301
ümumi məhkəmələrdə baxılması onların spesifik məzmununun və
subyekt tərkibinin nəzərə alınmaması ilə şərtlənirdi.
Bəhs edilən qanun vəzifəli şəxslərin hərəkətlərindən
(hərəkətsizliyindən) məhkəmə qaydasında müdafiəni nəzərdə
tutsa da, bir çox məsələlərin həlli onun tənzimləmə dairəsindən
kənarda qalırdı. Qanun vətəndaşların öz pozulmuş hüquqlarının
müdafiəsi üçün iddia deyil, şikayət institutundan istifadə
etməsini nəzərdə tuturdu. Şikayət edilə bilən qərarlar, şikayət
ərizələrinin məzmunu, ilkin və müvəqqəti müdafiə tədbirləri
müəyyən olunmurdu. Qanunverici şikayət edilməli olan hərəkət-
lərin siyahısını vermir, sadəcə olaraq bir sıra hallarda bu barədə
xüsusi haşiyə nəzərdə tuturdu. Məsələn, “Ölkədən getmək,
ölkəyə gəlmək, pasportlar haqqında”(dəqiqləşdirmək) qanunun
9-cü maddəsində deyilirdi ki, pasportun verilməsi haqqında
ərizəyə baxılmasının süründürülməsindən və ya bundan imtina
edilməsindən məhkəməyə şikayət edilməsi nəzərdə tutulur.
517
Lakin, müəyyən çatışmamazlıqlarına baxmayaraq bu qanun
vətəndaşların hüquq və azadlıqlarının vəzifəli şəxslərin mümkün
özbaşınalıqlarından qorunması istiqamətində milli qanunveri-
cilikdə atılan mühüm addımlardan biri oldu.
Bu sahədə hüquqi mexanizmlərin təkmilləşdirilməsi Azər-
baycan Respublikasının Prezidentin 18 iyun 1998-ci il tarixli
sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair” Dövlət
Proqramının təsdiqi ilə davam etdi. Proqramda İnsan hüquqları
üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması, Azərbaycan
Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə
qoşulması, normativ hüquqi aktların insan hüquqlarına dair
517
Азярбайъан Республикасынын ганунлар кцллийаты. ЫЫ китаб. Бакы: Ганун, 1997, s.
235-252
302
beynəlxalq standartlara uyğunluğunun tam şəkildə təmin edil-
məsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları
sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əmək-
daşlığın daha da inkişaf etdirilməsi və digər mühüm məsələlər
nəzərdə tutuldu.
518
Məlum olduğu kimi, dünya hüquq məkanına inteqrasiya,
beynəlxalq müdafiə mexanizmlərinin qəbul olunması müasir
dövlətin hüquqi təsisatlarının inkişafı üçün mühüm amillərdən
biridir. Konstitusiya quruculuğunun da özülünü təşkil edən
“hüquqlar” anlayışı keçən əsrdə insan hüquqlarının nəinki milli,
həm də beynəlxalq müdafiə mexanizmlərinin formalaşdırıl-
masına da səbəb oldu. XX əsrin başlanğıcına kimi insan
hüquqları yalnız dövlət daxili hüquqla tənzimləndiyi təqdirdə,
hazırda beynəlxalq hüququn normaları da milli qanunvericilik
sistemlərində mühüm əhəmiyyət kəsb edir, beynəlxalq təşkilat-
ların müəyyənləşdirdiyi pinsiplər və standartlar islahatların isti-
qamətlərini müəyyənləşdirən önəmli meyar hesab olunur. Belə-
liklə, hazırda hüquqi dövlətlərin konstitusiyalarında və beynəl-
xalq hüquqi sənədlərdə əks olunmuş insan hüquqları– müasir
demokratik cəmiyyətə xas olan etalon və standartların tarixi
təkamülünün nəticəsi kimi çıxış edir.
Azərbaycan Respublikası 2001-ci il yanvarın 25-də Avropa
Şurasının üzvü olmaqla öz məhkəmə sistemini beynəlxalq hüqu-
qun tələblərinə uyğun olaraq formalaşdırmaq öhdəliyini üzərinə
götürdü. 2001-ci il dekabr ayının 25-də “İnsan hüquqlarının və
əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası və
onun 1, 4, 6, 7 saylı Protokolları ratifikasiya olundu. Bildiyimiz
518
http://e-qanun.az/files/framework/data/3/c_f_3635.htm
303
kimi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haq-
qında” Avropa Konvensiyanın əsasında səmərəli nəzarət mexa-
nizmi fəaliyyət göstərir. Bu mexanizmlərə əsaslanan iştirakçı-
dövlətlər Konvensiyaya və onun əsasında formalaşan presedent
hüququna söykənərək bir tərəfdən milli qanunvericiliyi, digər
tərəfdən isə dövlət hüquq təsisatlarının fəaliyyətini təkmilləş-
dirmək imkanı əldə edir. Qeyd olunan tendensiya Avropa Şura-
sına daxil olan bütün dövlətlərdə özünü biruzə verir.
519
Kon-
vensiyanın 6-cı maddəsinin zəruri prosessual təminatları haki-
miyyətdən özbaşına istifadəyə qarşı müdafiə sisteminin də
əhəmiyyətli hissəsini təşkil edir.
520
Onu da qeyd edək ki, İnsan hüquqlarının və əsas azadlıq-
larının müdafiəsi haqqında Avropa Konvensiyası iştirakçı döv-
lətlərdə spesifik hüquqi statusa malikdir. Məsələn, Niderlandda,
Belçikada, Lyuksemburqda və İsveçrədə o, konstitusiyadan üs-
tündür, Avstriyada isə konstitusiya statusuna malikdir. Fransada
ölkənin konstitusiyası ilə adi qanunlar arasında aralıq yer tutan
Konvensiya İtaliya, Yunanıstan və Almaniyada qanun statusuna
malikdir. R.P.Arnold qeyd edir ki, Almaniyanın ümumi məhkə-
mələri Avropa Konvensiyasını adi qanun kimi tətbiq edirlər.
Burada beynəlxalq hüququn normaları adi federal qanunlardan
daha yüksək, Əsas Qanundan isə aşağı hüquqi qüvvəyə ma-
likdir.
521
519
Səfixanlı A.M. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa
Konvensiyasında insan hüquq və azadlıqları ilə bağlı müddəaların Azərbaycan Respublikasının
qanunvericilik sistemində təsbiti. Bakı: Azərnəşr, 2003, s. 3
520
İnsan hüququları üzrə Avropa Məhkəməsinin Bülleteni. Bakı: «Bakı Hüquq Mərkəzi» ММC,
2008, № 4
521
Райнер А.P. Европейская конвенция о защите прав и основных свобод и её влияние на
государства Центральной и Восточной Европы. Россия и Совет Европы: перспективы вза-
имодействия. Сборник докладов. Москва, 2001/ http://www.echr-base.ru/arnold.jsp
Dostları ilə paylaş: |