343
boşluqları aradan qaldırmaqla hüquq təkmilləşdirici funksiyanı da
həyata keçirir. Bunlardan başqa məhkəmə aktı fərdi hüquqi
tənzimləmə, hüquqi münasibətlərin yaranması, dəyişdirilməsi və
ya xitamı üçün hüquqi fakt rolunda da çıxış edir.
2. İnzibati orqanların fəaliyyətində subyektivlik, özbaşı-
nalıq, süründürməçilik kimi neqativ hallara yol verilməməsi
üçün inzibati məhkəmə icraatı inzibati orqanların fəaliyyətində
qanunçuluğun və intizamın möhkəmləndirilməsinə, şəffaflığın
təmin olunmasına və bununla da cəmiyyətdə sosial münaqişə-
lərin qarşısının alınmasına yönələn bir sıra vəzifələr daşıyır.
İnzibati prosesdə səmərəli və ədalətli inzibati məhkəmə icra-
atının həyata keçrilməsi ölkədə məhkəmə hakimiyyətinin nüfu-
zunun yüksəlməsi ilə yanaşı, dövlət idarəçiliyində qanunçu-
luğun və intizamın möhkəmləndirilməsinə də xidmət edir.
İnzibati məhkəmə icraatının hüquqi dövlətin mahiyyəti ilə
şərtlənən bu vəzifələri inzibati prosesdə aşağıdakı əsas funksi-
yalar vasitəsilə həyata keçirilir:
- ədalət
mühakiməsi;
- pozulmuş hüquqların, azadlıqların və qanunla qorunan
şəxsi və ictimai (ümumi) maraqların bərpası və inzibati orqan-
ların
fəaliyyətinə nəzarət;
- inzibati orqanlara və inzibati funksiyaların həvalə olun-
duğu müəssisələrə hüquqi-psixoloji təsir;
- mübahisə tərəflərinin prosessual statusundakı bərabər-
sizliyini kompensasiya etmək məqsədilə sübutetmə vəzifəsinin
inzibati orqanlara həvalə olunması;
- qaldırılan iddialarda yol verilən formal xətaların aradan
qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdiril-
məsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olun-
masında, natamam faktiki məlumatların tamamlanmasında,