283
IV FƏSIL
AZƏRBAYCAN RESPUBLIKASINDA INZIBATI
MƏHKƏMƏ ICRAATININ FORMALAŞMASI VƏ
NORMATIV-HÜQUQI ƏSASLARI
Məlumdur ki, hüquq və azadlıqların məzmunu kimi müda-
fiə mexanizmləri də bəşəriyyətin sosial-mədəni inkişafının dai-
mi problemlərindən biri olmuşdur. İnsanların sosial fəaliyyəti,
daxil olduqları ictimai münasibətlər, həyat şəraitləri ilə üzvi
surətdə bağlı olan bu məfhumlar ictimai şüurda formalaşdıqdan
sonra dövlətin ənənəvi güc və müstəqillik
kimi cəhətlərlə səciy-
yələndirilməsindən imtina edən
480
hüquqi dövlətin əsas prinsip-
lərinin məğzinə çevrilmişlər. Müasir hüquqi dövlətlə şəxsiyyət
arasındakı qarşılıqlı münasibətlər insan hüquqlarının və azad-
lıqlarının, qanunla qorunan mənafelərinin prioritetliyi, dövlətin
müdaxilə səlahiyyətlərinin məhdudluğu, inzibati orqanların
fəaliyyəti üzərində məhkəmə nəzarəti vasitəsilə sosial münaqi-
şələrin qarşısının alınması, sosial ədalətin bərpa olunması kimi
meyarlara əsaslanır. Hazırda bütün demoqratik dövlətlərin
siyasətinin mərkəzində insanın hüquq və azadlıqları, sosial rifahı
və etibarlı hüquqi müdafiə mexanizmləri dayanır.
Hüquq və azadlıqlara münasibət müasir hüquqi dövlətin
siyasi-hüquqi əsaslarından birini təşkil edir. Z. A.Əsgərov haqlı
olaraq hüquq və azadlıqları hüquq sisteminin nüvəsi hesab
edir.
481
Dövlət vətəndaşların hüquqlarını, azadlıqlarını və qa-
480
Erdoğan M.R.
Anayasa ve Özgürlük. Ankara: Yetkin Yayınları, 2002, s. 18
481
Əsgərov Z.A. Konstitusiya hüququ. Dərslik. Bakı: Bakı Universiteti nəşriyyatı, 2006, s. 102