328
ölkələrdə (məsələn, İtaliyada) inzibati prosessual hüquq
normalarının əsas məqsədi məhz inzibati təcrübədə səmərənin
və şəffaflığın təmin olunmasında ifadə olunur. Dövlət idarə-
çiliyində şəffaflığın təmini korrupsiyanın qarşısının alınmasında
və dövlət idarəçiliyinə ümumi inamın artırılmasında effektiv
alətdir.
556
Fikrimizcə, bu normalarla tənzimlənən institutların
elmi araşdırmaların predmeti kimi çıxış etməsi, cəmiyyətdə baş
verən dəyişikliklərə uyğun olaraq təkmilləşdirilməsi nəticə
etibarilə inzibati prosessual hüququn yeni hüquq sahəsi kimi
inkişafına səbəb olacaqdır. İnzibati prosesin nəticəsində
çıxarılan məhkəmə qərarları da müvafiq olaraq inzibati hüququn
inkişafına, təkmilləşdirilməsinə səbəb olacaqdır. Məlumdur ki,
məhkəmələr inzibati prosessual hüququn rasionallaşmasına və
onun əsas prinsiplərinin (məsələn, qərəzsizlik, ədalətlilik, mü-
tənasiblik və s.) işlənib hazırlanmasına, təkmilləşməsinə mühüm
töhvə verir. Məsələn, Fransa, İngiltərə, Almaniya, İtaliya,
İsveçrə kimi ölkələrdə inzibati hüququn inkişafına məhz inzibati
qərarlar üzərində məhkəmə nəzarəti mühüm təsir göstərmişdir.
Ədəbiyyatda haqlı qeyd olunur ki, hüququn digər sahələri ilə
müqayisədə inzibati hüquq mahiyyətinə görə daha çox hakim-
lərin yaratdığı hüquq sahəsidir.
557
Beləliklə, əvvəllər inzibati hüququn predmeti kimi dar
şəkildə öyrənilən mövzular (məsələn, inzibati icraat, inzibati
ədliyyə, inzibati iddia və s.) artıq inzibati prosessual qanun-
vericilik bazasına əsaslanan hüquq institutları kimi çıxış edirlər.
556
Greco Dəyərləndirmə I-II Məruzə (2005) 5E (P2). Birgə birinci və ikinci dəyərləndirmə
raundları. Azərbaycan Respublikası üzrə dəyərləndirmə Məruzəsi. 29-cu plenar iclasında
GRECO tərəfindən qəbul edilmişdir (Strasburq, 19-23 iyun 2006). GRECO Katiblik. Avropa
Şurası. Strasburq, 2006, s. 37
557
Кассезе С. Развитие административного государства в Европе // ДПП ИМП, 2012, № 2
с. 269-270
329
Məcəllənin qəbulu milli hüquq sistemində məcəllələşdirmə
ənənələrini zənginləşdirməklə yanaşı, yeni inzibati prosessual
hüquq institutlarının təsbitinə, inzibati prosessual hüquq ter-
minologiyasının zənginləşməsinə və nəhayət, inzibati prosesin
xüsusi şərtlərinin və sahəvi prinsiplərinin formalaşdırılmasına
səbəb olmuşdur.
AR İPM-in “Ümumi müddəalar” adlanan I fəslinin ilk
maddəsi onun tətbiqi dairəsini müəyyənləşdirir. Qeyd olunur ki,
məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin
(inzibati mübahisələrin) məhkəmə aidiyyətini, həmin müba-
hisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual
prinsiplərini və qaydalarını müəyyən edir. Həmin fəsildə məh-
kəmə qərarının qəbul edilməsi qaydası, inzibati-iqtisadi məhkə-
mələrin və ya məhkəmə kollegiyalarının səyyar iclaslarının, iş
bölgüsünün aparılması qaydası, mübahisə ilə bağlı iş üzrə
icraatın dayandırılması, habelə, məhkəmə aidiyyətinin və ərazi
aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi
qaydaları da öz təsbiti tapmışdır.
558
Qüvvədəki inzibati prosessual qanunvericilikdən bəhs
edərkən novella kimi qanuni nümayəndə institutunun təsbitini
də qeyd etmək lazımdır. Məlum olduğu kimi, əvvəlki qanun-
vericilikdə inzibati münasibətlərdən yaranan işlər üzrə məhkəmə
icraatında qanuni nümayəndənin iştirakına yol verilmirdi.
Ədəbiyyatda bu hal yalnız fəaliyyət qabiliyyətli şəxslərin
inzibati hüquq münasibətlərinin iştirakçısı ola bilməsi ilə izah
olunurdu.
559
Hazırda isə, AR İPM-in 26.3.-cü maddəsinə əsasən,
məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti
558
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi. Bakı: Qanun, 2013,s.14
559
Cabbarlı F.A., Mövsümov M.A. Azərbaycan Respublikasının mülki prosessual hüququ.
Dərslik. Bakı: Qanun, 1998, s. 248
330
olmayan şəxslər də inzibati məhkəmə icraatında Mülki Pro-
sessual Məcəllənin müvafiq müddəalarına uyğun olaraq təmsil
olunurlar.
Artıq qeyd edildiyi kimi, inzibati prosesin əsas məqsəd-
lərindən biri də inzibati hüquq münasibətlərinin iştirakçılarının
pozulmuş hüquq və mənafelərin bərpasıdır. Bu administrasiyaya
nəzarət hüququ, vətəndaşı inzibati hakimiyyətin özbaşına-
lığından qorumaq hüququ
560
kimi yaranmış inzibati hüququn öz
mahiyyəti ilə şərtlənir. Əgər əvvəllər inzibati hüquq dövlətin
idarəetmə aparatının müdafiəsinə yönəlirdisə, hazırda dövlətlə,
dövlət orqanları və onların vəzifəli şəxsləri ilə vətəndaşlar ara-
sındakı ictimai münasibətlərin tənzimlənməsinə yönəlir. Təsa-
düfi deyil ki, müasir inzibati hüququn əsas məqsədi dövlətlə
vətəndaş arasındakı labüd hakimiyyət fərqlərini tarazlamaq
hesab olunur.
561
Müvafiq olaraq, inzibati məhkəmə icraatının
funksiyalarından biri də qanunla qorunan maraqların bərpa-
sından ibarətdir. İnzibati mübahisənin yaranma səbəblərindən
biri məhz dövlət idarəetməsi sahəsində inzibati hüquq münasi-
bətləri subyektlərinin maraqlarının münaqişəsidir.
562
Buna görə
də inzibati prosesdə həyata keçirilən ədalət mühakiməsi inzibati
mübahisənin həllinə yönəlməklə məhz vətəndaşların pozulmuş
hüquq və maraqlarının bərpasında təcəssüm edir.
İnzibati hüquqi mübahisə inzibati orqanla vətəndaş arasında
hüquqların və qanunla qorunan maraqların pozulmasından, ya-
xud inzibati aktların, hərəkətlərin (hərəkətsizliyin) qanuniliyinin
560
Rzayev Ə.H. Dövlət nəzarəti: nəzəriyyə və praktika. Bakı: Elm, 2008, s. 137
561
Herrmann T., Knudsen R.H. Azərbaycan Respublikasının yeni inzibati hüququna giriş //
Hüquqi dövlət və qanun, Bakı, 2006, № 3, s. 12
562
Лупарев Е.Б. Общая теория административно-правового спора. Воронеж, 2003, с. 134
Dostları ilə paylaş: |