277
Almaniyada artıq formalaşmış inzibati ədliyyə nəzəriyyəsi
Avstriyanın da qanunvericiliyinə öz mühüm təsirini göstərmiş-
dir. Almaniyadan sonra Avstriya konstitusiyasında da inzibati
məhkəmələrin təsis olunması nəzərdə tutuldu. Lakin, Alman
sistemindən fərqli olaraq burada paralel iki ali inzibati məhkəmə
fəaliyyət göstərir. Avstriya məhkəmələrinin illik hesabatlarında
çıxardıqları qərarların icra vəziyyəti dəyərləndirilir və kütləvi
informasiya vasitələrinin vasitəsilə ictimaiyyətə çatdırılır.
474
Hesab edirik ki, inzibati məhkəmələrin qərarlarının, onların icra-
olunub – olunmaması barədə hesabatların dərc olunması inzibati
məhkəmə icraatının səmərəliliyinin artırılması və cəmiyyətdə
etimad doğurması baxımından mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, apardığımız tədqiqat nəticəsində belə qənaətə
gələ bilərik ki, XIX əsrin ortalarında inzibati məhkəmə icra-
atının institusional əsasları “fransız modeli” ilə formalaşdırıl-
mışdır. Bu model ilk vaxtlar Almaniyada tətbiq olunsa da, son-
radan tənqidi yanaşmalar nəticəsində bir sıra islahatlara məruz
qalmışdır. Nəticədə isə spesifik xüsusiyyətlərlə səciyyələnən
inzibati ədliyyənin “alman modeli” və inzibati məhkəmə icra-
atını tənzimləyən dolğun qanunvericilik bazası formalaşdırıl-
mışdır.
Almaniyada inzibati məhkəmə icraatı məhkəmə icraatının
müstəqil qolu kimi ölkənin konstitusiya qanunvericiliyi çərçi-
vəsində təsbit olunmuşdur. Digər modellərdən fərqli olaraq bu
model inzibati ədliyyə orqanlarının sitemində mübahisənin
yarandığı hüquq münasibətlərindən asılı olaraq ümumi inzibati
məhkəmələrlə yanaşı, sosial və maliyyə məhkəmələrinin də
yaradılmasını nəzərdə tutur. Həm inzibati, həm sosial, həm də
474
Aydın O. İdari yargı kararlarının uygulanması sorunları və 2577 sayılı yasanın 28/4 maddes-
inin istisna hali. Yarsav 2011. http://www.yarsav.org.tr/index.php?p=171
278
maliyyə məhkəmələri vahid inzibati ədliyyə sisteminə aid
olsalar da, hər birinin öz Ali Məhkəməsi vardır.
Qeyd edək ki, bəzi fərqli xüsusiyyətlərinə baxmayaraq
roman-german hüquq sisteminə malik olan dövlətlərin əksəriy-
yətində fəaliyyət göstərən hər iki model inzibati məhkəmə
icraatının administrasiyadan ayrılması və onun səmərəli təşkili
və ədalətli fəaliyyəti üçün rəhbər prinsiplərin müəyyənləşdi-
rilməsi, universal aidiyyət qaydalarının formalaşdırılması isti-
qamətində inkişaf etmişdir.
Onu da qeyd edək ki, inzibati məhkəmə icraatının “alman
modeli” son dövrlər dünya ölkələrinin diqqətini daha çox cəlb edir.
Postsovet ölkələrində, eləcə də respublikamızda inzibati məhkəmə
icraatının formalaşmasına bu model böyük təsir göstərmişdir.
Alman modelinin təcrübədə bu cür geniş yayılmasının bir çox
səbəbləri var. Bunlara ilk növbədə alman inzibati hüququnun
müasir, dəqiq formalaşdırılmış hüquq qaydalarına əsaslanmasını,
inzibati məhkəmə icraatına dair dolğun qanunvericilik sisteminin
formalaşdırılmasını, ixtisaslaşdırılmış inzibati məhkəmələrin
yaradılmasını və onların fəaliyyətinin təşkilati-hüquqi əsaslarının
müəyyənləşdirilməsini,
inzibati
prosesin
prinsiplərinin
formalaşdırılmasını və s. aid etmək olar. X.H. Muradov haqlı qeyd
edir ki, məhkəmələrin ixtisaslaşdırılması hakimlərin də ayrı-ayrı
hüquq sahələri üzrə ixtisaslaşmasına, məhkəmə təcrübəsinin daha
təkmil şəkildə formalaşmasına səbəb olmaqla yanaşı, vətəndaşların
müraciətlərinə operativ şəkildə baxılmasına, onların ətraflı
araşdırılaraq daha düzgün qərarlar qəbul edilməsinə də öz müsbət
təsirini göstərir.
475
Fikrimizcə, inzibati ədiyyənin alman modelinə
475
Muradov X.H. İnzibati mübahisələrin məhkəmə aidiyyatına dair mülahizələr. Naxçıvan MR
Ali Məhkəməsinin Bülleteni. 2012 (1)
http://www.supremecourt.nakhchivan.az/ bul-
leten_2012_1_s6c1.html
279
xas olan bu cəhətlər vətəndaş hüquqlarının və mənafelərinin real
təmininə xidmət edən hüquqi mexanizmin mühüm əsasları kimi
çıxış edirlər.
Anqlo-sakson və fransız modellərindən fərqli olaraq, məh-
kəmə presedentinin hakim roluna imkan verməyən bu model
inzibati məhkəmə icraatının qanunvericilik qaydasında hər-
tərəfli və dəqiq tənzimlənməsini, həm ümumi, həm də xüsusi
yurisdiksiyalı inzibati məhkəmələrin ədalət mühakiməsini
həyata keçirərkən yalnız məhkəmə icraatına dair qüvvədə olan
aktlara əsaslanmalı olduğunu nəzərdə tutur.
Fransız modeli inzibati məkəmə icraatında həm ümumi,
həm də xüsusi olaraq inzibati ədliyyə orqanlarının fəaliyyəti
üçün hazırlanmış qaydaların tətbiqinə yol verdiyi halda, alman
modeli inzibati məhkəmə icraatının təşkilinin və fəaliyyət
qaydasının qanunvericilikdə tənzimlənməsinə, inzibati pro-
sessual qanunvericiliyin formalaşdırılmasına mühüm önəm
verir.
Onu da xüsusilə vurğulamaq lazımdır ki, hakimiyyətlərin
bölgüsü prinsipi baxımından yanaşdıqda da digər modellərlə
müqayisədə daha çox məntiqi ardıcıllıqla xarakterizə olunan
alman modelində fransız modelindən fərqli olaraq, inzibati
məhkəmələr sırf yurisdiksiyon səlahiyyətlərə malik olub, nə
inzibati, nə də məşvərət funksiyalarını yerinə yetirmirlər.
Fikrimizcə, alman modelində hüquqi müdafiə sisteminin
səmərəliliyi, inzibati məhkəmə icraatının vətəndaşların etima-
dını doğrultması və sosial münaqişələrin real həllini təmin et-
məsi də onun geniş yayılmasını şərtləndirən mühüm meyar-
lardan biridir. Belə ki, vətəndaş məhkəməyə yalnız onun ədalətli
və obyektiv fəaliyyətinə etibar etdiyi halda müraciət edir. İnzi-
bati mübahisələrə dair ixtisaslaşdırılmış qurumların yaradılması,
Dostları ilə paylaş: |