268
Ali inzibati məhkəmə idarəetmədən kənarda dayanır və sırf
məhkəmə instansiyası kimi fəaliyyət göstərirdi. Qeyd edək ki,
Ali Məhkəmənin fəaliyyəti administrasiyanın üzərində kifayət
qədər səmərəli nəzarəti təmin edərək, ictimai etimad qazan-
mışdı. Onun qərarları inzibati məhkəmə icraatı ideologiyasının
hüququn bütün sferalarına sistematik şəkildə daxil olması üçün
zəmin rolunda çıxış edirdi. Buna görə də inzibati hüququn
inkişafında və onun nəzəri əsaslarının dərinləşməsində onun
xüsusi xidməti olmuşdur. Prussiya Ali Məhkəməsinin dövlətin
hüdudsuzluğuna dair fikrin aradan qaldırılmasına yönələn 14
iyun 1882-ci il tarixli Kroytsberq qərarı,
460
Q.Qauptmanın
eyniadlı tamaşasının qadağan olunmasına dair polis sərəncamını
ləğv edən 1893 -1896-cı illər tarixli Veber qərarı
461
kifayət qədər
məşhurluq qazanmışdı.
Prussiya Ali Məhkəməsinin tərkibi sədrdən və müşavir-
lərdən ibarət idi. Üzvlərinin heç olmazsa yarısı hüquq təhsilinə
və məhkəmələrdə iş təcrübəsinə malik olmalı idi. Bütün üzvlər
kral tərəfindən (sonralar isə imperator tərəfindən) ömürlük təyin
olunurdular. Qeyd etmək lazımdır ki, hələ o dövrdə ölkədə
inzibati prosesin prinsipləri formalaşdırılmışdı. Prussiyanın
bütün inzibati məhkəmələrində icraat açıq və şifahi şəkildə,
çəkişmə prinsipinə riayət olunmaqla həyata keçirilirdi. Tərəflər
prosesə vəkillə gələ və ya özlərinin əvəzinə vəkillərini göndərə
bilərdilər.
462
460
Schodter H. Vom Kreuzbergurleil zur Bauregelungsverordnung // DVB1, 1975, p. 846-875
461
Frege L. Der Status des PreuBischen Oberverwaltungsgerichtes und die Standhaftig-keit sei-
ner Rechtssprechung auf politischen Gebiet / H. R. Kiilz, R. Naumann (Hrsg.). Staatsbiirger
und Staatsgewalt. Verwalt-ungsrecht und Verwaltungsgerichtsbarkeit in Geschichte und Gegen-
wart. Bd. I. Kacsruhe, 1963, p. 131-141
462
Хомяков А.Г. Административный суд в РФ. Kазань: Kазанский Гос. Унив,
2001, с. 35
269
Prussiyadan sonra Hessendə (1874–1875), Vyurtemberqdə
(1876) və Bavariyada da (1878) inzibati məhkəmələr yara-
dıldı
463
. Beləliklə, Almaniyada inzibati məhkəmələrin sistemi
tam formalaşdırıldı və getdikcə daha da təkmilləşdirildi. Fransız
modelindən qaynaqlansa da, ölkənin özünəməxsus inzibati
ədliyyə modeli formalaşdırıldı.
İnzibati məhkəmələrin bu cür sistemi 1933-cü ildə haki-
miyyətə milli-sosialistlərin gəlməsi ilə ləğv olundu. Faşıstlər
özlərinin bu addımını tamamilə məntiqsiz və qəribə fikirlə
əsaslandıraraq hesab edirdilər ki, inzibati məhkəmələrə ehtiyac
yoxdur, çünki, onlar dövlətin yox, vətəndaşın maraqlarını
qoruyurlar.
464
Fyurerin və İmperiya Kanslerinin “İdarəetmənin
sadələşdirilməsi haqqında” 28 avqust 1939-cu il tarixli dekreti
ilə inzibati məhkəmə icraatı idarəetmədən asılı elan edildi. 1941-
ci ildə Prussiyanın Ali İnzibati Məhkəməsi, Vyananın İnzibati
Məhkəməsi və ali xüsusi məhkəmələr Hitlerin dekreti ilə ləğv
olundu və Reyx İnzibati Məhkəməsi yaradıldı. Məhkəmələrin
yurisdiksiyasından ölkə rəhbərliyinin “siyasi” qərarlarının
çıxarılması, eləcə də milli-sosialist hüquq təfəkkürünün artan
təsiri nəticəsində inzibati məhkəmə icraatı praktiki olaraq
vətəndaşların subyektiv hüquqlarının müdafiə vasitəsi kimi
özünün əhəmiyyətini itirdi, inzibati məhkəmələrin təsiri
həddindən artıq zəiflədi. Almaniya Reyxstaqının 26 aprel 1942-
ci il tarixli qərarı ilə ədalət mühakiməsinin digər qolları kimi,
inzibati məhkəmə icraatı da ali məhkəmə instansiyası kimi
fyurerə və reyxskanslerə tabe etdirildi.
463
Старилов Ю.Н. Административная юстиция. Теория, история, перспективы. М.: Изда-
тельство Норма (Издательская группа Норма – ИНФРА * М), 2001, c.113
464
Şabanov R., Yanq R. Azərbaycanda müasir dövlət qulluğu modeli axtarışı. Dünya təcrübəsi
kontekstində. Bakı, 2004, с. 79
270
1945-ci ildən sonra isə mühüm dəyişikliklərlə məhkəmə
sistemi yenidən bərpa olundu. Bu, ilk növbədə Sovet İttifaqının
bölgü zonasında baş verdi. Milli – sosializm dövründə inzibati
məhkəmə icraatı institusional baxımdan özünün sonrakı inki-
şafını tapdı.1949-cu il tarixdə Almaniyanın Əsas Qanununun
qüvvəyə minməsi ilə inzibati məhkəmə icraatının məzmununa
da aydınlıq gətirildi. Belə ki, Konstitusiyada fərdin hüquqi
müdafiəsi ideyası ön plana çıxdı. Almaniyanın Federal Kons-
titusiya Məhkəməsi Əsas Qanunun 19-cu maddəsinin 4-cü
abzasında istifadə olunan “ümumi hakimiyyət” anlayışını icra
hakimiyyəti kimi təfsir etdi. Əsas Qanunun 95-ci maddəsində
sadalanan beş ali məhkəmədən üçünün (federal inzibati məh-
kəmə, federal maliyyə məhkəməsi və federal sosial məhkəmə)
işlərə məhz inzibati məhkəmə icraatı qaydasında baxması
müəyyən olundu.
465
Qeyd edək ki, ədəbiyyatda məhz bu cəhət
Almaniyada inzibati məhkəmə icraatının müstəqil prosessual
sahəyə çevrilməsi üçün əsas arqument kimi qiymətləndirilir
466
.
Məhz bu cəhətinə görə konstitusiyanın qeyd olunan müddəası
ümumi inzibati məhkəmə icraatı ilə yanaşı, onun iki xüsusi
sahəsinin (maliyyə və sosial inzibati-hüquqi yurisdiksiya) də
yaradılması üçün zəmin kimi çıxış etdi. Almaniya Demokratik
Respublikası Konstitusiyasının 138-ci maddəsində vətəndaş-
ların inzibati məhkəmələrdə müdafiəsini nəzərdə tutuldu.
1950-ci ildə Myunxendə Federal Maliyyə Məhkəməsi
kassasiya instansiyası kimi fəaliyyətə başladı. 1952 - ci ildə
ADR rəhbərliyi inzibati fəaliyyət üzərində məhkəmə nəzarətini
465
Старилов Ю.Н. Административная юстиция. Теория, история, перспективы. М.:
НОРМА, 2001,c.117
466
Галлиган Д., Полянский В.В., Старилов Ю.Н. Административное право: история
развития и основные современные концепции. М.: Юристъ, 2002, с. 352
Dostları ilə paylaş: |