Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə106/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   102   103   104   105   106   107   108   109   ...   123

325 
 
itirməli,  təkmilləşməli,  yaxud  da,  yeni  norma  yaradılmalıdır. 
Maddi hüquq norması ilə tənzimlənən hüquq münasibətləri öz 
qüvvəsini  itirirsə,  bu  münasibətləri  tənzimləyən  prosessual 
norma da öz hüquqi qüvvəsini itirməlidir. Yeni hüquq münasi-
bətlərinin  formalaşması  tək  maddi  hüquq  normalarının  qəbulu 
ilə  məhdudlaşdırılmamalı,  onlardan  irəli  gələn  mübahisələrin 
hüquqi  tənzimlənmə  qaydası  qəbul  edilməli,  yaxud  qüvvədə 
olan prosessual normalar təkmilləşdirilməlidir.
551
  
Məcəllələşdirmə  sistemləşdirmənin  daha  mürəkkəb  və 
mükəmməl formasıdır. O, hər zaman hüquqi tənzimləmə sahəsi 
üçün yenilik, “hüquqi inqilab” kimi çıxış edərək çox vaxt böyük 
sosial  dəyişikliklərlə  əlaqədar  həyata  keçirilir.  Bu  baxımdan 
yanaşdıqda  İnzibati  Prosessual  Məcəlləni  həqiqətən  də  milli 
qanunvericilik sistemi üçün “hüquqi inqilab” hesab etmək olar. 
Belə  ki,  məlum  olduğu  kimi  uzun  illər  tərkibində  olduğumuz 
sovet ittifaqının hüquq sisteminin böyük paradokslarından biri 
də  inzibati  məhkəmə  icraatını  tənzimləyən  inzibati-prosessual 
qanunvericiliyin  mövcud  olmaması  idi.  Sovet  inzibati  hüquq 
nəzəriyyəsi  vətəndaşların  pozulmuş  hüquqlarının  bərpası  ilə 
bağlı vahid hüquqi mexanizmə malik deyildi.
552
 
Hazırda respublikada inzibati məhkəmə icraatının təşkili və 
fəaliyyətinin  prosessual  qaydaları  İnzibati  Prosessual  Məcəllə 
ilə müəyyən olunur. Ədəbiyyatda haqlı olaraq inzibati məhkəmə 
icraatını  tənzimləyən  məcəllə  inzibati  məhkəmələrin  fəaliy-
yətinin prosessual əsası hesab olunur
553
. İnzibati-Prosessual Mə-
                                                           
551
  Cabbarlı  F.A.,  Mövsümov  M.A.  Azərbaycan  Respublikasının  mülki  prosessual  hüququ: 
Dərslik. Bakı: Qanun, 1998, s. 257 
552
 Cəfərov İ.M. İnzibati icraat (elmi – nəzəri şərh). Bakı: Adventa, 2011, s. 16 
553
 Бахрах Д.Н., Россинский Б.В., Старилов Ю.Н. Административное  право: Учебник для 
вузов. М.: Норма, 2007, s. 803  


326 
 
cəllə -  inzibati  prosessual  hüquq normalarını  müəyyən sistem-
ləşdirilmiş qaydada nəzərdə tutan vahid qanunvericilik aktı olub, 
inzibati  orqanların  aktlarından  və  ya  hərəkətlərindən  (hərəkət-
sizliyindən)  vətəndaşların  məhkəməyə  şikayət  qaydasını,  inzi-
bati işin qaldırılması və həlli qaydalarını tənzimləyir. Məcəlləni 
hüquqi və məntiqi bütövlük, yığcamlıq, mürəkkəb quruluş, geniş 
əhatəli sosial sferanı tənzimləmə və digər sahəvi aktlar arasında 
üstün  hüquqi  qüvvəyə  malik  olma  kimi  cəhətlərlə  xarakterizə 
etmək olar.  
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləs
30 iyun 2009-cu il tarixdə qəbul edilmiş, 2011-ci il yanvarın 1-
dən etibarən qüvvəyə minmişdir. 18 fəsil, 130 maddədən ibarət 
olan məcəllənin qəbulu ilə inzibati məhkəmə icraatının hüquqi 
bazası formalaşdırılmış, inzibati mübahisələrlə bağlı münasibət-
lərin  spesifikliyi  nəzərə  alınaraq  onların  məhkəmədə  baxıl-
masına ixtisaslaşdırılmış yanaşma qanunvericilikdə öz təsbitini 
tapmışdır. Məcəllənin qəbuluna qədər mülki prosessual qanun-
vericiliklə  ümumi  qaydada  tənzimlənən,  iddianın  xüsusi  növü 
hesab  olunmayan  inzibati  iddiaların  növləri,  məhkəmədə  in-
zibati işin qaldırılması qaydası, inzibati məhkəmə icraatının əsas 
prinsipləri  hazırda  inzibati  prosessual  qanunvericilikdə 
müəyyən  olunmuşdur.  İnzibati  məhkəmə  icraatının  iştirakçı-
larının,  iddia  müddətinin,  məhkəmə  qaydasında  tətbiq  edilən 
müvəqqəti  xarakterli  müdafiə  tədbirlərinin  qanunvericilikdə 
təsbit olunması inzibati məhkəmə icraatının məhkəmə icraatının 
müstəqil qollarından biri kimi spesifik xüsusiyyətlərlə şərtlən-
diyinin təzahürü kimi çıxış etmişdir.  
Qeyd  edək  ki,  inzibati  məhkəmə  icraatının  məhkəmə 
icraatının  qollarından  biri  kimi  formalaşdırılması  inzibati 
orqanların məsuliyyət mexanizminin, onların qəbul etdikləri hər 


327 
 
bir qərara, hərəkətə və ya hərəkətsizliyə görə qaldırılan inzibati 
iddiada  cavabdeh  olmaq  ehtimalının  real  icra  mexanizmini 
formalaşdırdı.  Bu,  inzibati  orqanların  fəaliyyətində  qanunçu-
luğun, şəffaflığın və səmərənin təmin olunması, korrupsiyanın 
qarşısının  alınması  üçün  də  əhəmiyyətli  tədbir  oldu.  Belə  ki, 
inzibati məhkəmə icraatının əsas vəzifələrindən birini də bürok-
ratiyanın  və  korrupsiyanın  səviyyəsinin  aşağı  salınması  təşkil 
edir.
554
 
Eyni  zamanda,  Ar  İPM-ni  “İnzibati  icraat  haqqında” 
qanunun məntiqi davamı kimi də qiymətləndirmək olar. Çünki, 
inzibati məhkəmə icraatı məhz inzibati icraat qaydalarına riayət 
olunmadığı təqdirdə vətəndaşla inzibati orqan arasında inzibati 
mübahisə yarandıqda başlanır. AR İPM ilə milli qanunvericilik 
sisteminin  yeni  bir  sahəsinin  -  inzibati  prosessual  qanunve-
riciliyin və hüquq elmində də yeni bir hüquq sahəsinin-inzibati 
prosessual  hüququn  bünövrəsi  qoyulmuşdur.  Qeyd  etmək 
lazımdır  ki,  inzibati  hüquq  üçün  inzibati  məhkəmə  icraatının 
yenilik olması kimi, milli qanunvericilik sistemi üçün də inzibati 
prosessual qanunvericilik, inzibati məhkəmə icraatının normativ 
hüquqi  bazası  olduqca  yeni  sahədir.  Bu  sahə  özünün  təşəkkül 
dövrünü yaşayır. 
Hüquq ədəbiyyatında inzibati prosessual hüquq normaları 
məzmununa  görə  iki  qrupa  bölünür.  Birinci  qrupa  idarəçilik 
aparatının təşkili, ləğvi və quruluşu ilə əlaqədar olan normalar, 
ikinci  qrupa  isə  ayrı-ayrı  inzibati  işlərin  icraat  qaydalarını 
müəyyənləşdirən normalar aid edilir.
555
 Qeyd edək ki, bir qism 
                                                           
554
  Панова  И.В.  Административная  юстиция  в  России:  поиск  определения,  история  во-
проса: извлечение // Вестник Высшего Арбитражного Суда Российской Федерации, 2009, 
№ 3, c. 44  
555
 Atakişiyev B.S. İnzibati hüquq və terminlər. Elmi əsər. Bakı, 2008, s. 13  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə