Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə100/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   96   97   98   99   100   101   102   103   ...   123

307 
 
öyrənilməsi  işinin  təşkil  edilməsi  və  onun  məhkəmə  təcrü-
bəsində nəzərə alınması tövsiyə edildi.
524
 
Məlum olduğu kimi, hüquq və azadlıqların, qanunla qoru-
nan  mənafelərin  təminat  mexanizminin  növlərindən  birini  və 
faktiki olaraq ən əsasını məhkəmə vasitəsilə müdafiə mexanizmi 
təşkil  edir.  Tarixi  təcrübə  göstərir  ki,  mübahisələrin  həll 
olunmasında, həqiqətin üzə çıxmasında hərtərəfli tənzim edilmiş 
prosessual  qaydalar  əsasında  məhkəmə  baxışının  müəyyən 
edilməsi ən yaxşı üsuldur.
525
  Avropa  Məhkəməsinin  qərarında 
göstərilir ki, icra hakimiyyəti orqanları tərəfindən fərdin hüquq-
larına  müdaxilə  ən  azı  son  mərhələdə,  məhkəmə  hakimiyyəti 
tərəfindən  keçirilməsi  güman  olunan  səmərəli  nəzarətə  məruz 
qalmalıdır, ona görə ki, məhkəmə nəzarəti müstəqilliyin, qərəz-
sizliyin və düzgün prosedurun ən yaxşı təminatçısıdır.
526
 
Məlumdur  ki,  dünya  təcrübəsində  məhkəmə  orqanları 
sisteminin hüquq sahələri üzrə ixtisaslaşdırılması prosesi uzun 
müddətdir ki, davam etməkdədir. İnzibati, vergi, sosial təminat, 
ailə,  iqtisadi,  maliyyə  və  digər  sahələr  üzrə  münasibətlərin 
getdikcə  mürəkkəbləşməsi,  inzibati  hüquqla  qorunan  münasi-
bətlərin dairəsinin genişlənməsi müvafiq hüquqi bazanın təkmil-
ləşdirilməsi və inzibati mübahisələrin peşəkarlıqla həll olunması 
üçün ixtisaslaşdırılmış məhkəmələrin yaradılması zərurətini üzə 
çıxardı. İnzibati mübahisələrlə bağlı münasibətlərin spesifikliyi, 
yəni onların həm məzmun, həm də subyektiv tərkib baxımından 
                                                           
524
  Azərbaycan  Respublikasında  məhkəmə  sisteminin  müasirləşdirilməsi  və  «Azərbaycan 
Respublikasının  bəzi  qanunvericilik  aktlarına  dəyişikliklər  və  əlavələr  edilməsi  haqqında» 
qanunun tətbiq edilməsi barədə» Prezidentin 19 yanvar 2006-cı il tarixli Fərmanının  6-cı bəndi. 
http://eqanun.az/print.php?internal=view&target=1&docid=11357&doctype=0  
525
  Cəfərov  İ.M.  Azərbaycan  Respublikası    Konstitusiyasının    şərhi.  Bakı:  Hüquq  ədəbiyyatı, 
2003, s. 81  
526
 İnsan hüquqları üzrə Avropa Məhkəməsinin bülleteni. Bakı, 2008, № 4, s. 16 


308 
 
fərqli  xarakterə  malik  olması  da  bu  sahəyə  xüsusi  və  ixtisas-
laşmış yanaşmanın müəyyən edilməsini tələb edirdi.  
Hazırda  inzibati  icraat  qaydalarının,  inzibati  məhkəmə 
icraatının,  ixtisaslaşdırılmış  inzibati  məhkəmələrin  formalaş-
dırılması  ölkədə  aparılan  məhkəmə-hüquq  islahatlarının  əsas 
istiqamətləri  kimi  çıxış  edir.  Təqdirəlayiq  haldır  ki,  aparılan 
islahatlar  nəticəsində  insanların  hüquq  və  azadlıqlarının  mü-
dafiəsi sahəsində məhkəmə mühüm və təsirli vasitəyə, inzibati 
orqanların fəaliyyətində qanunçuluğa riayət olunmasına nəzarəti 
real şəkildə təmin edən orqana çevrilmişdir. 
İxtisaslaşdırılmış  məhkəmələrin  yaradılması  hakimlərin 
müvafiq  sahələr  üzrə  ixtisaslaşmasına,  inzibati  mübahisələrə 
adekvat və ədalətli hüquqi qiymətin verilməsinə səbəb olmaqla 
yanaşı,  həm  də  mükəmməl  məhkəmə  təcrübəsinin  formalaş-
masına da öz təsirini göstərir.  
Dövlət hakimiyyətinin heç bir qolundan asılı olmayıb, müs-
təqil fəaliyyət göstərən məhkəmənin baxdığı şikayətə görə heç 
bir  idarə  xarakterli  marağının  olmaması,  məhkəmə  baxışının 
prosessual  tənzimi  və  rəhbər  prinsipləri,  iddiaçının  prosesdə 
cavabdehlə  bərabər  prosessual  statusa  malik  olması,  inzibati 
orqanın  öz hərəkətinin  və  ya  aktının  qanuniliyini sübut etmək 
vəzifəsini daşıması, məhkəmənin iddiaçıya yardım etmək vəzi-
fəsinin  qanunda  öz  əksini  tapması  və  s.  inzibati  mübahisələrə 
inzibati  məhkəmə  prosesində  baxılmasının  ümumən  qəbul 
olunmuş üstünlükləri kimi çıxış edir.  
2011-ci il yanvarın 1-dən qüvvəyə minən Ar İPM-si inzibati 
hüquq  münasibətləri  ilə  bağlı  mübahisələrin  məhkəmə  aidiy-
yətini, baxılmasının prinsip və qaydalarını müəyyən etdi. 2012-
ci ildən etibarən artıq inzibati məhkəmə icraatı ixtisaslaşdırılmış 


309 
 
məhkəmələrdə  inzibati  prosessual  qanunvericiliyə  uyğun  qay-
dada həyata keçirilir. Qeyd edək ki, inzibati məhkəmələrin yara-
dılması milli məhkəmə sisteminin məntiqi təkamülünün nəticəsi 
oldu. 
Bəzi elmi ədəbiyyatda səslənən fikirlərə görə inzibati məh-
kəmələrin  səlahiyyətlərinin  genişləndirilməsi  bu  fəaliyyətdən 
idarəetmə  orqanlarının  kənarlaşmasına  səbəb  ola  bilər.  Lakin, 
təcrübə  göstərir  ki,  məhkəmə  orqanlarının  səlahiyyətlərinin 
genişləndirilməsi  heç  də  inzibati  tabeçilik  xətti  üzrə  şikayət 
imkanının  məhdudlaşdırılması  ilə  müşayiət  olunmur.  Bununla 
yanaşı  onu  da  qeyd  etmək  lazımdır  ki,  nəzəriyyədə  hələ  də 
inzibati  yurisdiksiya  ilə  məhkəmə  yurisdiksiyasının  qarşılıqlı 
münasibətləri barədə məsələ aktual olaraq qalmaqdadır. Əksər 
avropa  ölkələrində  hökm  sürən  hüquqi  doktrinaya  əsasən, 
hazırda qanunçuluğun təmini və vətəndaşların hüquqlarına daha 
ciddi  hörmət  edilməsi  təminat  xarakterli  prosessual  hüququn 
müddəalarının  genişləndirilməsini,  vətəndaşla  inzibati  orqan 
arasında  yaranan  və  məhkəmə  yurisdiksiyasına  aid  edilən 
mübahisələr  üzrə  işlərin  əhatə  dairəsinin  genişləndirilməsini, 
müvafiq  şərtlər  daxilində  iştirakçılar  arasında  yaranan 
mübahisələr  məhkəmələrin  səlahiyyətinə  aid  ediləcək  hüquq 
münasibətlərinin müəyyənləşdirilməsini tələb edir.  
Beləliklə,  inzibati  məhkəmələrin  yaradılmasını  hüquqi 
dövlətdə  məhkəmə  hakimiyyətinin  nüfuzunun  möhkəmlən-
dirilməsinin təbii davamı olaraq qiymətləndirmək olar. İnzibati-
iqtisadi məhkəmələrinin formalaşdırılması ölkəmizdə məhkəmə 
icraatının təşkilinə ixtisaslaşdırılmış yanaşma ideyasına qismən 
uyğun gəlsə də fikrimizcə, hələ onların işinin təkmilləşdirilməsi 
üçün  görüləcək  işlər  çoxdur.  Fikrimizcə,  ilk  növbədə  Konsti-
tusiyada  inzibati  məhkəmə  icraatının  məhkəmə  icraatının 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə