316
qiymətləndirə bilməz. Bu qaydadan istisnanı yalnız, diskresion
səlahiyyətlərin məqsədəuyğun həyata keçirilməsi baxımından
qanunsuz olub-olmadığının yoxlanması təşkil edir. Belə ki,
inzibati prosessual qanunvericilik diskresion səlahiyyətlər
əsasında qəbul edilmiş inzibati aktların yoxlanılmasını və ya
həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyünü də
nəzərdə tutur. İnzibati orqanın diskresiyon səlahiyyətlər əsa-
sında hərəkət etdiyi hallarda məhkəmə inzibati aktın və ya
inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati
orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edil-
məməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olun-
muş hədlərinə əməl olunmaması və ya diskresion hüququn
həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçiril-
məməsi baxımından qanunsuz olub-olmadığını da yoxlayır
536
.
Yeri gəlmişkən qeyd edək ki, heç də bütün dünya ölkə-
lərində hakimiyyətin digər qolları ilə inzibati məhkəmə icra-
atının arasındakı münasibətlər eyni qaydada tənzimlənmir.
Məsələn, İtaliyada Dövlət Şurasına məhkəmənin qərarının icra
edilmədiyinə dair şikayət daxil olduqda xüsusi komissiya
yaradılır. Komissiya qərarı icra etməyən inzibati orqana gedərək
icranın gecikmə səbəblərini aydınlaşdırır. Əgər icranın gecik-
məsi inzibati orqanın məlumatsızlığı və ya müəyyən texniki
səbəblərlə əlaqədar olarsa komissiya müvafiq tövsiyyələrini
verir və icra üçün ağlabatan müddət müəyyən edir. Müddətin
sonunda komissiya yenidən həmin inzibati orqana gedərək
qərarın icra vəziyyətini yoxlayır. Qərar icra olunmadığı təqdirdə
536
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi.Bakı: Qanun, 2013,c.56
317
isə komissiya özü həmin qərarın icrasını inzibati orqanın əvəzinə
həyata keçirir.
537
Əsas Qanunun “Məhkəmə hakimiyyəti” adlı VII fəslində
Azərbaycan Respublikasının məhkəmə hakimiyyətinin həyata
keçirilməsi qaydası, əsas prinsipləri və şərtləri, məhkəmə sis-
temi, həmçinin, məhkəmə qərarları və onların icrası qaydaları
müəyyənləşdirilir. Konstitusiyada məhkəmə hakimiyyətinin
Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsi ilə və
qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirildiyi öz
əksini tapmışdır. Qeyd edək ki, bu vasitələrin sırasında inzibati
məhkəmə icraatı nəzərdə tutulmasa da, “qanunla nəzərdə tutul-
muş digər vasitələr” anlayışı vasitəsilə qanunverici yeni vasi-
tələr üçün hüquqi imkan nəzərdə tutmuşdur. Bununla yanaşı,
hesab edirik ki, bu problemin aradan qaldırılması üçün Konsti-
tusiyanın məhkəmə hakimiyyətinin həyata keçirilməsini nəzərdə
tutan 125-ci maddəsinin 3-cü hissəsinə “inzibati məhkəmə
icraatı” da əlavə edilməlidir.
Beləliklə, Əsas Qanun dövlət orqanlarının öz fəaliyyət-
lərində və vətəndaşlarla olan münasibətlərində demokratik və
hüquqi dövlətin mahiyyətinə uyğun fəaliyyət göstərməsini təsbit
etmişdir. Geniş mənada yanaşdıqda, konstitusiyanın hər bir
müddəası və ya onun təsbit etdiyi hər bir demokratik institut bir-
başa olmasa da, dolayısı olaraq hüquq və azadlıqların təmi-
natçısı kimi çıxış edir. Dövlət orqanlarının və onların vəzifəli
şəxslərinin qərar və hərəkətlərindən fərdlərin hüquq və azadlıq-
larının, qanuni maraqlarının qorunması üçün məsuliyyət mexa-
nizminin mənbəyi konstitusiyadan irəli gəlir. Bu baxımdan
537
İdari yargı kararlarının hukuk düzenindeki etkileri ve uyqulamadakı sorunlar Sempozyumu
(19 mart 2012). Türkiye Büyük Millet Meclisi Başkanlığı, 2012, s. 60
318
Konstitusiyanı inzibati məhkəmə icraatının formalaşdırılma-
sının ilkin zəmini, onun normativ hüquqi bazasının fundamenti
kimi də qiymətləndirmək olar.
Üçdə bir hissəsi insan və vətəndaş hüquqlarının və azad-
lıqlarının təsbitinə həsr olunan Konstitusiyada İnsan hüquqları
haqqında ümumi Bəyannamədə, “İqtisadi, sosial və mədəni hü-
quqlar haqqında” Beynəlxalq Paktda, “Mülki və siyasi hüquqlar
haqqında” Beynəlxalq Paktda, “İnsan hüquqlarının və əsas
azadlıqlarının müdafiəsi haqqında” Konvensiyada və digər insan
hüquqlarına dair beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş
insan hüquq və azadlıqları tam və əhatəli şəkildə təsbit olun-
muşdur.Hüquqi dövlətin mahiyyəti ilə əlaqədar olaraq Əsas
Qanunda hüquqların və azadlıqların həyata keçirilməsinin məh-
dudlaşdırılmasının, Konstitusiyanın heç bir müddəasının insan
və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş
müddəa kimi təfsirinin yol verilməzliyi müəyyənləşdirilmişdir.
Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə tə-
minat verilmişdir (Konstitusiyanın 60-cı maddəsi). Məhkəmə
təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azad-
lıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüqu-
qunu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə
baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini
müəyyən edir.
538
Konstitusiyanın “Əsas insan və vətəndaş hüquqları və
azadlıqları” adlı III fəslində insan və vətəndaş hüquqlarının və
azadlıqlarının müdafiəsi hüququ nəzərdə tutulmuşdur. Hər kəsin
qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını
və azadlıqlarını müdafiə etmək hüququ vardır. Bu müdafiə
538
Cəfərov İ.M. Azərbaycan Respublikası Konstitusiyasının şərhi. Bakı: Hüquq ədəbiyyatı,
2003, s. 180
Dostları ilə paylaş: |