Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə76/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   72   73   74   75   76   77   78   79   ...   123

235 
 
Beləliklə,  göründüyü  kimi,  inzibati  ədliyyənin  anqlo-
sakson  modelində  çoxlu  sayda  inzibati  tribunallar  fəaliyyət 
göstərir
391
.  İnzibati  tribunalların  üstün  cəhətlərinə  çevikliyi, 
formalizmdən uzaq olmanı, yüksək dərəcədə ixtisaslaşmanı və 
üzvlərin  təcrübəliliyi  ilə  əlaqədar  olaraq  işlərin  sürətlə  baxılıb 
həll olunmasını, işə baxılması zamanı nisbətən az vəsaitin sərf 
olunmasını  və  s.  aid  etmək  olar.  Məhkəmədən  fərqli  olaraq, 
tribunallarda  hər  hansı  bir  xərc  və  ya  maliyyə  riski  nəzərdə 
tutulmur
392
.  Bu  tribunalların  çatışmayan  xüsusiyyətlərinə  isə, 
onların  ümumi  məhkəmələrin  nəzarəti  altında  fəaliyyət  gös-
tərməsini,  hər  bir  tribunalın  bütün  inzibati  mübahisələri  deyil, 
yalnız konkret sahəyə aid olan inzibati işləri qəbul etməsini və 
s.aid  etmək  olar  .  Bu  xüsusiyyətlər  bir  tərəfdən  böyük  həcmli 
aparatın  saxlanmasını  zəruri  edir,  digər  tərəfdən  isə  işlərə 
baxılması  üçün  vahid  standartın  mövcud  olmamasına  gətirib 
çıxarır.  
Qeyd edək ki, müasir dövrdə klassik anqlo-sakson modeli 
böyük dəyişikliklərə məruz qalmaqdadır. Belə ki, ümumi hüquq 
məhkəmələrində  həyata  keçirilən  proses  baha  başa  gəldiyi  və 
ləng getdiyi üçün vətəndaşlar onu səmərəli üsul hesab etmirlər. 
Bəzi  mənbələrdə  bu  ölkələrdə  inzibati  ədliyyə  qaydasında 
baxılan  işlərin  sayının  çox  azaldığı  yazılsa  da
393
,  bu  fikirlə 
razılaşmaq  olmaz.  Belə  ki,  vətəndaşlar  inzibati  orqanların 
aktlarını  daha  çox  “qeyri  klassik”  üsulla  mübahisələndirməyə 
                                                           
391
Хомяков  А.Г.  Административныйсуд  в  РФ.  Kазань:  Kазанский  Гос.  Унив., 
2001, с. 35  
392
İngiltere,  Galler,  Fransa,  Almanya  ve  Hollanda    İdari  Yargı  Sistemlerindeki 
Mahkeme Öncesi İşlemler. Türkiye’de idare hukukunda mahkeme öncesi işlemlerinin 
olası gelişimine yönelik karşılaştırmalı bir araştırma. Dünya Bankası, 2010, s. 32  
393
 Britanya idari mahkemeleri. Tərc. T.Candan /Türkiye Barolar Birligi dergisi, № 4, 
1992, s. 487  


236 
 
üstünlük  versələr  də,  təhsil,  tibb,  polis  idarəetməsi  kimi  sahə-
lərdə kvazi məhkəmə orqanları inkişaf etdirilsə də, 2010-2011-
ci  illər  üzrə  B.  Britaniyada  tribunalların  fəaliyyəti  barədə 
statistik göstəriciyə əsasən, məhkəmə icraatının digər növləri ilə 
müqayisədə inzibati ədliyyə qaydasında baxılan işlərin sayı bir-
neçə dəfə çox olmuşdur. İngiltərənin məhkəmə sisteminin rəsmi 
saytında
394
  verilən  məlumata  görə  tribunallar  onlarla  müxtəlif 
məsələlər barəsində ildə milyondan çox işə baxırlar. Qeyd edək 
ki,  məhkəmələrlə  müqayisədə  tribunallarda  həyata  keçirilən 
məhkəmə prosesinin çevikliyi və daha çox informasion xarakter 
kəsb etməsi  də bu işlərin sayının artmasına səbəb olan hallar-
dandır.  İşlərə  tez  zamanda  baxılıb  həll  olunması,  qərarın  vax-
tında qəbul olunması bu modelin səmərəliliyini qiymətləndirən 
mühüm meyar hesab olunur. 
Qeyd  edək  ki,  İnzibati  Ədliyyə  və  Tribunallar  Şurasının 
hesabatında da məhkəmələrdə inzibati işlərə baxılması zamanı 
müddət məsələsinin əhəmiyyət daşıdığı xüsusilə qeyd olunmuş-
dur.  Şura  inzibati  ədliyyənin  prinsiplərini  müəyyənləşdirərkən 
icraatda  olan  işlərə  baxılması  müddətinə  diqqət  yönəldərək, 
vaxtında  qəbul  olunmuş  qərarın  səmərəli  inzibati  ədliyyənin 
mühüm elementi olduğunu xüsusilə vurğulamışdır.
395
 
Hüquqla  ədalət  mühakiməsinin  vahidliyi,  məhkəmə  pre-
sedenti  və  statut  hüququnun  dominant  mövqe  tutduğu  anqlo-
sakson  modeli  prosessual  qaydalardakı  sistemsizlik  və  xüsusi 
məhkəmə icraatının mövcud olmaması ilə də xarakterizə olunur. 
Bu  modeldə  inzibati  aktın  məqsəd  ünsürünə  mühüm  önəm 
verilir,  inzibati  ədliyyə  sistemi  çoxsaylı  subyektlərdən  ibarət 
                                                           
394
 http://www.judiciary.gov.uk 
395
 Principles for Administrative Justice. AJTC, 2010, s. 8 


237 
 
olur.  İnzibati  ədliyyə  orqanları  ümumiləşdirilmiş  şəkildə 
“inzibati  tribunallar”  adlandırılsa  da,  müxtəlif  təşkilati-hüquqi 
formalarda  (tribunal,  komitə,  komissiya)  fəaliyyət  göstərirlər. 
İnzibati  tribunallar  məhkəmə  hakimiyyətinin  müstəqil  qolunu 
təşkil etmir, sadəcə olaraq ümumi məhkəmələr arasında mövcud 
olan  ixtisaslaşdırılmış  məhkəmələr  qismində  çıxış  edirlər. 
Anqlo-sakson  ölkələri  üçün  xarakterik  olan  bu  model  inzibati 
mübahisələrə  həm  kvaziməhkəmə  inzibati  təsisatları,  həm  də 
ümumi  yurisdiksiya  məhkəmələri  tərəfindən  baxılmasına  yol 
verir.  Bəzi  ölkələrdə  inzibati  təsisatlar  kvaziməhkəmə  funksi-
yası  ilə  yanaşı,  kvaziqanunvericilik  funksiyalarını  da  həyata 
keçirirlər. Həm icra hakimiyyəti orqanlarının rəhbərləri, həm də 
həmin orqanların quruluş ünsürləri qismində çıxış edən ixtisas-
laşdırılmış komissiyaların inzibati ədliyyə sisteminə daxil olun-
ması fikrimizcə, bəhs olunan modeldə  inzibati  modelin təza-
hürü kimi çıxış edir.  
Beləliklə, inzibati məhkəmə icraatının anqlo-sakson modeli 
-  dövlətlə  vətəndaş  arasında  ümumi  hüquqa  aid  mübahisələri 
əmrlər,  tövsiyələr  və  ya  qərarlarla  həll  etmək  səlahiyyətinə 
malik olan, prosessual aktlara əsasən fəaliyyət göstərən ixtisas-
laşdırılmış  yurisdiksiyon  orqanlar  (tribunallar,  komissiyalar, 
komitələr, palatalar, departamentlər) tərəfindən həlli sferasında 
yaranan  publik  münasibətləri  tənzimləyən  inzibati  hüquqi 
institutdur. 
  
3.3.  Roman-german  hüquq  ailəsinə  aid  ölkələrdə 
inzibati məhkəmə icraatının təşkili və xüsusiyyətləri 
 
Bildiyimiz  kimi,  dünya  ölkələrində  mövcud  olan  hüquq 
sistemləri  ölkələrin  hüquqi  gerçəkliklərini  təşkil  edən  əsas 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə