337
57/169 nömrəli Qətnaməsi ilə qəbul edilmişdir. Konvensiya
Azərbaycan Respublikasının ona dair qeyd-şərtləri və bəya-
natları ilə birgə 30 sentyabr 2005-ci il tarixli qanunla təsdiq
edilmişdir.
575
Tarixi dövlətin və hüququn, vəzifəli şəxs institutunun
formalaşması tarixi ilə üst-üstə düşən korrupsiya dövlətin və
cəmiyyətin bütün sahələrində, o cümlədən də inzibati icraat,
idarəetmə sahəsində təhlükəli təzahürlərdən biri hesab olunur.
Prof. F.Y.Səməndərov korrupsiyaya vəzifəli şəxslərin dövlət və
ictimai mənafeyinin zərərinə olaraq hüquqazidd və başqa
əqdlərinə əsaslanan müəyyən münasibətlər sistemi kimi anlayış
verir
576
Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə
sahəsində bütün beynəlxalq təşəbbüslərin, həmçinin, BMT-nin
Korrupsiyaya qarşı Mübarizə Konvensiyası, Avropa Şurasının
korrupsiya ilə əlaqədar cinayət və mülki-hüquqi məsuliyyət
haqqında konvensiyalar da daxil olmaqla əksər müvafiq bey-
nəlxalq sənədlərin fəal iştirakçısıdır. Müvafiq olaraq respublika
qanunvericiliyi bu beynəlxalq alətlərə kifayət dərəcədə uyğun-
laşdırılmış, müvafiq antikorrupsiya mexanizmləri formalaş-
dırılmışdır. 13 yanvar 2004-cü ildə “Korrupsiyaya qarşı mü-
barizə haqqında” qanun qəbul edilmişdir. Qanun vəzifəli
şəxslərə münasibətdə eyni zamanda korrupsiya ilə əlaqədar
hüquqpozmaları müəyyən edir və göstərir ki, bu hüquqpozmalar
cinayət məsuliyyəti yaratmadığı hallarda, vəzifəli şəxslər
inzibati, mülki və ya intizam məsuliyyətinə cəlb edilə bilərlər.
575
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 10, maddə 890
576
Azərbaycan
Respublikasının
Cinayət
Məcəlləsinin
Kommentariyası
/
Prof.F.Y.Səməndərovun redaktəsi ilə. Bakı: Digesta, 2006, s. 6
338
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə
“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı” qəbul
edilmişdir. Proqramın əsas məqsədi korrupsiyaya qarşı
mübarizəni daha səmərəli həyata keçirmək üçün vahid sistem
çərçivəsində kompleks tədbirləri təmin etməkdir.
577
Məlum olduğu kimi, korrupsiyaya qarşı mübarizənin
həyata keçirilməsində zəruri şərtlərdən biri də ədalətli, qərəzsiz
və müstəqil məhkəmə sistemi vasitəsilə inzibati orqanların
fəaliyyətinə səmərəli nəzarətin təmin olunmasıdır. Buna görə də
beynəlxalq təcrübədə korrupsiyaya qarşı mübarizədə yalnız
cinayət hüquqi vasitələr deyil, səmərəli inzibati məhkəmə icra-
atının formalaşdırılması da aktual əhəmiyyət kəsb edir. Çünki,
hakimiyyət səlahiyyətlərinə malik olan inzibati orqanların
fəaliyyət sahəsində də korrupsiya halları geniş yayılmışdır.
Ədəbiyyatda haqlı olaraq qeyd olunur ki, korrupsiyanın növləri
içərisində inzibati korrupsiya daha çox təzahür edir.
578
Dövlət
Proqramında da korrupsiyaya qarşı nəzərdə tutulan instusional
islahatlar sırasında məhkəmə sisteminə aid islahatlar nəzərdə
tutuldu ki, bunlardan biri də inzibati məhkəmə icraatı oldu
579
.
İnzibati məhkəmə icraatı mühüm antikorrupsiyon po-
tensiala malikdir. O, inzibati orqanların qanun çərçivəsində,
qərəzsiz fəaliyyət göstərməsini məhkəmə nəzarəti yolu ilə təmin
etməyə yönəlməklə həm vətəndaşların, həm də dövlətin
maraqlarının müdafiəsinə yönəlir. Hüquq ədəbiyyatında haqlı
577
Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə
“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”//http:www.e-qanun.az
578
Yolsuzlukla mücadeleye yardımçı olmak maksadıyla alınması gereken tedbirlere ilişkin
inceleme raporu. Cumhurbaşkanlığı Devlet Denetleme Kurulu Başkanlığı yayımları. II. Haziran,
1996, s. 1
579
Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə
“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı
339
olaraq inzibati mübahisə təkcə şəxslərin deyil, həm də dövlətin
maraqlarının müdafiəsi üsulu kimi qiymətləndirilir.
580
Belə ki,
inzibati orqanların fəaliyyətində özbaşınalıq, səlahiyyət həddini
aşma, qərəzlilik, korrupsiya, süründürməçilik kimi neqativ
təzahürlər dövlətə və onun mexanizminə ictimai etimadın sarsıl-
masına səbəb olan önəmli meyarlardandır.
Onu da xüsusilə qeyd etmək lazımdır ki, hüquqi dövlətin
fəaliyyətinin təminat forması kimi inzibati məhkəmə icraatının
formalaşdırılması özlüyündə korrupsiya ilə səmərəli mübarizə
üçün kifayət etmir. Onun səmərəli fəaliyyət mexanizminin
formalaşdırılması üçün hakimlərin peşə etikası da zəruri əhə-
miyyət kəsb edir. Etika əxlaq şüurunun və əxlaqi münasibətlərin
təbiətini öyrənməklə əxlaq normalarının və əxlaqi dəyərlərin
səciyyəvi xüsusiyyətlərini, insanın davranışının başqa norma və
qiymətlərlə müqayisədə onların tətbiq edilməsinin xüsusi üsul-
larını, insanın hərəkətlərinə görə cavabdehlik və məsuliyyətin
xüsusi şərtlərini, insanın tərbiyəsində əxlaqın xüsusi rolunu
aydınlaşdırır.
581
Məlumdur ki, bütün hüquq sistemlərində insanların məh-
kəmə hakimiyyətinin qərəzsizliyinə, müstəqilliyinə olan inamı-
nın əsasında hakimin fərdi və peşə etikası durur. Cəmiyyətdə
hakimlərə kifayət qədər etimadın olmaması bütövlükdə qanunun
aliliyi sistemini sarsılda bilər.
582
Təsadüfi deyil ki, Birləşmiş
Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası 27 iyul 2006-cı il
tarixli 2006/23 saylı qətnaməsində üzv-dövlətlərə öz daxili
580
Aslanov M.S. Azərbaycanda inzibati ədliyyə. Bakı: Azərnəşr, 2009, s. 111
581
Mehdiyev R.Ə. Fəlsəfə. Dərs vəsaiti. Bakı: Şərq-Qərb, 2010, s. 301
582
Европейская комиссия по эффективности правосудия (European Commission for
efficiency of justice, CEPEJ). Контрольный список повышения качества правосудия и
судопроизводства (Checklist for promoting the quality of justice and the courts), принятый на
11-ом пленарном заседании Комиссии в Страсбурге 2-3 июля 2008, с. 17
Dostları ilə paylaş: |