259
və vəzifələri haqqında” qanun və 2577 saylı “İnzibati mühakimə
üsulu haqqında” qanuna əsasən, ölkədə birinci instansiya inzi-
bati məhkəmələr və vergi məhkəmələri quruldu və Danıştay həm
xüsusi vəzifələri olan ilk, həm də son instansiya məhkəməsi
statusuna malik oldu.
Onu da qeyd etmək lazımdır ki, hazırda inzibati ədliyyənin
Türkiyədə qurulan modelində apellyasiya mexanizminin möv-
cud olmaması onun bu ölkənin hüquq sisteminə tamamilə yad
olması mənasını vermir. Belə ki, 1869-cu ildə ölkədə Apel-
lyasiya Məhkəməsinin (Yargıtayın) təməli hesab olunan Müha-
kimə Divanı Ədliyyəsinin (Divan-ı Ahkam-ı Adliye) qurulması
ilə Osmanlı dövründə ilk dəfə olaraq iki instansiyalı məhkəmə
sistemi qurulmuşdu. 1879-cu ildə qəbul olunan Usulü Muha-
kemat-ı Cezaiye qanununa əsasən ölkədə apellyasiya məh-
kəmələri yaradılmışdı. Lakin, bu apellyasiya məhkəmələri 24
aprel 1924 tarixli 469 saylı qanunla şəriət məhkəmələri ilə
birlikdə ləğv olundu. Beləliklə, fəaliyyətləri gözlənilən faydanı
verməyən apellyasiya məhkəmələri 1924-cü ildə ləğv olundular.
2004-cü ildə qəbul olunan 5235 saylı “Ədliyyə mühaki-
məsini həyata keçirən ilk dərəcə məhkəmələrinin quruluşu,
vəzifə və səlahiyyətləri haqqında” qanunun qəbul olunması ilə
apellyasiya məhkəmələri “bölgə ədliyyə məhkəmələri” adı
altında yenidən ölkənin məhkəmə sisteminə daxil edildilər.
Bölgə ədliyyə məhkəmələrinin yaradılması ilə ölkədə üç
instansiyalı ümumi məhkəmə sistemi bərqərar olundu.
443
Lakin,
bu inzibati məhkəmə sisteminə təsir etmədi. İnzibati məhkəmə
sistemi iki instansiyadan ibarət şəkildə fəaliyyətinə davam etdi.
443
Saygın E. Idari yargıda istinaf mahkemesi tartışmaları üzerine bir analiz / İstanbul
Üniversitesi Hukuk Fakultesinin Mecmuesi, 2011, № 1 – 2, s. 639
260
Hazırda bölgələrdə fəaliyyət göstərən inzibati məhkəmələr
aşağı məhkəmələrin prosessual normalara əməl edib-etmədiyini,
normanın doğru tətbiq olunub-olunmadığını, səlahiyyətlərdən
düzgün istifadə edilib-edilmədiyini yoxlamaq səlahiyyətinə
malik olsalar da, iş üzrə yeni qərar qəbul etmək səlahiyyətinə
malik deyillər. Ölkədə inzibati apellyasiya sistemi tətbiq
olunduğu təqdirdə isə bu məhkəmələr apellyasiya mərhələsində
birinci instansiya məhkəməsinin qərarını həm prosessual
qaydalara əməl olunması, həm də əsaslı olub-olmaması baxı-
mından yoxlayaraq, birinci instansiya məhkəməsinin qəbul
etdiyi qərarın doğru olub-olmadığına dair qərar vermək səlahiy-
yətinə də malik ola bilər.
444
Beləliklə, inzibati ədliyyənin Türkiyədə formalaşmış mo-
delində apellyasiya mexanizmi mövcud olmasa da, inzibati
məhkəmə icraatında tədricən formalaşan iş yükü apellyasiya
sisteminin formalaşdırılması zərurətini üzə çıxarmışdır.
445
Təsadüfi deyil ki, 2009-cu ildən etibarən ölkədə aparılan məh-
kəmə islahatlarının gündəmində duran məsələlərdən birini də
məhz inzibati məhkəmə sistemində inzibati apellyasiya məhkə-
mələrinin yaradılması təşkil edirdi. Hətta ölkənin Ədliyyə Na-
zirliyi ilə İsveç Beynəlxalq Məhkəmələr İdarəsi arasında 2007-
ci ildə imzalanmış ikitərəfli fəaliyyət proqramının da mövzu-
larından birini məhz inzibati məhkəmə icraatında mövcud
sistemin yenidən qurulması və inzibati apellyasiya məhkəmə-
lərinin də bu sistemdə yer alması təşkil etmişdi. Bundan başqa,
444
Sancakdar O. İdari Yargıda İstinaf Sistemi Üzerine Düşünceler // Danıştay ve İdari
Yargı Günü 144 Yıl.Sempozyum Kitabı. Danıştay Hizmetlerini Güçlendirme Vakfı.
ANKARA, 2012, s. 23
445
Avcı M. İdari Yargıda İstinaf. Türkiye Barolar Birliği Dergisi. Sayı 96. Eylül-
Ekim. Ankara, 2011, s. 180 http://portal.ubap.org.tr/App_Themes/Dergi/2011-96-
1139.pdf
261
Ədliyyə Nazirliyinin 2009-cu il tarixli Məhkəmə İslahatları
Strategiyasında da inzibati məhkəmə icaatında apellyasiya məh-
kəmələrinin qurulması və fəaliyyətə başlaması qarşıya məqsəd
kimi qoyulmuşdu. Hazırda da ölkədə bu istiqamətdə işlər davam
etməkdədir.
Beləliklə, inzibati məhkəmə icraatına fransız modelinin
əsas xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
- inzibati məhkəmə sisteminin üç instansiyadan ibarət
olması.
- idarəetmə orqanlarının həm fərdi, həm də normativ xarak-
terli istənilən hüquqi aktının inzibati mübahisənin predmeti ola
bilməsi.
- inzibati aktların ləğv olunmasına – onu qəbul edən orqanın
müvafiq yurisdiksiyaya malik olmamasının, prosessual və ya
formal səhvlərə yol verməsinin, qanunu pozmasının, qərarı la-
zımi qaydada əsaslandırmamasının və ya mülahizə azadlığından
sui-istifadə etməsinin səbəb olması.
- məhkəmə sistemi ikili xarakter daşıdığı üçün təcrübədə
işin inzibati, yaxud, ümumi məhkəməyə aid olduğunu müəy-
yənləşdirməyin çətin olması.
- vətəndaşların istənilən inzibati aktın şərhi üçün ərizə ilə
inzibati məhkəməyə müraciət etmək imkanına malik olması.
- inzibati tribunallar icra hakimiyyətinin sistemində, lakin
“fəal administrasiyadan ayrılmaqla”, yəni, birbaşa operativ-
sərəncam və normayaradıcı fəaliyyəti həyata keçirən orqan-
lardan ayrı fəaliyyət göstərmələri.
- ümumi hüquqdan irəli gələn mübahisələrə baxan inzibati
məhkəmələrin sisteminin adi məhkəmələrdən inzibati müba-
hisənin subyektinə (ümumi administrasiyaya) görə fərqlənməsi.
Dostları ilə paylaş: |