Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə109/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   105   106   107   108   109   110   111   112   ...   123

334 
 
məhkəməyə  müraciət  etməsi  faktı  özlüyündə  inzibati  orqanın 
qanunsuz  fəaliyyətini  dayandırmasına  kifayət  etmir.  Hətta, 
təcrübədə elə hallar da olur ki, cavabdeh əksinə öz hüquqazidd 
fəaliyyətini sürətləndirərək məqsədlərinə nail olmaq üçün ardıcıl 
surətdə müxtəlif hərəkətlər etməkdə davam edir.  
İnzibati məhkəmə icraatının normativ-hüquqi əsaslarından 
bəhs edərkən qeyd etməliyik ki, insan hüquq və azadlıqlarının 
beynəlxalq hüquqi müdafiə mexanizmləri sırasında da inzibati 
məhkəmə icraatı xüsusi əhəmiyyət kəsb edir. Normativ-hüquqi 
aktların sistemləşdirilməsinin əsas növlərindən biri kimi inkor-
porasiya çıxış edir. Azərbaycan Respublikası da beynəlxalq hü-
quq  normalarının  həyata  keçirilməsinin  inkorporasiya  üsulunu 
müəyyənləşdirmişdir.  Konstitusiyanın  148-ci  maddəsinin  II 
bəndində  göstərilir  ki,  Azərbaycan  Respublikasının  tərəfdar 
çıxdığı  beynəlxalq  müqavilələr  Azərbaycan  Respublikasının 
hüquq  sisteminin  ayrılmaz  tərkib  hissəsidir
571
    L.H.Hüseynov 
haqlı qeyd edir ki,  bu maddə bütün  beynəlxalq müqavilələrin, 
yəni, təkcə dövlətlərarası deyil, habelə hökumətlərarası və ida-
rələrarası  sazişlərin  də  ümumi  inkorporasiyasını  nəzərdə  tu-
tur.
572
 
Məlumdur ki, dualizm nəzəriyyəsinə görə, beynəlxalq hü-
quqla daxili hüquq tamamilə fərqli sistemlərdir. Daxili hüquq-
dan fərqli olaraq, beynəlxalq hüquq fərdlər arasındakı münasi-
bətləri  deyil,  dövlətlər  arasındakı  münasibətləri  tənzim  etdiyi 
üçün  onun  daxili  hüquqla  birbaşa  qarşılıqlı  əlaqədə  olması 
mümkün deyil. Hüquq ədəbiyyatında haqlı olaraq qeyd edilir ki, 
məhz  daxili  hüquq  normaları  beynəlxalq  hüquq  normalarının 
                                                           
571
 Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2013, s.60 
572
 Hüseynov L.H. Beynəlxalq hüquq. Dərslik. Bakı: ABU, 2008, s. 50  


335 
 
realizəsini  mümkün  edir  və  beynəlxalq  hüquqa  münasibəti 
müəyyən etmək hər bir dövlətin suveren hüququdur.
573
  
Beynəlxalq sənədlərdə inzibati idarəetmə sahəsində insan-
ların  hüquq  və  azadlıqlarının  müdafiəsi  məsələsi  böyük  əhə-
miyyət  kəsb  edir.  İnzibati  məhkəmə  icraatına  dair  beynəlxalq 
sənədlər  biri-birindən  həm  öz  məzmunlarına,  həm  də  metod-
larına görə fərqlənirlər. Bu sənədlərdə bir qayda olaraq “inzibati 
məhkəmə  icraatı”  termininə  rast  gəlinməsə  də,  onlarda  insan 
hüquqlarının  məhkəmə  qaydasında  müdafiəsinə  mühüm  əhə-
miyyət  verilir.  Lakin,  ənənəvi  məhkəmə  icraatı  növlərindən 
fərqli  olaraq,  icraatın  bu  növünə  nə  ümumi  prinsiplər  və  mər-
hələlər, nə də vahid forma xas deyil. Bir sıra ölkələrdə inzibati 
məhkəmə  icraatı  mülki  məhkəmə  icraatı  qaydalarına  uyğun 
aparıldığı  təqdirdə,  digər  ölkələrdə  xüsusi  olaraq  inzibati  pro-
sesdə  tətbiq  olunmalı  olan  inzibati  prosessual  normalar  hazır-
lanır və məcəllələşdirilir.  
Xüsusilə  qeyd  edək  ki,  inzibati  məhkəmə  icraatı  Avropa 
Şurasının Nazirlər Komitəsinin də diqqət mərkəzində olan mə-
sələlərdən biridir. Komitənin bir sıra qətnamələri üzv dövlətlərin 
milli qanunvericiliyinin və inzibati məhkəmə icraatının forma-
laşmasında  mühüm  rol  oynamışdır.  Bunlara  aşağıdakıları  aid 
etmək olar: 
-  Şəxsin  inzibati  hakimiyyət  orqanlarının  aktlarından  mü-
dafiəsi haqqında Qətnamə (71); 
-  İnzibati  hakimiyyət  orqanları  tərəfindən  diskresiyon 
səlahiyyətlərin həyata keçirilməsi qaydası barədə Tövsiyə(80); 
- Vurulmuş ziyana görə ümumi hüquqi məsuliyyət barədə 
Tövsiyə (84); 
                                                           
573
  Səfixanlı  A.M.,  Əliyev  Z.  Azərbaycan  Respublikasının  iştirakçısı  olduğu  beynəlxalq 
konvensiyaların qanunvericilikdə təsbiti. Bakı: Qanun, 2003, s. 6  


336 
 
-  İnzibati  işlərdə  müvəqqəti  məhkəmə  müdafiəsi  barədə 
Tövsiyə (89); 
- İnzibati hüquq sahəsində inzibati və məhkəmə qərarlarının 
yerinə yetirilməsi barədə Tövsiyə (2003); 
-  İnzibati  aktlara  məhkəmə  qaydasında  baxılması  barədə 
Tövsiyə (2004) və s. 
Qeyd  edək  ki,  Avropa  Şurasının  İnzibati  sanksiyalar 
haqqında
574
  Tövsiyəsi  və  “Şəxsin  inzibati  hakimiyyət  orqanla-
rının  aktlarından  müdafiəsi  haqqında”  Qətnaməsi  ilə  şəxslərin 
prosessual  hüquqlarının  təminatları  da  müəyyən  olunmuşdur. 
Bunlara rəy bildirmək, faktları təqdim etmək, özünə qarşı olan 
sübutlarla əlaqədar informasiya əldə etmək və iş üzrə çıxarılmış 
qərarı əldə etmək hüquqlarını aid etmək olar. 
Bildiyimiz  kimi,  hazırda  BMT  və  Avropa  Şurası  səviy-
yəsində, yerli səviyyədə mübarizə aparılan məsələlərdən biri də 
korrupsiyadır. Buna görə də korrupsiya ilə mübarizənin güclən-
dirilməsi  üçün  antikorrupsiya  qanunvericiliyinin,  həmçinin, 
antikorrupsiya  potensialına  malik  olan  hüquq  institutlarının 
formalaşdırılmasına da xüsusi diqqət yetirilir. BMT Baş Assam-
bleyasının 34-cü sessiyasında “Hüquq qaydalarının qorunması 
üzrə vəzifəli şəxslərin davranışı haqqında məcəllə qəbul olun-
muşdur. 1996-cı ildə Avropa Şurası tərəfindən “Korrupsiya ilə 
mübarizə üzrə” Fəaliyyət Proqramı, 27 yanvar 1999-cu il tarixli 
“Korrupsiyaya görə cinayət məsuliyyəti haqqında” Konvensiya, 
4  noyabr  1999-cu  il  tarixində  isə  “Korrupsiyaya  qarşı  mülki-
hüquqi məsuliyyət haqqında” Konvensiya qəbul olunmuşdur. 
Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Kon-
vensiyası  Baş  Assambleyanın  2003-cü  il  31  oktyabr  tarixli, 
                                                           
574
Avropa Şurasının İnzibati sanksiyalar haqqında Tövsiyyəsi. 
№ R (91) 1 
 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə