267
Hazırda Almaniya inzibati hüququnda idarəetmə orqanının
ümumi hüquqlar sahəsindəki konkret halları tənzimləmək üçün
tətbiq etdiyi və bilavasitə ətraf mühitə hüquqi təsirin göstəril-
məsinə yönələn istənilən sərəncam, qərar və ya digər hakimiyyət
tədbiri inzibati akt hesab olunur.
456
Badendən sonra Prussiyada (1872—1875 ) inzibati məh-
kəmə yaradıldı. Prussiyada rayon, dairə və ali inzibati məhkə-
mələrindən ibarət olan üç instansiyadan ibarət olan inzibati
ədliyyə sistemi formalaşdı. Müəlliflərdən M.S.Aslanov haqlı
olaraq qeyd edir ki, Prussiyada inzibati məhkəmə sistemi artıq
keçən əsrin ikinci yarısında əsil inzibati yurisdiksiya orqan-
larının sitemi kimi çıxış edir, dövlət orqanlarının və vəzifəli
şəxslərin aktlarının və hərəkətlərinin həm məqsədəuyğun-
luğunu, həm də qanuniliyini yoxlayırdı.
457
V.V.Sajina Prussiyanın yerli inzibati məhkəmələrinin iki
xarakterik xüsusiyyətlərini qeyd edir. Birincisi, onlar yalnız
inzibati ədliyyə orqanı deyil, həm də fəal idarəetmə orqanı kimi
fəaliyyət göstərirdilər. İkincisi isə, onlar öz tərkiblərinə görə bir
hissəsi yerli hakimiyyət orqanları, digər hissəsi isə hakimiyyət,
o cümlədən, kral tərəfindən təyin olunan şəxslərdən ibarət olan”
qarışıq kollegiyalar” kimi çıxış edirdilər.
458
Y.N.Starilov haqlı olaraq, Prussiyada 13 dekabr 1872-ci il
tarixli qanunla yaranan qəza idarələrini, Ali İnzibati Məhkəmədə
həyata keçirilən ədalət mühakiməsini idarəetmə üzərində müasir
məhkəmə nəzarətinin
mənşəyi hesab edir
459
.
456
Смоленский Б.М. Административное право. Ростов-на-Дону: Феникс, 2005, c.195
457
Aslanov M.S. Azərbaycanda inzibati ədliyyə. Bakı: Azərnəşr, 2009, s. 60
458
Сажина В. В. Административная юстиция: к теории и истории вопроса // Советское
государство и право, М: Наука, 1989, № 9, с. 40
459
Старилов Ю.Н.Административная юстииция: конец ХIХ, начало ХХ века.
Хрестоматия. Ч.1. Воронеж: Изд-во. Воронежского гос. унив-та, 2004, с. 661