286
anlayışının önə çıxması olduqca yeni və son dərəcə həyəcan-
landırıcı bir inkişaf kimi qiymətləndirilir.
487
İnzibati orqanın
üstünlük hüququnun inzibati icraat prosesində qərəzliliyə,
vətəndaşların hüquq, azadlıq və qanuni mənafelərinin, obyek-
tivliyin pozulmasına səbəb olmasına yol verilməməsi üçün
vahid icraat qaydalarının, ümumməcburi davranış qaydalarının,
fəaliyyət üslubunun formalaşdırılması zəruri şərtlərdən biridir.
Ədəbiyyatda qeyd olunduğu kimi, yalnız ümumməcburi qay-
daların müəyyən edilməsi ilə inzibati orqanların özbaşına
fəaliyyyətinin qarşısını almaq olar.
488
İnzibati orqanların real
məsuliyyət mexanizminin və səmərəli hüquqi müdafiə vasitə-
lərinin və inzibati məhkəmə icraatının formalaşdırılması da bu
işdə mühüm əhəmiyyət kəsb edir.
Yeri gəlmişkən qeyd edək ki, səmərəli hüquqi müdafiə
vasitələri hüququ İnsan hüquqlarının və əsas azadlıqların müda-
fiəsi haqqında Avropa Konvensiyasında da əsas hüquqlardan
biri kimi təsbit olunmuşdur. Konvensiyanın 13-cü maddəsinə
əsasən, Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları
pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxs-
lər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında
səmərəli hüquqi müdafiə vasitələrinə malikdirlər.
489
"İnsan
hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konven-
siyanın və onun 1, 4, 6 və 7 saylı Protokollarının təsdiq edilməsi
barədə Azərbaycan Respublikası qanununda da bu hüquq öz
təsbitini tapmışdır.
487
Dinç G. İnsan hakları hukuku və denge. TBB dergisi, 2005, № 57, s. 283
488
Herrmann T., Knudsen R.H. Azərbaycan Respublikasının yeni inzibati hüququna
giriş\\Hüquqi dövlət və qanun, Bakı, 2006, № 3, s. 12
489
Avropa İnsan Hüquqları Konvensiyası. Avropa İnsan Hüquqları Məhkəməsi Council of
Europe F-67075 Strasbourg cedex www.echr.coe.int
http://www.echr.coe.int/Documents/
Convention_AZE.pdf s. 13 (57 səh.)
287
Müasir inzibati hüquqi doktrinanın əsas vəzifələrindən və
inkişaf istiqamətlərindən birini də məhz hüquqi dövlətin təyi-
natına və prinsiplərinə uyğun inzibati qanunvericiliyin və inzi-
bati məhkəmə icraatının, müvafiq normativ-hüquqi bazanın
formalaşdırılması təşkil edir. Çünki, inzibati məhkəmə icraatı
inzibati orqanların məsuliyyət mexanizminin hərəkətverici
qüvvəsi, inzibati icraatda süründürməçiliyin və korrupsiyanın
qarşısının alınması üçün mühüm amildir.
Məlum olduğu kimi, sovet dövründə inzibati məhkəmə
icraatını tənzimləyən inzibati-prosessual qanunvericiliyin möv-
cud olmaması həmin dövrün hüquq sisteminin böyük para-
dokslarından biri idi. Bu hal sovet inzibati hüququnun pro-
sessual aspektlərinin çox zəif olduğunu göstərirdi. XX əsrin 60-
cı illərinə qədər İttifaqda inzibati prosesə aid elmi işlər faktiki
olaraq yox dərəcəsində idi. XX əsrin 60-70-ci illərində aparılan
tədqiqatlarda da inzibati prosesə aid məsələlərin fundamental
tədqiqi aparılmırdı.
490
Hətta, 20-ci illərin elmi araşdırmalarında
inzibati hüquqa aid olan yurisdiksiya sahələrinin tədricən diq-
qətdən kənar qalması nəzəriyyədə inzibati münasibətlərdən
yaranan işlərin də mülki prosessual hüquqa aid edilməsinə səbəb
olmuşdu.
Qeyd etmək lazımdır ki, inzibati prosesin və inzibati məh-
kəmə icraatının elmi araşdırmalardan və qanunvericinin diq-
qətindən kənarda qalması həmin dövrün hüquqi doktrinası ilə
əlaqədar idi. Predmeti qadağanedici hüquq münasibətlərini ni-
zama salmaqdan ibarət olan neqativ inzibati hüquq vətəndaşların
490
Салищева Н.Г. Административный процесс в СССР. М.: Юридическая литература,
1964; Сорокин В.Д. Проблемы административного процесса. М.: Юрид. лит., 1968; Соро-
кин В.Д. Административно-процессуальные отношения. Л., 1968 ; Салищева Н.Г. Граж-
данин и административная юрисдикция. М.: Наука, 1970
288
yox, daha çox dövlətin maraqlarını qorumağa xidmət edirdi
491
.
Ümumi inzibati hüquq repressiv xarakter daşıyırdı ki, bu da
dövlətin öz vətəndaşlarına qarşı tədbirlər görə bilməsi üçün əsas
qismində çıxış edirdi.
492
Sovet doktrinası hüquqi dövlət ide-
yasından tamamilə uzaq olan hüquq düşüncəsindən çıxış edərək
dövlətin fərdlər qarşısındakı məsuliyyətini qəbul etmirdi. Buna
görə də “inzibati hüquq” və “inzibati məsuliyyət” anlayışları
formal şəkildə mövcud olsa da, real inkişaf üçün heç bir ideoloji
və siyasi zəminə malik deyildi.
Sovet hüququnda inzibati məsuliyyət administrasiyanın
fərdlər qarşısındakı məsuliyyəti kimi deyil, əksinə, fərdlərin
administrasiya qarşısındakı məsuliyyəti kimi səciyyələndiyin-
dən inzibati məsuliyyətə tamamilə spesifik yanaşma formala-
şmışdı. Hətta, bu mövqeyi legitimləşdirmək üçün doktrinada
inzibati məsuliyyət cinayətlərin qarşısının alınması üçün əsas
vasitə kimi təqdim olunurdu. Ağır cinayət məsuliyyətinin əvə-
zinə bəzi hüquqpozmalara görə “yüngül” inzibati məsuliyyətin
nəzərdə tutulmasını qanunverici “humanistlik” adı altında pər-
dələyirdi. Bu, sovet hüquq siyasətinin liberallığını göstərməyə
yönələn addım idi.
493
Həmin dövrdə məhkəmə icraatı ilk növbədə dövlətin ümu-
mi maraqlarının müdafiəsi məqsədilə tətbiq olunan idarəetmə
vasitəsi idi. Vətəndaşların və təşkilatların maraqları ümum-
dövlət (ümumi) maraqlarına nisbətən törəmə xarakter daşıyırdı.
Bu maraqlar yalnız sosialist qanunçuluğunun müddəalarına zidd
491
Cəfərov İ.M. İnzibati icraat (elmi – nəzəri şərh). Bakı: Adventa, 2011, s. 16
492
Herrmann T., Knudsen R.H. Azərbaycan Respublikasının yeni inzibati hüququna
giriş//Hüquqi dövlət və qanun, Bakı, 2006, № 3, s. 9
493
Европейский инструмент в области демократии и прав человека. Европейский Союз -
Казахстан. Семинар представителей гражданского общества по правам человека. Судеб-
ная система и места лишения свободы: на пути к достижению европейских стандартов /
Cводный отчёт, 2009, с. 4
Dostları ilə paylaş: |