289
olmadığı təqdirdə məhkəmə qaydasında müdafiə edilə bilərdi.
Məhkəmənin əsas funksiyası hüququ pozan şəxslərin cəzalan-
dırılması olduğundan, hüquqların müdafiəsi və bərpası kimi
funksiyalar arxa planda qalırdı. Ədəbiyyatda qeyd olunduğu
kimi, Sovet hakimiyyəti dövründə məhkəmə müstəqil bir orqan
olmayıb, dövlətin idarəetmə orqanları səviyyəsində mövcud
idi.
494
Sosialist hüquq sistemində məhkəmə sisteminin təşkili və
fəaliyyəti hakim sosialist qanunçuluğuna əsasən həyata keçi-
rildiyindən məhkəmə dövlətin məcburetmə vasitəsi kimi çıxış
edir, məhkəmə sistemi struktur-funksional vahidlik və mər-
kəzləşmə prinsiplərinə əsaslanırdı. Nəticədə ictimai hüquq
düşüncəsində məhkəmə sistemi “cəzalandıran təşkilat” imici
qazanmışdı.
Dövlət müstəqilliyinin bərpasından sonra ölkədə idarəet-
mənin funksiya və metodlarının dəyişməsi, yeni idarəetmə
təfəkkürünə, səmərəli inzibati idarəetməyə keçid cəmiyyətdə
inzibati orqanlarla vətəndaşlar arasındakı inzibati münasibət-
lərin yenidən qurulmasını, bu münasibətlərin ənənəvi modeldən
fərqli tərzdə tənzimlənməsini tələb etdi. Konstitusiya haki-
miyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi
dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azad-
lıqlarının təmin olunmasının bünövrəsini formalaşdırdı, məh-
kəmə hakimiyyətinin müstəqilliyi konstitusion qaydada öz təs-
bitini tapdı, ölkədə üç pilləli məhkəmə sistemi yaradıldı.
İnsan hüquq və azadlıqlarının qorunması və təmin olunması
sahəsində dövlətin ardıcıl mövqeyi konstitusiya qanunvericiliyi
ilə yanaşı, bir sıra digər istiqamətlərdə həyata keçirilən tədbir-
lərdə də özünü biruzə verdi. Bu, bir tərəfdən dövlətin insan
494
Cəfərov İ.M. Azərbaycan Respublikası Konstitusiyasının şərhi. Bakı: Hüquq ədəbiyyatı,
2003, s. 82
290
hüquqlarına dair beynəlxalq müqavilələrə tərəfdar çıxmasında,
hüquq sisteminin demokratik prinsiplər əsasında tamamilə ye-
nidən qurulmasında, yeni təminat mexanizmlərinin yaradılma-
sında, digər tərəfdən isə mövcud müdafiə və təminat mexanizm-
lərinin, o cümlədən şikayət və nəzarət institutunun, məhkəmə
təminatının təkmilləşdirilməsində öz ifadəsini tapdı.
Müasir demokratik dövlət quruculuğunun inkişafının dünya
hüquq məkanına inteqrasiyadan, mütərəqqi və çevik hüquqi
mexanizmlərin yaradılmasından və tətbiqindən bilavasitə asılı
olduğu birmənalı şəkildə qəbul olundu, mütərəqqi məhkəmə-
hüquq islahatlarının əsası qoyuldu. Ardıcıl şəkildə həyata keçi-
rilən islahatlar başlıca olaraq bir məqsədə - insan və vətəndaşla-
rın hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühaki-
məsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəldi.
Xüsusilə qeyd etmək lazımdır ki, respublikamızda inzibati
məhkəmə icraatı qanunvericilik səviyyəsində yenicə təsbitini
tapmış institut olsa da, onun kökləri qədim dövrlərə gedib çıxır.
Belə ki, qədim Albaniyada kilsə məhkəmələri ilə yanaşı,
hökmdarın başçılıq etdiyi saray məhkəmələri də fəaliyyət gös-
tərmişdir. XIII-XIV əsrlərdə Elxanilər dövlətində islam məhkə-
mələri ilə yanaşı, yarğu məhkəmələri də fəaliyyət göstərirdi.
Onların tərkibinə hökmdarın feodalların sırasından təyin etdiyi
yarğuçular daxil idi. Onlar yüksək dövlət vəzifələrini tutan
əmirlərin, məmurların işlərinə baxırdılar
495
.
Azərbaycanın şimal torpaqlarının Rusiya imperiyası tərə-
findən işğal olunmasından sonra rusiya qanunvericiliyi və məh-
kəmə sistemi tətbiq olunmağa başladı və artıq XIX əsrin ikinci
495
İsmayılov X.C. Azərbaycanın dövlət və hüquq tarixi. Bakı: Nurlan, 2006,
s. 180
291
yarısında inzibati ədliyyə orqanları 2 səviyyədə bölündü: mər-
kəzi (senat) və quberniya səviyyəsi (quberniya idarələri). XIX
əsrin 70-90-cı illərində quberniyalarda yaradılan xüsusi inzibati
məhkəmələr vətəndaşların yerli hakimiyyət orqanlarının hərə-
kətlərindən verdikləri şikayətlərə baxaraq onları mahiyyəti üzrə
həll edirdilər. 1865-ci ildə verilən “Kənd Cəmiyyəti haqqında
qanun”la bəylər və ağalar kəndlərin inzibati məhkəmə işlərindən
uzaqlaşdırıldılar, kəndlərdə idarəçiliyi həyata keçirmək üçün
vahid kənd idarələri yaradıldı. Bu çarizmin kənddə feodal-asılı
münasibətlərini sarsıtmağa və feodal-kəndli münasibətlərini
nizamlamağa yönəlmiş mühüm addımı idi
496
.
Azərbaycan Xalq Cümhuruyyəti dövründə hüquqi dövlətin
mövcudluğu müstəqil məhkəmənin olması ilə əlaqələndirilirdi.
M.Ə.Dəmirov haqlı olaraq göstərir ki, dövlət və vətəndaşların
qarşılıqlı məsuliyyətini real təmin edən əsas orqan kimi məh-
kəmənin rolu haqqında Azərbaycan müstəqilliyinin beşiyi
başında duran şəxslərin çıxardığı nəticə və müddəalar müasir
dövlət-hüquq həyatı üçün də əməli əhəmiyyətə malikdir
497
.
F.X.Xoyski hüquqi dövlətdə məhkəmənin roluna yüksək qiymət
verərək deyirdi: «...yalnız o ölkə, o dövlət hüquqi hesab edilə
bilər ki, orada ədalət mühakiməsinin həyata keçirilməsi üçün,
həqiqətin müəyyən edilməsi üçün bütün zəruri təminatlarla
təşkil edilmiş müstəqil, qərəzsiz, əhaliyə yaxın məhkəmə var.
Belə məhkəmədən məhrum olan ölkə həmişə özbaşınalıq və
anarxiyanın hakimiyyəti altında olur və orada hüquq qayda-
sından söhbət belə gedə bilməz»
498
. Y.V.Çəmənzəminli qeyd
496
http://www.istoriya.az/new_history.php
497
Dəmirov M.Ə. 1918-1920-ci illər Azərbaycan ictimai fikrində hüquqi dövlət ideyası //
Məşvərət, 1997, № 1-2
498
«Азербайджан» qəz., 1919, 18 mart
Dostları ilə paylaş: |