qutuları ilə bağlı xidmətə dair tərəflərin hüquq və vəzifələri
2.1.
Bankın vəzifələri:
2.1.1.
Müştərinin müvəqqəti istifadəsinə verilmiş Depozit qutusunun mühafizəsini və kirayə
müqaviləsinin məxfiliyini təmin etmək;
2.1.2.
Depozit qutusunda saxlanılanların anonimliyini və məxfiliyini təmin etmək;
2.1.3.
Bu Müqavilə üzrə kommersiya və bank sirrini qorumaq.
2.2.
Bankın hüquqları:
2.2.1.
Kirayəyə götürülən depozit qutusu Müştərinin təqsiri üzündən qəsdən və ya onun ehtiyatsız
hərəkətləri nəticəsində zədələndikdə onun Müştəri hesabına təmir edilməsini və ya vurulmuş
zərərin ödənilməsini tələb etmək;
2.2.2.
Müştəri kirayəyə götürdüyü depozit qutusunun açarını itirdikdə bununla bağlı bütün xərclərin
onun hesabına ödənilməsini tələb etmək;
25
ver. 1.0.6. date 03.07.17
2.2.3.
Müştəri depozit qutusunda silah, narkotik vasitələr və ya psixotrop maddələr, partlayıcı maddələr,
radioaktiv, kimyəvi aktiv və zəhərləyici maddələr, həmçinin tez xarab ola bilən və ya qoxu verən
məhsullar saxladıqda Müqaviləni birtərəfli qaydada ləğv etmək və belə halların qarşısını almaq
məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş tədbirləri həyata
keçirmək;
2.2.4.
Depozit qutusunun kirayə müddəti bitdikdə (Müştəri tərəfindən müvafiq kirayə haqqı
ödənilmədikdə) xidmətin göstərilməsini birtərəfli qaydada dayandırmaq və bu barədə Müştəriyə
məlumat vermək;
2.2.5.
Depozit qutusunda saxlanılan əşyalara görə məsuliyyət daşımamaq.
2.2.6.
Kirayə haqqı ödəmədiyi təqdirdə hesablanmış haqları Müştərinin Bankda mövcud olan bütün
hesablarından akseptsiz qaydada silmək.
2.3. Müştərinin vəzifələri:
2.3.1.
Depozit qutusundan məqsədyönlü istifadə etmək;
2.3.2.
Kirayə haqqını nağd və ya köçürmə yolu ilə qabaqcadan ödəmək;
2.3.3.
Müqaviləyə və ya “Depozit qutusunun kirayəsi ərizəsi”nə xitam verdikdən sonra depozit
qutusunu ilkin halında Banka təhvil vermək;
2.3.4.
Depozit qutusunu kirayə etdiyi zaman saxladığı əşyaların tərkibinə, istifadəsinə, üçüncü şəxslərə
verilməsinə və ya həmin şəxslər tərəfindən istifadəsinə görə bilavasitə məsuliyyət daşımaq;
2.3.5.
İcarəyə götürdüyü depozit qutusunun açarını itirdikdə “Depozit qutusunun kirayəsi ərizəsi”ndə
göstərilən məbləğdə vəsaiti Banka ödəmək;
2.3.6.
Bu müqavilə üzrə kommersiya və bank sirrini qorumaq;
2.3.7.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunan əşyaları depozit qutusunda
saxlamamaq.
2.4. Müştərinin hüquqları:
2.4.1.
Depozit qutusunda qiymətlilər, sənədlər və pul vəsaitləri və bu qəbildən olan digər əşyaları
saxlamaq;
2.4.2.
“Depozit qutusunun kirayəsi ərizəsi”ndə göstərilən vaxtda Depozit qutusundan maneəsiz istifadə
etmək.
2.4.3.
Depozit qutusundan istifadə hüququnu notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında
üçüncü şəxslərə vermək.
3.
Depozit qutusundan istifadə qaydaları
3.1.
Depozit qutusu “Depozit qutusunun kirayəsi ərizəsi”ndə göstərilən vaxtlarda Müştəri tərəfindən
maneəsiz istifadə oluna bilər.
3.2.
Müştəri depozit qutusunun kirayəsi müddəti bitənədək, müddətin uzadılması ilə bağlı Bankı
xəbərdar edərək müvafiq əlavə imzalayarsa, depozit qutusunun kirayəsi yeni müddətə uzadılmış
sayılır.
3.3.
Depozit qutusu Bankın və Müştərinin iştirakı ilə açılır. Bu müqavilənin VI.2.2.3. bəndində
göstərilən hallar istisna olmaqla, müştərinin iştirakı olmadan depozit qutusuın açılmasına yol
verilmir.
3.4.
Depozit qutusu iki açar vasitəsilə açılır. Bu açarların biri Bankın xəzinəsində, ikinci isə Müştəridə
saxlanılır.
3.5.
Müştəri ona verilmiş açarın saxlanmasına cavabdehdir və açar itirildikdə dərhal Banka məlumat
verməlidir. Belə hallarda Depozit qutusunun qıfılı Müştərinin iştirakı ilə dəyişdirilir.
3.6.
Depozit qutusundan istifadə etmək məqsədilə Banka müraciət edən Müştəri mütləq öz
səxsiyyətini təsdiq edən sənədi Bankın məsul işçisinə təqdim etməlidir.
3.7.
Depozit qutusunun geri qaytarılması Müştərinin “Depozit qutusunun kirayəsi ərizəsi” əsasında
rəsmiləşdirilir.
26
ver. 1.0.6. date 03.07.17
3.8.
Kirayə Müddəti bitdikdən sonra Müştərinin Bankdakı hesablarında vəsait olmadığı təqdirdə və
Müştəri ilə əlaqə yaratmaq mümkün olmadıqda Müştəri Banka “Depozit qutusunun kirayəsi
ərizəsi”ndə göstərilən cərimə faizlərini ödəyir.
VII.
ELEKTRON İMZA VƏ ELEKTRON MÜNASİBƏTLƏRİN TƏNZİMLƏNMƏSİ
1.
Ümumi tələblər
1.1.
Tərəflər bu Müqavilə üzrə Bank tərəfindən təqdim olunan xidmətlərin gələcəkdə Müştərinin
Banka gəlmədən, öz şəxsiyyətinin sertifikatlaşdırılmış imza vasitələri ilə müəyyən olunaraq
sifariş olunmasının mümkünlüyü barədə razılığa gəlirlər.
1.2.
Tərəflər qəbul edirlər ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi, həmçinin,
“Elektron imza və elektron sənəd haqqında” AR Qanununa əsasən, Müştəriyə sertifikat xidmətləri
Mərkəzi tərəfindən veriləcək elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.
1.3.
Müştəri, elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir
və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Bunlar üzərində nəzarət itirildikdə
və ya buna təhlükə yarandıqda imza sahibi müvafiq Mərkəzə və Banka dərhal xəbər verməli və
sertifikatın qüvvəsinin dayandırılmasını tələb etməlidir.
1.4.
Bank, Müştərinin elektron imza yaratma məlumatlarının və imza vasitələrinin üçüncü şəxslər
tərəfindən istifadəsi və ya oğurlanması halında yarana biləcək itkilərə görə Müştəri qarşısında heç
bir məsuliyyət daşımır.
1.5.
Hazırki bölüm, Tərəflər arasında münasibətlərin elektron qaydada tənzimlənməsi üzrə ümumi
şərtləri əks etdirməklə, gələcəkdə bu münasibətlər üzrə şərtlərin hazırki Müqaviləyə Əlavə
edilməsini nəzərdə tutur.
1.6.
Tərəflər qəbul edirlər ki, elektron münasibətlər çərçivəsində, Müştərinin elektron imzasının onun
əl imzası ilə bərabər hüquqi qüvvəyə malik olmasından irəli gələrək, hazırki Müqaviləyə ediləcək
əlavə və dəyişiklikləri Müştərinin elektron imzası ilə təsdiq olunduğu halda qəbul olunmuş hesab
olunacaq və həmin andan qüvvəyə minəcək.
VIII.
DİGƏR ŞƏRTLƏR
1.
Müqavilənin qüvvədə olma müddəti və onun vaxtından əvvəl ləğv edilməsi
1.1.
Bu Müqavilə Tərəflərin imza və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan qüvvəyə
minir.
1.2.
Bu Müqavilə qeyri-müəyyən müddətə bağlanır.
1.3.
Bu Müqavilənin ləğv olunduğu halda tərəflər bir-birləri qarşısında Müqavilə üzrə bütün
öhdəliklərini icra etmiş olmalıdırlar.
1.4.
Müqaviləyə aşağıdakı hallarda və qaydada xitam verilə bilər:
1.4.1.
Tərəflərin qarşılıqlı yazılı razılığına əsasən;
1.4.2.
Müştəri tərəfindən - onun “Bank hesabının bağlanması üçün ərizə”si üzrə istənilən vaxt, bir şərtlə
ki, Müştərinin Bank qarşısında hazırki Müqavilə üzrə təqdim olunan xidmətlər üzrə heç bir
öhdəliyi olmasın;
1.4.3.
Bank tərəfindən - Müştəri hazırki Müqavilə üzrə ona təqdim olunan xidmətlərin heç birindən
istifadə etmədiyi halda, sonuncunu 15 (on beş) gün qabaqcadan yazılı formada xəbərdar etmək
şərti ilə;
1.4.4.
Bank tərəfindən – Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda;
1.4.5.
Bank tərəfindən - Müştəri vəfat etdikdə;
1.5.
Bank tərəfindən – Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulan
digər hallarda və ya Bankın komplayns siyasətinin tələblərinə əsasən daxili qərar əsasında
birtərəfli qaydada;
27
ver. 1.0.6. date 03.07.17
1.6.
Bank tərəfindən Müqavilənin II.4. bəndində qeyd olunan halların müəyyənləşdirilməsi üçün
Müştəri 15 (on beş) təqvim günü ərzində özünün mülkiyyət strukturunu təsdiq edən sənədlərin
qüvvədə olmasını təsdiq edən məlumatları və ABŞ əlamətlərinin müəyyən olunmasına aid tələb
olunan formaları və digər sənədləri (W8 və W9 formaları daxil) Banka təqdim etmədiyi təqdirdə
birtərəfli qaydada .
2.
Fors-major hallar
Fors-major (daşqın, uçqun, sel, yanğın, yer sürüşməsi, silahlı iğtişaşlar və s.) hallarında tərəflər müqavilə
şərtlərinin tam və ya qismən yerinə yetirilməməsinə görə bir-biri qarşısında heç bir maddi və digər
məsuliyyət daşımırlar. Həmin halların mövcud olduğu müddət ərzində müqavilənin icrası mümkün
olmadıqda onun icrası həmin müddətə dayandırılır.
3.
Mübahisələrin həlli
3.1.
Bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll
edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq məhkəmələri vasitəsilə
həll ediləcəkdir.
3.2.
Bu Müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və
digər normativ-hüquqi aktlar ilə tənzimlənir.
4.
Müraciətlərə baxılması
4.1.
Müştəri Banka öz müraciətlərini (şikayət, ərizə və təklif) yazılı və şifahi şəkildə edə bilər.
4.2.
Yazılı müraciətlər Bankın internet səhifəsindən, elektron poçt və ya məktub vasitəsilə edilə bilər.
4.3.
Bank xidmətləri üzrə müraciətlər aşağıda qeyd olunan rekvizitlər üzrə qəbul olunur:
Müştərilərin şikayətlərinin araşdırılması funksiyasını həyata keçirən struktur bölmə
qısa nömrə: *9123
tel.: (+994 12) 496 50 00
faks: (+994 12) 496 50 10
e-poçt: customer.care@pashabank.az
http://www.pashabank.az/customer_care/lang,az/
ünvan: Yusif Məmmədəliyev küç.13, Bakı, AZ1005, Azərbaycan
5.
Yekun şərtlər
5.1.
Bank Müştərinin hesabdakı pul vəsaitindən istifadə edilməsinə və/və ya onun hesabda olmasına
görə Müştəriyə faiz ödəmir.
5.2.
Tərəflər təsdiq edirlər ki, müvafiq xidmətin göstərilməsi üçün lazım olan bütün sənədlər müvafiq
Ərizə forması ilə birlikdə Banka təqdim edilmişdir.
5.3.
Müqavilədə xüsusi olaraq qeyd olunmuş hallar istisna olmaqla, bu Müqaviləyə bütün əlavələr və
dəyişikliklər Tərəflərin qarşılıqlı razılığına əsasən həyata keçirilir və hər iki tərəfin imza və
möhürü olan tərəfin möhürü ilə təsdiq edildikdən sonra qüvvəyə minir.
5.4.
Bu Müqavilə üzrə nəzərdə tutulan xidmətlər çərçivəsində Müştəri Banka Azərbaycan manatından
digər valyutada hər hansı bir faiz, komissiya və ya digər xidmət haqqı ödəməli olduğu təqdirdə:
a.
Müştərinin hər-hansı yazılı göstərişi olmadığı müddətcə, onun müvafiq valyuta hesabında
yetərli məbləğ olduğu təqdirdə həmin hesabdan akseptsiz qaydada tutulur;
b.
Müştərinin müvafiq valyuta hesabında yetərli məbləğ olmadığı təqdirdə, onun manat
hesabından həmin günə Mərkəzi Bankın müvafiq valyuta üzrə müəyyən etdiyi rəsmi
məzənnə ilə tutulur;
28
ver. 1.0.6. date 03.07.17
c.
Öhdəliyin yarandığı gün Müştərinin heç bir hesabında yetərli məbləğ olmadığı təqdirdə,
vəsait hesaba daxil olduqdan sonra ödəniş VIII.5.4.a və ya VIII.5.4.b bəndlərində
müəyyən olunan qaydada icra olunur.
5.5.
Bu müqaviləyə edilən bütün əlavə və dəyişikliklər onun ayrılmaz tərkib hissəsini təşkil edir.
5.6.
Hazırki Müqavilə hər tərəf üçün bir nüsxə olmaqla, iki eyni qüvvədə olan nüsxədə hazırlanmışdır.
5.7.
Bank tərəfindən Müştəridən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmaların aşkar edilməsi
və qarşısının alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesab üzrə
əməliyyatlara dair məhdudiyyətlər və ya xüsusi tələblər müəyyən edilə bilər.
5.8.
Müştəri aşağıda imza etməklə bu Müqaviləni oxuduğunu, şərtlərini başa düşdüyünü təsdiq edir
və bu şərtlərə razı olduğunu bildirir.
5.9.
Bu Müqavilənin hər hansı bir bəndinin etibarsız hesab edilməsi müqavilənin bütövlükdə etibarsız
hesab edilməsinə səbəb olmur.
Dostları ilə paylaş: |