Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə99/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   95   96   97   98   99   100   101   102   ...   123

304 
 
Respublikamızın  Avropa  Konvensiyasına  qoşulması  və 
bununla da Avropa Məhkəməsinin mütləq yurisdiksiyasının ta-
nınması  ilə  əlaqədar  olaraq  milli  qanunvericilik  sistemində 
məhkəmənin  presedent  hüququ  da  əhəmiyyət  kəsb  etməyə 
başladı.  Konvensiyanın  ratifikasiya  olunması  və  Məhkəmənin 
yurisdiksiyasının tanınması Azərbaycan Respublikasının bütün 
dövlət hakimiyyəti orqanlarının, xüsusən məhkəmə orqanlarının 
fəaliyyətinin,  onların  qərarlarının  və  istifadə  etdikləri  prose-
durların, eyni zamanda, qanunvericilik orqanlarının qərarlarının 
Konvensiyanın müddəalarına zidd olmamasını nəzərdə tutur.  
Qeyd  edək  ki,  Konvensiya  mexanizmi  milli  müstəvidə 
insan  hüquqlarının  müdafiəsində  subsidiar  xarakter  daşıyır  və 
milli  dövlət  orqanları  prinsipcə  yerli zərurətləri və şəraiti  qiy-
mətləndirməkdə beynəlxalq məhkəmədən daha üstün mövqeyə 
malikdirlər. Məhkəmə  yerli  məhkəmənin  bir qərarının  əvəzinə 
başqa  qərar  qəbul  etməsinə  gətirib  çıxaran  faktları  qiymətlən-
dirmir. Əks təqdirdə məhkəmə üçüncü və ya dördüncü instan-
siya məhkəməsi qismində çıxış etmiş olardı və bu onun fəaliy-
yətinə  qoyulmuş  məhdudiyyətlərin  aşılması  ola  bilərdi.
522
 
Mülahizə  sərbəstliyi  Konvensiya  mexanizmi  ilə  yanaşı  gedir. 
Məhkəmənin rolu dövlətin mülahizə sərbəstliyi lazımınca nəzə-
rə  alınmaqla,  milli  dövlət  orqanlarının  qərarlarının  Konvensi-
yaya uyğun olub-olmadığının yoxlanılmasından ibarətdir.
523
 
Ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi isti-
qamətində  həyata keçirilən hüquqi  islahatların məntiqi  davamı 
kimi 24 dekabr 2002-ci il tarixdə “Azərbaycan Respublikasında 
                                                           
522
  İnsan  hüquqları  üzrə  Avropa  Məhkəməsi.  Şikayətlərin  qəbul  edilməsi  kriteriyalarına  dair 
Praktiki Bələdçi. Bakı, 2010, s. 84 
523
  İnsan  hüquqları  üzrə  Avropa  Məhkəməsinin  gələcəyinə  dair  yüksək  səviyyəli  konfrans. 
Brayton Bəyannaməsi. “B” bəndi. 11-ci maddə / http://www.justice.gov.az/view_hr.php?id=29 
 


305 
 
insan  hüquq  və  azadlıqlarının  həyata  keçirilməsinin  tənzim-
lənməsi  haqqında”  Azərbaycan  Respublikasının  Konstitusiya 
qanunu qəbul edildi. Qanun Azərbaycan Respublikasında insan 
hüquq  və  azadlıqlarının  həyata  keçirilməsini  “İnsan  hüquq-
larının  və  əsas  azadlıqlarının  müdafiəsi  haqqında”  Konven-
siyaya  uyğunlaşdırmağa  yönəlmişdi.  Konvensiyada  göstərilən 
hüquq  və  azadlıqların  səmərəli  qorunmasını  və  hüququn  tət-
biqinin  Avropa  standartları  səviyyəsinə  çatdırılmasını  təmin 
etmək  üçün  konkret  iş  üzrə  çıxarılan,  lakin  analoji  məzmunlu 
digər  işlərdə  də  tətbiq  olunan  Avropa  Məhkəməsinin  qərarla-
rının öyrənilməsi və təhlili istiqamətində də ölkədə mühüm işlər 
görülməyə başlandı. 
Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda 
inamlı addımlar atan Azərbaycan Respublikasında inzibati isla-
hatların  aparılması,  cəmiyyətin  təkamül  sistemini,  dövlətin 
idarəçilik  mexanizmlərinin  səmərəli  fəaliyyətini  tənzimləyən 
qanunvericiliyin  yaradılması  müvafiq  olaraq  məhkəmə  hüquq 
islahatlarının  da  həyata  keçirilməsini  zərurətə  çevirdi.  Azər-
baycan  Respublikasının  Avropa  hüquq  məkanına  inteqrasiya 
prosesi digər məsələlərlə yanaşı, məhkəmə və hüquq sisteminin 
də ümumavropa səviyyəsində  formalaşmış  prinsiplərə və  stan-
dartlara əsaslanan tamhəcmli islahatını nəzərdə tutdu. Dövlətin 
Avropa  Şurasının  qarşısında  götürdüyü  öhdəliklərin  yerinə 
yetirilməsi məqsədilə məhkəmə sisteminin islahatı üçün komp-
leks  tədbirlər  həyata  keçirildi.  Məhkəmə  sisteminin  təkmilləş-
dirilməsi,  məhkəmələrin  fəaliyyətinin  modernləşməsi  əsas 
prioritetlərdən  biri  kimi  müəyyən  olundu.  Ölkədə  proqressiv 
məhkəmə islahatlarının əsası qoyuldu. Hakimlərin seçilməsinin 
şəffaf mexanizmi formalaşdırıldı, ixtisaslaşdırılmış məhkəmələr 
yaradıldı,  infrastruktur  müasirləşdirildi,  elektron  ədliyyənin 


306 
 
inkişafı,  beynəlxalq  qurumlarla  səmərəli  qarşılıqlı  fəaliyyət 
istiqamətində mühüm tədbirlər həyata keçirildi. Avropa Şurası 
ilə  birgə  ədalət  mühakiməsinin  səmərəliliyinin  artırılması  üzrə 
fəaliyyət planı işlənib hazırlandı və qısa müddət ərzində həyata 
keçirildi.  
2004-cü  ildən  etibarən  respublikamızda  məhkəmə  fəaliy-
yətini tənzimləyən qanunvericilik bazası Avropa Şurasının eks-
pertləri  ilə  birlikdə  tədqiq  olunaraq  təkmilləşdirildi,  Avropa 
standartlarına  uyğunlaşdırma  işləri  aparıldı.  Parlament  tərə-
findən  insan  hüquqlarına  və  əhalinin  geniş  kütləsinin  məna-
felərinə mühüm təsir göstərən qanunvericilik aktlarının layihə-
lərinin  Avropa  Şurasının  hüquqi  ekspertizasından  keçirilməsi 
üçün göndərilməsi və alınan səmərəli təkliflərdən milli qanun-
vericililik  bazasının  formalaşdırılmasında  istifadə  olunması 
respublika  qanunvericiliyinin  Avropa  standartlarına  uyğun-
laşdırılması prosesini sürətləndirdi. 
«Azərbaycan  Respublikasında  məhkəmə  sisteminin  müa-
sirləşdirilməsi  və  «Azərbaycan  Respublikasının  bəzi  qanunve-
ricilik  aktlarına  dəyişikliklər  və  əlavələr  edilməsi  haqqında» 
qanunun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Pre-
zidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanı insan və vətəndaş 
hüquq  və  azadlıqlarının  müdafiəsinin  təmininə,  məhkəmə  sis-
teminin  müasirləşdirilməsinə,  həmçinin  məhkəmə  hakimiy-
yətinin möhkəmlənməsinə yönəldi. Fərmanda Azərbaycan Res-
publikasının  Ali  Məhkəməsinə,  apellyasiya  məhkəmələrinə  və 
Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məhkəməsinə  İnsan 
hüquqları  üzrə  Avropa  Məhkəməsinin  presedent  hüququnun 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə