Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə82/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   78   79   80   81   82   83   84   85   ...   123

253 
 
Xüsusi  inzibati  yurisdiksiyalı  tribunallar  isə  yalnız  bir 
fəaliyyət  sahəsi  və  müəyyən  növ  inzibati  mübahisələrlə  məh-
dudlaşan  dar  aidiyyət  dairəsinə  malik  olurlar.  Qeyd  edək  ki, 
Fransada 50-dən artıq bu cür tribunal fəaliyyət göstərir. Onlara 
mərkəzi və yerli hesablama palatalarını, xalq təhsilinin İntizam 
Şurasını və s. misal göstərmək olar. Xüsusi inzibati yurisiksiyalı 
tribunalların qərarlarından Dövlət Şurasına şikayət verilə bilər.  
Dövlət Şurası – Fransanın ali inzibati məhkəməsi, eləcə də, 
hökumətin  idarəetmə  məsələləri  üzrə  baş  müşavirliyidir.
428
 
Hazırda  ölkənin  ali  inzibati  məhkəməsi  –  Dövlət  Şurasıdır. 
Dövlət  Şurası  ali  inzibati  məhkəmə  olmaqla  yanaşı,  həm  də 
birinci  instansiya  məhkəməsi  kimi  Prezidentin  imzaladığı 
dekretlərin  və  ordonansların,  nazirlərin  qəbul  etdikləri  hüquqi 
aktların və s. aktların qanuniliyinə dair mübahisələrə də baxır. 
Dövlət Şurasının həm hökumətin məşvərətçi orqanı olma-
sını,  həm  də  inzibati  işlər  üzrə  ali  məhkəmə  instansiyası  kimi 
çıxış  etməsini  nəzərdə  tutan  statusu  ədəbiyyatda  “marginal” 
status kimi xarakterizə edilir
429
 . Dövlət Şurasının rəhbəri formal 
olaraq Baş Nazirdir, onun müavini isə ədliyyə naziridir. Ölkənin 
Ali  İnzibati  Məhkəməsi  olan  Dövlət  Şurasının  əməkdaşları 
məhkəmənin  vəzifəli  şəxsləri  deyil,  dövlət  qulluqçuları  hesab 
olunurlar.  
İnzibati hakimiyyət səlahiyyətlərinin aşılmasından verilən 
şikayətlərə də Dövlət Şurası baxır. Qeyd edək ki, bu cür şika-
yətlər  üzrə  həyata  keçirilən  nəzarət  səlahiyyəti  məhkəmələrin 
                                                           
428
  Боботов  С.В.  Государственный  совет  Франции:  политическая  роль  и 
юридические функции // Советское государство и право, М., 1987, № 7, с. 101-
107 
429
Chapus R. Droit du contentieux administratif. Paris: Montchrestien, 1996, p. 987-
988  


254 
 
administrasiya üzərində nəzarətinin mühüm, özünəməxsus və ən 
səmərəli  üsulu  hesab  olunur.  Bu  cür  şikayətlə  inzibati  aktın 
ləğvində maraqlı olan istənilən şəxs aktın dərc olunduğu andan 
iki ay müddətində Şuraya müraciət edə bilər.  
Apellyasiya instansiyası qısmində apellyasiya məhkəməsi, 
kassasiya instansiyası kimi isə Dövlət Şurası çıxış edir.
430
  
Bütövlükdə  inzibati  ədliyyə  orqanlarının  sisteminin 
strukturuna aşağıdakılar aiddir:  
1)  inzibati  ədliyyə  orqanlarının  sisteminə  rəhbərlik  edən 
Dövlət Şurası; 
2)  ərazi  inzibati  məhkəmələri  kimi  çıxış  edən  ümumi 
yurisdiksiyalı tribunallar;  
3) inzibati apellyasiya məhkəmələri
4) inzibati ədliyyənin ixtisaslaşdıırlmış məhkəmə qurumları 
( Hesablama Palatası, intizam məhkəmələri və s.). 
İxtisaslaşdırılmış məhkəmə qurumları dövlət məmurlarının 
dar  ixtisaslaşma  sahələrinə  aid  məsələləri  peşəkarlıqla  həll 
etməsi, eləcə də, ictimaiyyətin nümayəndələrinin onların fəaliy-
yətində iştiraka cəlb olunması məqsədilə yaradılır. 
Fransız inzibati ədliyyəsi uzun illər ərzində müxtəlif siyasi 
rejimlərdə stabil qalmış,  öz əsas prinisplərini və  başlanğıc təş-
kilati müddəalarını qoruyub saxlamaqla yanaşı, həm də inkişaf 
etmişdir.  Qeyd  etmək  lazımdır  ki,  Fransada  inzibati  mübahi-
sələrin əksər hissəsi inzibati məhkəmənin aidiyyətinda olsa da, 
məhkəmə nəzarətinin idarəetmə orqanlarının bütün fəaliyyətini 
əhatə etdiyini söyləmək olmaz. Bir sıra inzibati aktlar ümumiy-
yətlə, məhkəmə nəzarətinin aidiyyət dairəsinə düşmür. Bunlara 
                                                           
430
  http://www.justice.gouv.fr/organisation-de-la-justice-10031/lordre-administratif-
10034/tribunal-administratif-12024.html 


255 
 
nəinki, hökumətin qərarları, həm də, sırf inzibati qərarlar aiddir. 
Qanunverici  bir  sıra  inzibati  qərarlardan  yalnız  onlar  konkret 
vətəndaşlara ziyan vurduğu tədirdə şikayət verməyə imkan verir. 
Bu yerdə R.Şarvenin bu fikrini xatırlamaq yerinə düşür: “hər bir 
administrasiya üçün məhkəmə nəzarətinə dözməyin bir hüdudu 
vardır.
431
 
Fransada  müasir  inzibati  ədliyyənin  normativ  hüquqi 
əsasını  İnzibati  Ədliyyə  Məcəlləsi  (Code  de  Justice  Admi-
nistrative) təşkil  edir. 2001-ci  il  yanvarın 1-də qüvvəyə minən 
məcəllə  prosedur  qaydaları  ilə  əlaqədar  şərtləri  müəyyənləş-
dirməmişdir. 
432
  İnzibati  məhkəmlərin  hakimləri  əsasən,  Milli 
İnzibati  Məktəbin  hakimlərinin  sırasından,  habelə  dövlət  və 
qeyri-dövlət  təşkilatlarının  nümayəndələrinin  arasından  seçilir.
 
433
  
Qeyd  etmək  lazımdır  ki,  Fransada  inzibati  ədliyyənin 
xarakterik  xüsusiyyətlərindən  birini  də  ixtisaslaşdırılmış 
məhkəmələrin  təqib  funksiyasını  həyata  keçirməsi  təşkil  edir. 
Belə ki, inzibati məhkəmələr fərdlərin administrasiya tərəfindən 
qanunsuz  hesab  olunan  hərəkətlərinin  təqib  olunması  tələbinə 
dair  işlərə  də  baxmaq  səlahiyyətinə  malikdirlər.  Mahiyyətinə 
görə  bu  işlər  (məsələn,  dəmiryolu,  teleqraf  xəttləri  və  s. 
sahələrdə  mövcud  qaydaları  pozan  əməllər)  inzibati  ədliyyə 
orqanlarına deyil, polisə aid olan sadə hüquq pozuntuları olsa da, 
bunlara inzibati  məhkəmələrdə baxılır. Müəlliflərdən Y.N.Sta-
rilov haqlı olaraq bu halı qədim krallıq dövründə bu cür işlərə 
                                                           
431
 Шарвен Р. Юстиция во Франции. Судебный аппарат и классовая борьба. М.: 
Прогресс, 1978, с. 73  
432
  İngiltere,  Galler,  Fransa,  Almanya  ve  Hollanda    İdari  Yargı  Sistemlerindeki 
Mahkeme Öncesi İşlemler. Türkiye’de idare hukukunda mahkeme öncesi işlemlerinin 
olası gelişimine yönelik karşılaştırmalı bir araştırma. Dünya Bankası, 2010, s. 52 
433
 Aslanov M.S. Azərbaycanda inzibati ədliyyə. Bakı: Azərnəşr, 2009, s. 57 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə