Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə78/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   74   75   76   77   78   79   80   81   ...   123

241 
 
əyalət  parlamentləri  krallığın  idarə  olunmasında  iştirak  edən 
müstəqil məhkəmələr kimi fəaliyyətə başladılar.
402
 
Fransada  müasir  inzibati  ədliyyə  XVIII  əsrin  sonu  inqi-
lablar  nəticəsində  meydana  çıxmışdır.  Belə  ki,  həmin  dövrdə 
inzibati  orqanın  hərəkət  və  qərarlarından  narazı  qalan  vətən-
daşlar məhkəməyə müraciət hüququna malik olmadıqları üçün 
birbaşa  inzibati  orqana  müraciət  edərək  vurulmuş  ziyanın 
ödənilməsini  tələb  edirdilər  və  nəticə  etibarilə  yenə  də  həmin 
mübahisənin həllinə aid qərarı mübahisəyə səbəb olmuş inzibati 
orqanın özü verirdi. Bu sistemə “idarəedənin hakimliyi” sistemi 
də deyilirdi.  Q.Breban haqlı olaraq bu cür inzibati ədliyyənin 
məhz  inqilabçıların  məhkəmə  hakimiyyətinə  olan  inamsızlığı 
nəticəsində  və  idarəetmə  aparatının  üzərində  yurisdiksiyon 
nəzarətin  təmin  olunması  zərurətindən  irəli  gəldiyini  yazırdı. 
İnzibati mübahisəni həm yaradan, həm də həll edən tərəf inzibati 
orqanın özü olurdu. Belə olan halda, öz işlərində hakim rolunda 
çıxış  edən  şəxslərə  pozulmuş  hüquqları  müdafiə  etmək  üçün 
edilən müraciət də heç bir nəticə vermirdi. Nəhayət ki, cəmiy-
yətdə yaranan narazılıqlar bu sistemin dəyişdirilməsi zərurətini 
üzə çıxartdı. 
Beləliklə,  16-24  avqust  1790-cı  il  tarixli  qanunla  inzibati 
orqanlarla ədliyyə orqanlarının biri-birindən ayrılması haqqında 
müddəa (principe de la séparation des autorités administratives 
et judiciaires)
403
 qanunvericilikdə öz təsbitini tapdı. 1789-1795-
ci  illərdə  Böyük  Fransa  İnqilabı  hakimiyyətlər  bölgüsü  prin-
sipinə  əsaslanaraq  adi  məhkəmələrin  qanunvericilik  və  icra 
                                                           
402
  Давид  Р.  Основные  правовые  системы  современности  /  Перевод  с 
французского В.А.Туманова. М.: Прогресс, 1988, c.49 
403
 Chapus R. Droit  administratif  general. Volume I. Montchrestien -  Précis Domat 
– Parution, 2001, p. 748 (1440 p.) 


242 
 
orqanlarının fəaliyyətinə müdaxilə etməsinə yol verilməməsini 
tələb edirdi. Nəhayət, 1795-ci il tarixli qərarla ümumi məhkə-
mələrin hakimlərinə  inzibati  orqana qarşı qaldırılan işlər barə-
sində  qərar  çıxarmaq  cəza  təhdidi  ilə  qadağan  olundu.
404
  Bu 
tarixdən  sonraki  on  il  ərzində  vətəndaşlar  inzibati  orqanların 
hərəkətlərindən və ya aktlarından yalnız inzibati şikayətlə müra-
ciət  etmək  hüququna  malik  oldular.  Nəticədə  inzibati  orqan-
lardan verilən şikayətlər yenə də inzibati orqanlarda baxılıb həll 
olunurdu.  
Beləliklə, aparılan islahatlar nəticəsində Fransada inzibati 
orqanların fəaliyyətinə nəzarət etmək səlahiyyəti məhkəmələr-
dən alındı. İnzibati mübahisələr ümumi məhkəmələrin aidiyyə-
tından  çıxarıldı.  Lakin,  ümumi  məhkəmələrin  aidiyyətından 
çıxarılan  inzibati  mübahisələr  inzibati  məhkəmələrin  də  səla-
hiyyətinə  verilmədi.  Yuxarıda  da  qeyd  edildiyi  kimi,  inzibati 
mübahisələri həll etmək səlahiyyəti məhkəmələrə deyil, birbaşa 
inzibati orqanların özlərinə həvalə olundu. İnzibati ədliyyə icra 
hakimiyyətinin  daxilində  təşəkkul  tapdı.  Uzun  müddət  fransız 
inzibati  məhkəmələri  administrasiyanın  bir  hissəsi  hesab 
olundular və öz fəaliyyətlərini “ administrasiyanı mühakimə et-
mək  idarə  etmək  deməkdir”  prinsipinə  əsasən  həyata  keçir-
dilər.
405
  Nəticədə  inzibati  mübahisəni  həll  etmək  elə  onun 
yaranmasına səbəb olanların özlərinə həvalə olundu. Məhz, bu 
cəhətlə əlaqədar olaraq B.Pacteau inzibati ədliyyənin bu tipini 
ağır, təhlükəli və yararsız bir təzahür kimi qiymətləndirirdi. 
406
 
                                                           
404
 Çağlayan R. İdare hukuku ve idari yargılama hukuku. Ankara, 2011, s. 11 
405
  Соловьева  К.А.  Административная  юстиция  в  России:  проблемы  теории  и 
практики: Автореф. дис. ... канд.юр.наук. СПб., 1999, с. 12  
406
 Pacteau B. Fransız  Danıştayı. Tərcümə edən  D.Tezcan / D.E.Ü. Hukuk Fakultesi 
Dergisi,  İzmir,  24.X.1997,  s.  599  (s.  597-610) 
http://dergiler.ankara.edu.tr/
 
dergiler/42/480/5593.pdf 


243 
 
Qeyd edək ki, bu fakt Fransada inzibati ədliyyənin təşkilati 
strukturunda mühüm boşluqlardan biri hesab olunurdu. Çünki, 
inzibati ədliyyənin məntiqi cəhətdən bitkin nəzəriyyəsi insanın 
özünə  qarşı  qaldırılan  işdə  hakim  olmasının  yolverilməzliyi 
prinsipindən çıxış edir.  
Ümumi  yurisdiksiya  məhkəmələrinin  icra  hakimiyyətinə 
nəzarət  etmədiyi  şəraitdə  meydana  çıxan  təcrübə  tədricən 
məhkəmə nəzarətinin zəruri olduğunu sübut etdi. Bu boşluğun 
aradan  qaldırılması  icra  hakimiyyətinin  fəaliyyətinə  nəzarətin 
həyata keçirilməsini dövrün zəruri tələblərindən birinə çevirdi. 
Demək olar ki, məhz bu zərurət Fransada hüquqi dövlətin vacib 
atributlarının formalaşdırılmasında mühüm rol oynadı.  
Nəhayət,  inzibati  orqanların  fəaliyyəti  üzərində  səmərəli 
nəzarəti təmin etmək üçün 13 dekabr 1799-cu ildə Dövlət Şurası 
(Conseil  D”Etat)  yaradıldı.  Yaradıldıqdan  iki  ay  sonra  -  18 
fevral  1800-cü  ildə  onun  nəzdindəki  departamentlərdə  birinci 
instansiya  inzibati  ədliyyə  orqanı  kimi  prefektura  şuraları  (le 
Conseil de préfecture) yaradıldı və seçki əsasında formalaşmış 
kollegal  formada  fəaliyyət  göstərən  idarəetmə  orqanları  olan 
bölgə  və  vilayət  idarələri  ləğv  olundu  və  onların  yerinə 
prefektlər (le préfet) təsis olundu. Qeyd edək ki,  müəlliflərdən 
O.  Karahanoğulları  məhz  bu  qanunla  Fransada  inzibati  məh-
kəmə  icraatının  qurulduğunu  yazır  və  bu  prefektura  şuralarını 
Conseil  d’État  tam  şəkildə  məhkəmə  səlahiyyətlərinə  malik 
olana qədər bu sferada meydana çıxan ilkin məhkəmə qurumları 
kimi qiymətləndirirdi
407

                                                           
407
  Karahanoğulları  O.  Türkiyede  idari  yargı  tarihi.  Ankara  Üniversitesi  Siyasal 
Bilgiler Fakültesi. Doçentlik Çalışması. İnternet Paylaşımı. Ankara, 2005, s. 18  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə