Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə79/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   75   76   77   78   79   80   81   82   ...   123

244 
 
Qeyd  edək  ki,  prefektura  şuralarının  departamentlərin 
nəzdində  yaradılması  təcrübədə  hüquqi  mübahisələrə  baxan 
orqanların fəaliyyəti ilə administrasiyanın fəaliyyətinin qovuş-
masına səbəb oldu. Bu isə təbii ki, inzibati məhkəmələrin admi-
nistrasiyadan  asılılığını  şərtləndirirdi.  Dövlətlə  fərd  arasındakı 
mübahisənin  həllində  ədalət  məhkəmələrinin  nəzarət  səlahiy-
yətlərinin  mövcud  olmaması  üzündən  inzibati  məhkəmələrdə 
həll  olunmasını  Fransa  inzibati  hüququnun  xarakterik  cəhət-
lərindən hesab edən A.V. Dicey bu inzibati məhkəmələrin möv-
cud inzibati qruluşa və ya hökumətə bağlı fəaliyyət göstərdiyini 
də yazırdı.
408
 
XIX  əsrin  60-70-ci  illərində  prefektura  şuralarında  isla-
hatlar  aparıldı,  onların  iclaslarının  aşkar  və  açıq  keçirilməsi, 
məhkəmələrin  fəaliyyətinin  mətbuatda  işıqlandırılması  kimi 
prinsiplər qanunvericilikdə təsbit olundu ki, bu da öz növbəsində 
ictimaiyyətin  inzibati  məhkəmələrin  fəaliyyəti  üzərindəki 
nəzarətinin  güclənməsinə  səbəb  oldu.  Üzvləri  təyin  olunmuş 
şəxslərdən  ibarət  olan  Şuranın  mühakimə  səlahiyyətləri  ilk 
vaxtlar məhdud idi. Onun heç bir inzibati mübahisəni həll etmək 
səlahiyyəti  yox  idi.  O,  yalnız  vətəndaşla  inzibati  orqan  ara-
sındakı  ixtilafları  həll  etməyə  yönələn  müvafiq  təkliflər  verir-
di.
409
  Şura  mübahisəni  həll  etməyə  yönələn  qərarın  layihəsini 
hazırlayıb  dövlət  başçısına  təqdim  edir,  qərarı  isə  dövlət  baş-
çısının özü verirdi.
410
  Şura mühakimə orqanı  olmayıb, inzibati 
orqan xüsusiyyətlərinə malik olan və tamamilə hökumətə bağlı 
                                                           
408
  Robson  A.W.  Justice  and  Administrative  Law.  London:  Stevens  &  Sons  Ltd., 
1947, p. 27   
409
 Çağlayan R. İdare hukuku ve idari yargılama hukuku. III baskı. Ankara: Dinamik 
Akademi, 2011, s. 11  
410
 Gözler K. R.Çağlayan’ın İdare Hukuku ve İdarî Yargılama Hukuku İsimli Kitabı 
Hakkında Eleştiriler. Bursa: Yazarın Kendi Yayını, 2013, s. 22 


245 
 
olan  bir  qurum  idi.
411
  Qeyd  edək  ki,  faktiki  olaraq,  inzibati 
orqanların  fəaliyyəti  üzərində  səmərəli  nəzarəti  təmin  etmək 
üçün 1799-cu ildə Dövlət Şurası yaradılsa da, 1872 – ci ilədək 
dövlət  qulluqçuları  hökumətin  tapşırığını  yerinə  yetirdikləri 
üçün  nə  ümumi  ədalət  məhkəməsinin,  nə  də  inzibati  məh-
kəmənin  önündə  məsuliyyətə  cəlb  oluna  bilməzdilər.  Fransa 
Cinayət Məcəlləsinin 114-cü maddəsinə görə rəhbərinin əmrini 
yerinə  yetirərkən  haqsız  hərəkət  etməsinə  və  digər  şəxslərin 
azadlıqlarına müdaxilə etməsinə görə dövlət qulluqçusu məsu-
liyyətə  cəlb  olunmurdu.  Fransa  Konstitusiyasının  75-ci  mad-
dəsinə  görə  Dövlət  Şurasının  icazəsi  olmadan  dövlət  qulluq-
çusunun  əleyhinə  rəsmi  vəzifəsinin  yerinə  yetirilməsi  ilə 
əlaqədar olaraq iddia qaldırıla və onun barəsində tədqiqat aparıla 
bilməzdi.  Məhz bu cür müdafiə  təminatları ilə  əlaqədar olaraq 
Fransada  dövlət  qulluqçularına  qarşı  qaldırılan  iddialar  çox 
zaman  nəticəsiz  qalırdı.  1899-cu  ildə  R.  Cakvelin  bununla 
əlaqədar olaraq yazırdı ki, 1852 - 1864- cü illər ərzində dövlət 
qulluqçularının əleyhinə 75 maddə üzrə tədqiqatın başlanılması 
üçün  264  müraciət  edilsə  də,  bunlardan  yalnız  34  -  ü  qəbul 
edilmiş, 230-u isə rədd edilmişdi
412
. Bu formal olaraq mövcud 
olan  inzibati  ədliyyənin  əslində  səmərəli  icra  mexanizminə 
malik  olmadığını  göstərirdi.  Belə  ki,  dövlət  qulluqçularının 
fəaliyyəti üzrəində səmərəli nəzarəti təmin etmək üçün yaradılan 
Dövlət Şurası hökumətə bağlı olan inzibati orqan kimi fəaliyyət 
göstərirdi.  Qanunverici  bir  tərəfdən  dövlət  qulluqçularının 
fəaliyyətinə nəzarət etmək məqsədilə bu qurumu yaratdığı halda, 
                                                           
411
 Pacteau B. Fransız Danıştayı. Tərc. D.Tezcan / D.E.Ü. Hukuk Fakultesi Dergisi, 
İzmir, 24.X.1997,  s. 599 http://dergiler.ankara.edu.tr/dergiler/42/480/5593.pdf  
412
 Jacquelin R. Les principes dominants du  contentieux  administ ratif.  Paris: Giard  
et  Briere, 1899, p. 128  


246 
 
digər  tərəfdən  də  onların  məsuliyyət  mexanizmini  forma-
laşdırmır, etdikləri hüquqazidd əməllərə görə məsuliyyətə cəlb 
olunmalarına  hər  vəchlə  maneə  yaratmağa  çalışırdı.  Qanunda 
dövlət qulluqçularının hökumətin tapşırığını və ya rəhbərlərinin 
əmrlərini  yerinə  yetirdikləri  zaman  etdikləri  hüquqazidd 
əməllərə görə məsuliyyəti nəzərdə tutulmurdu. Bütün bunlar isə 
müvafiq olaraq, administrasiyanın özbaşınalığının artmasına və 
cəmiyyətdə  haqlı olaraq  narazılıqların artmasına  səbəb olurdu. 
Qeyd edək ki, fransız modelində dövlət qulluqçularının xüsusi 
mühafizə təminatlarına malik olmasına diqqəti çəkən A.V.Dicey 
bu cəhəti fransız inzibati hüququnun ən despot xüsusiyyəti kimi 
qiymətləndirirdi
413

Tədricən cəmiyyətdə artan narazılıqlar, icra hakimiyyətinin 
fəaliyyəti sahəsində yol verilən qüsurların yaratdığı münaqişəli 
hallar Dövlət Şurasının səlahiyyətlərində müvafiq dəyişikliklər 
edilməsi  zərurətini  üzə  çıxartdı.  Beləliklə,  XIX  əsrin  II  yarı-
sından  etibarən  Dövlət  Şurasına  inzibati  fəaliyyətdən  yaranan 
zərərə görə administrasiyanı (dövləti) məsul saymaq səlahiyyəti 
verildi. Şuranın məşhur Rostchild qərarında (06 dekabr 1855-ci 
il  tarixli)  dövlətin  maddi  məsuliyyəti  barədə  məsələnin  yalnız 
inzibati  məhkəmələrdə  həll  oluna  bilməsi  barədə  müddəa  öz 
əksini tapdı.  
1872-ci  il  fransız  məhkəmə  sistemində  əhəmiyyətli  isla-
hatlar ili kimi tarixə düşdü. Ölkədə inzibati məhkəmə icraatının 
təkmilləşdirilməsi  üçün  əhəmiyyətli  tədbirlər  həyata  keçirildi. 
Dövlət Şurasının mühakimə səlahiyyətləri tam formalaşdı. Ona 
tam  həcmdə  ədalət  mühakiməsi  funksiyasını  həyata  keçirtmək 
                                                           
413
 Dicey V.A. İntroduction to the study of the Law of the Constitution. London: Mac-
millan Education,  1987, p. 345-347  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə