344
eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətlən-
dirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim
olunmasında proses iştirakçılarına məhkəmə tərəfindən yardım
olunması;
- dövlət idarəçiliyi sahəsində qanunçuluğun və intizamın
möhkəmləndirilməsi, vəzifəli şəxslərin fərdi məsuliyyət hissinin
yüksəldilməsinin təmin olunması;
- norma nəzarəti;
- hüquq normalarının arasındakı kolliziyaların aradan
qaldırılması;
- inzibati hüquq normalarının təfsiri ;
- milli maraqların müdafiəsi;
- korrupsiyanın qarşısının alınması;
- etik inzibati davranış qaydalarının formalaşdırılması və s.
3. Hüququn digər sahələri kimi, inzibati hüququn da əsas
mənbəyi konstitusiyadır. Konstitusiya hüquqi tənzimləmənin
əsas prinsiplərini, ölkənin məhkəmə qruluşunu və qanunveri-
cilik sistemini müəyyənləşdirir.
Məlum olduğu kimi, dövlət müstəqilliyinin bərpasından
sonra ölkədə idarəetmənin funksiya və metodlarının dəyişməsi,
yeni idarəetmə təfəkkürünə, səmərəli inzibati idarəetməyə keçid
cəmiyyətdə inzibati orqanlarla vətəndaşlar arasındakı inzibati
münasibətlərin yenidən qurulmasını, bu münasibətlərin ənənəvi
modeldən fərqli tərzdə tənzimlənməsini tələb etdi. 1995-ci ilin
12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilmiş müstəqil
Azərbaycan Respublikasının ilk Konstitusiyası hakimiyyət böl-
güsü prinsipini, insan hüquq və azadlıqlarının təmin olunması-
nın bünövrəsini formalaşdırdı, məhkəmə hakimiyyətinin müs-
təqilliyi öz hüquqi təsbitini tapdı, ölkədə üç pilləli məhkəmə
sistemi yaradıldı. Respublikanın bütün hüquq sisteminin,
345
dövlətin və dövlət qruluşunun əsaslarını müəyyənləşdirən Əsas
Qanunun 125-ci maddəsində məhkəmə hakimiyyətinin Kons-
titusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla
nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirildiyi təsbit
olundu. Lakin, inzibati məhkəmə icraatı hüquqi müdafiə vasitəsi
kimi Əsas Qanunda öz təsbitini tapmadı. Hesab edirik ki,
istənilən hüquqi mexanizmin fundamental əsaslarını müəyyən-
ləşdirən konstitusiyada məhkəmə icraatının bu qolunun müəy-
yənləşdirilməməsi onun sanki, mülki prosesin bir qolu olması
təəssüratını yaradaraq konkretləşdirilməsinə, imperativ məzmun
kəsb etməsinə müəyyən mənada maneə törədir.
Fikrimizcə, inzibati məhkəmə icraatının hüquqi tənzimlən-
məsində mövcud olan çatışmamazlıqların və anlaşılmazlıqların
aradan qaldırılması, həmçinin, onun məhkəmə icraatının
müstəqil qolu kimi inkişaf etdirilməsinin təmini üçün həm
konstitusiya qanunvericiliyi, həm də inzibati prosessual qanun-
vericilik səviyyəsində müvafiq islahatların aparılması zəruridir.
Hesab edirik ki, inzibati məhkəmə icraatının ziddiyyətsiz və
yığcam, məntiqi cəhətdən bitkin hüquqi tənzimləmə
mexanizminə malik olmaq üçün ilk növbədə o, konstitusiya
qanunvericiliyi səviyyəsində məhkəmə icraatının müstəqil qolu
kimi öz təsbitini tapmalıdır. Daha sonra isə inzibati məhkəmə
icraatının elmi konsepsiyasının hazırlanması, inzibati-iqtisadi
məhkəmələrin strukturunda müvafiq dəyişikliklərin edilməsilə
inzibati mübahisələrə baxan məhkəmələrin icraatından iqtisadi
mübahisələrin ayrılması ilə daha peşəkar yanaşmanın təmin
olunması, həmçinin, rayonlar arası inzibati məhkəmələrin də
yaradılması məqsədəuyğun olardı.
4. Məlum olduğu kimi, Azərbaycan Respublikası İPM-nin
qəbulu ilə inzibati qanunvericiliyə bir çox yeni hüquq institutları
346
daxil oldu, inzibati məhkəmə icraatının prosessual qaydaları,
mərhələləri və şərtləri öz hüquqi təsbitini tapdı. İqtisadi məh-
kəmələrin bazasında yaradılan inzibati-iqtisad məhkəmələrində
inzibati işlər üzrə məhkəmə icraatı həyata keçirilməyə başlandı.
Hər bir yeni yaranan və inkişafda olan hüquq institutu kimi,
tədricən inzibati məhkəmə icraatının da təşkilati-funksional,
həmçinin nəzəri aspektləri ilə əlaqədar problemləri üzə çıxmağa
başladı. Məhz bunlar elmi tədqiqatların və inzibati prosessual
qanunvericiliyin inkişaf səmtini müəyyənləşdirən əsas mə-
qamlar olub, onun daha mükəmməl və səmərəli icra mexani-
zminin formalaşdırılması üçün labüd əhəmiyyət kəsb etməyə
başladı.
Hesab edirik ki, Əsas Qanunda inzibati məhkəmə icraatının
hüquqi cəhətdən təsbitini tapmamasından qaynaqlanan qeyri-
müəyyənlik müəyyən dərəcədə inzibati prosessual qanun-
vericiliyə də təzahür etmişdir. Bu, özünü elə AR İPM-in ilk
maddələrindən etibarən biruzə verməkdədir. Belə ki, AR İPM-
nin 1.1-ci maddəsində məcəllənin inzibati mübahisələrin məh-
kəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının
və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını
müəyyən etdiyi göstərilsə də, maddənin növbəti bəndində yeni-
dən qeyri-imperativlik özünü biruzə verir və mülki prosessual
qanunvericiliyin dominant rolu yenə də ön plana çıxır. Belə ki,
artıq AR İPM-in 1.2-ci maddəsində qanunverici həmin məcəllə
ilə başqa qayda müəyyən edilmədiyi və onunla nəzərdə tutulmuş
prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati məhkəmə
icraatında AR MPM-in müddəalarının tətbiq olunmasına yol
verir.
Hesab edirik ki, ilk növbədə bu cür qeyri-müəyyənlikdən,
inzibati prosesdə mülki prosessual qaydaların hakim rolundan
Dostları ilə paylaş: |