Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə104/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   100   101   102   103   104   105   106   107   ...   123

319 
 
hüququnun məzmununa dövlət orqanlarının, siyasi partiyaların, 
həmkarlar  ittifaqlarının  və  digər  ictimai  birliklərin,  vəzifəli 
şəxslərin  qərar  və  hərəkətlərindən  (yaxud  hərəkətsizliyindən) 
məhkəməyə şikayət etmək imkanı daxildir. Əsas Qanunun 71- 
ci  maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azad-
lıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll 
edir.
539
    Ədəbiyyatda  da  qeyd  olunduğu  kimi,  konstitusiyanın, 
demokratiyanın və hüquqi dövlətin zəruri şərti siyasi iqtidarın və 
inzibati  orqanların  əsas  hüquq  və  azadlıqların  həyata  keçiril-
məsini özbaşına əngəlləməsinə yol verməməkdir.
540
  
Onu  da  qeyd  edək  ki,  heç  də  bütün  ölkələrin  konstitusi-
yalarında müdafiə hüququ “hüquqlar və azadlıqlar” bölməsində 
yerləşdirilməmişdir.  Məsələn,  Yunanıstan,  İspaniya,  Portuqa-
liya kimi ölkələrdə müdafiə hüququ ədalət mühakiməsinin hə-
yata  keçirilməsinin  prinsiplərindən  hesab  olunur  və  müvafiq 
olaraq  Konstitusiyanın  məhkəmə  orqanlarından  bəhs  edən 
bölməsində nəzərdə tutulur.
541
  
İnzibati məhkəmə icraatının normativ-hüquqi əsaslarından 
biri  olan  10  iyun  1997-ci  il  tarixli  “Məhkəmələr  və  hakimlər 
haqqında” AR-nın Qanunu ədalət mühakiməsinin həyata keçiril-
məsinin  əsas  müddəalarını  və  məhkəmə  sistemini  müəyyən-
ləşdirir. Qanunun 19-cu maddəsinə 22 iyun 2010-cu ildə edilən 
dəyişikliklə  yerli  iqtisad  məhkəmələrinin  bazasında  inzibati-
iqtisadi məhkəmələr yaradılmışdır. Qanun inzibati-iqtisadi məh-
                                                           
539
 Azərbaycan Respublikasının Konstitusiyası.Bakı: Qanun, 2013, s.24-25 
 
540
 Musa E. Kamu yönetiminde gizlilik geleneği ve açıklık ihtiyacı. Amme İdaresi Dergisi. 27-
ci cild, № 2,  s. 41 
541
 Muraru I., Iancu Gh. Drepturile, libertăţile şi îndătoririle constituţionale. Bucureşti,1992, p. 
39, 40  


320 
 
kəmənin  səlahiyyətlərini,  təşkili  qaydasını  və  tərkibini  müəy-
yənləşdirir.  Qanuna  əsasən,  inzibati-iqtisadi  məhkəmələr  inzi-
bati ərazi vahidləri və ya azad iqtisadi zonalar üzrə təşkil edilir. 
İnzibati-iqtisadi məhkəmələr birinci instansiya məhkəməsi kimi 
qanunla səlahiyyətlərinə  aid  edilmiş  inzibati  və  iqtisadi müba-
hisələrə dair işlərə baxır, məhkəmə statistikasını təhlil edir, məh-
kəmə  fəaliyyətinin  təşkili  vəziyyətini,  məhkəmə  təcrübəsi-
ni öyrənir və ümumiləşdirir, respublika qanunvericiliyilə onlara 
aid edilmiş digər səlahiyyətləri həyata keçirir. 
542
 
Qeyd  etmək  lazımdır  ki,  həmin  qanun  inzibati-iqtisadi 
məhkəmənin  birinci  instansiya  məhkəməsi  kimi,  inzibati  və 
iqtisadi mübahisələrə dair işlərə baxdığını müəyyənləşdirsə də, 
mübahisələndirilən  inzibati  akt  və  ya  hərəkət  (hərəkətsizlik) 
barəsində hansı səlahiyyətlərə malik olduğuna aydınlıq gətirmir. 
Bu məsələ AR İPM ilə tənzimlənir.  
Əvvəldə də qeyd etdiyimiz kimi, inzibati məhkəmə icraatı-
nın  normativ  əsaslarından  biri  də  “İnzibati  icraat  haqqında” 
Azərbaycan  Respublikasının  21  oktyabr  2005-ci  il  tarixli 
qanunudur. İnzibati mübahisələrin kökündə duran inzibati icraat 
üçün vahid qaydaların formalaşdırılması məqsədilə həmin qanu-
nda  milli  qanunvericilik  tarixində  ilk  dəfə  olaraq  inzibati 
orqanın,  inzibati  icraatın  və  inzibati  aktın  anlayışları  verildi, 
inzibati  aktların  təsnifatı  müəyyən  olundu.Qanun  inzibati 
orqanlarla  vətəndaşlar  arasındakı  münasibətlərin  yeni  tərzdə 
inkişafına təkan verməklə yanaşı, milli hüquq sistemində pozitiv 
inzibati hüququn da əsasını qoydu. Sovet dövründən miras qalan 
“neqativ”  inzibati  hüququn  əvəzinə  “pozitiv”  inzibati  hüquqi 
doktrinanın  formalaşması  üçün  ilkin  zəmin  formalaşdırdı. 
                                                           
542
 http://www.e-qanun.az/files/framework/data/3/c_f_3933.htm  


321 
 
Ədəbiyyatda haqlı olaraq qeyd olunur ki, adı çəkilən qanunun 
qəbulu  inzibati  hüquq  sahəsində  yeni  nəzəri  baxışların  forma-
laşdırlmasına əsas verdi.
543
  Qanunda inzibati  aktın formasının, 
rekvizitlərinin,  onun  məzmununa  dair  tələblərin  müəyyən-
ləşdirilməsi ölkədə vahid inzibati təcrübənin, inzibati orqanların 
fəaliyyətinin  hüquqi  çərçivəsinin  formalaşdırılması,  həmçinin, 
inzibati məhkəmə icraatında vahid yoxlama meyarlarının tətbiq 
olunması üçün mühüm əhəmiyyət kəsb etdi.  
Respublikada inzibati icraatın Azərbaycan Respublikasının 
Konstitusiyasında və respublikanın tərəfdar çıxdığı beynəlxalq 
müqavilələrdə  nəzərdə  tutulmuş  prosessual  təminatlar,  habelə 
hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri 
əsasında  həyata  keçirildiyi  müəyyən  olundu.  Qanun  inzibati 
aktların qəbulu, icrası və ya ləgv edilməsi ilə bağlı inzibati or-
qanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, 
prinsiplərini  və  təminatlarını,  prosedur  qaydalarını,  iştirakçıla-
rını da təsbit etdi. 
Qeyd  edək  ki,  ölkədə  hüquq  qaydasının,  vətəndaşların 
hüquq  və  azadlıqlarının,  qanunla  qorunan  maraqlarının  təmini 
üçün  inzibati  icraat  qaydalarının  dəqiq  müəyyənləşdirilməsi 
mühüm əhəmiyyət kəsb edir. Ədəbiyyatda qeyd olunduğu kimi, 
qanunçuluğun yaradıcısı və “qoruyucusu” olmaq üçün dövlət öz 
hakimiyyət  funksiyalarını  istisnasız  olaraq  qüvvədə  olan 
qanunlar  əsasında  və  onların  çərçivəsində  həyata  keçirməlidir. 
Dövlət  eyni  zamanda,  istər  öz  orqanları  və  vəzifəli  şəxsləri, 
istərsə də vətəndaşlar tərəfindən hər hansı qanun pozuntusunun 
qarşısını almalıdır. 
544
 Bu baxımdan həmin qanun inzibati icraat 
                                                           
543
 Cəfərov İ.M. İnzibati icraat (elmi – nəzəri şərh). Bakı: Adventa, 2011, s. 15  
544
 Xrapanyuk V.N. Dövlət və hüquq nəzəriyyəsi. Bakı: Qanun, 2007, s. 238  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə