294
qeyd etdiyimiz kimi, real olmayıb, yalnız xüsusi aktlarda
nəzərdə tutulmuş hallara aid edilirdi.
Məhkəmə nəzarəti institutunun inkişafında daha mühüm
rolu SSRİ İttifaqı və müttəfiq respublikaların mülki mühakimə
icraatının Əsasları və eləcə də 1963-1964-cü
illərdə qəbul olun-
muş mülki prosessual məcəllələr oynadı.
1977-ci il SSRİ Konstitusiyasının qəbulu ilə administra-
siyanın fəaliyyətinin qanuniliyi üzərində məhkəmə nəzarəti
institutu yeni siyasi və hüquqi əhəmiyyət kəsb etdi. İlk dəfə
olaraq vətəndaşların administrasiyanın hərəkətlərindən şikayət
hüququna konstitusiyon xarakter verildi.
1937-1987-ci illər ərzində qanunverici yalnız dövlət yol
polisinin sürücülük hüquqlarını 3 ilədək məhdudlaşdırması ba-
rədə qərarlarından məhkəməyə şikayət olunmasına icazə verirdi
və müvafiq olaraq qaldırılan işlərin aiddiyyat dairəsi geniş-
ləndirildi. Lakin, yenə də vətəndaşlara idarəetmə sahəsində
özlərinin konkret marağına toxunan işlərdən məhkəməyə şikayət
etməyə icazə verilmirdi. Məsələn, sosial təminat orqanlarının
pensiya təyinatı barədə, inzibati orqanların hüquqi qeydiyyat
məsələləri barədə qərarlarından və s.
məhkəməyə şikayət etmək
olmazdı.
Azərbaycan SSR-in 1923, 1937 və 1978-ci
il Konstitusiya-
larında da vətəndaşların vəzifəli şəxslərin qərar və hərəkət-
lərindən şikayət hüququ təsbit olunmuşdu. Amma, bu hüquq real
təminat mexamizminə malik olmayıb, əsasən formal xarakter
daşıyırdı. Fikrimizcə, bu hüququn formal da olsa elan olunması
mühüm addım kimi qiymətləndirilməlidir. Belə ki, həmin hüquq
dövlətçiliyin sonrakı inkişafında hüquqi dövlət quruculuğu
mərhələsinə keçid üçün zəmin yaratdı.