Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə97/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   93   94   95   96   97   98   99   100   ...   123

298 
 
Moldova Respublikasının “İnzibati məhkəmələr haqqında” 
10  fevral  2000-ci  il  tarixli  qanununa  əsasən
512
, ölkədə inzibati 
aktların  qeyri-qanuniliyinə  dair  qaldırılan  iddiaların  baxılması 
məhkəmələrin, apellyasiya palatalarının, Ali  Məhkəmə palata-
sının  yurisdiksiyon  səlahiyyətinə  aiddir.  Apellyasiya  palata-
larında və Ali məhkəmə palatasında bu cür işlərə baxılması üçün 
ixtisaslaşdırılmış kollegiyalar yaradılır. 
Ukraynada  inzibati  məhkəmə  sistemi  2002-2010-cu  illər 
ərzində  formalaşdırıldı.  Hazırda  bu  sistemə  5  palatadan  ibarət 
olan Ali  İnzibati  Məhkəmə, 9 sayda inzibati  apellyasiya məh-
kəmələri və yerli inzibati məhkəmələr daxildir
513

Dövlətimizin müstəqilliyinin bərpasından sonra cəmiyyətin 
demokratikləşməsi  istiqamətində  aparılan  islahatlar  müvafiq 
olaraq  vətəndaş  -  dövlət  münasibətləri  probleminə  də  yeni 
yanaşma tərzinin zəruriliyini üzə çıxardı. Müvafiq olaraq, insan 
və vətəndaş hüquqlarının və azadlıqlarının təmini, dövlət orqan-
larının  fəaliyyətinin  qanunauyğunluğu,  konstitusiyada  elan 
olunmuş hüquq və azadlıqların reallığa çevrilməsi üçün hüquqi 
dövlət  və  vətəndaş  cəmiyyəti  müstəvisində  bir  sıra  tədbirlər 
həyata keçirildi.  
  10  iyun  1997-ci  il  tarixdə  “Vətəndaşların  müraciətlərinə 
baxılması qaydası haqqında” AR Qanunu qəbul olundu. Qanun 
vətəndaşların  dövlət  orqanlarına  təkliflər,  ərizə  və  şikayətlərlə 
müraciət etməsinin insan hüquqlarının həyata keçirilməsində və 
qorunmasında mühüm vasitə olduğunu bəyan edərək müraciəti 
qəbul  etməkdən  imtinanı  qadağan  etdi.  Qanunla  dövlət  haki-
miyyəti  orqanlarının,  idarələrin,  təşkilatların  və  müəssisələrin 
                                                           
512
 http://lex.justice.md/viewdoc.php?action=view&view=doc&id=311729&lang=2 
513
 http://www.vasu.gov.ua/ua/system_administrative_judges.html  


299 
 
Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə müəy-
yən  edilən  və  təminat  verilən  qaydada  vətəndaşların  yazılı  və 
şifahi  şəkildə  müraciət  etmək  hüquqlarının  həyata  keçirilməsi 
üçün zəruri şərait yaradılmasını təmin etmək vəzifəsi müəyyən 
olundu.  Lakin,  qanunun  4-cü  maddəsində  xüsusi  olaraq  qeyd 
olundu ki, onun qüvvəsi məhkəmə icraatı və ya inzibati icraat 
çərçivəsində vətəndaşların etdiyi müraciətlərin baxılmasına şa-
mil  edilmir
514
.  Bu,  müddəa  özlüyündə  gələcəkdə  milli  qanun-
vericilikdə  inzibati  məhkəmə  icraatının  formalaşdırılacağına 
dair zəmin rolunu oynadı. 
11  iyun  1999-cu  ildə  “Vətəndaşların  hüquq  və  azalıqlarını 
pozan  qərar  və  hərəkətlərdən  (hərəkətsizlikdən)  məhkəməyə 
şikayət edilməsi haqqında” AR-nın Qanunu qəbul olundu. Həmin 
qanun barəsində şikayət verilə bilən hərəkətləri (qərarları) daha da 
dəqiqləşdirdi. Qanuna əsasən Azərbaycan Respublikasının Kons-
titusiyası  və  respublikanın  tərəfdar  çıxdığı  beynəlxalq  müqavi-
lələrlə təsbit edilmiş respublika vətəndaşlarının hüquq və azadlıq-
larını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə 
şikayət  edilməsi  qaydalarını  müəyyənləşdirməyə,  habelə 
vətəndaşların  hüquq  və  azadlıqlarının  məhkəmə  təminatı  ilə 
əlaqədar  yaranan  münasibətləri  tənzimləməyə  yönəlmişdi. 
Qanunun  1-ci  maddəsində  öz  hüquq  və  azadlıqlarını  pozulmuş 
hesab edən hər bir vətəndaşın məhkəməyə müraciət etmək hüququ 
təsbit  olundu.  Bu  hüquq  vətəndaşın  öz  hüquq  və  azadlıqlarını 
pozan  qərarlar  və  hərəkətlər  (hərəkətsizlik)  barəsində  birbaşa 
məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və 
yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, 
ictimai  birliklərə,  vəzifəli  şəxslərə  şikayətlə  müraciət  etməsini 
                                                           
514
 “Vətəndaş müraciətlərinə baxılması qaydası haqqında “Azərbaycan Respublikasının Qanunu. 
Bakı: Hüquq ədəbiyyatı, 2011, s. 9 


300 
 
nəzərdə  tuturdu.  Hüquq  ədəbiyyatında  inzibati  orqanların  və 
vəzifəli  şəxslərin  qeyri-hüquqi  hərəkətləri  dedikdə,  vətəndaşların 
mənafeyinə zidd olan hərəkətlərin edilməsi, vətəndaşların xeyrinə 
olmayan hərəkətsizlik nəzərdə tutulurdu.
515
 
Həmçinin  qanunda  dövlət  orqanlarının  və  yerli  özünüidarə 
orqanlarının,  müəssisələrin,  idarələrin  və  təşkilatların,  ictimai 
birliklərin,  vəzifəli  şəxslərin  qərarlarından  və  hərəkətlərindən 
(hərəkətsizliyindən) vətəndaşların şikayətlərinə məhkəmə tərəfin-
dən  respublika  qanunvericiliyinə  uyğun  baxılması  qaydası  (2-ci 
maddə)  təsbit  olundu.  Lakin,  həmin  dövrdə  inzibati  prosessual 
qanunvericilik mövcud olmadığı üçün bu cür şikayətlər əsasında 
qaldırılan  işlərə  də  ənənəvi  mülki  icraat  qaydasında  mülki  pro-
sessual qanunvericiliyə uyğun baxılırdı. Mülki məhkəmə icraatının 
növlərindən biri kimi bu işlər “İnzibati hüquq münasibətlərindən 
törəyən işlər üzrə icraat” adlanan icraat növündə birləşirdi. 
İcraatın bu növü seçici siyahılarındakı səhvlərə, vətəndaşların 
hüquq və azadlıqlarını pozan inzibati orqanların, ictimai təşkilatlar 
və  ya  vəzifəli  şəxslərin  hərəkətləri  barədə  şikayətlərə  dair  işləri, 
həmçinin vətəndaşlardan vergi qalıqlarının, dövlət məcburi sığorta 
ödəmələrinin tutulması ilə bağlı işləri əhatə edirdi. Onu da qeyd 
edək ki, icraatın göstərilən növü “İnzibati hüquq münasibətlərindən 
törəyən  işlər  üzrə  icraat”  adlansa  da,  yalnız  inzibati  münasi-
bətlərdən  deyil,  həm  də  ümumi  hüquq,  maliyyə  hüquq 
münasibətlərindən  yaranan  işləri  də  əhatə  edirdi.  Bu  işlər  üçün 
ümumi  cəhət  onların  hakimiyyət  və  tabeçilik  münasibətlərindən 
irəli gəlməsi hesab olunurdu.
516
Qeyd edək ki, bu cür şikayətlərin 
                                                           
515
  Cabbarlı  F.A.,  Mövsümov  M.A.  Azərbaycan  Respublikasının  mülki  prosessual  hüququ: 
Dərslik. Bakı: Qanun, 1998, s. 254  
516
  Cabbarlı  F.A.,  Mövsümov  M.A.  Azərbaycan  Respublikasının  mülki  prosessual  hüququ: 
Dərslik. Bakı: Qanun, 1998, s.12 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə