Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə83/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   79   80   81   82   83   84   85   86   ...   123

256 
 
məhkəmələrin baxması nəticəsində yaranmış adət kimi qiymət-
ləndirir.
434
 
İnzibati ədliyyənin fransız modeli sanki inzibati orqanlara 
“ikinci şansın verilməsi” prinsipinə əsaslanır. Belə ki, qanunun 
nəzərdə  tutduğu  hallarda  inzibati  orqanın  müvafiq  aktından 
narazı qalan şəxs ilk növbədə inzibati orqanın özünə müraciət 
etməlidır. Məsələn, Şəhərsalma Məcəlləsinin 600-1 maddəsinə 
əsasən, inzibati orqanın qərarından narazı qalan şəxs ilk növbədə 
şikayət ərizəsi ilə orqanın özünə, ondan imtina cavabı aldıqdan 
sonra  isə  məhkəməyə  aktı  ləğvetmə  tələbinə  dair  iddia  ilə 
müraciət edə bilər.
435
 
İnzibati orqan isə aktının məhkəmə baxışının predmeti kimi 
dəyərləndirilməsinə  yol  verməmək  üçün  əvvəlki  qərarını  də-
yişdirə, ləğv edə və  ya yenidən nəzərdən keçirə bilər. İnzibati 
orqanın öz qərarını yenidən nəzərdən keçirməsi prosesi (recours 
administratif préalable) inzibati orqanların seçim haqqına əsasən 
həyata  keçirilsə  də,  bəzi  hallarda  məcburi  mərhələ  kimi  çıxış 
edir.  Bu  proseduru  bir  yandan  inzibati  orqanla  vətəndaşlar 
arasında daha əhatəli bir dialoqun yaradılmasına, digər tərəfdən 
isə  son  illərdə  iş  yükü  artan  inzibati  məhkəmələrə  yönələn 
iddiaların sayının azaldılmasına dəstək kimi də qiymətləndirmək 
olar.
 436
 
Inzibati  məhkəmə  icraatından  bəhs  edərkən  aşağı  instan-
siyanın  qərarından  verilən  apellyasiya  şikayəti  mexanizminin 
əhəmiyyətini  də  vurğulamaq  lazımdır.  Apellyasiya  –  yenidən 
                                                           
434
 Старилов Ю.Н. Административная юстиция: конец ХIХ – начало ХХ века. 
Хрестоматия. Ч.1. Воронеж: Изд. Воронежского Гос. Унив-та, 2004, с. 645 
435
 Code de l‟urbanisme. http://www.legifrance.gouv.fr.  
436
İngiltere,  Galler,  Fransa,  Almanya  ve  Hollanda    İdari  Yargı  Sistemlerindeki 
Mahkeme Öncesi İşlemler. Türkiye’de idare hukukunda mahkeme öncesi işlemlerinin 
olası gelişimine yönelik karşılaştırmalı bir araştırma. Dünya Bankası, 2010, s. 41, 54  


257 
 
başlamaq  mənasını  ifadə  edən  hüquq  termini  olaraq  birinci 
instansiya  məhkəməsinin  verdiyi  qərarın  yuxarı  instansiyada 
araşdırılmasını  nəzərdə  tutur
437
.  Məlum  olduğu  kimi,  apel-
lyasiya  daha  ədalətli  və  doğru  qərarın  verilməsinə  yönəlmiş 
mexanizm olmaqla, ədalət mühakiməsinin vacib ünsürlərindən 
birini təşkil edir. Apellyasiya məhkəmələrinin ilk nümunələrinə 
Roma  hüququnda  rast  gəlinir.  Roma  hüququnda  işə  birinci 
baxan hakimin qərarına qarşı ikinci bir hakimə müraciət üsulu 
“appellatio” adlandırılırdı.
438
  
İnzibati ədliyyə sistemi fransız modelinin təsiri altında for-
malaşan  ölkələrin    əksəriyyətində  inzibati  apellyasiya  məhkə-
mələrinin  yaradılması  fikri  də  müsbət  qarşılanmışdı.  İsveç, 
Almaniya, İspaniya kimi bir çox Avropa dövlətlərində inzibati 
məhkəmə  icraatında  apellyasiya  mexanizmi  formalaşdırıldı. 
Lakin,  hazırda  bu  mexanizmi  tətbiq  etməyən  ölkələr  də  möv-
cuddur.  Məsələn,  Türkiyə  Cümhuriyyəti  belə  ölkələrdəndir. 
Fransız  modeli Türkiyə cümhuriyyətində də inzibati məhkəmə 
icraatının  formalaşmasına  öz  təsirini  göstərmişdir.  Türkiyədə 
qurulan inzibati  ədliyyə  modeli  Fransadan qaynaqlandığı  üçün 
ədəbiyyatlarda “Fransa sistemi” və ya “İnzibati rejim” kimi də 
adlandırılır
439
.  Fransa  modelinə  əsaslanaraq  10  may  1868-ci  il 
tarixində Türkiyədə ilk dəfə olaraq “ Şurayi-Devlet” yaradıldı. 
R.Çağlayan  haqlı  olaraq  bu  qurumun  yaradılmasını  ölkədə 
                                                           
437
 Sancakdar O. İdari yargıda istinaf sistemi üzerine düşünceler // Danıştay ve İdari 
Yargı Günü 144 Yıl. Sempozyum Kitabı. Danıştay Hizmetlerini Güçlendirme Vakfı. 
ANKARA, 2012, s. 14  
438
 Yıldırım K.M. Hukuk Devletinin Gereği: İstinaf. İstanbul: Nesil matbaacılık,
 
2000, 
s. 122 
439
 Atay E.E. İdare Hukuku. 2.Baskı. Ankara: Turhan Kitapevi, 2009, s. 29  


258 
 
inzibati  məhkəmə  icraatının  formalaşdırılması  üçün  atılan  ilk 
addım kimi qiymətləndirir
440
.  
Şurayi  Dövlət  həm  qanunvericilik,  həm  də  idarəetmə 
funksiyalarını həyata keçirirdi
441
. Özünün daxili nizamnaməsini, 
həmçinin  ədliyyə  nizamnaməsini,  ədliyyə  məhkəmələrinin 
mühakimə  üsulu  nizamnaməsini  də  hazırlayan  Şura  yeni 
məhkəmə sistemi üçün zəruri olan prosessual qanunlar da qəbul 
etmişdi. Fəaliyyət  sahələri kifayət  qədər  geniş  olan Şuraya 19 
sentyabr  1886  –cı  il  tarixdə  Şuranın  mühakimə  dairəsinə  mə-
murları mühakimə etmək səlahiyyəti də verildi. 1887-ci ildə isə 
məmurların  mühakiməsi  üçün  Şuranın  daxilində  xüsusi 
nümayəndəlik  formalaşdırıldı.  Tədricən  bu  qurumlar  Şuranın 
daxilində  dərəcəli  məhkəmələrə  çevrildilər.  Məhz  bu  tarixdən 
sonra  Şurayi  Dövlətin  əsas  vəzifəsi  məmurları  mühakimə 
etməkdən ibarət  oldu.  1896-cı  ildə  vətəndaşlara birbaşa olaraq 
Şurayi Dövlətə müraciət etmək hüququ verildi
442
.  
Fransız modelinin təsiri ilə yaransa da, ondan fərqli olaraq, 
Türkiyədə  qurulan  inzibati  ədliyyə  modelində  inzibati  apel-
lyasiya  məhkəmələri  formalaşdırılmadı.  İnzibati  məhkəmə 
sistemi iki instansiyadan ibarət şəkildə formalaşdırıldı. Türkiyə 
Konstitusiyasının 125 -ci maddəsinin birinci bəndi ilə idarənin 
hər  cür  aktlarına  və  hərəkətlərina  qarşı  məhkəməyə  müraciət 
etmək  imkanı  təsbit  olundu.  1982  –ci  ildə  qəbul  olunan  2575 
saylı  Danıştay  qanunu,  2576  saylı  “Bölgələrdə  inzibati  məh-
kəmələr, inzibati məhkəmələr və vergi məhkəmələrinin qruluşu 
                                                           
440
 Çağlayan R. İdari Yargıda Kanun Yolları 
(kararlara karşı başvuru yolları)
. 2.Baskı. 
Ankara:  Asil Yayın Dağıtım Ltd. Şti, 2006, s. 28 
 
441
  Karahanoğulları  O.  Türkiyede  idari  yargı  tarihi.  Doçentlik  çalışması.  Ankara: 
Ankara Üniversitesi Siyasal Bilgiler Fakültesi, 2005, s. 177  
442
  Karahanoğulları  O.  Türkiyede  idari  yargı  tarihi.  Doçentlik  çalışması.  Ankara: 
Ankara Üniversitesi Siyasal Bilgiler Fakültesi, 2005, s. 170 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə