Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə102/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   98   99   100   101   102   103   104   105   ...   123

313 
 
dövlət orqanlarının borcu kimi təsbit edildi. Dövlət və cəmiyyət 
həyatının hüquqi prinsipləri öz təsbitini tapdı, hüququn bir çox 
sahələrinin,  o  cümlədən  də,  inzibati  hüququn  inkişafının  əsas 
istiqamətləri müəyyənləşdirildi.  
Hüquqi  dövlətin  əsas  prinsipi  olan  hakimiyyətin  bölgüsü 
prinsipi  də  konstitusiyon  qaydada  öz  təsbitini  tapdı.  Konsti-
tusiyanın 7-ci maddəsinin 4-cü hissəsinə əsasən, qanunvericilik, 
icra  və  məhkəmə  hakimiyyətlərinin  qarşılıqlı  fəaliyyət  gös-
tərdiyi və öz səlahiyyətləri çərçivəsində müstəqil olduğu müəy-
yən olundu. Hakimiyyətin hər bir qolunun dövlət hakimiyyətinin 
ümumi sistemində öz yeri var və yalnız onlara xas olan vəzifə 
və funksiyaları yerinə yetirirlər. Hakimiyyətlərin tarazlığı xüsusi 
təşkilati-hüquqi  vasitələrlə  saxlanılır  ki,  bu  da  təkcə  qarşılıqlı 
fəaliyyəti deyil, həm də müəyyən edilmiş həddə səlahiyyətlərin 
qarşılıqlı  məhdudlaşdırılmasını  təmin  edir.  Ədəbiyyatda  haqlı 
qeyd olunur ki, vahid dövlət hakimiyyətinin üç nisbətən sərbəst 
və müstəqil sahələrə ayrılması  hakimiyyətdən sui-istifadəni  və 
dövlət tərəfindən hüquqla əlaqəsi olmayan totalitar idarəçiliyin 
yaranmasının qarşısını alır.
529
  
Hakimiyyətin  bölgüsü  prinsipi  –  dövlət  daxilində  haki-
miyyətin  qarşılıqlı  nisbət  prinsipidir.
530
  Onu  da  qeyd  edək  ki, 
hələ  Cümhuriyyət  dövründə  bu  prinsipə  mühüm  əhəmiyyət 
verilirdi.  S.Mirzəyevin  yazdığı  kimi,  hakimiyyət  bölgüsü  və 
hakimiyyət qolları arasında nəzarət mexanizmləri Azərbaycanın 
hüquq  sistemində  hələ  ilk  demokratik  dövrdə  formalaşmağa 
başlamışdı
531
.  Demokratik  prinsiplərə  əsaslanan  Azərbaycan 
                                                           
529
 Xrapanyuk V.N. Dövlət və hüquq nəzəriyyəsi. Bakı: Qanun, 2007, s. 55  
530
 Atakişiyev B.S. İnzibati hüquq və terminlər. Bakı: Elm, 2008, s. 50  
531
 Mirzəyev S. Azərbaycan parlamentinin inkişafı və müasir funksiyalar // Bakı Universitetinin 
xəbərləri,  Sosial-siyasi elmlər seriyası,  2009, № 3, s. 41 


314 
 
Parlamentinin 25 yanvar 1919-cu ildə qəbul etdiyi “Hakimiyyət 
bölgüsü  haqqında”  qanun  qanunverici  hakimiyyətin  icra 
hakimiyyətindən  ayrılmasını  və  deputatın  dövlət  qulluqçusu 
vəzifəsini icra etməyə məhdudiyyətini nəzərdə tuturdu.
532
  
Məlumdur  ki,  demokratik  dövlətin  inkişafının  vacib 
elementi  olan  hakimiyyətin  bölünməsi  prinsipi,  hakimiyyətin 
funksional cəhətdən bölünməsi ilə yanaşı, hakimiyyət qollarının 
bir-birinə nəzarətini də nəzərdə tutur. Bununla əlaqədar olaraq, 
inzibati  məhkəmələrin  fəaliyyət  sahəsi  də  müvafiq  hüdudlarla 
məhdudlaşır. Bu məhdudiyyət demokratik idarəetmənin özünün 
mahiyyətindən  irəli  gəlir.  Belə  ki,  demokratik  idarəetmənin 
fundamental  prinsiplərindən  birini  də  heç  kimə  qanundan  yu-
xarıda  durma  icazəsinin  verilməməsi  təşkil  edir.
533
  Qanun-
çuluğun  mühüm  təminatlarından  biri  olan  inzibati  məhkəmə 
icraatının  normativ-hüquqi  bazasının  formalaşdırılmasında  bu 
prinsipi  nəzərə  alan  qanunverici  hakimiyyətin  bölgüsü  prin-
sipinə  əsaslanaraq  inzibati  məhkəmələrin  səlahiyyətlərini  inzi-
bati orqanların qanun çərçivəsində fəaliyyət göstərməsini təmin 
etməklə məhdudlaşdırmışdır. İnzibati məhkəmə inzibati orqanın 
qanun  çərçivəsində  fəaliyyətini  təmin  etməklə  vətəndaşların 
hüquq  və  azadlıqlarının,  maraqlarının  qorunmasına  və  müda-
fiəsinə  xidmət  etsə  də,  qeyri-məhdud  səlahiyyətə  malik  deyil. 
İnzibati məhkəmə icraatında inzibati orqanın diskresiyon səla-
hiyyətlərinə  hörmətlə  yanaşma  prinsipinə  riayət  olunmalıdır. 
Diskresiyon  o  deməkdir  ki,  inzibati  orqanların  fəaliyyətləri 
                                                           
532
  Mirzəyev  S. Azərbaycan parlamentinin inkişafı və müasir funksiyaları // Bakı Universitetinin 
xəbərləri, Sosial-siyasi elmlər seriyası, 2009, № 3, s.41 
533
  Greco  Dəyərləndirmə  I-II  Məruzə  (2005)  5E  (P2).  Birgə  birinci  və  ikinci  dəyərləndirmə 
raundları.  Azərbaycan  Respublikası  üzrə  dəyərləndirmə  Məruzəsi.  29-cu  plenar  iclasında  
GRECO  tərəfindən  qəbul  edilmişdir  (Strasburq,  19-23  iyun  2006).  GRECO  Katiblik.  Avropa 
Şurası. Strasburq, 2006, s. 21 


315 
 
qanunla  birmənalı  və  dəqiq  müəyyən  edilmir  və  inzibati 
orqanlara  öz  mülahizəsi  əsasında  hərəkət  etmək  imkanı 
verilir.
534
  Lakin,  bu  cür  səlahiyyət  inzibati  orqanların 
özbaşınalığı deyil, qanunla ona səlahiyyət verildiyi təqdirdə əsas 
dəyərləri  rəhbər  tutaraq  öz  mülahizəsinə  əsasən  hərəkətinin 
növünü  seçməsini  nəzərdə  tutur.  Müvafiq  olaraq,  inzibati 
prosessual qanunvericilik inzibati aktın qanuna zidd olduğu və 
bunun  nəticəsində  iddiaçının  hüquqlarını  pozduğu  hallarda, 
məhkəməyə həmin inzibati aktın (şikayət instansiyasına inzibati 
şikayət  verildiyi  hallarda  isə,  habelə  şikayət  instansiyasının 
müvafiq  qərarının)  ləğv  edilməsi  barədə  qərar  qəbul  etmək 
səlahiyyəti verir (İPM-in 70.1.-ci maddəsi). Məhkəmə, bir qayda 
olaraq  inzibati  orqan  tərəfindən  diskresion  səlahiyyət  əsasında 
qərar  qəbul  edildikdə,  inzibati  aktın  qəbulu  zamanı  inzibati 
orqanın  istinad  etdiyi  maddi  hüquq  normasının  tətbiqi  şərtləri 
həmin  orqanın  özünün  qiymətləndirməsinə  əsasən  müəyyən 
olunduqda  və  ya  hər  hansı  hüquq  normasının  tətbiqi  ilə  bağlı 
inzibati orqana qiymətləndirmə azadlığı verildikdə və ya inzibati 
aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri 
olduqda  və  məhkəmə  tərəfindən  müstəqil  şəkildə,  məhkəmə 
baxışı  çərçivəsində  belə  araşdırmanın  həyata  keçirilməsi 
mümkün olmadıqda iddiaçının tələbinə uyğun qərar qəbul edə 
bilməz
535

Məhkəmə  inzibati  orqanın  mübahisələndirilən  aktını 
hüquqauyğunluq  baxımından  qiymətləndirsə  də,  onun  əvəzinə 
qərar  qəbul  edə,  həmçinin  aktı  məqsədəuyğunluq  baxımından 
                                                           
534
  Kərimov  S.,  Vəliyeva  G.  «İnzibati  icraat  haqqında»  Azərbaycan  Respublikası  Qanunu. 
Kommentariya.  Bakı: Hüquq ədəbiyyatı, 2006, s. 86 
535
 Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi.Bakı: Qanun, 2013,c.55 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə