274
narazı qalan vətəndaş məhkəmədən öncə həmin inzibati aktı
qəbul etmiş inzibati orqana müraciət etməlidir. Etirazın qanunda
nəzərdə tutulan müddət və forma qaydalarına uyğun verilmə-
məsi inzibati məhkəmədə inzibati aktın ləğv olunmasına dair
işin qaldırılmasını qeyri - mümkün edə bilər. Lakin, inzibati or-
qanın öz mülahizəsinə əsasən, etiraz müddəti ötürüldüyü halda
da, müraciəti qəbul etmək hüququ var. Çünki, bu hal özlüyündə
inzibati orqanı yanlış akt qəbul etmək ehtimalından çəkindir-
məyə yönəlir. Lakin, başqasına fayda verən inzibati akt etiraz
sahibinə öhdəlik gətirəcəyi hallarda müddət aktın fayda verdiyi
şəxsləri qorumağa xidmət etdiyi üçün inzibati orqanın gec edilən
müraciəti qəbul etmək hüququ yoxdur.
471
Xüsusi inzibati yurisdiksiyalı inzibati məhkəmələr kimi
çıxış edən maiyyə məhkəmələri maliyyə orqanlarına qarşı
vergilərlə, rüsumlarla əlaqədar qaldırılan iddialara baxır. Ölkədə
maliyyə-məhkəmə yurisdiksiyası iki pillədən ibarətdir: Almani-
yanın hər bir torpağında bir və ya bir-neçə maliyyə məhkəməsi
fəaliyyət göstərir. 1950-ci ildə AFR-in Əsas Qanununun 95-ci
maddəsinin 1-ci hissəsinə əsasən, Federal Maliyyə Məhkəməsi
yaradıldı. Myunxendə təsis olunmuş Federal Maliyyə Məhkə-
məsi kassasiya instansiyası qismində fəaliyyət göstərir. Torpaq-
ların maliyyə məhkəmələrinin senatları üç peşəkar hakimdən və
iki iclasçıdan ibarətdir.
Sosial məhkəmələr Sosial Məsələlər üzrə Federal Məhkə-
mənin rəhbərliyi ilə fəaliyyət göstərir. Bu məhkəmələr vətən-
daşlarla sosial təminat sahəsində fəaliyyət göstərən orqanların
vəzifəli şəxsləri arasında yaranmış sosial mübahisələrə baxırlar.
Maliyyə məhkəmələrindən fərqli olaraq, sosial məhkəmələr üç
471
Florian S. Verwaltungsrecht. Richter Verlag, 2004, p. 56
275
pilləli struktura malikdir. Sosial və maliyyə məhkəmələri ilə
yanaşı, Almaniyada ümumi inzibati – məhkəmə yurisdiksi-
yasının formalaşdırılması vahid federal prosessual hüquqla eyni
zamanda, kifayət qədər üzün müdddət ərzində formalaşdı.
18 may 1990-cı ildə ADR ilə AFR arasında dövlət
müqaviləsinin bağlanmasından sonra AFR-in Əsas Qanununun
19-cu maddəsinin 4-cü abzasında müəyyənləşdirilmiş məhkə-
məyə şikayət hüququnun təminatları buraya da şamil olundu.
Birləşmə haqqında müqavilə 1990-cı ilin 3 oktyabrında qüvvəyə
mindikdən sonra isə AFR – in yüksək dərəcədə inkişaf etmiş
federal inzibati prosessual hüququnun böyük hissəsi keçmiş
ADR-in də ərazisinə şamil olunmağa başlandı. Almaniyanın
yeni beş torpağında inzibati məhkəmə icraatının formalaş-
dırılması keçmiş ADR-də dövlət-hüquq münasibətlərinin forma-
laşdırılmasının əsas vəzifələrindən biri kimi çıxış etdi.
Hazırda Almaniyada inzibati ədliyyə orqanlarının sisteminə
aşağıdakılar aiddir:
1. Birinci instansiya inzibati məhkəmələr;
2. Torpaqlarda apellyasiya instansiyası kimi fəaliyyət
göstərən yuxarı inzibati məhkəmələr;
3. Kassasiya instansiyası kimi fəaliyyət göstərən Federal
İnzibati Məhkəmə.
Beləliklə, inzibati ədliyyənin alman modelini xarakterizə
edən cəhətlərə bunları aid edə bilərik:
- konstitusiya-hüquqi mübahisələrdən başqa bütün ümumi-
hüquqi xarakterli mübahisələr inzibati məhkəmələrə aid olunur.
- inzibati ədliyyə orqanlarının sisteminə federal inzibati
məhkəmə rəhbərlik etməsi.
- inzibati məhkəmə icraatının icra hakimiyyətindən asılı
olmadan müstəqil fəaliyyət göstərməsi.
276
- məhkəmə hakimiyyətinin sistemi daxilində həm ümumi
inzibati yurisdiksiyalı, həm də xüsusi inzibati yurisdiksiyalı
(maliyyə, sosial, intizam) inzibati məhkəmələrin yaradılması.
- inzibati məhkəmələrin üçpilləli struktura malik olması.
- həm ümumi, həm də xüsusi yurisdiksiyalı inzibati məh-
kəmələrin ədalət mühakiməsini həyata keçirərkən məhkəmə
icraatına dair aktlara əsaslanması;
- ümumi mübahisələrin və xüsusi mülki-hüquqi mübahi-
sələrin fərqləndirilməsi sayəsində inzibati məhkəmələrin ümumi
məhkəmələrdən ayrılması.
- inzibati məhkəmlərin məhkəmə sisteminin daxilində
ədalət mühakiməsinin müstəqil qolunu təşkil etməsi.
- inzibati məhkəmələrin ixtisaslaşma prinsipi əsasında təş-
kil olunması;
- inzibati məhkəmələrin səlahiyyət dairəsinin hüquqpoz-
manın subyektinə görə deyil, pozulan hüququn xarakterinə görə
müəyyən olunması.
- inzibati məhkəmələrin fransız modelindən fərqli olaraq,
yalnız yurisdiksiyon səlahiyyətlərə malik olması və s.
Almaniyanın müasir inzibati məhkəmələri administra-
siyadan tam müstəqil şəkildə fəaliyyət göstərirlər. Ədəbiyyatda
qeyd olunur ki, bütün inzibati məhkəmələrin ümumi və əsas
vəzifəsi – məmurların vətəndaşlara qarşı baş verə biləcək qeyri-
qanuni hərəkətlərinin qarşısını almaqdır.
472
Qeyd edək ki, ha-
zırda alman modelinə bənzər modellər bir sıra digər Avropa
ölkələrində də (Avstriyada, İsveçrədə, Portuqaliyada
473
) fəa-
liyyət göstərir.
472
Şabanov R., Yanq R. Azərbaycanda müasir dövlət qulluğu modeli axtarışı: dünya təcrübəsi
kontektində. Bakı, 2004, s. 80
473
Puget H. Les institutions administratives etrangeres. Paris: Dalloz, 1969, p. 229
Dostları ilə paylaş: |