280
onların fəaliyyətinin normativ-hüquqi əsaslarının və maddi-
texniki bazasının təmin edilməsi hələ səmərəli müdafiə mexa-
nizminin mövcudluğuna dəlalət etmir. Hakimin mübahisəni həll
edərkən real təsiretmə tədbirləri tətbiq etmək imkanına malik
olması və administrasiyanın müdaxiləsindən tam azad fəaliyyət
göstərməsi də bu modelin mühüm keyfiyyətləri kimi çıxış edir.
Ölkə üzrə vahid və sistemləşdirilmiş inzibati prosessual
qanunvericiliyin formalaşdırılması, hakimlərin inzibati müba-
hisəyə səbəb olmuş aktın mübahisələndirilməsinə dair işə
baxarkən onu nəinki dəyişdirmək, ləğv etmək, həm də yeni aktın
qəbul olunmasını inzibati orqanlara həvalə etmək imkanına
malik olması bu modelin səmərəli məhkəmə nəzarəti forması
olduğunun mühüm təzahürlərindən biridir. Ədəbiyyatda haqlı
olaraq Almaniyanın inzibati ədliyyə institutu məmurlar üzərində
vətəndaş nəzarətini həyata keçirən xüsusi inzibati məhkəmələrin
sistemi kimi qiymətləndirilir.
476
Təsadüfi deyildir ki, inzibati
məhkəmə icraatının klassik modeli hesab olunsa da, müəyyən
çatışmamazlıqlardan xali olmayan “fransız modeli” Almaniyada
tənqidi yanaşma nəticəsində məhz müvafiq dəyişikliklərə məruz
qalaraq təkmilləşdikdən sonra yenidən işlənmiş variantda tətbiq
olunmağa başlamışdır.
M.Fromon son dövrlər əsasən bu modelin diqqəti daha çox
cəlb etməsinin səbəblərindən biri kimi, hakimlərin qərar qəbul
edərkən mütəmadi olaraq inkişaf edərək təkmilləşən doktrinaya
əsaslanmasını da aid edir
477
. Ümumiyyətlə, qeyd etməliyik ki,
tarixi kökləri qədim olan hüquq doktrinası ənənəvi olaraq qitə
476
Şabanov R., Yanq R. Azərbaycanda müasir dövlət qulluğu modeli axtarışı: dünya təcrübəsi
kontektində. Bakı, 2004, s. 79
477
Фромон М. Типы внутригосударственного административного права в Европе //
Дайджест публичного права Гейдельбергского Института Макса Планка, 2 (2012), с. 334,
339
281
hüququnda əhəmiyyətli rol oynasa da, statut hüququ, yazılı
qanunlar burada prioritet təşkil edir. Roman-german hüquq
ailəsinə aid olan bütün milli hüquq sistemlərində qanunlar hüqu-
qun əsas mənbəyi kimi çıxış edir, qanunyaradıcılığı prosesində
məcəllələşdirməyə mühüm önəm verilir.
Təşkilati və formal baxımdan yanaşdıqda inzibati ədliyyə
inzibati məhkəmə icraatı və ya kvaziməhkəmə yurisdiksiyon
icraat formasında həyata keçirilsə də, onun mahiyyəti dəyişmir.
Hər bir dövlətdə bu institutun əsas məqsədi vətəndaşların
hüquqlarını və qanunla qorunan maraqlarını administrasiyanın
fəaliyyətindən mümkün həddə qorumaqdan, sosial qruplar
arasındakı münasibətlərin tənzimlənməsindən, sosial münaqi-
şələrə yol verməməkdən, inzibati orqanlara ictimai etimadı
gücləndirmək vasitəsilə vətəndaşların rifah səviyyəsinin və
inzibati orqanların fəaliyyətindən məmnunluq səviyyəsinin
təmin olunmasından ibarətdir.
Qeyd edək ki, sosial münaqişələrin qarşısını almağa xidmət
etməklə inzibati məhkəmə icraatı hüququn siyasi funksiyasını da
yerinə yetirməyə istiqamətlənir. Belə ki, hüququn siyasi
funksiyası ilk növbədə hakimiyyət münasibətlərinin və cə-
miyyətin sosial qrupları arasındakı münasibətlərin təzimlən-
məsinə xidmət edir. Ədəbiyyatda haqlı olaraq qeyd olunur ki,
dövlətin, siniflərin və millətlərin təşəkkül tapdığı zamandan
etibarən siniflər arasındakı münasibətlərin tənzimlənməsində
hüququn rolu mühüm olmuşdur və belə olaraq da qalmaq-
dadır.
478
Belə qənaətə gələ bilərik ki, müxtəlif inkişaf mərhələ-
lərindən keçən inzibati məhkəmə icraatı institutu tarixi inkişaf
478
Ümumi hüquq və dövlət nəzəriyyəsi: Dərslik / V.V.Lazarevin redaktəsi ilə. Bakı: Qanun,
2006, s. 159
282
prosesində nəinki struktur, həm də funksional mahiyyət baxı-
mından mühüm dəyişikliklərə məruz qalmışdır. XIX əsrin bi-
rinci yarısında administrasiyanın müstəqilliyinin və onun məh-
kəmələrdən asılı olmadan fəaliyyət göstərməsinin təminatçısı,
“inzibati özbaşınalığın leqallaşdırılması vasitəsi” kimi yaranan
inzibati məhkəmə icraatı islahatlardan sonra hüquqi dövlətin
mühüm atributlarından birinə çevrilmişdir.
479
Müasir dövrdə bu
institut hüquqi dövlətin vətəndaşlarının hüquq və maraqlarının
administrasiyanın özbaşınalığından qorunmasına xidmət edən
mühüm inzibati-hüquqi mexanizm kimi çıxış edir.
Beləliklə, apardığımız araşdırmanı ümumiləşdirərək qeyd
edə bilərik ki, öz mahiyyəti etibarilə maddi, təşkilati və pro-
sessual elementlərin sistemi kimi çıxış edən inzibati məhkəmə
icraatının beynəlxalq təcrübədə mövcud olan bütün əsas mo-
delləri hüquqi dövlətin mühüm atributu kimi ümumi idarəetmə
sahəsində hüquq qaydasının və qanunçuluğun təmininə, və-
təndaş hüquqlarının və maraqlarının əsassız müdaxilədən müda-
fiəsinə xidmət edən nəzarət mexanizmi kimi çıxış edir.
479
Правилова А.Е. Законность и права личности. Административная юстиция в России:
Research Support Scheme, Copyright 2000, с. 23
Dostları ilə paylaş: |