348
və onun faydaları barədə vətəndaşların məlumatlandırılması da
nəzərdə tutulmalıdır.
Qüvvədə olan inzibati prosessual qanunvericilikdə “müda-
fiə vasitələri” anla-yışından istifadə olunsa da bu vasitələrin nə
anlayışı, nə də sistemi müəyyən olunmamışdır. Fikrimizcə,
inzibati prosessual qanunvericilikdə ümumi (publik) hüquqların
prosessual müdafiə vasitələrinin anlayışı və sistemi müəyyən-
ləşdirilməlidir. Bu cür vasitələrin sisteminə aşağıdakı prosessual
müdafiə vasitələri aid edilməlidir:
- inzibati aktın
ləğvi və ya dəyişdirilməsi;
- inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə
bağlı müvafiq öhdəliyin qoyulması;
- subyektiv hüquq və azadlıqların bərpası;
- ziyana görə kompensasiyanın
ödənilməsi;
- tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur
etmə;
- icranın nəticələrini aradan qaldırmaq barədə öhdəliyin
qoyulması və s.
Qüvvədəki qanunvericilik inzibati aktın icrasının dayan-
dırılmasını nəzərdə tutsa da, ondan şikayət imkanını nəzərdə
tutmamışdır. Fikrimizcə, bu halın da aradan qaldırılması
zəruridir. Çünki, məhkəmə icraatında “bərabərlik” dedikdə ilk
növbədə çəkişməli məhkəmə icraatı kimi izah edilir. Bu prinsip
prosesin hər bir mərhələsində, hər bir prosessual hərəkətə
münasibətdə özünü göstərməsi, tərəflərin bərabər imkanlara
malik olması zəruridir. Məhkəmə prosesində tərəflərin bərabər
imkanlara malik olması onların prosesdə də bərabər hüquq və
vəzifələrə malik olmasını nəzərdə tutur.
Müvəqqəti müdafiə tədbiri kimi aktın icrasının dayan-
dırılması üçün iddiaçı öz prosessual mövqeyini məhkəməyə