331
fərqli anlaşılmasından irəli gələn, hüquqi əhəmiyyətli hərə-
kətlərdə ifadə olunan fikir ayrılığıdır. Mübahisə sosial subyekt-
lərin fərqli tələbatlarından, məqsəd və maraqlarından, eləcə də
rolları və funksiyaları, sosial statusları ilə şərtlənən, biri-birinə
əks fəaliyyətləri ilə xarakterizə olunan, qarşılıqlı sosial fəaliyyət
prosesində yaranan təzahür kimi qiymətləndirilir.
563
İnzibati
münaqişənin yaranmasının əsası kimi maraqları qəbul edən
qanunverici müvafiq olaraq inzibati prosessual qanunvericilikdə
də inzibati işin qaldırılmasının əsası kimi şəxsi və kollektiv
maraqları nəzərdə tutmuşdur. Çünki, inzibati işə məhz maraq-
ların və ya baxışların toqquşmasını ifadə edən inzibati mübahisə
səbəb olur. İddiaçının şəxsi marağı hüquqi, iqtisadi və ya ideya
xarakterli ola bilər. Kollektiv maraqların müdafiə olunması
məqsədi ilə iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya
qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın
hərəkəti və ya hərəkətsizliyi nəticəsində maraqlarının pozul-
duğunu əsaslandırdıqları hallarda qeyri-hökumət təşkilatları
(ictimai birliklər və ya fondlar) tərəfindən də AR İPM-in 35.1-
ci maddəsində nəzərdə tutulmuş müvafiq iddianın qaldırılma-
sına yol verilir.
Artıq qeyd edildiyi kimi, inzibati ədliyyənin vətəni hesab
olunan Fransa qanunvericiliyində də ərizəçi konkret inzibati
aktın ləğv olunmasında qanuni və ağlabatan marağının olduğunu
sübut etməlidir. Ədəbiyyatlarda da inzibati prosesin əsasında
qanunla qorunan maraqların durduğuna dair fikir öz təsdiqini
tapmışdır. Müəlliflərdən A.B. Zelentsov da hüquqi nəzarətin
yalnız qanunsuz inzibati akt nəticəsində hüquqları və maraqları
563
Социальные технологии. Толковый словарь / Отв. ред. В.Иванов. Москва-Белгород:
Луч-Центр социальных технологий, 1995, с. 61
332
pozulmuş şəxsin ərizəsi əsasında qaldırılmasını doğru hesab
edir.
564
Məlumdur ki, aktın icra olunması onun hüquqi anlamda
yaratdığı nəticələrin maddi aləmə təzahürü kimi başa düşülür.
M.R.Günday aktın icra olunmalı olmasını onun ictimai faydaya
yönəlməsi ilə əlaqədar hüquqauyğunluq xüsusiyyəti ilə izah
edir
565
. R.Ə.Tiryaki isə haqlı olaraq inzibati aktların hüquqauy-
ğunluğunun bir prezumpsiya kimi çıxış etdiyini və bunun ək-
sinin iddia və sübut olunmasının da mümkün olduğunu yazır
566
.
İnzibati aktın mübahisələndirilməsinə dair iddia vasitəsilə id-
diaçı hüquqazidd inzibati aktın ləğv olunmasına nail ola bilsə də,
vaxtında həmin aktın icrasının dayandırılmasını tələb etmək
imkanına malik olmazsa məhkəmə icraatı onun iddiasının təmini
ilə nəticələnsə də səmərəsiz qala bilər. Bu baxımdan müvəqqəti
xarakterli müdafiə tədbirlərinin qanunvericilikdə təsbiti mühüm
əhəmiyyət kəsb edir.
İnzibati prosessual qanunvericilik üçün novella hallardan
biri olan müvəqqəti xarakterli müdafiə tədbirləri öz mahiyyətinə
görə iddiaçının hüquqlarının qorunmasına yönəlir və “ilkin
müdafiə institutu” adlanırlar. Bu tədbirlər mübahisəli aktın
icrasının dayandırılmasını, müəyyən hərəkətlərin edilməsini və
ya edilməsinin qadağan olunmasını, və ya müəyyən hərəkətlərə
dözmək vəzifəsinin cavabdehə həvalə olunmasını nəzərdə tuta
bilər. AR İPM-nin 40-cı maddəsinə əsasən, maraqlı şəxs inzibati
aktın icrasının dayandırılması barədə və ya iddianın təmin
564
Зеленцов А.Б. Контроль за деятельностью исполнительной власти в зарубежных
странах: Учебное пособие. М.: РУДН, 2000, с. 53
565
Günday M. Yürütmənin durdurulması kararları və uyqulamada karşılaşılan bazı sorunlar.
2000 yılında idari yargı sempozyumu. Ankara 11-12 mayıs 2000. Ankara: Danıştay Yayın
Bürosu Yayınları, 2000, № 59 s. 13
566
Tiryaki R.Ə. İdari yargıda yürütmənin durdurulması ve bazı sorunlar // Ankara Barosu dergisi,
2002 /2, s. 191
333
edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş
digər təminat tədbirlərinin (müvəqqəti xarakterli müdafiə
tədbirlərinin) görülməsi barədə ərizə ilə məhkəməyə müraciət
edə bilər. Məhkəmə cavabdehin, qanuni əsaslar olduğu hallarda
isə, həm də üçüncü şəxslərin üzərinə müəyyən hərəkətləri
etmək, müəyyən hərəkətləri etməkdən çəkinmək və ya müəyyən
hərəkətlərə dözmək barədə vəzifələr qoya bilər
567
.
Qeyd edək ki, Avropa Şurasının Nazirlər Kabinetinin
İnzibati işlər üzrə ilkin məhkəmə müdafiəsinə dair P(89) 8
nömrəli 13 avqust 1989-cu il tarixli Tövsiyyəsində də ilkin
məhkəmə müdafiəsi institutu kimi məhkəmənin tətbiq etdiyi
tədbirlərdən birini aktın icrasının müvəqqəti olaraq dayandırıl-
ması təşkil edir. Tövsiyyədə ilkin məhkəmə müdafiəsi institutu
inzibati prosesdə hüquqların mühüm müdafiə vasitələrindən biri
kimi qiymətləndirilir. Bu Tövsiyəyə əsasən, məhkəmə tərə-
findən qoyulan qadağan üç cür ola bilər: aktın icrasının müvəq-
qəti olaraq dayandırılması, kvo-statusun bərpası və administra-
siyaya müvafiq öhdəliklərin həvalə olunması.
568
Qeyd edək ki, bəhs edilən institutun hüquq ədəbiyyatında
da iki əsas forması - inzibati aktın icrasının dayandırılması və
məhkəmə tərəfindən müvafiq hərəkətin qadağan olunması
formaları göstərilir
569
. Hüquqların şaquli müdafiə mexanizm-
lərindən biri kimi qiymətləndirilən
570
aktın icrasının dayandı-
rılması vətəndaş hüquqlarının qorunması baxımından müstəsna
əhəmiyyətə malikdir. Çünki, bəzən iddiaçının inzibati iddia ilə
567
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi. Bakı: Qanun, 2013,s.14
568
www.americanbar.org/.../domestic_violence_practice_manual_azeri.pdf
569
Зеленцов А.Б. Контроль за деятельностью исполнительной власти в зарубежных
странах: Учебное пособие. М.: РУДН, 2000, s. 88
570
Tiryaki R. İdari yargıda yürütmənin durdurulması ve bazı sorunlar. Ankara Barosu dergisi,
2002 /2, s. 190
Dostları ilə paylaş: |